Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə141/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   137   138   139   140   141   142   143   144   ...   181

 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

15/42 



 

 

Cədvəl 1-də  ŞD2  İnfrastruktur Layihəsi üçün qəbul edilmiş  və  ŞD2 üzrə 



Layihələndirmənin Ekoloji Əsaslarında verilmiş  ətraf havanın keyfiyyəti üzrə  hədd 

göstəriciləri və ortalama müddətləri xülasə şəklində təqdim olunur (istinad 3). 



Cədvəl 1: Ətraf Havanın Keyfiyyəti üzrə Hədd Göstəriciləri – NO

2

 və PM

10 

Çirkləndirici 

növləri 

Ətraf Havanın Keyfiyyəti üzrə Hədd 

Göstəricisi (µg/m

3



Ortalama Müddəti 

NO

2



 40 

 

200  



İllik 

1 saatlıq 

PM

10

 50 



20  

24 saatlıq (99

 

persentil) 



İllik 

 

Bu hədd göstəriciləri ictimaiyyət üzvlərinin adətən adi halda mövcud olacağı gözlənilən 



yerlərə (məsələn: qəsəbə sahələri, məktəblər, xəstəxanalar) tətbiq olunur. Onlar 

Səngəçal Terminalınındakılar kimi iş obyektlərinə şamil olunmur, belə ki, bunlara nisbətən 

daha az sərtlikdə olan iş yeri üzrə hədd göstəriciləri tətbiq olunur. Bu hesabatda peşə və 

iş yeri ilə bağlı təsirə məruz qalma qiymətləndirilmir. 

Ənənəvi olaraq Azərbaycanda NO

2

 və PM



10 

üzrə fon konsentrasiyası həmçinin konkret 24 

saat və 1 saat satandartları ilə qiymətləndirilmişdir.  Bu standartlar BMK, ÜST və AB 

təlimatlarındakı dəyərlər kimi insanların sağlamlığına əsaslanan eyni meyarlardan istifadə 

edilərək ortaya çıxmamışdır və  həmin standartlar geniş  şəkildə tanınmamışdır. Tam 

təsəvvür  əldə etmək üçün Şahdəniz 2 İnfrastruktur layihəsinin işləri ilə  əlaqədar təxmin 

edilən  NO

2

  və PM



10

  emissiyaları  ənənəvi Azərbaycan standartları ilə müqayisə 

edilmişdir. Bunlar belədir:  

  NO2 24 saat orta hesabla 40 µg/m

3

; və 


  PM10 1 saat orta hesabla 300 µg/m

3

 və 24 saat orta hesabla 100 µg/m



3



2.1.2. Tozun 



Mənfi Təsiri ilə bağlı Meyarlar 

“Toz” termini 75 mikrona (µm) qədər diametrə malik həm asılı, həm də çökmüş 

hissəciklərə aid edilir. Toz emissiyaları çökərək (məsələn: avtomobillərdə, pəncərə 

altlıqlarında və s.) ictimaiyyət üçün narahatlıq yaratma potensialına malikdir. 

Yuxarıda qeyd edildiyi kimi diqqətin PM

10

 toz hissəciklərinə  cəmlənməsi  əvəzinə, 



narahatlıq doğuran toz çökməsi üzrə beynəlxalq meyarlar və ya ətraf havadakı asılı toz 

hissəciklərinin təhlükəsiz səviyyələri (sağlamlıq meyarları ilə) mövcud deyil. 

Aİ, Dünya Bankı yaxud ÜST tərəfindən narahatlıq doğuran toz üçün qanunvericiliklə 

nəzərdə tutulan normativ hədd göstəriciləri mövcud deyil, lakin, buna baxmayaraq bəzi 

ölkələrdə normativ səviyyələr mövcuddur. 2010-cu ildə “Airshed Planning Professional 

Ltd”  şirkəti tərəfindən hazırlanmış hesabatda (istinad 4) müxtəlif ölkələrdəki normativ 

hədd göstəriciləri üzrə  ədəbiyyatlar nəzərdən keçirilir. Təqdim olunmuş  ən srtə  hədd 

göstəricisi gündə hər kvadrat metrə 133 milliqram (mq/m

2

/gün) (illik orta göstərici) təşkil 



edir ki, bu da Qərbi Avstraliya Ştatının Hökuməti və Argentina Hökuməti tərəfindən 

narahatlığın yaranması həddi kimi hesab edilir. 




 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

16/42 



 

 

2.2 Modelin 



Seçilməsi 

2.2.1. Qrunt 

Daşıma və Tikinti Fəaliyyətləri və Sahədəki Qurğular 

Atmosferdə dispersiyanın modelləşdirilməsi üçün bir sıra modellər, o cümlədən  Sənaye 

Mənbələri Kompleksinin Qısa Müddətli Fəaliyyəti (ISCST), Amerika Meteoroloji 

Cəmiyyətinin/Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tənzimləyici Modeli (AERMOD) və 

Atmosferdə Dispersiyanın Modelləşdirilməsi Sistemi (ADMS) mövcuddur. 

Bu qiymətləndirmə Böyük Britaniyanın Atmosferdə Dispersiyanın Modelləşdirilməsi 

Sistemindən - ADMS (versiya 4.2) – istifadə olunmaqla həyata keçirilmişdir. Bu, 

“Cambridge Environmental Research Consultants” (CERC) tərəfindən hazırlanmış  və 

skrininq qiymətləndirmələrinə də tətbiq oluna bilən müfəssəl dispersiya modelidir. 

Modelin tətbiqə yararlılığı barədə  əlavə  təfərrüatlar hazırkı hesabatın A Qoşmasında 

verilir və ADMS üzrə  təsdiqləyici hesabatların geniş sayda ədəbiyyatını  aşağıdakı 

ünvandan əldə etmək olar: 

http://www.cerc.co.uk/software/publications.htm

l. 


ADMS4 modelinin seçilməsinin səbəbləri aşağıda verilir: 

  ADMS-4.2 modeli bundan əvvəlki modellərdə istifadə edilən Paskvil sabitlik 

siniflərinin/Qauss profillərinin  əvəzinə, Monin-Obuxov uzunluq parametrinə 

əsaslan, dispersiyanın modelləşdirilməsi üzrə mükəmməl bazaya malikdir. Bu 

sistemlər faktiki olaraq stabil və neytral atmosfer sabitlik şərtləri üçün oxşar 

nəticələr verir, lakin qeyri-sabit şərtlərdə Monin-Obuxov uzunluğunu özündə əks 

etdirən modellərin proqnozları mükəmməl hesab edilir; 

 ADMS-4.2 

modelinə ISCST və ilkin AERMOD modelində istifadə edilən sadə 

empirik düstur əvəzinə,  şleyf hündürlüyünün inteqrasiya edilmiş modulu daxil 

edilib. Empirik metodun alçaq atqı hündürlüklərindən (məsələn, tikinti işlərindən 

çıxan toz) atılan emissiyalar üçün verdiyi proqnozların keyfiyyətinin pis olduğu 

məlumdur, çünki tənliklər birbaşa olaraq iri elektrik stansiyalarının  şleyflərinin 

müşahidələrindən hazırlanıb; 

  Bir çox tənzimləyici orqanlar ADMS4 modelindən istifadə edilməsini konkret 

şəkildə təsdiqləyir yaxud qəbul edir. Böyük Britaniyadakı Ətraf Mühitin Mühafizəsi 

Agentliyi hər hansı modeli rəsmi  şəkildə “təsdiqləmir” (Böyük Britaniya 

Hökumətinin açıq siyasəti). Lakin, ADMS İngiltərə  və Uelsin Ətraf Mühitin 

Mühafizəsi Agentliyi, Şotlandiyanın  Ətraf Mühitin Mühafizəsi Agentliyi və  Şimali 

İrlandiyanın  Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən müntəzəm olaraq 

istifadə edilir və təsdiqlənir. ADMS həmçinin Böyük Brityaniya Hökumətinin ətraf 

mühitin mühafizəsi idarə olan Ətraf Mühit, Ərzaq və  Kənd Təsərrüfatı 

Departamentinin (DEFRA) adından da müntəzəm olaraq istifadə olunur; 

  ADMS modeli ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin “Qoşma W Alternativ 

Modellərin Siyahısı” sənədinə  də daxil edilib və Çində  ətraf mühitə  təsirin 

qiymətləndirilməsinin bütün növləri üçün təsdiqlənib. ADMS Fransada, italiyada, 

Niderlandda,  İrlandiyada, Baltikyanı Dövlətlərdə, Cənubi Afrikada, Macarıstanda 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə