89
qazandığını yazırdı (4,s.96). “Gültəkin” abidəsində oxuyuruq:
“türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəriş
xaqanı, anam İlbilgə xatunu Tanrı təpəsində tutub yuxarı
qaldırmış” (5,s.79). Bir adamı Tanrının yuxarı qaldırıb öz
təpəsində tutmağı onun xaqan seçildiyini göstərirdi. Mete
bütün qələbələri Tanrının köməyi ilə qazanırdı: “Tanrı güc
verdiyi üçün atam xaqanın qoşunu qurdtək imiş, yağısı
qoyuntək imiş” (5,s.79).
Türk xaqanları yerdə Tanrını təmsil edirdilər. Bunu
“Dədə Qorqud kitabı”nda görürük (6,s.50). Tanrını təmsil
etmək böyük məsuliyyət idi və bu məsuliyyəti hər adam öz
üzərinə götürə bilməzdi. Ona görə də xaqan taxtında yalnız
Tanrıya layiq olan, Tanrıya xas keyfiyyətləri özündə daşıyan
adam otura bilərdi. Kiminsə xaqan olmasına Tanrının razılıq
verməsi də məhz bu tələbdən irəli gəlirdi. Bütün türk
xaqanları Tanrını təmsil etdiklərini, Tanrının razılığı ilə
xaqan olduqlarını yaxşı başa düşürdülər və ona görə də
həmişə Tanrıya layiq olmağa çalışır, ölkəni ədalətlə idarə
edirdilər.
Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının
mətnindən aydın görünür ki, Bəhramın şahlıq taxt-tacına
yiyələnməsinə də Tanrı razılıq vermişdir. Böyük şair bu fikri
Bəhramın öz dilindən çox gözəl ifadə etmişdir:
Nəyi bəyənməsə böyük yaradan,
Baş verməz o əməl məndən heç zaman. (3,s.18)
Bu misralardan aydın görünür ki, Bəhram iki şir
arasından taxt-tacı yalnız Tanrının köməyi ilə götürdüyünü və
şahlıq taxtında onun razılığı ilə oturduğunu yaxşı bilirdi. Həm
də başa düşürdü ki, Tanrının xoşuna gəlməyən hər hansı pis
əmələ qurşanarsa, şahlıq taxt-tacını asanlıqla itirə bilər. Ona
görə deyirdi ki, “Böyük yaradanın bəyənmədiyi hər hansı bir
əməl məndən çıxmaz”. Bununla bir növ Tanrı qarşısında and
içir, vəd verirdi.
Yuxarıda deyilənlərdən göründüyü kimi, türk epik
təfəkküründə himayəçi, qoruyucu bir Tanrı obrazı yaranmış,
90
bu obraz türk folklor örnəklərinə transformasiya olunmuşdur.
Bütün türk xaqanlarının xaqan taxtında oturmalarına Tanrı
razılıq vermiş və onları qorumuş, himayə etmişdir. Bu motiv
eynilə Nizami Gəncəvinin “Yeddi gözəl” dastanında da öz
əksini tapmışdır. Bəhramın iki şir arasından taxt-tacı
götürməsi və şahlıq taxtında oturması yalnız Tanrının razılığı
ilə mümkün olmuşdur.
Nizami Gəncəvinin türk olduğuna şübhə edənlər onun
əsərlərinin mayasına hopmuş milli təfəkkür və düşüncəni
unudur, görmür yaxud görmək istəmirlər. Firdovsinin
“Şahnamə”sində türk təfəkkürünün izinə belə rast
gəlinmədiyi kimi, Nizami Gəncəvinin əsərlərində də fars
düşüncəsindən əsər-əlamət yoxdur. “Şahnamə”də türkə nifrət
qabarıq şəkildə özünü göstərir, Nizami əsərlərində türkə
sevgi var, farsa nifrət yoxdur. Bu da ondan irəli gəlir ki,
bütün bir xalqa nifrət etmək türk təfəkkürünə yaddır. Əslində
Nizaminin fars olmadığına inanmaq üçün onun əsərlərini
“Şahnamə” ilə tutuşdurmaq kifayətdir. Yuxarıda müqayisə
edilən nümunələr türk epik təfəkkürünün məhsulu olan və
türk folklorunda öz geniş, dolğun əksini tapmış, Nizaminin
ruhundan süzülüb onun əsərlərinə gəlmiş onlarla süjet, motiv
və obrazlardan seçilmişdir. Nizami yaradıcılığı bu cür
nümunələrlə zəngindir və Nizaminin kimliyini təsdiqləmək
üçün onların hərtərəfli araşdırılmasına böyük ehtiyac var.
QAYNAQLAR
1. “Kitabi-Dədə Qorqud” (Tərtib edəni Həmid Araslı).
Bakı. “Gənclik”. 1978. 184 s.
2. Yeddi gözəl kitabı. Nizami Gəncəvinin “Yeddi
gözəl” poemasının el dastanı (ərəb əlifbasından müasir yazıya
köçürəni və işləyəni Mehri Məmmədova). Bakı. “Azərnəşr”.
1991. 208 s.
3. Nizami Gəncəvi. Yeddi gözəl (Tərcümə edəni
Məmməd Rahim). Bakı. “Azərnəşr”. 1940. 52 s.
91
4. Mustafa Turan. Tarihi kaynaklar işığında Nevruzun
menşei meselesi // Ankara. “Milli folklor”. 1998. sayı. 37. s.
90-104.
5. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey
abidələri. Bakı. “Yazıçı”. 1993. 400 s.
6. Altaylı Seyfəddin. Kosmoqonik miflərlə bağlı
deyimlər // Bakı. “Elmi axtarışlar”. 2009. № VI. s.50-56.
Qalib SAYILOV
filologiya üzrə fəlsəfə doktoru,
92
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
HƏZRƏT NİZAMİ GƏNCƏVİ VƏ ETNOYADDAŞ
XII əsr Azərbaycan humanitar-ictimai fəlsəfi-siyasi
düşüncəsinin zirvəsi Şeyx Nizami Gəncəvinin poeziyası
aforizmlər və müdrik kəlamlar kimi xalqın yaddaşına
hopmuş, onun bədii təfəkküründən süzülərək cilalanmış,
şifahi ənənədə dastanlara, nağıllara çevrilmişdir.
Dövrünün ictimai-siyasi, ədəbi-mədəni proseslərini
dərindən bilən şair, hadisələrin təsvirində xalq yaradıcılığı
ənənələrindən də istifadə etmişdir. Eyni zamanda xalq
bilimlərini, mərasim və təntənəli xalq bayramları haqqındakı
bilgiləri əsərlərində canlandıraraq onlara yaşamaq haqqı
vermişdir. Biz bir çox ənənəvi xalq yaradıcılığı nümunələri
haqqında informasiyanı böyük Nizaminin əsərlərindən almış
oluruq.
Azərbaycan xalq ədəbiyyatının tarixi köklərinə
baxdıqda bir fakt öz möhtəşəmliyi ilə diqqəti çəkir; türk
etnosuna daxil olan xalqların – türkmənlərin, qazaxların,
qırğızların, özbəklərin, istərsə də azərbaycanlıların ağız
ədəbiyyatı bir çox xalqların yazılı ədəbiyyatında öz izlərini
buraxmışdır.
Nizami Gəncəvinin əsərlərində ənənəvi biliklərin çeşidi
əlvanlığı ilə bərq vurur. Tapmacalardan tutmuş xalq təbabə-
tinədək bir çox bilgilər şairin əsərlərində əks olunmuşdur.
Bəşər tarixi yaranan gündən, elmi təbabətin izi-tozu yox
ikən insanlar xəstələndikdə təbii müalicə vasitəsi kimi
müxtəlif otlardan istifadə etmişlər.
Qorxmadı, “Nuşi-qiya” çünki içmişdi öncə,
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.
Xalq yaradıcılığına önəm verməsi, onun əsərlərindən
bir çoxunun sonradan atalar sözü statusunda təqdim
olunmasına rəvac vermişdir.
İnci lətafəti olsa da su da,
Dostları ilə paylaş: |