Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
ƏLAVƏ 8A
Dekabr 2011 8A/8
Yekun variant
Sual (icma üzvü):
Tikinti işlәri әrzindә sәs-küy vә toz dözülmәz dәrәcәdә olur. Bәzi hallarda toz buludları әmәlә
gәlir.
Cavab (BP nümayәndәsi):
Biz tәsirin miqyasını başa düşürük vә onu minimuma endirmәk üçün әlimizdәn gәlәni edirik.
Bizim tәsirazaltma tәdbirlәrimizә iş görülәn sahәyә su çilәnmәsi vә tozu azaldacaq digәr
nәzarәt tәdbirlәri daxildir vә biz işlәr aparılan zaman yaranan tozun sәviyyәlәrinә nәzarәt
edirik.
Sual (icma üzvü):
Bizә mәktәblәrimizin vәziyyәtinin yaxşılaşdırılmasında kömәk edә bilәrsinizmi?
Cavab (BP nümayәndәsi):
Mәktәb Tәhsil Nazirliyinin balansındadır vә onunla bağlı görülmәli olan işlәrә hәmin nazirlik
cavabdehlik daşıyır. Әgәr xatırlayırsınızsa, biz mәktәb әtrafında çınqıl örtüyün döşәnmәsini vә
onun hasara alınmasını tәklif etmişdik. Siz bildirdiniz ki, bu tәşәbbüsün hәyata keçirilmәsinә
ehtiyacınız yoxdur, çünki İcra Hakimiyyәti yeni mәktәb tikmәyi vәd edib. Lakin biz indi dә
tәklif etdiyimiz işlәri yerinә yetirә bilәrik. İstәnilәn halda, bu mәsәlәni hәll etmәyin әn yaxşı
yolu İcra Hakimiyyәtinә getmәk vә orada öz problemlәrinizi qaldırmaqdır. BP şirkәtinin
gördüyü bütün işlәr yalnız sizә könüllü kömәk etmәkdir vә bizim bu işlәri yerinә yetirmәk üçün
mәcburi cavabdehliyimiz yoxdur.
İcma üzvünün fikri: Mәn düşünürәm ki, Azәrbaycanın hәr hansı digәr yerindә buraya oxşar
yer yoxdur. Bizim hamam-tualetlәrimizdә kran suyu sistemi belә yoxdur. Yağış yağanda palçıq
ucbatından uşaqlar mәktәbә gedә bilmirlәr. Mәktәbin tavanından su damır. Hәr halda, bir
maşın çınqılın da bizim üçün dәyәri var. Bacardığınız kömәyi әsirgәmәmәyinizi xahiş edirik vә
tәşәbbüslәrinizә görә sizә minnәtdarıq.
BP nümayәndәsi görüşdә iştirak etdiklәrinә görә iştirakçılara öz tәşәkkürünü
bildirdi vә görüşü bağlı elan etdi. Yekunda bir daha ӘMSSTQ sәnәdinin qısa xülasәsinin,
elәcә dә rәy vә şәrhlәr yazmaq üçün formaların İcma Mәlumat Mәrkәzindә qoyulacağı
xatırladıldı.
Sәngәçal icması ilә görüş (“AzFen” şirkәtinin nümayәndәsi, elәcә dә Sәngәçal terminalının
yerli podratçıları olan “Rövşәn-Oğuz” vә “Barama” şirkәtlәrinin nümayәndәlәri iştirak edib)
İ
ŞTIRAKÇILARIN
S
AYI
:
35
G
IRIŞ HISSӘSI
-
Y
UXARIDA QEYD EDILDIYI KIMI
(
SӘH
.
1-2)
Suallar (icma üzvlәri):
Buraya yaxın әrazidә qazın yandırılması nәticәsindә әmәlә gәlәn alov ötәn aydan bәri artıb.
Biz bunu müşahidә etmişik vә sәbәbini bilmәk istәrdik.
Cavab (BP nümayәndәsi):
Qaz boru xәtti terminala iki platformadan gәlir. Son vaxtlar biz qaz stansiyasında tәmir işlәri
aparırıq. Bu hәr hansı qәza ilә bağlı tәmir deyil, sadәcә, әvvәldәn planlaşdırılaraq bütün
qurğuları normal işlәk vәziyyәtdә saxlamaq üçün hәyata keçirilәn texniki xidmәt işlәridir. Biz
qazın nәqlini dayandırdığımız zaman borularda çoxlu hәcmdә qaz qalır ki, bunu da yandırmalı
oluruq. Qazın mәşәl qurğusunda yandırılması zәruridir, әks tәqdirdә bu, partlayışa sәbәb ola
bilәr. Biz başa düşürük ki, alovun artması, qazın mәşәldә yandırılması әlavә sәs-küy demәkdir.
Biz sәs-küyün ölçülmәsini hәyata keçirmişik vә onun sәviyyәlәri yolverilәn hәdlәrdәn artıq
deyil.
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
ƏLAVƏ 8A
Dekabr 2011 8A/9
Yekun variant
Sual (icma üzvü):
Bizә hәr hansı dәyişikliklәri vә mәlumatları bildirmәk üçün bizimlә әlaqә saxlayan şәxs var idi.
Onu adı Şәfa Rәhimovdur. İndi hәmin şәxs yoxdur. Alovun artması vә әtraf mühitdә baş
verәn digәr dәyişikliklәr barәdә bizә mәlumat verilmәlidir
Cavab (BP nümayәndәsi):
Biz Sәngәçal vә Ümid qәsәbәlәrindәki yerli hakimiyyәt orqanlarına vә bәlәdiyyәlәrә, icma
rәhbәrlәrinә vә elәcә dә Әzimkәnd mәktәbinә mәşәldә yandırılma ilә bağlı lazımi mәlumatları
vermişik. Hal-hazırda Sәngәçal icma rәhbәri buradadır vә o, tәsdiqlәyir ki, qazın mәşәldә
yandırılmasının artması barәdә mәlumat almaq istәyәn bütün şәxslәri mәlumatlandırıb. Eyni
zamanda biz burada cari vәziyyәtә vә gәlәcәk planlarımıza dair әn son mәlumatları tәqdim
etmәk üçün toplaşmışıq vә biz bunu müntәzәm olaraq hәyata keçiririk. Qazın mәşәl
qurğusunda yandırılması tәzyiqә nәzarәt etmәk vә partlayışlara yol vermәmәk üçün lazım olan
texniki tәhlükәsizlik tәdbiridir. Faktiki olaraq biz neftdәn ayrılan qazın cüzi bir hissәsini
yandırırıq. Biz hәr il Dövlәt Neft Şirkәtinә 10 milyon m
3
-dәn çox qaz tәhvil veririk.
Sual (icma üzvü):
Siz deyirsiniz ki, “Rövşәn-Oğuz” şirkәtinin işçilәrinin 1/3 hissәsi yerli sakinlәrdir, lakin bu,
hәqiqәt deyil. Onlar işçilәri kәnardan gәtirir vә burada qeydiyyata aldırır, sonra isә onları yerli
sakin kimi işә götürürlәr. Faktiki olaraq, burada yaşayan yerli sakinlәrin özlәri terminalda iş
әldә edә bilmirlәr. Düzdür, bizim tәklif edә bilәcәyimiz işçi qüvvәsinin әksәr hissәsinin peşә
ixtisası yoxdur, lakin bizdә peşә ixtisasına malik işçilәr dә var. Siz qaynaqçıları, sürücülәri vә
digәr işçilәri kәnardan gәtirirsiniz, halbuki bütün bu potensiallar bizdә var...
Cavab (BP nümayәndәsi):
Biz yerli sakinlәri işә götürәrkәn yalnız onların şәxsiyyәt vәsiqәlәrinә vә ya pasportlarına baxa
bilәrik. Biz görәndә ki, iş üçün müraciәt etmiş şәxsin yerli qeydiyyatı var, onun ixtisası bizә
lazım olan işә uyğundur, hәmin insanı işә götürürük. Xahiş edirik bizә öz işçi qüvvәnizin
siyahısını tәqdim edin. Siyahıda onları peşә ixtisası olanlara vә peşә ixtisası olmayanlara ayırın
vә ixtisaslarını tәsvir edin. Bizә belә bir siyahı tәqdim edin vә bununla әmin olacaqsınız ki, biz
kәnardan gәlәn hәr hansı şәxslәri deyil, yerli sakinlәri nәzәrә alırıq.
Sual (icma üzvü):
Bizim balıq ovu ilә bağlı problemlәrimiz var. BP şirkәti bizә öz ilkin balıqtutma yerlәrimizdә
balıq tutmağa imkan vermir. Sizin adamlarınız gәlir vә bizim balıqçı torlarımızı 700 metr
kәnara aparır. Şübhәsiz ki, biz BP şirkәtinә bütün tәşәbbüslәrinә görә minnәtdarıq, lakin bizim
öz әvvәlki balıq tutduğumuz yerlәrә qayıtmağa ehtiyacımız var.
Cavab (BP nümayәndәsi):
Biz gәlәcәk işlәrin planlaşdırılması zamanı sizdә narahatlıq doğuran mәsәlәlәri nәzәrdәn
keçirәcәyik. Biz әvvәllәr sizinlә әmәkdaşlıq etmişik vә balıq ovu üçün icazәlәrin alınması
mәsәlәsindә sizә yardım etmişik.
Sual (icma üzvü):
Düşünürәm ki, sizә, әslindә, hәr hansı ixtisaslaşmış işçi qüvvәsi lazım deyil. BP bizә hiylә
işlәdәrәk işçi qüvvәsini kәnardan gәtirir, onları burada qeydiyyata aldırır vә onlara iş verir.
Cavab (BP nümayәndәsi):
1-ci Sәngәçal layihәsindә biz terminalda işlәmәk üçün işә tәxminәn 5000 işçi götürmüşdük.
İnfrastruktur layihәsi әrzindә “Azfen” şirkәtinin işçi qüvvәsinin ümumi sayı 800 – 1000 nәfәr
arasında olacaq ki, buraya ixtisaslaşmış vә ixtisaslaşmamış işçi qüvvәsi daxildir. Әgәr yerli
sakinlәr müvafiq peşә ixtisaslarına vә sәriştәlәrә malikdirsә, daimi qeydiyyat yerlәri
tәsdiqlәndiyi halda, onlar, şübhәsiz ki, işә götürülmәk üçün nәzәrdәn keçirilәcәk. Әgәr biz
terminal әtrafındakı icmalardan müvafiq sahәlәrә aid ixtisaslaşmış işçilәr tapa bilmәsәk, o
zaman terminaldan kәnardakı әrazilәrdә yaşayan ixtisaslı insanları işә götürmәli olacağıq. Biz
podratçıların әksәriyyәtinin yerli şirkәtlәr olmasını vә yerli icma üzvlәrinin işә götürülmәsini
tәmin edәcәyik. İndiyәdәk sizin qohumlarınız, dostlarınız vә qonşularınız artıq terminalda
işlәmәyiblәr vә hәlә dә işlәyirlәr, siz özünüz dә bilirsiniz ki, biz yerli sakinlәrin işә cәlb
olunması üçün әlimizdәn gәlәni edirik.