Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/13
Çıxarılmış torpağın istifadəsi ilə bağlı yığcam məlumat
Cədvəl 5.1-də Faza 3 fəaliyyətləri zamanı əmələ gələcək torpağın təxmini miqdarı və həmin
torpağın planlaşdırılan təkrar istifadəsi ilə bağlı ümumi məlumat təqdim olunur.
Cədvəl 5.1 Çıxarılacaq torpağın təxmini miqdarı və onun nəzərdə tutulan təkrar
istifadəsi
Material
Materialların
təxmini
miqdarı (m
3
)
Planlaşdırılan təkrar istifadə
Çıxarılacaq bitki qatı
500
Bitki qatının yenidən yaradılması (üstünlük
verilən variant) və ya mulçalanma və
sahədən kənara atılma
Çıxarılacaq torpağın üst qatı
140 000
Su daşqınından qoruma bəndi daxilində
Mövcud torpaq qalaqları
440 000
Vadinin təmizlənməsi işləri zamanı
meydana gəlmiş materiallar
1 000
Drenaj kanalının yenidən təşkili və yeni
drenaj kanalının tikintisi zamanı qazılıb
çıxarılan materiallar
18 000
Aşağıdakılar üçün inşaat doldurucu
materialı
Giriş-çıxış yolu və daxili yol üçün torpaq
təməlləri
Su daşqınından qoruma bəndi
Tikinti yaşayış düşərgəsi və tikinti
sahələri
ÜMUMİ: 599
500
Tozun yaranmasının qarşısını almaq üçün sahənin hazırlanması işləri zamanı hər yerdə
səyyar su maşınları təmin olunacaq. Həmin maşın-sisternlərin doldurulması üçün terminalın
su təchizatından və ya təmizlənmiş çirkab sulardan istifadə olunması planlaşdırılır.
Torpağın üst qatının/torpaq qalaqlarının çıxarılması ilə bağlı potensial problemlərin (misal
üçün, tozun yaranması, torpaq eroziyası və axımı) nəzərdən keçirilməsi
üçün təyin olunmuş
podratçı çıxarılmış torpaq qalaqlarının və landşaftın idarə edilməsi planını hazırlayacaq.
Əlavə təfərrüatlar Fəsil 12-də təqdim olunur.
5.5.4 Faza 4 – Əsas mülki-tikinti işləri
Faza 4 aşağıdakıları daxil edir:
Drenaj
borularının və kəsişmələrin quraşdırılması;
Terminalın yeni giriş-çıxış yolunun və digər daimi daxili yolların tamamlanması;
Su, drenaj boru xətləri və elektrik enerji birləşmələri də daxil olmaqla kommunikasiyalar
üzrə işlər;
ŞD 2 üzrə çirkab suları təmizləmə qurğusu obyektləri də daxil olmaqla ŞD2 üzrə
yardımçı obyektlərin tikintisi;
Müvəqqəti mühafizə postunun və onunla əlaqəli tikililərin inşa olunması; və
Boru
kəmərinin sahilə çıxma sahəsinin hazırlanması.
Bu faza ərzində şoseyə birləşmə işlərinin həyata keçirilməsi də planlaşdırılır. Bu işlərə əsas
yola çıxan yolun, şose üzərindən körpünün və terminalın yeni giriş-çıxış yoluna birləşmənin
və dəmir yolu keçidinin tikintisi daxildir.
Yuxarıdakı Bölmə 5.1-də göstərildiyi kimi Bakı-Salyan şosesi ilə birləşmənin müfəssəl
layihəsinin hazırlanmasına və tikintisinin həyata keçirilməsinə Azərbaycanın
Yol Tikintisi
İdarəsi cavabdeh olacaq.
Kəsişmələrin quraşdırılması
İşlərə Şəkil 5.8-də göstərildiyi kimi giriş-çıxış yolunun və daxili yolların altında drenaj
borularının və kəsişmələrin tikintisi daxil olacaq. Betondan hazırlanacaq kəsişmələrin
quraşdırılması zamanı hazırda mövcud olan terminalla və 3-cü tərəflərlə əlaqədar qaz, neft və
su boru xətlərini əhatə edən kommunikasiyalara gələcəkdə texniki xidmətin göstərilməsi üçün
kifayət qədər hündürlük təmin olunacaq. Kəsişmələr həmçinin gələcək ŞD2 üçün boru
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/14
kəmərlərinin nəzərdə tutulan marşrutu, o cümlədən hazırda mövcud olan terminaldan ŞD 2
çirkab sularının təmizlənməsi qurğusuna qədər gələcəkdə təmin olunacaq birləşmənin
nəzərdə tutulan marşrutu boyunca quraşdırılacaq. Terminalın lap cənubunda yerləşən dövlət
boru xətti dəhlizi daxilində yerləşən kəsişmələr üçün kiçik diametrli payaların vurulması
sistemindən istifadə olunmasını tələb edilə bilər
2
.
Yerli çobanların yeni giriş-çıxış yolunu keçə bilməsi üçün boru xətti kəsişmələrindən birinin
layihəsində kifayət qədər qabarit hündürlüyün və enin nəzərə alınması daxil olacaq.
Yolların tamamlanması
Bütün daimi yollar (misal üçün, giriş-çıxış yolu və daxili yollar) kənardan gətirilən çınqılla
örtüləcək və inşaat texnikası üçün uyğun gələn standarta müvafiq şəkildə tamamlanacaq.
Dövlət boru kəməri dəhlizindən keçməklə giriş-çıxış yolu boyunca və tikinti obyektlərinin
sahəsi yaxınlığında daimi işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.
Kommunikasiyalar üzrə işlər
Kommunikasiyalar üzrə işlər tikinti yaşayış düşərgəsinin və tikinti obyektlərinin birləşdirilməsi
üçün həyata keçiriləcək. Mümkün olan halda giriş-çıxış yolunun və daxili yolların yaxınlığında
su təchizatı və drenaj boru xətlərinin, o cümlədən kabel xətlərinin (enerji təchizatı və
telekommunikasiyalar) quraşdırılması nəzərdə tutulub. Şəhər çirkab suları şəbəkəsinə və ya
dövlət telekommunikasiya sistemlərinə birləşmələr planlaşdırılmır. Yuxarıdakı Bölmə 5.5.2-də
sahədən kənar enerji təchizatına birləşmələr müzakirə olunur. Magistral su xəttinə birləşmə
kommunikasiyalar sisteminin sahibi olan tərəflə əlaqəli şəkildə həyata keçiriləcək.
ŞD2 yardımçı obyektlər
İşlərə aşağıdakıların daxil edilməsi planlaşdırılır:
Çirkab suları təmizlənmə qurğusu (ÇSTQ) – Aşağıdakı obyektlərdən daxil olan
çirkab sularının qəbulu üçün modul tipli ÇSTQ-nin inşası və istismara verilməsi
planlaşdırılır:
o
Şimal tikinti yaşayış düşərgəsi və cənub tikinti obyektləri;
o
ŞD2 terminalının genişləndirilməsi ərazisi; və
o
Terminalın mövcud əraziləri (qeyd etmək lazımdır ki, mövcud obyektlər və yeni
ÇSTQ arasında birləşmə ŞD2 İnfrastruktur Layihəsinin iş həcminə daxil deyil).
ÇSTQ sutkada 900 m
3-
ə
qədər məişət sularının (məişət çirkab suyu və axıntı suyu)
mövcud standartlara uyğun şəkildə təmizləmək gücünün təmin edilməsi şərtilə
layihələndiriləcək (bax Cədvəl 5.2).
2
Məhdud qabarit hündürlüyün mövcud olduğu yerlərdə istifadə olunan payaların vurulması növü.