Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin


Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə152/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   148   149   150   151   152   153   154   155   ...   181

 

Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ

Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi

 

Sentyabr 2011 



10/50 

 

 



 

6.  Beton zavodunun inşası üçün səs-küy parametrlərinin işlənib hazırlanması. 

Buraya həmçinin səs-küyün yaranma səviyyəsi və həssas reseptorların yerləşmə 

yaxınlığı daxildir; 

7. Betonun dağıdılması  fəaliyyətləri və bir sıra başqa payavurma ssenarilərinin o 

cümlədən payavurma növü, hesablama istifadəsi və  həssas reseptorlara qədər 

olan məsafə üzrə səs-küy modelinin parametrlərinin işlənib hazırlanması; 

8. Aşağıdakılar  əsasında tikinti səs-küyünün qiymətləndirmə ssenarilərinin işlənib 

hazırlanması: 

 Tikinti qurğularının yeri; 

 Gün ərzində istifadə dövrünün hesablanması; 

  Səs-küyün layihə ünsürləri hesabına boğulması (yəni, təklif olunan daşqın 

mühafizə berması). 

9. Reseptorların ərazisində qurğuların inşası zamanı yaranan səs-küyün layihə səs-

küyünə göstərdiyi gücləndirici təsirin müəyyən edilməsi üçün inşaat səs-küy 

modelinin istifadəsi; 

10. Beton zavodundan çıxan səs-küyün reseptorlarda hiss olunan səs-küyə 

göstərdiyi  əlavə  təsirlərin müəyyən edilməsi üçün inşaat səs-küy modelinin 

istifadəsi; 

11. Betonun  dağıdılması  və payavurma fəaliyyətləri ilə  əlaqədar reseptorlarda 

yaranan səs-küyün səviyyəsinin müəyyən edilməsi;  

12.  Ən gərgin iş dövründə bütün fəaliyyətlərin eyni vaxtda aparılmasını nəzərə alaraq 

ümumi səs-küyün reseptorlara təsirinin müəyyən edilməsi; və 

13. Tikinti  səs-küyünün yüngülləşdirilməsi tədbirlərinə olan ehtiyac və növlərinin 

qiymətləndirilməsi. 

2.1 Səs-küylə bağlı Müvafiq Layihə Standartları və Qaydaları  

2.1.1 

İnşaat qurğusu 

Tikinti nəticəsində yaranan səs-küyün qiymətləndirilməsi Britaniya Standartları 

BS5228:2009 Tikintidə və açıq sahələrdə səs-küy və vibrasiyaya nəzarət praktikası (İst. 

3) əsasında hesablanır.   

BS5228:2009 qaydaları tikinti səs-küyünün nə dərəcədə güclü olmasını qiymətləndirmək 

üçün bəzi metodları  əks etdirir. Bunun üçün qəbul olunan metodika mütləq hədd 

qiymətləri əsasında ehtimal olunan və ətraf mühitdə səs səviyyəsini nəzərə alan potensial 

səs-küy səviyyəsini müəyyən edir. Buna aşağıdakı kimi müxtəlif kateqoriyaları  işləyib 

hazırlamaqla nail olmaq olar: 



 

Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ

Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi

 

Sentyabr 2011 



11/50 

 

 



 

  Kateqoriya A səs-küy hədləri – ətrafdakı  səs-küy səviyyəsi hədd qiymətindən 



aşağı olduqda tətbiq edilir;  

  Kateqoriya B – ətrafdakı  səs-küy səviyyəsi A Kateqoriyalı  səs həddi ilə  eyni 

olduqda tətbiq edilir; və 

  Kateqoriya C - ətrafdakı  səs-küy səviyyəsi A Kateqoriyalı  səs həddindən  çox 

olduqda tətbiq edilir. 

Müvafiq səs-küy hədləri aşağıdakı Cədvəl 1-də göstərilmişdir. 



Cədvəl 1: BS5228:2009 Tikintidə Səs-küy Hədləri (dB LAeq) 

Dövr 

Kateqoriya A 

Kateqoriya B 

Kateqoriya C 

Gecə vaxtı (23:00 - 07:00 arası) 45 

50 

55 


Axşamlar və istirahət günləri 55 

60 


65 

Gündüz (07:00 - 19:00 arası) və 

Şənbə günü (07:00 - 13:00 arası) 

65 70  75 

Kateqoriya A – ətrafdakı səs səviyyəsi bu qiymətlərdən aşağı olduqda  

Kateqoriya B – ətrafdakı səs səviyyəsi A kateqoriyasında olduğu kimi olduqda  

Kateqoriya C – ətrafdakı səs səviyyəsi A kateqoriyasından yuxarı olduqda 

Tikintinin iş saatları Layihə Təsviri əsasında aşağıdakı kimi olmalıdır (Fəsil 5) (İst. 2),: 

 Bazar 

ertəsindən Şənbə gününə kimi 07:00 - 19:00 arasında. 

Yuxarıda göstərilən iş saatlarına və reseptorlarda cari səs səviyyələrinə müvafiq olaraq 

(bax aşağıda Bölüm 3) tikintidə  səs-küy səviyyəsi olan 65 dB(A) tikinti sahəsində 

qurğuların inşası, payaların vurulması  və beton dağıtma  əməliyyatları zamanı münasib 

hədd göstəricisi hesab edilir.  



