Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/15
Cədvəl 5.2 ÇSTQ-nin layihələndirilməsi standartları
Parametr
Ölçü vahidləri
Son qiymət
1, 2
pH -
6-9
<1
3
Qalıq xlor
mq/l
<0.2
4
Bakteriyaların optik sıxlığı
mq/l
20
Kimyəvi proseslərə sərf olunan oksigen
mq/l
100
Asılı bərk maddələrin ümumi miqdarı
(TSS)
mq/l 30
Кoliform bakteriyalarının ümumi miqdarı MPN/100ml
<400
Qeydlər:
1. Bütün son qiymətlər maksimal qiymətlərdir, yəni onlardan artıq olmamalıdır.
2. Başqa cür göstərilməmişsə, son qiymətlər AÇG və ŞD layihələri çərçivəsində razılaşdırılan qiymətlərə
uyğundur.
3. Suvarma və tozun yatırdılması üçün istifadə olunan təmizlənmiş çirkab suya tətbiq olunur. 4.Ətraf mühitə
atılan təmizlənmiş çirkab suları üçün tətbiq olunur.
Normal şəraitlərdə təmizlənmiş çirkab suların:
o
“Şahqaya” vadisinə axıdılması; və ya
o
Münasib və tələb olunduğu hallarda suvarma məqsədləri ilə və ya tozun yatırılması
üçün istifadə olunması planlaşdırılır.
ÇSTQ layihəsinə çöküntülərin təmizlənməsi daxil deyildir və qurğu istismara verildiyi
zaman çöküntülərin toplanması planlaşırılır. Kanalizasiya çöküntüləri toplanıb,
müvafiq qaydada təsdiqlənmiş obyektdə təmizlənməsi məqsədi ilə, təyin edilmiş
konteynerlərdə saxlanacaq. Heç bir kanalizasiya çöküntüləri atılmamalıdır.
Tullantıların ötürülməsi obyekti – Sahədən daşınana qədər tullantıların ayrılması və
saxlanması üçün nəzərdə tutulan tullantıların ötürülməsi üçün cənub tikinti obyektləri
daxilində təxminən 3000m
2
yeni sahə yerləşəcək. Obyektin dizaynının terminalda
mövcud olan obyektin layihəsi ilə eyni olacağı planlaşdırılır.
Avtomobillərin yanacaqla doldurulması obyekti – Avtomobillərin yanacaqla
doldurulması üçün nəzərdə tutulan ayrıca sahə tikiləcək (təxminən 300m
2
). Sahəyə
üzlənmiş bəndlər daxil olacaq, bəndin tutumu saxlanılan yanacağın miqdarının 110 %-i
nisbətində olacaq. Sahədəki drenaj nefti sudan ayıran xüsusi separator sisteminə
istiqamətləndiriləcək ki, bu sistem suyun mövcud su/neft standartlarına uyğun şəkildə
təmizlənməsi üçün layihələndirilib
3
. Yanacaqdoldurma obyekti istismara verildikdən
sonra ŞD2 İnfrastruktur Layihəsi ilə əlaqədar maşın-mexanizmlərin və avtomobillərin ya
obyektdə, ya da onların istismar sahəsində yanacaq daşıyan maşınlar vasitəsilə
yanacaqla doldurulması planlaşdırılır. Ətraf mühitə dağılmaların qarşısını almaq üçün
yanacaqdoldurma əməliyyatları zamanı prosedurlara ciddi şəkildə riayət olunacaq.
Avtomobillərin yuyulması obyekti –. Avtomobillərin yuyulması üçün daimi bir obyekt
inşa olunacaq və xüsusi saxlama çənlərinə istiqamətlənmiş drenaj sistemi ilə əhatə
olunacaq. Belə gözlənilir ki, çənlərə toplanılmış çöküntü, neft və yuyucu maddələr də
daxil olmaqla nəqliyyat vasitələrinin yuyulması zamanı əmələ gələn çirkab sular
yenidən istifadə olunacaq və sudaşıyan maşınlarla daşınacaq.
Təmiz su qurğusu – kran suyunun içməli su standartları üzrə təmizlənməsi üçün
layihələşdirilmişdir.
Əsas kimi qəbul edilmiş layihə variantına daxil edilməsə də, istismara verildikdən sonra
saatda 100m
3
beton təmin edə biləcək beton qarışığı komponentlərinin dozalaşdırılması
qurğusu üçün sahə və materiallar və blokların saxlanması üçün müvafiq sahə ayrılmışdır.
3
Orta aylıq miqdar 10 mg/l-dən az və gündəlik 19 mg/l-dən az
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/16
Mühafizə
Tikinti obyektləri üçün müvəqqəti mühafizə obyektləri və onlara aid müvəqqəti tikililər inşa
ediləcək. Tikinti işlərinin ətrafdakı ictimaiyyətin gediş-gəlişi olan sahələrdən təcrid olunması
üçün tikinti sahələri müvəqqəti çəpərlənəcək.
Boru kəmərinin sahilə çıxma sahəsi
Bu faza ərzində Boru Kəmərinin Sahilə çıxma Sahəsi üzrə hazırlıq işlərinə giriş-çıxış yolunun
hazırlanması, torpağın üst qatının çıxarılması və torpağın stabilləşdirilməsi daxil olacaq. Boru
Kəmərinin Sahilə çıxma Sahəsi daxilində bərk örtüklü sahədə 80 nəfərə qədər insan üçün
nəzərdə tutulan obyektlər yerləşdiriləcək (gündəlik su çəni, enerji təchizatı üçün dizel
generatorları, çirkab suları üçün septik çən, ofis və sosial-məişət obyektləri də daxil olmaqla).
5.5.5 Faza 5 – Torpaq işlərinin kontur işlənməsi
5-ci Faza ŞD2 genişləndirmə ərazisi üçün torpaq işlərinin əsas kontur işlənməsini əhatə edir
(Şəkil 5.9).
İşlərə ŞD2 genişləndirmə ərazisi daxilində mövcud torpağın qazılması, doldurulması və
bərkidilməsi ilə gələcək ŞD2 quru obyektləri üçün üç terras səviyyəsinin hazırlanması daxildir.
Dördüncü terras səviyyəsi formalaşdırılacaq, lakin hazırlanmamış vəziyyətdə saxlanılacaq.
İlkin hesablamalara əsasən, təxmin edilir ki, qazma və doldurulma işlərində təxminən
350000m
3
material istifadə olunacaq. Materialın kənardan gətirilməsi gözlənilmir. Bu
terrasların ümumi layihəsi təxminən aşağıdakı sahələri əhatə edəcək:
Yuxarı terras (hazırlanmamış vəziyyətdə) 13,85 ha;
Yuxarı terras (hazır vəziyyətdə) 10,93 ha;
Orta terras 18,00 ha; və
Aşağı terras 25,63 ha.
Torpaq işləri zamanı, əsas ŞD2 terminalının tikintisi üçün paya sütunlarının yararlılığının və
ilkin layihəsinin tədqiq olunması üçün bir sıra payavurma sınaqlarının keçirilməsi planlaşdırılır.
Payaların ya əvvəlcədən hazırlanmış beton formasında yerə vurulması, ya da yerdə açılmış
oyuğa beton vurulması planlaşdırılır. Payaların yerləri ya ŞD2 genişləndirmə ərazisi daxilində,
ya da ŞD2 genişləndirmə ərazisinin hüdudlarından 100 metrlik məsafə daxilində olacaq.