Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə31/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

 
 
 
100
Adına eləyib hörmət, ehtiram, 
Bir ay yas saxladı onunçün tamam. 
Hörmət üçün bir ay çıxmadı təxtə, 
Qara paltar geydi o qara bəxtə. (1, 324)  
Yasda icra edilən başqa bir adət ölmüş insanın 
paltarlarının ehtiyacı olanlara verilməsidir. Xosrov da vəfat 
edəndə  Şirin onun hər  şeyini ehtiyacı olanlara paylayıb, 
möhtacları sevindirir: 
Sonra da Xosrovun bütün varını, 
Təzə-köhnəsini, paltarlarını 
Yoxsula, möhtaca payladı Şirin. 
Ondan razı qaldı hər yoxsul, miskin. (1, 451)  
Yas mərasimi, yəni yasda icra edilən adətlər Nizaminin 
“Leyli və Məcnun” əsərində də təsvir edilmişdir. Burada Ley-
linin ölümü zamanı anasının saçını yolub, üzünü cırması, 
oxşamalar, ağılar deyib, qızı üçün ağlaması təsvir edilmişdir. 
Yasda  əziz insanın ölümü münasibəti ilə icra edilən elə bu 
hərəkətlər indi də xalqımızın yas mərasimlərində icra edilən 
adətlərdəndir:  
Qızını o halda görüncə ana 
Elə bil qiyamət göründü ona. 
Ağarmış başından götürüb örpək
Saçını küləyə verdi səmən tək. 
Anıb övladının qara gözünü, 
Yolub saçlarını, cırdı üzünü. 
Nə oxşama varsa dedi əzbərdən, 
Nə saçı vardısa yoldu o birdən. 
Ağladı, baxdıqca qızın boyuna, 
Gözündən qan tökdü həyat suyuna. 
Gah qızın üstündə sıxdı gözünü, 
Gah onun alnına qoyub üzünü, 
Gözünün yaşını tökdü fəğanla, 
Yudu o çeşməni bu axan qanla. 
Ananın naləsi göyə yüksəldi, 
Fələk bu nalədən naləyə gəldi. (3, 249) 
 


 
 
 
101
Qonaqpərvərlik xalqın milli dəyərlərini, mənəvi keyfiy-
yətlərini özündə  əks etdirir. Xalq özünün humanist adət-
ənənələrini belə vasitələrlə yaşadır və  gələcək nəsillərə 
çatdırır. Qədim tarixə malik olan bu adət özündə xalqın 
mənəvi aləmini ehtiva edir. 
Azərbaycan xalqına məxsus qonaqpərvərlik adətləri 
Nizami Gəncəvinin  əsərlərində  də  təsvir edilmişdir. Onun 
təsvir etdiyi qonaqlıq adətləri xalqımızın mədəniyyəti, milli 
xüsusiyyətlərindən xəbər verir. Yaradıcılığında 
qonaqpərvərlik adətindən dəfələrlə söhbət açan şair "Yeddi 
gözəl" əsərində belə yazır: 
Bağ qönçəsi kimi qonaq sevəndi, 
Yanağı gül kimi gülürdü, şəndi. 
Vardı işrət üçün mehman otağı, 
Göydə Sürəyyaya dəyərdi tağı. 
Süfrələr salmışdı, döşənmiş yerə, 
Ədəb öyrətmişdi xidmətçilərə. 
Gəlsəydi bir nəfər uzaqdan əgər, 
Cilov tutub, qonaq eyləyərdilər. 
Süfrə salardılar otağa layiq, 
Yemək verərdilər qonağa layiq. (4, 129) 
Verilən bu nümunədə xalqın qonaqlıq adətləri, qonağı 
qarşılamaq, ona qulluq, ümumiyyətlə, qonaqpərvərliyə məxsus 
olan bütün xüsusiyyətlər aydın görünməkdədir.  Şair qonağa 
xüsusi otaq ayrılması, diqqətlə qulluq göstərilməsi, ləziz 
yeməklərdən ibarət süfrə açılmasının təsvirini verməklə hər bir 
ailədə qonağın hörmətlə qarşılandığını göstərir. Xalqımızın 
adətinə görə evə qonaq gələrkən onun qabağına gedib, əgər atlı 
gəlibsə tez cilovundan yapışıb “xoş  gəlmisiniz” deyərək 
düşürüb gülərüzlə evə  dəvət edirlər.  Şair də burada atlı 
qonağın qarşılanmasını təsvir etmişdir. 
Qonaqlıq haqqında danışan Nizami həmçinin evə gələn 
qonağa hədiyyə verilməsi adətini də təsvir edir. O göstərir ki
qonaqla ev sahibi bir-birlərinə hədiyyələr təqdim edirlər. Bil-


 
 
 
102
diyimiz kimi, bu da xalqımızın qədimdən gələn 
qonaqpərvərlik adətləri sırasında xüsusi yer tutur:
  
