Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə29/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

 
 
 
93
Çox içsən insanı incidər o da. 
Nizami Gəncəvi yaradıcılığında onlarla belə misralar var 
ki, artıq xalq tərəfindən yüz illərdir ata sözü, müdrik kəlam 
kimi işlədilir. Məşhur folklorşünas alim M.H.Təhmasib “VII 
əsrə  qədər Azərbaycan  şifahi xalq ədəbiyyatı” məqaləsində 
Nizami Gəncəvinin xalq yaradıcılığı ilə bağlılığından bəhs edir: 
“Qədim Azərbaycan 
ədəbiyyatı haqqında məlumat 
mənbələrindən biri də Nizami kimi dahi sənətkarların 
əsərləridir. Nizami şifahi  ədəbiyyatın bir çox janrlarından 
istifadə etdiyi kimi, xüsusilə  qədim eposdan da bacarıqla 
faydalanmışdır. Bu dahi sənətkarın “Xəmsə”sindən yüzlərlə 
kiçik, böyük əfsanələrə, rəvayətlərə,  əsatirlərə  təsadüf edilir. 
Bunlardan bəzilərini o, özü yaratmış, bəzilərini isə yazılı qay-
naqlardan,  şifahi  ədəbi  əsərlərdən istifadə edərək yenidən 
işləmiş, təkmilləşdirmiş, xalqdan alaraq yenidən xalqa 
qaytarmışdır” (1). 
Nizami Gəncəvi “Xəmsə”də istifadə etdiyi rəvayətlər xalq 
yaradıcılığının ən əski nümunələri sayıla bilər. “Sultan Səncərlə 
qarının əhvalatı”nda dahi sənətkar “iş üz ağardar” xalq ibarəsini 
fəlsəfi-didaktik baxımdan elə təsvir edir ki, 1000 ilə yaxın za-
man keçməsinə baxmayaraq, mövzu hələ  də öz aktuallığını 
saxlamışdır. 
İntibah dövrü humanitariyanın incilərindən olan Nizami 
xalq ölçü vahidlərini poeziyaya gətirməklə həm xalqın zəngin 
mənəvi resurslarını  təsvir edir, həm də  Şərq poeziyasının 
fonopoetika cəhətdən zənginləşməsinə xidmət etmiş olur. 
“Sirlər xəzinəsi” poemasında “Ovçu ilə itin və tülkünün 
hekayəti”ndə şair yazır: 
“Ovçu dözdü, səbrinin misqal boyda arpası 
Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı” (2). 
Arpa burada çəki vahididir. Bu gün də xalq arasında bu 
vahiddən istifadə olunur. 
Əsərlərində insanların  əski inamları ilə bağlı, səma 
cisimlərinə, Göy tanrısına tapınma, kultlarla əlaqəli beytlər 
gələnəkdə olan inanclar sisteminə daxildir: 


 
 
 
94
 
Kəmbərstə deyildi Əkizlər bürcü onda, 
Qan almağın azaddı o şişkin damarından” (2). 
Əcdadların  əski inamına görə, göydəki on iki ulduzlar 
topasından biri sayılan çevrə, yaxud baş-başa vermiş iki 
qızcığaz  şəklində  Əkizlər bürcü Külək tanrısına çevrilmiş 
hesab edilir. Və yaxud: 
Ayın üzü tutulub qaralmamışdı hələ, 
Su dolu teştin rəngi düşməmişdi bu hala. 
Yenə  də mövzu xalq inam və  sınamalarından gəlir. 
İbtidai insanlar Aya sehrli qüvvə kimi baxır, onun gecənin 
hamisi hesab edir, şər və qorxulu qüvvələrdən yalnız onun 
vasitəsilə qurtaracaqlarını zənn edirdilər. Həmin insanlar Ay 
tutulanda teşti, ləyəni döyəcləyib, yaxud mis qapaqları bir-
birinə  çırpıb haray-həşir qopararaq Ayı  şər qüvvələrdə xilas 
etməyə çalışardılar. 
Bu türlü mövzular Nizami Gəncəvinin yaradıcılığında 
əksəriyyət təşkil edir. 
Nizami Gəncəvini yeni elmi metodlarla öyrənən 
Siracəddin hacı şairin xalq inancları ilə bağlı görüşlərini şərh 
edərək yazır: 
“O, günəş kimi Dolçanın Yusifi oldu
O, su Dolçası kimi Balığın Yunisi oldu. 
Həzrəti Nizami bu beytin ideyasını da zəngin bilgilər 
əsasında təqdim etmişdir. Bu bürclərlə bağlı çoxsaylı əfsanə, 
əsatir var. Qədim astronomiya xəritələrində, atlaslarda Dolça 
bürcü əlində içərisindən su axan kuzə tutmuş adam şəklində 
təsvir edilirdi. Bunun fəslin əlamətləri ilə bağlı olduğu güman 
edilir. Günəş bu bürcə daxil olanda bahar yağışları başlayır, 
dağlarda qar əriyir, çaylarda daşqın olur. Su Dolçanın rəmzi 
sayılır. Qədim xalqların düşüncəsinə görə, su hər şeyin həm 
əvvəli, həm də axırı idi. Bir sıra miflərdə Dolça bürcünü 
ümumdünya tufanı ilə bağlayırlar” (8). 
Professor M.Mübariz “Nizami yaradıcılığına 
Azərbaycan folklorunun təsiri” məqaləsində qeyd edir ki, 


 
 
 
95
“Nizami klassik şairlərimiz içərisində hamıdan artıq xalq 
yaradıcılığı xəzinəsindən istifadə etmişdir (3). 
Nizaminin folklor əlaqələri müxtəlif  şəkildə  təzahür 
edir ki, bunları da prof. Sədnik Paşayev üç qrupda tədqiq 
etməyi mümkün sayır: 
1) Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və 
əfsanələr, yaxud da başqa folklor nümunələri; 
2) Xalq ruhuna dərindən bələd olan müdrik sənətkar 
kimi Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri 
və onların folklorda izləri; 
3) Nizaminin həyatı ilə  əlaqədar hadisələr,  əsərlərinin 
süjet və motivləri əsasında yaranmış yeni folklor nümunələri
yaxud da el variantları kimi meydana gəlmiş yeni əsərlər (4). 
Nizami Gəncəvinin yaradıcılığı aşıqların da repertuarını 
zənginləşdirmişdir. Bir çox aşıqlar Nizamiyə  şeirlər həsr 
etmişlər və eyni zamanda Nizaminin xalq əfsanəsindən 
mövzusunu götürdüyü “Leyli və  Məcnun”  əsəri aşıqların 
dilində dastana dönmüşdür. “Leyli və  Məcnun” poemasının 
el variantı olaraq çoxsaylı bayatılarla və  əfsanələrlə yanaşı 
“Leyli və Məcnun” adlı bir xalq dastanı da yaradılmışdır” (5). 
Hz.Nizaminin mənəvi arsenalı, bədii irsi sözlü 
ədəbiyyatla cilvələnən və folkloru zənginləşdirən üfüqləri 
geniş bir yaradıcılıq aləmidir” (7). 
Azərbaycan sözlü və yazılı  ədəbiyyatında Nizami 
poeziyası və yaradıcılığının qüdrətli yüksəlişi bilavasitə onun 
qədim və zəngin türk kulturoloji qaynaqları ilə əlaqədardır.  
 
ƏDƏBİYYAT 
1.
 
M.H.Təhmasib. Azərbaycan  ədəbiyyatı tarixi. 3 
cilddə. I cild. Bakı: 1960. 
2.
 
Dünya kitabxanası seriyasından. Nizami: Lirika. 
Sirlər xəzinəsi. Bakı: 1988. 
3.
 
M.Mübariz. Nizami yaradıcılığına Azərbaycan 
folklorunun təsiri. “Ədəbiyyat qəzeti”. 24 iyun 1938-ci il. № 
9 (174). 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə