Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

 
 
 
63
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şərq intibahının çiçəklənən çağında – XII yüzillikdə 
Azərbaycan  ədəbiyyatı  bəşər mədəniyyəti xəzinəsinə iki eşq 
dastanı bəxş etmişdi və Nizami özünə qədərki fikir dəryasına 
baş vurub çoxsaylı  qənaətləri ümumiləşdirməklə yer üzünə 
yeni ab-hava gətirmişdi. O, söz sənətkarlarının gül 
bağçasında daha ətirli və daha təravətli çiçək yetişdirməklə 
məhəbbətin iki formasını üzə çıxardıb insanlığı uzun müddət 
imtahana çəkmiişdi. «Xəmsə»dəki təsvirlərdən alınan 
nəticəyə görə, eşq 
1)
 

ks
ək
lik

2)
 
ka
millik
,  
3)
 
haq
q (
ədal
ət),  
4)
 
xeyi
r,  
5)
 
isted
ad
,  
6)
 

ıq,  
7)
 
istilik
,  
8)
 
uzaq,  
9)
 
geni
şlik,  
10
)
 
inki
şaf  
11
)
 
(f
əaliyy
ət),  
12
)
 
metamorfoza,
  
13
)
 
azadl
ıq (m
üst
əq
illik
),  
14
)
 
in
fo
rmasiy
a,  
15
)
 
fikir//d
üş
ünc
ə 
(m
əd
əni
yy
ət)
,  
16
)
 
yara


lıq (
ye
ni
 
fo
rmalar
 tapma
q)
,  
17
)
 
ha
rmon
iy
a(tarazl
ıq),  
18
)
 
əb
ədi
yyat

19
)
 
ger
çə
kl
ik
 
alçaql
ıq,
 
nada
nl
ıq,
  
zülm,  
şə
r,  

tilik
,  
zülm
ət,  
so
yuq
luq
,  
yax
ın,  

xl
ıq,  

aliy

tsizlik
 
(t
ənb
əllik
),  
mexa
ni
ki
 h
ər
ək
ət,  
əsar
ət
(köl
əlik),  
m
ədd
ah
lıq,  

bi
ət, 
  
qa
biliyy
ətin
 yox
lu
ğu, 
 
qar
ış
ıql
ıq,  
du

un
luq
,  
yalan 
(u
ydu
rm
a)
 
ЕШГ
 
ЙУХАР
 
АШАЬ


 
 
 
64
a) ilk olaraq, bütün varlıqların doğulması  və inkişafını 
şərtləndirən daxili enerjidir. Onun gücüylə şər xeyirləşə bilir. 
Şair dünyanı vahid orqanizm kimi götürüb onun içərisində 
olan bütün varlıqların eyni başlanğıcdan güc alaraq idarə edildi-
yini irəli sürür və hər şeyin bir-biri ilə əlaqələnməsinə, bağlan-
masına, təbiətdə, cəmiyyətdə müxtəlif münasibətlər qurulması-
na, yeniləşməyə  təkan verən enerjini məhəbbətlə eyniləşdirir. 
İnsanı – dünyanın əşrəfini əsas canlı varlıq kimi eşqin daşıyıcısı 
hesab edir. Məhəbbətin qarşısında xudbinlik, şərxislətlilik, 
eybəcərlik, kin-kidurət, zülm, qaranlığın öz mövcudluğunu 
itirirdiyi qənaətinə  gəlir. Şirin sevgisiylə Xosrovu vətənpərvər, 
humanist, elmə, incəsənətə maraq göstərən, mənəvi dəyərləri 
qiymətləndirən, ürəyində hamıya qarşı  rəhm bəsləyən, 
bədxahlıqdan üz döndərib ancaq yaxşılıq etmək barədə düşünən 
müdrik hökmdara, sədaqətli ərə çevirir. 
b) İkincisi, eşq cəmiyyətin gələcəyə doğru uzanan uğur 
yolunun işığıdır. Bu yol haqqın dərgahından keçir. 
«Məhəbbətin gözü kordur!..» Bu hikmətin mənasını 
müxtəlif cür yozurlar. Hətta onu «Könül sevən göyçək olar» 
məsəli ilə  də eyniləşdirirlər. Lakin birinci müdrik fikirdə 
işığın yoxluğundan bəhs açılır. Parlaq günəşə baxmaq 
mümkün deyil. Məhəbbəti də günəş  şüalarına bənzədirdilər. 
O səbəbdən də ona tutulanların gözləri kor sayılır. 
Könlünə sevgi qığılcımları düşənin qarşı  tərəfi həmişə 
gözəl görməsinə  gəlincə,  şair təsdiq edir ki, məhəbbətin 
xəmiri gözəllikdən yoğrulub, onun beşiyi də, məskəni də 
həmişə gözəlliyə bağlanıb. Ona görə də sevgi, eşq olan yerdə 
çirkinlikliyə yer qalmır.  İşığın dünyaya hökmranlıq etdiyi, 
daha döğrusu, günəşin çıxıb batdığı çağlarda  şərin meydanı 
daralır, eybəcərlik qaranlıq yerə girib yox olur. 
İşığı ürəyindən keçirən insanları irqinə, cinsinə, silkinə, 
millətinə  və  əqidəsinə görə biri-birindən ayırmaq məhəbbəti 
danmaqdır. Sadalananlar bəşər övladının elə zahiri 
əlamətləridir ki, heç biri onun mahiyyətini üzə  çıxartmağa 
qadir deyil. Meyvənin qabığının nazikliyi-qalınlığı, bərkliyi-


 
 
 
65
yumşaqlığı, sarılığı-qırmızılığı, hamarlığı-tüklülüyü ilə dadını 
müəyyənləşdirmək mümkün olmadığı kimi insanların da 
dərisinin rənginə, dilinə, var-dövlətinə, dininə baxıb nəyə qadir 
olduğunu, kimliyini aydınlaşdırmaq çətindir. Onun çölünün 
göstərdiklərinin içərisinə dəxli yoxdur. Bu səbəbdən də şüura 
malik varlığı hissiz, duyğusuz, cansız əşya kimi satmaq, eləcə 
də satın almaq böyük günahdır.  İnsan heyvan olmadığı üçün 
özününkülərə  qənim kəsilməməlidir. Çünki o, sevgisi və 
ağlıyla başqa canlılardan seçilir. 
Dünyada qadınların da, kişilərin də  həm müdrikləri, 
həm də dar düşüncəliləri olur. Var-dövlət, güc ərin yaraşığı 
olsa da, kişiliyi deyil. Kişilik  əlin səxavətiylə  və  ağılla 
ölçülür. Nizami təbəqələşmənin, bölünmənin, parçalanmanın 
əleyhinə idi. Onun qənaətlərinə görə, insanın ürəyindəkilər 
yalnız onun özünə  məxsus mənəvi sərvətdir. Sevgi isə 
yaradıcının hər kəsə bağışladığı paydır. Allahdan gələni isə 
heç bir qüvvə  dəyişdirməyə, yox etməyə qadir deyil. Çünki 
ölüncədi. 
Cəmiyyət sevgiylə idarə olunsa, aləm gül-çiçək  ətrinə 
tutular. 
 
ƏDƏBİYYAT 
1. Nizami. Yeddi gözəl (filolji tərcümə). Bakı, 1983. 
2. Nizami. Leyli və  Məcnun (filoloji tərcümə). Bakı, 
1981, s. 18 
3.
 
 Nizami. İsgəndərnamə (filoloji tərcümə). Bakı, 1983, s. 
22 
4. Nizami.  Sirlər xəzinəsi. Filoloji tərcümə prof. 
R.Əliyevindir. –Bakı, 1981, s. 79-81. 
5. Türk şiiri özel sayısı III (Halk şiiri). Türk dili. Aylık 
Dil Dergisi. C LVII, Sayı: 445-450, Ocaq-Haziran, 1989, s. 
260. 
6.
 
 Lоtman Ö.M. Analiz pоgtiçеskоqо  tеksta. Izdatеlğstva 
«Prоsvещеniе». Lеninqradskое оtdеlеniе. – L., 1972, s. 104 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə