Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə137/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   133   134   135   136   137   138   139   140   ...   181

 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

4/42 



 

 

MƏHDUDİYYƏT 

“URS Corporation Limited” şirkəti (URS) hazırkı Hesabatı tərəfimizdən yerinə yetirilən xidmətlər üçün 

imzalanmış Sazişə uyğun olaraq “BP Exploration (Shah Deniz) Ltd” şirkətinin müstəsna istifadəsi üçün 

hazırlayıb. Hazırkı Hesabata daxil edilən peşəkar məsləhət xidməti və ya tərəfimizdən göstərilən hər 

hansı digər xidmətlər ilə bağlı heç bir digər zəmanət (ifadə olunmuş yaxud nəzərdə tutulmuş) verilmir. 

URS şirkətinin əvvəlcədən və yazılı şəkildə razılığı olmadan heç bir digər tərəf bu Hesabatdan istifadə 

edə bilməz. Hazırkı hesabatda xüsusi olaraq başqa cür nəzərdə tutulmadığı  təqdirdə, aparılmış 

qiymətləndirmələrdə güman edilib ki, sahələr və obyektlər  əhəmiyyətli dəyişiklik olmadan hazırkı 

təyinatına uyğun istifadə olunmağa davam edəcək. Hazırkı Hesabatda verilmiş yekun rəylər və 

tövsiyələr digərləri tərəfindən təqdim edilmiş  məlumatlara və bütün məlumatların sorğu verilmiş 

tərəflərdən təqdim olunduğu ehtimalına əsaslanır. Üçüncü tərəflərdən əldə edilmiş məlumatlar hazırkı 

Hesabatda xüsusi olaraq başqa cür nəzərdə tutulmadığı  təqdirdə URS tərəfindən müstəqil  şəkildə 

yoxlanılmayıb. 

 

MÜƏLLİFLİK HÜQUQU 

© Hazırkı Hesabatın müəlliflik hüququ “URS Corporation Limited” şirkətinə məxsusdur. Hesabatın 

alıcısı istisna olmaqla, hər hansı digər şəxs tərəfindən bu Hesabatın  surətinin icazəsiz artırılması və 

ya ondan icazəsiz istifadə olunması qadağan edilir. 




 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

5/42 



 

 

QISA XÜLASƏ 



Bu hesabatda Şahdəniz 2(ŞD2) İnfrastruktur Layihəsinin tikintisi ilə bağlı proqnozlaşdırılmış atmosferə 

atılan emissiyaların skrininq qiymətləndirməsinin nəticələri təqdim olunub. 

ŞD2  İnfrastruktur Layihəsinə  Səngəçal Terminalında  ŞD2 Genişlənmə Sahəsi daxilində yerləşən 

sahildəki  ŞD2 qurğularının tikinti, quraşdırma, istismaravermə  sınağı  və istismar əməliyyatlarından 

əvvəl tələb olunan işlər daxildir. 

Bu hesabatda ŞD2 İnfrastruktur Layihəsi ilə bağlı aşağıdakı fəaliyyətlərin təsiri nəzərdən keçirilir: 

  Torpağın daşınması və tikinti fəaliyyətləri ilə əlaqədar tozun yaranması; 

  Sahədəki tikinti texnikasından atılan işlənmiş qaz emissiyaları; və 

  ŞD2  İnfrastruktur Layihəsi ilə bağlı sahədən kənar nəqliiyat axınının hərəkətindən meydana 



çıxan işlənmiş qaz emissiyaları. 

Metodologiya 

Tozun yaranması  və sahədəki texnikanın emissiyaları ADMS4 dispersiya modelindən (versiya 4.2) 

istifadə etməklə qiymətləndirilmişdir. Sahədən kənar maşınların hərəkəti ilə bağlı emissiyalar 

Avtomobil Yolları və Körpülər üçün Layihələndirmə Təlimatının (DMRB) skrininq vasitəsindən (1.03c) 

istifadə etməklə nəzərdən keçirilmişdir. 

