33
Azərbaycan xalqının müdrik bir atalar sözündə deyilir:
«Hər şeyin bir yaradıcısı var». Nizaminin və K.Yunqun
qənaətlərində də dünyanın hamıya daimi görünən elementləri
dərkedilməz enerjinin yardımı ilə meydana gəlib fəaliyyət
göstərir.
Dünyada kim elə bir ayna görmüşdür ki,
Əvvəldən ona (cila) vurulmamış olsun?!
25
– sorğusunu açıqlayanda ağlın qəbul etmədiklərinin, daha
doğrusu, müasirlərinin başa düşmədiklərinin şərhinə çalışır.
Şairin məsləhətinə əsasən düşünən kəs təhqiq məqsədilə nəyə
baxırsa, birinci necə yarandığını aydınlaşdırmağa
çalışmalıdır. Əslində ilkin şeylərin mənşəyini görmək gözün,
anlamaq ağlın imkanı xaricindədir. Düşünülməlidir ki, axı,
varlıqlar öz özünə necə yarana bilər? Yuxarıdakı atalar
sözündə deyildiyi kimi, bütün yaranışlarda başqasının
yardımı gərəkdir. Qarşıya gözəl naxış çıxanda ilk olaraq onu
vuran şəxs ağla gətirilir.
Nizami ilkin təsəvvürlərdən bəhs açanda fikirlərini
mifoloqdan çox filosof tək təqdim edir: anlaşılması imkan
xaricində olan şeylərin mövcudluğu o deməkdir ki, hər şey
Yaradıcının əlindədir. Ona aid meydanda at çapmağın isə heç
bir mənası yoxdur.
Bütün ağıllılar, vurğunlar aciz qalıblar ki,
Bu dünya necə meydana gəlmişdir?!
Əgər bir kəs dünyanın necə yarandığını bilsə,
Mümkündür ki, o da elə bir işi görməyi bacarsın,
Madam ki, dünyanı yaratmaq bizə mümkün deyil,
Onun necəliyi də təsəvvürümüz xaricindədir.
26
Dünyada hər şey nəzm-intizamla düzəldilmişdir. Ən adi
varlıqlarda da gizli xəzinə vardır. Şair o xəzinələrin açarının
şüşədən deyil, poladdan qayrılmasını, yəni dərin bilik
qazanılmaqla dərkini əsas şərt sayır. Çünki elmlərə
yiyələnməyənlər xəzinəyə çatıb şərbət istəyirlər, zəhər
25
Yenə orada, s. 30.
26
Nizami. Leyli və Məcnun, s. 30.
34
tapırlar. Mifik görüşləri saf-çürük edən Nizami xalq
inanclarından götürdüyü «İlan həmişə xəzinə üstə yatır»
qənaətinə tamam başqa don geyindirir. Musanın və Harunun
zəngin gövhər xəzinələrinin qiymətini onda görür ki, birincisi
insanlara fayda, ikincisi ziyan verir, ölümə səbəb olur. İlan
zəhəri də eyni ilə həyata son qoymaqla yanaşı, sağlamlığa,
ömrün uzanmasına imkan yaradır. Maraqlıdır ki, gerçək
anlamda da hər şey bir nöqtədən hərəkətə başlayıb o yerdə də
ömrünü bitirib başqası ilə əvəzlənir. Nizaminin gəldiyi
nəticəyə görə, «Pərgar dairəni tamamladıqda ilk addımını
atdığı nöqtəyə qayıdar».
Nə vaxta qədər ehtiyacım olan hər tikəni
Şaha, çobana həvalə edəcəksən?
27
Şərqdə formalaşan kitabların (əlyazmalar: divan
ədəbiyyatı və epik poemalar nəzərdə tutulur) özünəməxsus
ənənəsi, quruluşu, rəsmi girişi, başlanğıcı, ardıcıllığı, sonu,
ümumi prinsipləri və fərqli xüsusiyyətləri vardır. Bəzi
cəhətlər uzun yol boyu sınaqlardan keçən tarixi təcrübədən,
bəziləri də İslam ədəbi prosesindən hazır şəkildə alınmışdır.
Bədii mətnin Şərqə məxsus spesifik strukturu müəyyən
mərhələdə dünya ədəbiyyatında aparıcı rola malik olmuş,
hətta Avropa mədəniyyətinin «İlahi komediya»,
«Dekameron», «Qeptameron», «Şərq-qərb divanı» kimi
əsərlərin özülünü təşkil etmişdir.
Ədəbiyyat
1.
Nizami. Yeddi gözəl (filoloji tərcümə). - Bakı, 1983.
2.
Nizami. Leyli və Məcnun (filoloji tərcümə). - Bakı,
1981, s. 18
3.
Nizami. İsgəndərnamə (filoloji tərcümə). - Bakı,
1983, s. 22
4.
Nizami. Sirlər xəzinəsi. Filoloji tərcümə prof.
R.Əliyevindir. –Bakı, 1981, s. 79-81.
27
Nizami. Leyli və Məcnun, s. 20
35
5.
Türk şiiri özel sayısı III (Halk şiiri). Türk dili. Aylık
Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s.
260.
6.
Lоtman Ö.M. Analiz pоgtiçеskоqо tеksta. Izdatеlğ-
stva «Prоsvещеniе». Lеninqradskое оtdеlеniе. – L., 1972, s.
104
7.
Filоsоfiə löbvi, T. 1, s. 25 (Sm: Marks K., Gnqеlğs
F. Sоç. T. 21, s. 79)
8.
Kitabi-Dədə Qorqud. – Bakı, Yazıçı, 1988, s. 83
9.
Azərbaycan mifoloji mətnləri, Bakı, 198 , s. 115-116
10.
Kraçkоvskiy I.Ö. Rannaə istоriə pоvеsti о
Mеdjnunе i Lеyli v arabskоy litеraturе. Izb. sоçinеniə., tоm
II, M.-L., 1956, s. 591-596; Е.G.Bеrtеlğs. Istоçniki “Lеyli i
Mеdjnun” Nizami. – V kn. Izbranniе trudi. Nizami i Fizuli. –
M., 1962, s. 266-275
11.
Bеrtеlğs Е.G. Istоçniki “Lеyli i Mеdjnun” Nizami.
– V kn. Izbranniе trudi. Nizami i Fizuli. – M., 1962, s. 268
12.
Aliеv Q.Ö. Akadеmik A.Е.Krimskiy i еqо sоçinеniе
«Nizami i еqо sоvrеmеnniki». – Vvеdеniе v kn.
A.Е.Krimskiy. Nizami i еqо sоvrеmеnniki, Baku, 1981, s. 11
13.
Aliеv R.M. Nizami i еqо pоgma «Lеyli i Mеdj-
nun». – Prеdislоviе k kn.: Nizami Qəndjеvi. Lеyli i Mеdjnun.
Pеrеvоd s farsi, prеdislоviе i kоmmеntariе Rustama Aliеva,
Baku, 1981, s. 11
14.
Şirvani Ö.Z. Еще raz оb istоçnikaх pоgmi «Lеyli i
Mеdjnun» Nizami /Оpit istоrikо-sravnitеlğnоqо izuçеniе
litеraturniх vzaimоsvəzеy/. – jurnal «Uçеniе zapisi
Azеrbaydjanskоqо Univеrsitеta»,sеriə: əzik i litеratura, 1966,
№ 6
15.
Sasani H. Nizaminin «Leyli və Məcnun» poeması.
Namizədlik dissertasiyası. – Bakı, 1970 (Azərbaycan EA-nın
kitabxanasında sxlanır).
16.
Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qay-
naqları. – Bakı, 1991, s 108
Dostları ilə paylaş: |