Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
ƏLAVƏ 8A
Dekabr 2011 8A/6
Yekun variant
ŞAHDӘNİZ2 İNFRASTRUKTUR LAYİHӘSİ ÜZRӘ
Әtraf Mühit vә Sosial Sahәyә Tәsirin Qiymәtlәndirilmәsi (ӘMSSTQ)
İCMALAR İLӘ GÖRÜŞLӘR
GÖRÜŞÜN
PROTOKOLU
Görüşü
keçirәn
şәxs:
Qivami Rәhimli
Yeri:
Sәngәçal terminalı
әtrafındakı icmalar
Әzimkәnd -26 oktyabr
2011
Sәngәçal - 26 oktyabr
2011
Ümid - 28 oktyabr 2011
Tәşkilatçı: BP Azәrbaycan, Әlaqәlәr vә
Xarici İşlәr departamenti
Protokolu
hazırladı:
Bill Boulton, Әli Әliyev
Görüşün
tarixi:
26, 28 oktyabr 2011
İştirakçılar
BP
nümayәndә-
lәri:
1. Qivami Rәhimli, Davamlı Inkişaf Departamenti
2. Bil Bolton, ŞD2 әtraf mühit vә әmәyin tәhlükәsizliyi üzrә menecer
3. Hәbibә Bağırova, ST-nin әtraf mühit mәsәlәlәri üzrә baş mәslәhәtçisi
4. Rüstәm Hacıyev, ST-nin sağlamlıq mәsәlәlәri üzrә mәslәhәtçisi
5. Әli Qәmbәrçayev, ST-nin Tәhlükәsizlik Xidmәtinin meneceri
6. Әli Әliyev, Xarici işlәr üzrә mәslәhәtçi
7. Şәhla Seyidova, Sağlamlıq mәsәlәlәri üzrә mәslәhәtçi
Podratçılar:
QHT: Rasim Cәfәrquliyev, “Ümid” QHT
1. İlqar Yarmәmmәdov (Azfen)
2. Fәxrәddin Әlimәrdanov, “Rovşәn-Oğuz” şirkәtinin insan ehtiyatları
üzrә direktoru
3. Cavidan Әsgәrov, “Rovşәn-Oğuz” şirkәtinin SӘTӘM üzrә mәslәhәtçisi
4. Yusif Hacıyev, “Barama” inşaat xidmәtlәri şirkәtinin baş meneceri
Әzimkәnd icmasında görüş (“AzFen” şirkәtinin nümayәndәsi iştirak edib)
İ
ŞTIRAKÇILARIN
S
AYI
:
15
GİRİŞ
QİVAMİ RӘHİMLİ TӘRӘFİNDӘN TӘQDİMAT
BP şirkәtinin nümayәndәsi görüşü açıq elan etdi vә BP-nin Sәngәçal terminalı (ST) layihәsi,
onun faydaları vә әtraf mühitә tәsiri barәdә mәlumat verdi. O, hәmçinin ST-nin Azәrbaycan
Respublikası üçün vә BP-nin Azәrbaycandakı fәaliyyәti üçün strateji әhәmiyyәtini izah etdi.
Sonra BP nümayәndәsi icma üzvlәrinә Şahdәniz yatağının tammiqyaslı işlәnmәsi layihәsi vә
onunla bağlı Sәngәçal terminalı әtrafında aparılacaq genişlәndirmә işlәri barәdә qısa mәlumat
verdi. O, iştirakçıları ŞD2 infrastruktur layihәsi üzrә ӘMSSTQ layihәsi vә 2012-ci ilin yanvar
ayından başlayaraq 18 ay әrzindә hәyata keçirilmәsi planlaşdırılan infrastruktur fәaliyyәtlәri
barәdә mәlumatlandırdı. Sonra, o, ŞD2 infrastruktur layihәsi üzrә ӘMSSTQ sәnәdinin
nüsxәlәrini, elәcә dә icma üzvlәrinin öz rәy vә şәrhlәrini bildirmәlәri üçün hazırlanmış
formaları nümayiş etdirdi. Vurğuladı ki, 30 noyabr 2011-ci il tarixinә qәdәr ӘMSSTQ sәnәdinin
qısa xülasәsi vә rәy vә şәrhlәr üçün formalar İcma Mәlumat Mәrkәzindә qoyulacaq. Görüşün
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
ƏLAVƏ 8A
Dekabr 2011 8A/7
Yekun variant
aparıcısı onu da xatırlatdı ki, görüşdә podratçıların – “
AzFen”, “Rövşәn-Oğuz” vә “Barama”
şirkәtlәrinin dә nümayәndәlәri iştirak edir.
Sonra icma üzvlәri әtraf mühitlә bağlı onlarda narahatlıq doğuran mәsәlәlәr vә şirkәtdәn
gözlәdiklәri mümkün dәstәk barәdә suallar vermәyә başladılar.
Suallar (icma üzvlәri):
Qazın yandırılmasından meydana çıxan alov yaxınlıqda yaşayan insanları narahat edir vә ötәn
aydan etibarәn alov daha da artıb. Bunun sәbәbi nәdir?
Cavab (BP nümayәndәsi):
Hazırda biz “Mәrkәzi Azәri”dә qaz boru xәttindә sualtı texniki xidmәt işlәrini hәyata keçiririk.
Bu, bütün qurğuları normal işlәk vәziyyәtdә saxlamaq üçün aparılan planlı texniki xidmәtdir.
Biz qazın nәqlini dayandırdığımız zaman borularda çoxlu hәcmdә qaz qalır ki, bunu da mәşәl
qurğusunda yandırmalı oluruq. Ona görә dә mәşәldә alovun artması zәruridir, әgәr qaz
mәşәldә yandırılmasa, texniki tәhlükәsizlik problemlәrin meydana gәlmәsinә vә potensial
olaraq partlayış baş vermәsinә sәbәb ola bilәr. Biz insanların sağlamlığına potensial tәsiri
müәyyәnlәşdirmәk üçün icma әrazilәrindә gündüz vә gecә vaxtları sәs-küyün monitorinqini
aparmışıq. Nәticәlәr göstәrir ki, gecә vaxtı sәs-küy sәviyyәsi tәkcә Ümid qәsәbәsindә azca
artmışdır vә buna sәbәb magistral yoldakı (Bakı-İran) nәqliyyatın hәrәkәtinin yaratdığı daimi
sәs-küy, havadan keçәn elektrik xәtlәri vә yolun yoxlanılması zamanı qatarlardan gәlәn siqnal
sәsidir.
Sual (icma üzvü):
Mәn hesab edirәm ki, alovun tәsirinә görә yerli әhaliyә kompensasiya verilmәlidir. Biz nәfәs
alarkәn hәmin havanı uduruq. Әgәr siz bizim qәbul etdiyimiz qidaları vә ekoloji vәziyyәti
müqayisә etsәniz, mәruz qaldığımız sağlamlıq risklәrini başa düşә bilәrsiniz.
Cavab (BP nümayәndәsi):
Biz mәşәldә yandırılan qazın hәcmini azaltmağa çalışırıq. Adәtәn, ARDNŞ-ә tәxminәn
10000000m
3
hәcmindә qaz tәchiz olunur ki, bu da Qaradağ vә digәr rayonları qazla tәchiz
etmәk üçün qaz şәbәkәsinә paylanılır. Biz sistemli şәkildә Sәngәçal terminalı әtrafında
havanın keyfiyyәtinin vә sәs-küyün monitorinqini hәyata keçiririk. Nәticәlәr göstәrir ki,
havadakı çirklәndirici maddәlәrin miqdarı vә sәs-küyün sәviyyәsi yolverilәn beynәlxalq vә milli
standart göstәricilәrdәn artıq deyil. Hәmçinin Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi dә bizim
fәaliyyәtlәrimizә nәzarәt edir vә biz bu standartlardan kәnara çıxdığımız tәqdirdә, onlar
şübhәsiz ki, bu barәdә bizi xәbәrdar edәrlәr.
Sual (icma üzvü):
BP şirkәtinin әvvәlki görüşlәrdә yerli sakinlәri işlә tәmin edәcәyini vәd etdiyinә baxmayaraq,
bizim әksәriyyәtimiz terminalda iş әldә edә bilmәmişik.
Cavab (BP nümayәndәsi):
1-ci Sәngәçal layihәsindә terminalda işlәmәk üçün işә tәxminәn 5000 işçi götürmüşdük.
İnfrastruktur layihәsi әrzindә “Azfen” şirkәtinin işçi qüvvәsinin ümumi sayı 800 – 1000 nәfәr
arasında olacaq ki, buraya hәm ixtisaslaşmış, hәm dә peşә ixtisası olmayan işçi qüvvәsi
daxildir. Әgәr yerli sakinlәr müvafiq ixtisaslaşmalara vә sәriştәyә malikdirsә, şübhәsiz ki,
onların işә götürülmәk mәsәlәsi nәzәrdәn keçirilәcәk vә onların daimi qeydiyyat yerlәri
yoxlanıb tәsdiqlәnәcәk. Әgәr biz terminal әtrafındakı icmalardan müvafiq sahәlәrә aid
ixtisaslaşmış işçilәr tapa bilmәsәk, o zaman terminaldan kәnardakı әrazilәrdә yaşayan ixtisaslı
insanları işә götürmәli olacağıq. Biz podratçıların әksәriyyәtinin yerli şirkәtlәr olmasını vә yerli
icma üzvlәrinin işә götürülmәsini tәmin edәcәyik. İndiyәdәk sizin qohumlarınız, dostlarınız vә
qonşularınız artıq terminalda işlәmәyiblәr vә hәlә dә işlәyirlәr, siz özünüz dә bilirsiniz ki, biz
yerli sakinlәrin işә cәlb olunması üçün әlimizdәn gәlәni edirik.