Toz emissiyalarının və tikinti texnikasının emissiyalarının qiymətləndirilməsi üçün,  “Krasovski 

1940 ellipsoid” tipli ölçüdən istifadə edən və “Pulkovo 1942 koordinat sisteminə” əsaslanan iki ölçülü 

Kartezian koordinat sistemindən istifadə olunmuşdur.  4km x 4km-lik şəbəkə 80 reseptor nöqtəsinə 



(hər 50m-dən bir modelləşdirilmiş konsentrasiya ilə  nəticələnən) malik olmaqla ŞD2 Genişlənmə 

Sahəsində  mərkəzləşib. ADMS4 modelinə  həmçinin dörd həssas reseptor da daxil edilib və burada 

atmosferə atılan emissiyaların təsiri də hesablanıb. Bunlara Əzimkənd/3-cü Massiv, Səngəçal, Ümid 

qəsəbələri və yaxınlıqdakı çoban yatağı daxildir. 

Sahədənkənar nəqliyyat axınlarından atılan emissiyaların qiymətləndirilməsi üçün, Bakı-Ələt 

şosesinə  ən yaxın yerləşən qəsəbə (Səngəçal qəsəbəsi daxilində  cənub istiqamətindəki yoldan 

təxminən 20m məsafədə) seçilmişdir və bu yerdə layihənin nəqliyyat axınının NO

2

 

konsentrasiyalarındakı payı DMRB skrininq metodu ilə hesablanmışdır. 

Qiymətləndirmə Meyarları 

Torpağın daşınması və tikinti fəaliyyətləri ilə bağlı toz emissiyaları (bu, həm diametri 675 mikrona 

(µm) qədər olan asılı  vəziyyətdə, həm də çökmüş  bərk hissəciklərdən ibarətdir) qiymətləndirilmişdir. 

Tozun çökməsi üzrə beynəlxalq hədd göstəriciləri olmadığından, Qərbi Avstraliyada və Argentinada 

tətbiq olunan normativ hədd göstəriciləri (mövcud hədd göstəricilərinə dair ədəbiyyatın nəzərdən 

keçirilməsinə əsasən qeyd etmək lazımdır ki, bu, ən sərt hədd göstəricisini əks etdirir) ilə müqayisədə 

narahatlıq doğurma potensialı qiymətləndirlmişdir. Həmçinin bu fəaliyyətlər ilə bağlı olan PM

10

 

konsentrasiyaları da modelləşdirilmişdir və reseptorlardakı artım müvafiq hədd göstəriciləri ilə 

müqayisədə qiymətləndirilmişdir. 


 

ŞD2 İnfrastruktur Layihəsi

Tikinti üçün Havanın Keyfiyyətinin Qiymətləndirilməsi

 

 

6/42 



 

 

Tikinti texnikasının və sahədənkənar nəqliyyat axınının emissiyaları yanacaqların yanması 



nəticəsində meydana çıxır. Bu tədqiqatda narahatlıq doğuran  əsas növlər NO

2

-dir. Bu növlər və 

müvafiq ortalama müddəti modelləşdirilmişdir ki, seçilmiş reseptorlarda layihədən meydana çıxan 

emissiyaların payı insan sağlamlığının mühafizəsi üçün təyin olunmuş havanın keyfiyyəti üzrə müvafiq 

hədd göstəriciləri ilə müqayisədə qiymətləndirilsin. Həmçinin nəqliyyat axınlarının hərəkəti ilə bağlı 

PM

10

 konsentrasiyaları da modelləşdirilmiş və müvafuq hədd göstəricisi ilə müqayisə edilmişdir

1



Reseptorlarda proqnozlaşdırılan NO

2

  və PM

10

 konsentrasiyaları  ŞD2 üzrə Layihələndirmənin Ekoloji 

Əsaslarında verilmiş layihənin hədd göstəriciləri ilə müqayisədə qiymətləndirilmişdir. 

Modelləşdirilmiş Parametr 

 

NO

2

 PM

10

 Toz 

Model 

Torpaq daşıma və tikinti fəaliyyətləri 

 



 



 

ADMS4.2

 

Tikinti texnikası  



 



 

 

ADMS4.2

 

Yoldakı nəqliyyat axınlarının hərəkəti 



 



 

 DMRB 

 

Həmçinin SO

2

 üçün də layihənin hədd göstəriciləri mövcuddur, lakin Azərbaycandakı avtomobil 

yanacaqlarının tərkibindəki kükürdün miqdarının nisbətən az olması səbəbindən bu çirkləndirici növləri 

sahədəki texnika və ya sahədənkənar nəqliyyat axını üzrə qiymətləndirilməmişdir. Məsələn: NOx 

emissiyalarının sahədənkənar avtomobillərdən və sahədəki texnikadan atılan SO

2

–yə nisbətən 9.5 

dəfə yüksək olacağı gözlənilir (əlavə təfərrüatlar üçün baxın: Bölmə 2.1.1). 

Ənənəvi olaraq Azərbaycanda NO

2

 və PM

10 

üzrə fon konsentrasiyası həmçinin konkret 24 saat və 1 

saat satandartları ilə qiymətləndirilmişdir.  Bu standartlar BMK, ÜST və AB təlimatlarındakı  dəyərlər 

kimi insanların sağlamlığına  əsaslanan eyni meyarlardan istifadə edilərək ortaya çıxmamışdır və 

həmin standartlar geniş  şəkildə tanınmamışdır. Tam təsəvvür  əldə etmək üçün Şahdəniz 2 

İnfrastruktur layihəsinin işləri ilə  əlaqədar təxmin edilən  NO

2

  və PM

10

  emissiyaları  ənənəvi 

Azərbaycan standartları ilə müqayisə edilmişdir.   

Modelə Daxil Edilən Parametrlər 

Torpaq daşıma və tikinti fəaliyyətləri  ərzində havadakı hissəciklərin yaranması potensialı ABŞ-ın 

Ətraf Mühitin Mühafizəsi Agentliyinin (US EPA) “Qeyri-Mütəşəkkil Toz Mənbələri” adlı  sənədindən 

istifadə etməklə hesablanmışdır, belə ki, bu sənəddə müvafiq emissiya əmsalları verilib. 

Sahədəki texnikanın və sahədənkənar maşınların sayı  və növü və gözlənilən layihə  fəaliyyətləri 

ŞD2  İnfrastrukturu Layihəsinin  ƏMSSTQ sənədindəki “Layihənin Təsviri” adlı 5-ci fəsildə verilmiş 

(layihə mühəndisləri tərəfindən hesablanmış) məlumatlara  əsaslanır. Emissiyaların atqı intensivliyi 

EMEP/CORİNAİR Emissiya Kadastrı üzrə təlimat kitabçasından hesablanmışdır. 

Dispersiya modelləşdirməsində istifadə olunmuş metodoloji göstəricilər (gün işığı, temperatur və hava 

ilə bağlı göstəricilər daxil olmaqla) Səngəçal terminalında aparılmış mümkün ölçmərə  əsaslanmışdır 

və Bakı hava limanının meteoroloji stansiyasından  əldə edilmiş (2007-ci il) meteoroloji məlumatlarla 

tamamlanmışdır. DMRB yol nəqliyyat axınının qiymətləndirilməsi üçün meteoroloji məlumatlar tələb 

olunmur. 

                                                      



1

 Sahədəki texniknın səbəb olduğu PM

10

 emissiyaları ADMS4 modelinə daxil edilməyib. Bunların NO

X

 emissiyalarından 10 dəfə 

az əmsal olacağı (və ona görə də, təsirin dərəcəsi hasil olunan NO



göstəricilərindən ekstrapolyasiya oluna bilər) və torpaq 

daşıma və tikinti fəaliyyətləri ərzində formalaşan toz ilə müqayisədə nəzərə çarpan olmayacağı hesablanıb. Əlavə təfərrüatlar 

üçün baxın: Bölmə 2.3.2. 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə