Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

 
 
 
86
gözəl” poemasında və türk folklorunda rast gəlinən qoruyucu 
Tanrı obrazıdır. 
Öncə “Dədə Qorqud” eposunda və Nizami Gəncəvinin 
“Yeddi gözəl” poemasında rast gəlinən bir ortaq motivə 
diqqət yetirmək lazımdır. “Dədə Qorqud kitabı”ndakı “Qanlı 
Qoca oğlu Qanturalı” boyunda Qanturalı Təkurun qızı Selcan 
xatunu sevir, onu almağa gedir. Lakin Təkur onun qarşısında 
çox ağır  şərt qoyur: “yalnız Təkurun vəhşi buğasını, qızmış 
dəvəsini və  şirini öldürən adam Selcan xatunu ala bilər”. 
Qanturalı buğanı, dəvəni və şiri öldürüb Selcan xatunu alır. 
“Yeddi gözəl” dastanında Bəhramın qarşısında eyni şərt 
qoyulur: “taxt-taca yiyələnmək üçün Bəhram iki şirin 
arasından tacı götürməlidir”. Bəhram da hər iki şiri öldürüb 
tacı başına qoyur. 
Hər iki motivin bir-birinin eyni olduğu aydın görünür. 
Birincidə Selcan xatun, ikincidə tac, birincidə buğa, dəvə  və 
şir, ikincidə iki şir obrazının görünməsi süjetin və motivin 
eyniliyinə  qətiyyən xələl gətirmir. Bu səhnələri bir-birinə 
bağlayan bir incə məqam da var. Qanturalı buğanı, dəvəni və 
şiri öldürməyə gedərkən yoldaşları göz yaşı töküb ağlayırlar. 
Qanturalı onlara deyir: 
– Hey, qırx eşim, qırx yoldaşım! Niyə  ağlarsız! Qolça 
qopuzum götürün, öyün məni!-dedi (1,s.99). 
Qırx yoldaşı qopuzu götürüb Qanturalını öyürlər. 
Qopuzla qəhrəmanı öyməyin iki cəhətini xüsusi qeyd 
etmək lazımdır. Birincisi, qopuz və saz çalınanda qəhrəmanın 
qoluna güc, ürəyinə  təpər gəlir, onun döyüş  eşqi aşıb-daşır. 
İkincisi, qopuz və saz ilahi mənşəli musiqi alətləridir. Onların 
səsində Tanrı  nəfəsi  var.  Bu  səsin özü də Tanrıya dua edir, 
ondan qəhrəmana kömək diləyirdi. 
Bu səhnələrdə Tanrıya birbaşa müraciət olunmur, onun 
adı  çəkilmir. Ancaq özü görünməsə  də, Tanrı Qanturalının 
yanındadır, ona kömək edir. Çünki bu səhnədən qabaq 
Qanturalını görən kimi Selcan xatun ona vurulur və Tanrıya 
üz tutub dua edir: 


 
 
 
87
– Haqq-taala atamın könlünə rəhmət eləsə, kəbin kəsib 
məni ol yigidə versə... Bunun kimi yigid heyf ola ki, 
canəvərlər əlində həlak ola-dedi (1,s.99).  
Sözsüz ki, Tanrı Selcan xatunun sözlərini eşidir, ancaq 
onun atası Təkurun könlünə rəhm salmır. Əgər Tanrı Təkurun 
könlünə  rəhm salsaydı  və o da Qanturalı buğanı, dəvəni və 
şiri öldürməmiş Selcan xatunu ona versəydi, burada sevgi 
gözdən düşər, Qanturalının qəhrəmanlığı görünməzdi. Bu cür 
qız almaq isə  Oğuz igidinə yaraşmırdı. Ona görə  də Tanrı 
Təkurun könlünə  rəhm salmır, lakin bunun əvəzində 
Qanturalıya kömək edir, ona ilahi güc verir. Qanturalı da 
Tanrının verdiyi ilahi gücün hesabına buğanı, dəvəni və  şiri 
öldürüb öz sevgilisinə qovuşur. 
Eyni mənzərəni “Yeddi gözəl” poemasında görürük. 
Bəhram da şirlərlə döyüşə gedərkən onu sevənlər, 
canıyananlar düşünürlər ki, “o şirlərin cəngindən xilas ola 
bilməz. Hamı ah-nalə ilə səslərini ucaldıb deyirdi ki, bu cavan 
taxt-tacın həqiqi varisi olduğu halda, heyfdir ki, səltənətə 
özgələri sahib olsun. Camaat fikirləşirdi ki, bu qorxulu işi 
təşkil edənlər vəzir və vəkillərdir. Ona görə öz aralarında əhd-
peyman bağladılar ki, allah eləməmiş, əgər şirlər Bəhramı tələf 
etsələr, hamımız hücum çəkib vəzir və  vəkilləri qətlə 
yetirəcəyik. Bu vəziyyətdə  həsrətlə  Bəhramın üzünə baxır və 
ona xeyir-dua oxuyurdular” (2,s.24). 
Qanturalının yoldaşları qopuz götürüb həm onu öyür, 
həm də ona Tanrıdan kömək diləyirdilər. 
Camaat da Allaha dua eləyirdi ki, Bəhrama kömək 
olsun. Bəhram özü şirlərlə döyüşə girdiyi zaman ürəyində 
Tanrıya üz tutub ondan kömək istəyirdi: “İlahi, sən hər yerdə 
varsan və hər şeyi görürsən, bu bəndəni bu qədər məxluqatın 
içində xəcil edib, utandırma” (2,s.25). 
Hər iki əsəri diqqətlə  təhlil etdikdə aydın görünür ki, 
Qanturalıya da, Bəhrama da bu qeyri-adi sınaqlardan qalib 
çıxmaq üçün Tanrı kömək etmişdir. Bu fikrin doğruluğuna 


 
 
 
88
inanmaq üçün Bəhramın nələr düşündüyünə diqqət yetirmək 
kifayətdir: 
Şahlıqdan hiyləni tutmuşam uzaq, 
Tanrı duyğusudur qəlbimə dayaq. (3,s.18) 
Bu iki sətirdə  Bəhram qəlbindəki Tanrı duyğusu ilə 
yaşadığını  və bu duyğunun ona kömək elədiyini açıb 
söyləmişdir.  Ən maraqlı  və  əhəmiyyətli faktlardan biri də 
Bəhramın dilindən Allah sözünün əvəzinə Tanrı sözünün 
işlənməsidir ki, bunu heç vaxt nəzərdən qaçırmaq lazım 
deyil. Burada Nizami Gəncəvinin bir türk kimi düşündüyü öz 
əksini tapmışdır. Fars düşüncəsi, fars təfəkkürü heç vaxt 
Allah əvəzinə Tanrı sözünü işlətməzdi.  
Basatın Təpəgözlə qarşılaşdığı boyda çox maraqlı 
mənzərələrin  şahidi oluruq. Təpəgöz Basatı öldürmək üçün 
dörd dəfə ağır, çıxılmaz vəziyyətlər yaradır. Lakin Basat sağ 
qalır və  Təpəgözün “Oğlan, qurtuldunmu?” suallarına eyni 
cavabı verir: 
– Tanrım qurtardı (1,s.121). 
Basat dörd dəfə  Təpəgözün ölüm həmlələrindən 
qurtarır. Yalnız bundan sonra Təpəgöz Basata deyir:  
– Sənə ölüm yoxmuş! 
Burada Basatı Təpəgözün ölüm həmlələrindən Tanrının 
qurtardığı açıq  şəkildə deyilmişdir. Qanturalı  və  Bəhramla 
bağlı  səhnələrdə onları Tanrının qurtardığı bu cür açıq 
deyilməsə  də, pərdəarxası hisslərdən və duyğulardan yenə 
Tanrının qoruyucu missiyasında çıxış etdiyini görmək, daha 
doğrusu, duymaq olur. 
Qədim türk epik təfəkküründə belə bir fikir və inam 
dərin kök salmışdır ki, Tanrı razılıq verməsə, heç kim xaqan 
ola bilməz. Tanrı arxasında durmasa, bir kimsənin xaqan 
taxtında oturması mümkün deyil. Hətta qədim türklər belə 
düşünürdülər ki, xaqanlıq göydən yerə endirilmişdir və 
Tanrıya məxsusdur. Böyük türk xaqanı Mete hələ e.ə. 176-cı 
ildə Çin imperatoruna göndərdiyi məktubunda özünün Tanrı 
tərəfindən taxta çıxarılıb Tanrının köməyi ilə  qələbələr 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə