Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ
Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi
Sentyabr 2011
4/50
MƏHDUDİYYƏTLƏR
URS Corporation Limited (URS) şirkəti bu hesabatı aramızda olan xidməti razılaşmaya uyğun olaraq
BP Şahdəniz şirkətinin istifadəsi üçün hazırlamışdır. Bu hesabata daxil olan və ya tərəfimizdən icra
olunan digər xidmətlərdə təqdim etdiyimiz peşəkar məsləhət xidmətləri başqa məna daşımır. URS-nin
öncədən yazılı razılığı olmadan əlimizdə olan Hesabat başqa şirkət tərəfindən qərar qəbul etmək üçün
əsas sənəd rolunu oynaya bilməz. Hesabatda başqa məna göstərilmədikcə aparılan
qiymətləndirmənin nəticəsi budur ki, tikinti sahəsi və avadanlıqlar cari iş rejimi ilə müqayisədə əsaslı
dəyişiklik olmadan öz işini davam etdirəcək. Cari hesabatda göstərilən qərarlar və tövsiyələr başqaları
tərəfindən verilən məlumatlara əsaslanır və bütün müvafiq məlumatlar həmin tərəflərə müraciət
əsasında əldə edilib. Hesabat başqa mənanı ifadə etmədikcə üçüncü tərəfin təqdim etdiyi məlumatlar
URS tərəfindən müstəqil şəkildə qiymətləndirilmir.
MÜƏLLİF HÜQUQU
© Bu hesabatın müəllif hüququ URS Corporation Limited şirkətinə məxsusdur. Hesabatın aidiyyatı
olan şəxs və ya şirkət istisna olmaqla icazəsiz çapı və ya istifadəsi qəti qadağandır.
Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ
Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi
Sentyabr 2011
5/50
Vahidlər və ixtisarlar
Vahid
Təsviri
dB Desibel,
səs vahidi
dB(A) A-səs gərginliyinin desibellərlə ölçüsü
Km Kilometr
LAeq Ardıcıllıq ekvivalentində müəyyən dövr üçün A- səs gərginliyinin hesablanmış səviyyəsi
Lw Səsin desibellərlə gücü
LA10
Adətən yol hərəkəti kimi yüksək səs-küy hallarına aid edilən 10% vaxtı üstələyən səs-küy
səviyyəsi
LA90
90% vaxtı üstələyən səs-küy səviyyəsi. Adətən “ilkin səviyyə” kateqoriyasına aid olan bu
göstərici (əsasən terminal kimi sabit səs-küy effekti olan yerlərdə) obyekt tərəfindən hasil
olan sabit səs-küy səviyyəsinin göstərilməsi üçün istifadə edilir.
m Metr
İxtisarlar/
Akronimlər
Təsviri
ŞD
Şahdəniz
BK Birləşmiş Krallıqlar
Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ
Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi
Sentyabr 2011
7/50
1. GİRİŞ
Bu hesabat Şahdəniz layihəsinin 2-ci mərhələsi üzrə həssas reseptorlarda səs-küy
səviyyəsinin qiymətləndirilməsi üçün aparılan tədqiqatların nəticələrini əks etdirir.
ŞD2 infrastruktur layihəsi Sanqəçal Terminalında ŞD2 genişləndirmə sahəsi çərçivəsində
onşor ŞD2 obyektlərinin inşası, quraşdırılması, təhvil-təslim və istismarı proseslərindən
əvvəl müəyyən işlərin görülməsini tələb edir. ŞD2 infrastruktur layihəsinin əsas
komponentləri aşağıdakılardır (bax Şəkil 1):
İlkin Neft Layihəsi Terminalına çıxış yolunun müvəqqəti bərpası;
Bakı-Ələt magistral yolundan Sanqəçal terminalına yeni çıxış yolu (və bununla
əlaqədar olan avadanlıqlar);
Cari terminalın qərbində yerləşən ŞD2 layihə genişləndirmə ərazisinin
təmizlənməsi;
Tikinti
sahəsinin terraslanması;
Tikinti
düşərgəsi və tikinti avadanlıqlarının qurulması və qaydalaşdırılması;
Çirkab
su
təmizləyici qurğusunun quraşdırılması və istismarı;
Daşqın sularının drenajı və səth suları/daşqın mühafizə bermalarının
quraşdırılması; və
Çimərlik hovuzu / poliqon sahəsinin hamarlanması.
1.1 Miqyas
Səs-küyün aşağıdakı obyektlərdə həssas reseptorlara təsir səviyyəsi qiymətləndirilmişdir:
Tikinti zavodu (sahənin içi);
Beton
zavodu
1
;
Tikinti
sahəsindən kənarda yol hərəkəti;
Payavurma
işləri; və
Betonun
qırılması
Tikintinin ən fəal dövründə bütün tikinti fəaliyyətlərinin birgə qiymətləndirilməsi həyata
keçirilmişdir. Həssas reseptorlarda ehtimal olunan səs-küy səviyyəsi cari Hesabatın 2.1
bölümündə göstərilən həddlərlə müqayisə edilmişdir.
1
Layihənin əsas hallar bölümünə daxil edilməmişdir. Bu variant seçilərsə onun üçün yer ayrılmışdır.
Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ
Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi
Sentyabr 2011
8/50
Şəkil 1: ŞD2 infrastruktur layihəsinin yerləşdiyi yer
Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ
Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi
Sentyabr 2011
9/50
ŞD2 İnfrastruktur layihəsi 2012-ci ilin Yanvar ayında başlayacaq. Layihə 18 ay davam
edəcək. İşlər ŞD2 İnfrastruktur ƏSTQ Layihə Təsviri fəslində göstərildiyi kimi yeddi fərqli
fazalarda aparılacaq (bax Şəkil 2) (ist. 2).
Şəkil 2: ŞD2 infrastruktur layihəsinin iş qrafiki
2. METODOLOGİYA
Tikinti səs-küyünün qiymətləndirilməsi üçün aşağıdakı mərhələlərdən istifadə edilmişdir:
1. ŞD2 infrastruktur layihəsi ƏSTQ layihə təsviri sənədinin nəzərdən keçirilməsi
(Fəsil 5) (ist. 2);
2. Tikinti
və yol hərəkəti zamanı yaranan səs-küy üzrə müvafiq layihə standartları və
qiymətləndirmə meyarlarının nəzərdən keçirilməsi;
3. Aidiyyatı təlimatlara uyğun olaraq yol hərəkətinin qiymətləndirmə tələbatlarının
müəyyən edilməsi. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:
Bakı-Səlyan magistral yolunda yol hərəkətinin cari axını; və
ŞD2 infrastruktur layihəsi ilə bağlı yarana biləcək əlavə yol hərəkəti.
4. İnşaat işlərinin səs-küyə həssas olan yerlərə səs təsirlərini nəzəri olaraq göstərən
modelləşdirmə cədvəllərinin hazırlanması (bax Əlavə B);
5. Qurğuların tikintisində səs-küy modeli üçün parametrlərin işlənib hazırlanması.
Buraya aşağıdakılar daxildir;
İnşaat qurğularının növü və sayı və onların gündəlik iş rejimində səs-küy
əmələ gətirmə səviyyəsi;
Tikinti işi ilə bağlı əmələ gələn səs-küyün mənbəyi və səs-küyə həssas
olan reseptorlar arasında məsafə (metrlə);
Yaxında binaların olmasını nəzərə alaraq edilməli olan düzəlişlər (misal
üçün bina fasadının möhkəmləndirilməsi);
Dostları ilə paylaş: |