2.1.2 Beton 

zavodu 

Beton zavodu stasionar obyekt olacaq və layihə müddətində davamlı olaraq fəaliyyət 

göstərəcək (quraşdırıldıqdan sonra).  Beton zavod tikinti qurğularının bir hissəsini təşkil 

edir.  İnşaat təlimatlarının 65 dB (A) kateqoriyası beton zavodunun səs-küy yaratma 

təsirlərinə tətbiq olunacaq. 

2.1.3 Sahədən kənar yol hərəkəti  

BK Ətraf mühitin idarəedilməsi və qiymətləndirilməsi  institutunun (ƏMİQİ) 1 saylı Təlimat 

bildirişi (ist. 4) yol hərəkəti zamanı yaranan səs-küyün nə zaman qiymətləndirilməli olması 

barədə lazımi təlimatları  təqdim edir. Təlimatlarda bildirilir ki, qiymətləndirmə  aşağıdakı 

hallarda tamamlanmalıdır:  

a) Yol hərəkətinin axını demək olar ki, 30% artdıqda; və ya 

b) Yol hərəkəti reseptorların yol hərəkətinin səsinə  həssas olduğu yerlərdə 10% 

artdığı yerlərdə (o cümlədən Yükdaşıyan Nəqliyyat (YN)).   




 

Şahdəniz 2 İnfrastruktur Layihəsi ƏMSSTQ

Tikinti işlərinin səs-küyünün qiymətləndirilməsi

 

Sentyabr 2011 



12/50 

 

 



 

Hesablanmışdır ki, Bakı-Səlyan avto magistralında yol hərəkətinin kəmiyyəti gün ərzində 

10,000 və 20,000 arasında dəyişir.  Avtomobillərin 10%-nin YN təşkil etdiyini nəzərə 

alsaq (URS 2010-cu ildə apardığı ilkin araşdırmalar bu məlumatı təsdiq edir, bax Bölüm 

3) YN hazırda 1,000 olduğu aydın olur. 

 

ŞD2 infrastruktur ƏSTQ (ist.2) fəsil 5 məlumatlarına görə  ŞD2 infrastruktur layihəsi 



zamanı Bakı-Səlyan magistral yolundan istifadə edəcək nəqliyyat vasitələrinin 

hesablanmış sayı gün ərzində 162 avtomobil olmaqla May 2012 və Oktyabr 2012 

arasında maksimal səviyyəyə çatacaq (ümumi nəqliyyat axınının 1.62%).  ƏMİQİ 

Təlimatları No. 1-də göstərilir ki, səs-küyə  həssas olan yerlərdə  nəqliyyat hərəkətinin 

10%-dən az artması tikinti sahəsindən kənar yol hərəkəti ilə bağlı güclü təsirlərin 

olmayacağı deməkdir.  

 

Yol və Körpülərin Layihə Kitabçasına müvafiq olaraq (ist. 5), HGV nəqliyyat axınının 25% 



artması səs-küy səviyyəsinin 1 dB(A) artması ilə nəticələnir.  Tikinti dövründə əlavə HGV-

lərin hesablanmış sayı 4.6% təşkil edəcək. Belə olan halda magistral yolu boyunca tikinti 

ilə bağlı nəqliyyat hərəkətinin artması nəticəsində reseptorlardakı səs-küyün səviyyəsi 1 

dB(A)-dən çox olmayacaq və beləliklə nəqliyyatın yaratdığı səs-küy təsirləri cüzi olacaq.   

  

2.2 Modelləşdirmə Parametrləri 

2.2.1 Tikinti 

Qurğusu 

ŞD2  İnfrastruktur Layihəsi zamanı istifadə olunan tikinti qurğularının növləri  ŞD2 

İnfrastruktur ƏSTQ (ist.2) Fəsil 5-də göstərilmişdir. Cədvəl 2-də hər bir texnikadan hasil 

olunan səs-küyün səviyyəsi  əks olunmuşdur. Hər bir texnikanın hasil etdiyi səs-küy 

BS5228:2009 1-ci hissə  təlimatlarından götürülmüş  və bunlar mənbədən 10m aralıda 

dB(A) olaraq təqdim olunmuşdur. 



Cədvəl 2: Tikinti qurğularının növləri və Səs-küyün səviyyəsi  

Qurğu 

dB(A) - 10m 

İstinad BS5228:2009 Hissə 1  

Buldozer D6/D8/D9/D10 

79 Cədvəl C2 ist. 11 

Təkərli yükləyici – 25t 

79 Cədvəl C2 ist. 26 

Tırtıllı ekskavator – 27t 

75 Cədvəl C4 ist. 64 

Özüboşaldan – 25t 

85* Cədvəl C6 ist. 17 

Avto qreyder – 25t 

86 Cədvəl C6 ist. 31 

Vibrasiyalı çarx – 10t 

80* Cədvəl C5 ist. 19 

Yol katoku – 13t 

80* Cədvəl C5 ist. 21 

Asfaltbasan 

77 Cədvəl C5 ist. 31 

Yoldüzəldən yük maşınları – 25t 

80 Cədvəl C6 ist. 21 

Dizel generatoru (50/100 kVA) 

65 Cədvəl C6 ist. 39 

Mexaniki su tökən  

83* Cədvəl C6 ist. 38 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə