Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə134/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   130   131   132   133   134   135   136   137   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/11 


Yekun variant

 

sayda  ərazilərlə  məhdudlaşdırır. Lakin, bu ərazilərdə görüntülərdə hal-hazırda mövcud 



Terminal konstruksiyaları üstünlük təşkil edir. 

 

Qısaca qeyd etsək, gözlənilir ki, hə bir əsas reseptorda tikinti texnikasının və maşınlarının 



(Ssenari 1 və 2) və tikinti düşərgəsindəki və tikinti obyektlərindəki konstruksiyaların (Ssenari 

3) görünmə dərəcəsi çox məhdud olacaq, çünki, görüntünün qarşısını mövcud konstruksiyalar 

əhəmiyyətli dərəcədə kəsəcək. Görüntü mümkün olan yerlərdə isə, görüntüdə işlər üstünlük 

təşkil etməyəcək və ya mövcud görünüşü əsaslı şəkildə dəyişdirməyəcək və heç bir 

əhəmiyyətli vizual təsirlər gözlənilmir. 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/12 


Yekun variant

 

2. 



İŞIQLANDIRMANIN EKRANLAŞDIRILMASI ÜZRƏ 

QIYMƏTLƏNDIRMƏ 

2.1 Giriş 

Yerli icmalar (Səngəçal, Əzimkənd, Ümid və 3-cü Massiv qəsəbələri) daxilindəki mövcud işıq 

səviyyələrini başa düşmək və Terminalın bu işıq səviyyələrindəki mövcud payını bilmək 

məqsədilə 2010-cu ilin may ayında Səngəçal terminalında və terminal ətrafında 

işıqlandırmanın qiymətləndirilməsi aparılmışdır. 

  

2.2 Metodologiya 

İşıq şüalanma növü kimi müəyyənləşdirilə bilər və o, gözə görünən elektromaqnit dalğalarının 

spektrinin bir hissəsini təşkil edir. İşığın ölçü vahidi lümendir (lm). Səthə düşən işığın miqdarı 

işıqlanma dərəcəsi adlanır və bu, hər kvadrat metrə düşən lümenlə yaxud lüks ilə ölçülür

1



 

Hal-hazırda işıqlandırmanın qiymətləndirilməsi üzrə milli normalar mövcud deyil və ona görə 

də, bu qiymətləndirmə  İşıqlandırma Texnikası üzrə Beynəlxalq Komissiyanın (CİE) və 

İşıqlandırma Mühəndisləri  İnstitutunun (İLE) hazırladığı  ən yaxşı praktikanı  əks etdirən 

normativlərini  əsas götürmüşdür. Bu normativlər CİE komissiyasının “Bayırdakı  işıqlandırma 

qurğularından nəzərə çarpan işığın təsirinin məhdudlaşdırılmasına dair təlimatlarında”

2

 və ILE 


institutunun “Nəzərə çarpan işığın azaldılmasına dair təlimatlarında” müəyyənləşdirilib. 

 

Ekoloji baxımdan həssas sahələrdə işığa nəzarət edilməsi məqsədilə İLE institutu tikili ərazilər 



üçün aşağıdakı ekoloji zonaları tövsiyə edir: 

 

  E1 – Təbiətən qaranlıq ərazilər. Milli Parklar, Gözəl Landşaftlı Ərazilər; 



  E2 – Aşağı səviyyəli rayon işıqlanma sahələri. Kənd əraziləri və ya kiçik kənd yerləri; 

  E3 – Orta səviyyəli rayon işıqlanma sahələri. Kiçik şəhər mərkəzləri və ya şəhər 

yerləri; və 

  E4 – Yüksək səviyyəli rayon işıqlanma sahələri. Yüksək dərəcədə gecə fəaliyyətinə 

malik şəhər mərkəzləri. 

 

Dörd icmanın kənd tipli mühitini nəzərə alaraq, onlara şamil olunan zona E1-dir. E1 zonaları 



üçün tövsiyə olunan işıqlandırma şərtləri hava qaralmadan öncə (saat 23:00) 2 lüks və hava 

qaraldıqdan sonra 1 lüks (yalnız ictimai nəqliyyat yollarındakı  işıqlandırmadan gələn işıq) 

təşkil edir. 

 

2.3 Monitorinq 



Məntəqələri 

Hüduddakı  işıqlandırmanın mənbələrini və  əhatə dairəsini bilmək üçün mövcud Terminal 

hüdudunda işıqlandırma üzrə  tədqiqat aparılmışdır. Mümkün olan yerlərdə, hüduddakı 

işıqlandırma qeydə alınmış və işıqlandırmanın növü və istiqaməti qeyd edilmişdir. 

 

Terminal  ətrafındakı dörd icmanın hər birində monitorinq məntəqələri gecə vaxtı  Səngəçal 



Terminalının işıqlandırmasının  ən çox göründüyü yerdə seçilmişdir. Bu məntəqələr “ən pis 

hal” üzrə qiymətləndirməni təmin etmək üçün seçilmişdir. Ətrafdakı icmalarda olan monitorinq 

məntəqələri yerli işıq mənbələrindən kənarda seçilmişdir ki, qiymətləndirmədə diqqət 

Terminaldan gələn işığın təsirinə cəmlənsin. 

                                                 

1

 Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti (DEFRA), 2006. Həşəratların və Süni İşıqlanmanın yaratdığı 



Narahatlıq Amillərinə dair Normativ: Təmiz Qonşuluq və Ekologiya haqqında Qanunun (2005) 101 – 103 saylı 

maddələrinə dair təlimatlar. 

2

 İşıqlandırma Texnikası üzrə Beynəlxalq Komissiya (CIE), 2003. Bayırdakı işıqlandırma qurğularından nəzərə çarpan 



işığın təsirinin məhdudlaşdırılmasına dair təlimatlar. Nəşr No 150 2003. 

 



Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9B 

 

Dekabr 2011 



 

9B/13 


Yekun variant

 

 



Cədvəl 2.1-də monitorinq məntəqələrinin yeri və Terminal hüduduna olan nisbi məsafələri 

müəyyənləşdirilir (bax Şəkil 2.1).  

 

Cədvəl 2.1 Səngəçal terminalının hüdudundan icmalara qədər olan məsafəlrər 

GPS üzrə İstinad koordinatı 

ID 

Monitorinq 

məntəqəsi 

Şimal 

istiqamətində 

Şərq 

istiqamətində 

Terminalın hüdudundan 

təxmini məsafə (km) 

Terminalın 

hüdudundan 

istiqamət 

C1 


Əzimkənd 

40 11.491 

49 25.621 

Cənub-şərq 



C2 

3-cü Massiv 

40  11.142 

49 26.101 

2.6 

Cənub-şərq 



C3 Səngəçal 

40 10.627 

49 27.827 

1.6 


Cənub-şərq 

C4 


Ümid 

40 11.850 

49 30.065 

1.1 


Cənub-şərq 

 

Şəkil 2.1 İşıqlandırmanın Qiymətləndirilməsində istifadə olunmuş monitorinq 

məntəqələri  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2.4 Nəticələr 

Mövcud terminalın hüdudundakı  işıqlandırmadan  əlavə  və sahənin 24 saat fəaliyyət 

göstərməsi ilə bağlı olaraq, mövcud Terminal daxilindəki bütün qurğuların və maşın-

mexanizmlər gecə vaxtı texniki təhlükəsizlik və mühafizə məqsədilə işıqlandırılır. Qurğuların 

böyük hissəsi hüduddakı işıqlandırmanın yuxarısına doğru uzanır – məsələn çənlər və məşəl 

qurğuları (bax Şəkil 2.2). Terminalın hüdudundakı avtomobil yolu də həmçinin yüksək təzyiqli 

natrium lampaları ilə  işıqlandırılır. Hər dörd icmadan baxıldıqda Terminalın görüntüsündə 

hüduddakı işıqlandırma, qurğuların işıqları və məşəl qurğularından gələn işıqlar görünür

3



 

                                                 

3

 İşıqlandırmanın fon tədqiqatı zamanı, məşəl qurğuları müntəzəm rejimdə  fəaliyyət göstərməkdə idi. Məşəl 



qurğusunda qeyri-müntəzəm şərtlərdə (məsələn: qəza təzyiq atqısı) əlavə qaz yandırıldığında işıqlanma artır.  


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə