Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9B
Dekabr 2011
9B/4
Yekun variant
Layihə Sahəsinin və Həssas Reseptorların Müəyyənləşdirilməsi
Mövcud Səngəçal Terminalı ətrafında təxminən 5km radiusluq ərazi üçün DTM əldə
olunmuşdur. Buraya Səngəçal, Əzimkənd, 3-cü Massiv və Ümid qəsəbələrindən ibarət yerli
icmalar daxildir (aşağıdakı Şəkil 1.1-ə baxın). Bu icmaların sakinləri həssas reseptorlar hesab
edilir. Ona görə də, bu icmalar ilə bağlı ictimai sahələrdən görünüşə təsirlər
qiymətləndirilmişdir.
Qiymətləndirmə Ssenariləri
ƏMSSTQ sənədinin 5-ci Fəslində verilmiş ŞD2 İnfrastruktur Layihəsinin fəaliyyətləri nəzərdən
keçirilmişdir. Aşağıdakılar müəyyənləşdirilmişdir:
Əsas fəaliyyətlər ŞD2 İnfrastruktur sahəsi daxilində həyata keçiriləcək (Şəkil 1.1-ə
baxın);
İşlər sahədə bütün tikinti müddəti ərzində davam edəcək və fəaliyyətlərin ən böyük
hissəsinin ŞD2 İnfrastrukturu sahəsi daxilində və xüsusən də ŞD2 Genişlənmə
Sahəsi ərazisində (burada səviyyənin düzəldilməsi və nivelirləmə işləri planlaşdırılır)
aparılacağı gözlənilir;
Sahədəki fəaliyyətlərdə əsasən ekskavatorlar, özüboşaldan yük maşınları və
buldozerlər kimi texnikadan istifadə daxildir (Fəsil 5, Cədvəl 5.4-ə baxın);
Sahədəki fəaliyyətin əksər hissəsində torpaq işləri aparılacaq və buna görə də,
baxmayaraq ki, sahədə kranlardan istifadə ediləcəyi planlaşdırılır, onlardan istifadə
(məsələn: tikinti düşərgəsindəki konstruksiyaları inşa etmək üçün) qısa müddətlərlə
məhdudlaşacaq. Ona görə də, kranlar vizual qiymətləndirməyə daxil edilməyib;
Tikinti
düşərgəsindəki və tikinti obyektlərindəki konstruksiyaların (məsələn: anbarlar,
sexlər, yaşayış blokları) hündürlüyü 10 m-dən artıq olmayacaq (Fəsil 5, Bölmə 5.5.6-
ya baxın);
Yeni
daşqından mühafizə bəndi (ŞD2 İnfrastruktur sahəsinin qərbində) 3-cü Faza
ərzində inşa olunacaq; və
Daşqından mühafizə bəndinin hündürlüyü 1 m-dən 3 m-dək dəyişəcək (“Layihənin
Təsviri” adlı 5-ci Fəsildəki Bölmə 5.5.3-ə baxın). Orta hündürlük 2m ehtimal edilmişdir.
Aşağıdakı ehtimallar nəzərə alınmışdır:
Sahədəki texnikanın hündürlüyü (kranlar istisna olmaqla) təxminən 3m (nəzərdə
tutulan texnika növləri üçün qurğuların spesifikasiyalarının nəzərdən keçirilməsinə
əsasən); və
Orta göz səviyyəsi yerdən 1,6m hündürlüyündə götürülmüşdür.
Yuxarıdakıların nəzərdən keçirilməsinə əsasən, gözlənilir ki, ŞD2 İnfrastruktur sahəsinin qərb
hüdudu boyunca uzanan daşqından mühafizə bəndi sahədə fəaliyyət göstərən texnika və
maşınlar üçün müəyyən qədər vizual ekranlaşdırma təmin edə bilər. Sözügedən bəndin
hündürlüyünü nəzərə alaraq, onun tikinti düşərgəsindəki və tikinti obyektlərindəki
konstruksiyalar üçün və yaxud bəndin bilavasitə yaxınlığında fəaliyyət göstərən texnika üçün
vizual ekranlaşdırma təmin edəcəyi gözlənilmir.
Üç qiymətləndirmə ssenarisi nəzərdən keçirilmişdir:
Ssenari 1 (Tikinti Texnikası): ŞD2 İnfrastruktur sahəsinin qərb hüdudundan
təxminən 200m arxada, yer səviyyəsindən 3m yuxarıda iki məntəqənin
(Qiymətləndirmə Məntəqəsi 1 və Qiymətləndirmə Məntəqəsi 2 adlandırılıb) görünmə
dərəcəsini bənd olmaqla və bənd olmadan qiymətləndirmək.
Ssenari 2 (Tikinti Texnikası): ŞD2 Genişlənmə Sahəsi daxilində, yer səviyyəsindən
3m yuxarıda yerləşən bir məntəqənin (Qiymətləndirmə Məntəqəsi 3 adlandırılıb)
görünmə dərəcəsini bənd olmaqla və bənd olmadan qiymətləndirmək.
Ssenari 3 (Konstruksiyalar): Tikinti düşərgəsinin və tikinti obyektlərinin sahələrinin
əhatə zonası boyunca 10m hündürlüyədək blokların görünmə dərəcəsini
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9B
Dekabr 2011
9B/5
Yekun variant
qiymətləndirmək. Bloklar güman edilmişdir, çünki, konstruksiyaların konkret yeri təyin
olunmayıb və ona görə də bu ssenari ən pis halı əks etdirir.
Cədvəl 1.1-də qiymətləndirmə ssenarilərinin xülasəsi təqdim olunub. Şəkil 1.1-də
qiymətləndirmə məntəqələri və tikinti düşərgəsinin və tikinti obyektlərinin əraziləri göstərilir.
Cədvəl 1.1 Qiymətləndirmə Ssenariləri
Texnikanın Qiymətləndirilməsi
Konstruksiyaların
Qiymətləndirilməsi
Ssenari
Qiymətləndirilmiş
Texnika/
Konstruksiyalar
Bənd
olmadan
Bənd
olma
qla
Qiymətləndirmə
Məntəqələri
Qiymətləndirmə
Məntəqəsinin
Hündürlüyü
Bəndin arxasından
müəyyənləşdirilmiş
məsafə
Konstruksiyaların
hündürlüyü
1 Texnika
1 və 2
3m
200m
-
2 Texnika
3 3m 600m
-
3 Konstruksiyalar
- -
-
10m
Şəkil 1.1 Qiymətləndirmə Məntəqələri, Tikinti Düşərgəsinin və Tikinti Obyektlərinin
Əraziləri və Həssas Reseptorların Yeri
1.4 Görünmə
dərəcəsinin müəyyənləşdirilməsi (Viewshed)
təhlilinin nəticələri və əldə edilmiş əsas göstəricilər
Ssenari 1
Daşqından mühafizə bəndi yerində olmaqla və yerində olmadan Ssenari 1 üzrə həyata
keçirilmiş görünmə dərəcəsinin müəyyənləşdirilməsi (viewshed) təhlilinin nəticələri 1.2-ci və
1.3-cü Şəkillərdə göstərilir.
Nəticələrdən görünür ki, daşqından mühafizə bəndinin mövcudluğu əsas reseptorlarda (yəni
Səngəçal, Ümid, Əzimkənd və 3-cü Massiv) iki Qiymətləndirmə Məntəqəsinin görünmə
dərəcəsini əhəmiyyətli dərəcədə dəyişmir.