Elə ki, qonaqçı yığdı süfrəni, 
Saysız töhfələrə qərq etdi məni.  
Verdiklərimi də onlara qatdı... (4, 133) 
Azərbaycanda qonağa olan hörməti şair xüsusi qeyd et-
məklə xalqının qonaqpərvərliyini belə qeyd edir:  
Sən mənim hörmətli bir mehmanımsan,  
Əziz tutulmalı daima mehman. (4, 141) 
“İskəndərnamə” əsərində də qonaq qarşılamaq adəti ilə 
bağlı  təsvirlər vardır. Nizami əsərin “Şərəfnamə” hissəsində 
göstərir ki, Bərdə hökmdarı Nüşabə  İskəndəri  şahlara layiq 
bir təntənə ilə qarşılayır, onun şərəfinə ziyafət verir; ölkənin 
naz-nemətləri, hər cür şirniyyat, yemək-içmək süfrə üstünə 
düzülür. O, bu torpağın zənginliyi, var-dövləti, xalqın qonağa 
hörmət və ehtiramı və s. ilə İskəndəri heyran qoyur:  
Hər çeşid yeməklər axdı hər yandan  
Yeməklər bişmişdi qoçdan, toğludan.  
Uzun və yuvarlaq inçə çörəklər,  
Saraydan boşalmış qapıya qədər.  
Kökələr yoğrulmuş yağla, şəkərlə  
Şəkərli küncütdə dada bax hələ  
Ənbərlə yoğrulmuş dadlı yeməklər,  
Cənnət yeməyindən verirdi xəbər  
Süfrədə quzular coşğun sevincdən  
Quş kimi qol qanad açmışdı şən-şən.  
Ən dadlı mürəbbə, limonlu şərbət  
Püstədə, badamda var başqa ləzzət  
Var hədsiz paludə-ənbər qoxuyan  
Çox məğzi palüdə sağalar ondan  
Tər halva və badam halvası daşır,  
O qədər çoxdur ki, qablardan aşır.  
Gülabla çəkilmiş şərbət, gülşəkər,  
Saçdığı şirənin nəfəsi ənbər. (2, 220-221)
 


 
 
 
103
Göründüyü kimi, Nizami milli adət-ənənələrimizə 
uyğun olaraq süfrəmizin bolluğunu təsvir etmişdir. Süfrədə 
bu çeşiddə nemətlərin təqdimi xalqımızın qonaqpərvərlik və 
səxavətinin göstəricisidir. 
Qonaqlıqla bağlı  təsvirlər Nizaminin əsərlərində 
dəfələrlə verilir. Onun “Leyli və  Məcnun”, “Xosrov və 
Şirin”, “İskəndərnamə” kimi əsərlərində xalqın qonaqlıq 
adətlərini təsvir edən səhnələr çoxdur.  
Nizami Gəncəvinin hər bir əsərində xalq adət-ənənələri 
ilə bağlı çoxlu nümunələrə rast gəlinir. Bu xüsusiyyət onun 
xalq adət-ənənələrini yaxşı bilməsi və  qədim adətlərə 
hörmətinin bariz nümunəsidir.  
Şairin  əsərlərində adət-ənənələrlə yanaşı  bəzi xalq 
inanclarına da rast gəlmək mümkündür. Belə inanclardan biri 
övladı olmayanların kasıblara əl tutması, çoxlu nəzir verməsi 
və bunun nəticəsində  də övladla mükafatlandırılmasına 
inamdır. Nəzir-niyazla uşağın dünyaya gəlməsi onun 
əsərlərində tez-tez müşahidə olunur. Daima nağıllarda, 
dastanlarda görünən bu xüsusiyyət  şairin “Yeddi gözəl” 
əsərində də özünü göstərir. Nizami bu əsərdə 20 ildən sonra 
nəzir-niyazla dünyaya gələn Bəhramdan bəhs edir (4, 52). 
Buna “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında da 
rast gəlirik: 
Əl üstə - səxavət, ayaq üstə - din. 
Nəsli ta itməsin qoca dünyadan, 
Bir övlad istədi böyük xudadan. 
Xeyli nəzir verdi, bir xeyli qurban, 
Nəhayət lütf etdi allah bir oğlan. (1, 75)  
Nizami  əsərlərində müşahidə edilən digər bir cəhət 
münəccimlərin ulduzlara baxmaqla gələcəyi təyin etmələri ilə 
bağlıdır. “Yeddi gözəl”  əsərində  də  təsvir edilir ki, Bəhram 
anadan olanda o, yaşasın deyə atası onu münəccimlərin 
göstərişi ilə  Ərəbistana göndərir. Bu üsulla insan taleyini 
dəyişəcəyinə inanan hökmdarın bu hərəkəti,  əvvəlki 
dövrlərdə xalqın baş verən bəzi hadisələr qarşısında  əlacsız 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə