Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə127/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   123   124   125   126   127   128   129   130   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/10 



Yekun variant

 

Sual (icma üzvlәri): 

Tikinti işlәri әrzindә sәs-küy vә toz dözülmәz dәrәcәdә olur. Bәzi hallarda toz buludları әmәlә 

gәlir. 


Cavab (BP nümayәndәsi): 

Biz tәsirin miqyasını başa düşürük vә onu minimuma endirmәk üçün әlimizdәn gәlәni edirik. 

Bizim tәsirazaltma tәdbirlәrimizә  iş sahәsinә su çilәnmәsi vә tozu azaldacaq digәr nәzarәt 

tәdbirlәri daxildir. 



 

Sual (icma üzvü): 

Әvvәllәr tәlim mәrkәzlәrimiz var idi vә orada bizim gәnc nümayәndәlәrimiz peşә ixtisasları 

әldә edә bilir, müәyyәn peşәlәrә yiyәlәnirdi. Nә üçün işlәr başlamazdan  әvvәl bu cür 

mәrkәzlәr açılmasın vә bu cür tәlimlәrin iştirakçılarından ibarәt ixtisaslaşmış işçi qüvvәsi işlә 

tәmin olunmasın? 

Sual (icma üzvlәri tәrәfindәn): 

Siz BP-nin infrastruktur tәşәbbüsü kimi qәsәbәmizdә tullantı toplama mәntәqәlәrinin 

tikilәcәyini qeyd etdiniz. Bizә tullantı toplama mәntәqәlәri lazım deyil, bizim bәrk tullantıların 

tullantı poliqonuna daşınması ilә bağlı problemin hәllinә ehtiyacımız var, әks tәqdirdә, tullantı 

toplama mәntәqәlәri dağıdılacaq vә bütün resurslar әvvәl dә olduğu kimi talan edilәcәk. 

Cavab (BP nümayәndәsi): 

Bәrk tullantıların daşınması bizim işimiz deyil. İcra Hakimiyyәtindә bu işlә  mәşğul olan şöbә 

olmalıdır. Tәlim mәrkәzlәrinә  gәldikdә isә: bәli,  әvvәllәr bizdә bu cür mәrkәzlәr olub vә 

onların iştirakçıları müxtәlif sahәlәrdә özlәrinә iş tapa biliblәr. 

 

BP nümayәndәsi görüşdә  iştirak etdiklәrinә görә  iştirakçılara öz tәşәkkürünü 

bildirdi vә görüşü bağlı elan etdi. Yekunda bir daha ӘMSSTQ sәnәdinin qısa xülasәsinin, 

elәcә  dә  rәy vә  şәrhlәr yazmaq üçün formaların  İcma Mәlumat Mәrkәzindә qoyulacağı 

xatırladıldı. 

 

Ümid icması ilә görüş   (“AzFen” nümayәndәsi vә Sәngәçal terminalının yerli  podratçısı 

olan “Barama” şirkәti iştirak edib) 

İ

ŞTIRAKÇILARIN 

S

AYI 

:

 

30 

G

IRIŞ BÖLMӘSI 

-

  

Y

UXARIDA QEYD EDILDIYI KIMI 



(

SӘH


.

 

1-2) 



 

Suallar (icma üzvlәri tәrәfindәn)

Buraya yaxın әrazidә qazın yandırılması nәticәsindә meydana çıxan alov bizi narahat edir vә 

alov ötәn aydan bәri artıb. Biz hәmçinin güclü qoxu da hiss edirik ki, bu da bizi daha çox 

narahat edir. Bunun sәbәbi nәdir? 



Cavab (BP nümayәndәsi): 

Hazırda biz qaz stansiyasında tәmir işlәri aparırıq. Bu hәr hansı  qәza ilә bağlı  tәmir deyil, 

sadәcә,  әvvәldәn planlaşdırılaraq bütün qurğuları normal işlәk vәziyyәtdә saxlamaq üçün 

hәyata keçirilәn texniki xidmәt işlәridir. Biz qazın nәqlini dayandırdığımız zaman borularda 

çoxlu hәcmdә qaz qalır ki, bunu da yandırmalı oluruq. Qazın mәşәl qurğusunda yandırılması 

zәruridir, әks tәqdirdә bu, partlayışa sәbәb ola bilәr. Adәtәn, qazın bir hissәsi qaz şәbәkәsinә 

ötürülür ki, bu da Qaradağ vә digәr rayonlara paylanılaraq onları qaz tәchizatı ilә tәmin edir. 

 

Sual (icma üzvü): 

Biz güclü qoxu ucbatından pәncәrәlәrә aça bilmirik.  

Cavab (BP nümayәndәsi): 

Biz tozu, sәs-küyü vә digәr tәsir formalarını müntәzәm olaraq ölçürük. Biz hәmçinin әlimizdәn 

gәlәni edirik ki, tәsiri minimuma endirәk. Vә bütün ölçmәlәr beynәlxalq standartlara 

uyğunluğu göstәrir. Bununla belә, lay suyu qoxunun yaranmasına sәbәb olur. 

 

Sual (icma üzvü): 

Siz hәqiqәtәn dә hesab edirsinizmi ki, sizin tәşәbbüslәriniz tәsiri minimuma endirir? 



Cavab (BP nümayәndәsi): 

Biz bütün tәsirlәri minimuma endirmәyә çalışırıq. Terminalda aparılan fәaliyyәtlәr nәticәsindә 

lay suyunun qoxusu vә digәr mәsәlәlәrin yaranması    qaçılmazdır. Siz mәnfi tәsirlәrdәn 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi  

ƏLAVƏ 8A 

 

Dekabr 2011                                                                                                                                                            8A/11 



Yekun variant

 

danışdınız, lakin yaddan çıxarmaq olmaz ki, terminalın fәaliyyәti çoxlu sayda müsbәt tәsirlәrә 



dә malikdir. Şahdәniz 2 Layihәsi tәxminәn 2012-ci ilin birinci rübündә infrastruktur layihәsinin 

başlanılmasını nәzәrdә tutur. 18 ay davam edәcәk hәmin layihә üzrә işlәrin әn qaynar çağında 

800-1000 nәfәr işçi qüvvәsinә ehtiyacımız olacaq. 

 

Sual (icma üzvlәri): 

Siz seçim prosesini necә tәşkil edәcәksiniz?  

Cavab (BP nümayәndәsi): 

İxtisaslaşmamış  işçi qüvvәsinin işә götürülmәsindә terminala yaxın qәsәbәlәrә üstünlük 

verilәcәk, ixtisaslaşmış  işçi qüvvәsi isә müsahibәlәr vasitәsilә  vә müvafiq peşә ixtisası  vә 

bacarıqların yoxlanılması yolu ilә seçilәcәk. Mәnә  mәlum olduğuna görә, bizim podratçımız 

olan “Rövşәn-Oğuz” şirkәti artıq Ümid qәsәbәsindәn müәyyәn qәdәr işçi qüvvәsi işә götürüb. 

Әrizә formalarının doldurulmasına vә  tәrcümeyi-halların (CV-lәr) hazırlanmasına gәldikdә isә 

BP şirkәti bu prosesә әrazidә BP-nin adından fәaliyyәt göstәrәn QHT vasitәsilә yardım edәcәk. 

2013-cü ildә başlayacaq nisbәtәn daha iri miqyaslı işlәr daha çox işçi qüvvәsi tәlәb edәcәk. 

 

Sual (icma üzvü): 

Bizim evlәrimiz çox pis vәziyyәtdәdir, bizә yaşayış  şәraitimizin yaxşılaşdırılmasında necә 

kömәk edә bilәrsiniz? 

Cavab (BP nümayәndәsi): 

Yaşayış  şәraitinin yaxşılaşdırılması, xüsusәn dә evlәrin tәmiri bizim cavabdehliyimizә daxil 

deyil. Biz icma mәrkәzinin tәmir edilmәsi üçün proqram hazırlamışıq vә  İcra Hakimiyyәti ilә 

bizә maliyyә  vәsaitlәri ayrılmasında kömәk edә bilib-bilmәyәcәklәrini müәyyәnlәşdirmәk 

barәdә söhbәtlәr aparmışıq. Qoyulmalı olan vәsaitin 50 faizi sizin tәrәfinizdәn tәmin 

olunmalıdır ki, bu da hәlә öz hәllini tapmayıb. Lakin sizin maliyyә  çәtinliklәrinizi bildiyimizә 

görә biz bu payı 45 %-ә qәdәr azaltmışıq vә  hәtta sizin qoyacağınız vәsaitin bundan da az 

olacağı tәqdirdә vә ya hәmin vәsait işçi qüvvәsi vә digәr formada tәmin edildiyi halda nә edә 

bilәcәyimizi nәzәrdәn keçirәcәyik. 

 

Sual (icma üzvü): 

Bizә icma mәrkәzinin deyil, evlәrimizin vәziyyәtinin yaxşılaşdırılması lazımdır. Biz düşünürdük 

ki, yeni layihәlәrә vә tәşәbbüslәrә bizim yaşayış yerlәrimizin tәmiri daxil olacaq. 



Cavab (BP nümayәndәsi):  

Sizin sakinlәrin  әksәriyyәti mәcburi köçkün ailәlәridir. Hökumәt mәcburi köçkün ailәlәrinin 

yaşayış standartlarını yaxşılaşdırmaq üçün xüsusi proqramlar işlәyib hazırlayır. Bu proqram 

әrazilәr boyunca müәyyәn mәrhәlәlәrlә  hәyata keçirilmәkdәdir. Ümid edirәm ki, hәmin 

proqram bir gün sizin qәsәbәnizi dә әhatә edәcәk. Lakin evlәrin tәmiri bizim işimiz deyil. 

 

Sual (icma üzvü): 

Faktiki olaraq, bizim xeyrimiz öz sakinlәrimizin işlә  tәmin olunmasıdır.  Әgәr hәr ailәnin bir 

üzvü işlәyirsә, bu hәmin ailә üçün gәlir demәkdir. 



Cavab (BP nümayәndәsi): 

Biz  әlimizdәn gәlәni edәcәyik ki, ixtisaslaşmamış  işçi qüvvәsinin hamısı terminala әn yaxın 

qәsәbәlәr olan Ümid, Әzimkәnd vә  Sәngәçal qәsәbәlәrindәn işә götürülsün. Biz sizin 

qәsәbәnizin 9 nәfәr gәnc sakininә  tәlim keçmişik ki, onlardan 4-ü yeni qazandıqları 

sәriştәlәrdәn istifadә edә bilәcәklәri iş tapıb. 

 

BP nümayәndәsi görüşdә  iştirak etdiklәrinә görә  iştirakçılara öz tәşәkkürünü 



bildirdi vә görüşü bağlı elan etdi. Yekunda bir daha ӘMSSTQ sәnәdinin qısa xülasәsinin, 

elәcә  dә  rәy vә  şәrhlәr yazmaq üçün formaların  İcma Mәlumat Mәrkәzindә qoyulacağı 

xatırladıldı. 

 

 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə