Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

 
 
 
96
4.
 
Sədnik Paşayev. Nizami və xalq əfsanələri. Bakı: 
1983. 
5.
 
Nizaminin el variantları. Bakı: 1941. 
6.
 
Siracəddin Hacı. Həzrət N.Gəncəvinin 
yaradıcılığında peyğəmbərlik anlayışı  və  Həzrət Məhəmməd 
(s.a.s.) 
7.
 
A.Sarovlu. Ədəbi şöhrət timsalı. Bakı: 1976. 
8.
 
H.Araslı. Şairin həyatı. Bakı: 1967. 
9.
 
S.P.Pirsultanlı. azərbaycan əfsanə və ədəbi abidələri-
mizdə müqayisəli tədqiqi. Bakı: 2008.   
 


 
 
 
97
Fidan QASIMOVA 
AMEA Folklor İnstitutu “Folklor və  
yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi 
 
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNDƏ XALQ  
ADƏT-ƏNƏNƏLƏRİ VƏ İNANCLAR 
   
Azərbaycan yazılı 
ədəbiyyatının dahi 
nümayəndələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı 
illərdir tədqiqatçıların  ən çox müraciət etdiyi sahələrdən 
biridir. Onun tükənməz tədqiqat mənbəyi olan əsərləri şairin 
elmi-fəlsəfi, dini, ibrətamiz, öyüd-nəsihət xarakterli fikirlərini 
əks etdirmək baxımından daima diqqət mərkəzində olmuşdur. 
Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir 
üslub yaratmış  şair, yaşadığı dövrdən başlayaraq bizim 
dövrümüzədək neçə-neçə  şair və yazıçıların yaradıcılığının 
ilham mənbəyi olmuşdur.  
Nizami də əsərlərini yazarkən müxtəlif mənbələrə müra-
ciət etmişdir. Belə mənbələrdən ən başlıcası şifahi xalq ədəbiy-
yatıdır. Belə ki, xalq yaradıcılığına müraciət onun əsərlərini 
məzmun və forma baxımından daha da zənginləşdirmişdir. O 
həm Azərbaycan, həm də başqa – ərəb, hind, İran xalqlarının 
şifahi xalq yaradıcılığından böyük sənətkarlıqla 
faydalanmışdır.  Şifahi xalq ədəbiyyatının atalar sözləri və 
məsəllər, mərasim folkloru, əfsanə  və  rəvayət və s. kimi 
növlərinə müraciət edən şair bunlardan istifadə ilə öz fikirlərini 
daha mükəmməl və demək istədiyi mənaları daha təsirli ifadə 
etməyə müvəffəq olmuşdur. Nizami yaradıcılığının folklorla 
bağlılığı haqqında Azərbaycanın bir sıra tanınmış alim və 
tədqiqatçıları söz açmışlar. Bu haqda nə  qədər danışılsa da, 
yenə də azdır. Nizaminin folklora marağını göstərən digər bir 
cəhət onun əsərlərində xalq adət-ənənələri və inanclarının 
bədii  əksidir. Hər zaman xalq içərisində yaşayan, onun həyat 
tərzi, gündəlik məşğuliyyəti, sevinc və  kədəri ilə yaxından 


 
 
 
98
tanış olan şairin  əsərlərində xalqımızın adət-ənənələrinə  və 
inanclarına müraciəti heç də təsadüfi deyildir.  
Xalqımızın ən qədim dövrlərdən qalan adətlərindən biri 
ailə qurmaqla bağlıdır. Nizami də  əsərlərində bunlardan 
ətraflı  bəhs etmişdir. Gələcəyin anası olan qızlarımızın 
özlərini uca tutması, öz namus və ismətlərini qoruması, təmiz 
sevgi və el adətlərinə uyğun olaraq ailə qurmaları ilə bağlı 
Nizaminin Məhinbanunun dili ilə verdiyi aşağıdakı sözlər çox 
dəyərlidir:  
Yaraşmaz kişinin dalına düşmək, 
Bu sifət qadında olmasın gərək. 
Çox təzətər gülü əldə tutdular, 
İyləyib, iyləyib, sonra atdılar. 
Çox şərab tökdülər gül qədəhlərə, 
Daddılar, sonra da tökdülər yerə. 
Bilirsən, baş uca olduğu zaman, 
Xoşdur ərə getmək eşqbazlıqdan. (1, 177)  
Məhinbanunun nəsihətlərinə qulaq asan Şirin 
xalqımızın el adəti ilə ailə qurmaq üçün böyük çətinliklərə 
dözür:  
Düşünürdü: Xosrov gözləyər ədəb, 
Onu yaxşılıqla eyləyər tələb. 
Şah adam göndərib kəsdirər kəbin, 
Gəlin kimi gedər saraya Şirin. (1, 328)  
Sonda isə  Şirin öz arzusuna, sevgisinə çatır və  ən 
önəmlisi isə budur ki, öz xasiyyətinə görə  şah da daxil 
olmaqla, hər kəsin hörmətini qazanır:  
Pıçıltıyla şaha söylədi Şapur: 
"Əgər ay tutuldu, üzrü var, odur. 
Çünki bu günəcən o qəlb parladan 
Yaxşı ad saxlamış eldə hər zaman. 
İndi qorxur şahın hissi, xəyalı, 
Ay üzünə qoysun xəcalət xalı." 
Şah baxdı xoş barlı ağac toxmuna, 
Gördü ki, peyvəndsiz əl yetməz ona. 


 
 
 
99
Əhd etdi, söz verdi, and içdi, hərgiz 
Ona əl vurmasın əsla kəbinsiz. 
 
Toplasın dünyanın böyüklərini, 
Nikahla bənd etsin o dilbərini. (1, 414)  
Göründüyü kimi xalqımızın elçilik adəti Nizaminin də 
yaradıcılığında öz əksini tapmışdır. Ağsaqqal və 
ağbirçəklərin iştirakı ilə elçilik mərasiminin keçirilməsi, 
bundan sonra qohum olmağa hazırlaşan iki ailənin başçıları 
arasında kəbin məsələsinin həlli, südpulu və s. məsələlər 
barəsində razılıq əldə edilməsi kimi adətlərinin çoxu indi də 
Azərbaycanda yaşamaqdadır.  
Əvvəlki adətlərdən biri də toy üçün uğurlu gün seçil-
məsidir ki, buna da “Xosrov və  Şirin”  əsərində rast gəlirik. 
Əsərdən də göründüyü kimi, münəccimlər vasitəsilə toy üçün 
uğurlu gün və saat seçilirdi. Toy vaxtı bəy və gəlinin başına 
doğranmış şəkər, kiçik sikkələr və gülab səpirdilər: 
Şah dedi: "Bir gecə qoy münəccimlər 
Yaxşıya, yamana baxsın bir qədər. 
Qaranlıq gecəyə göz gəzdirərək. 
Bir gün seçsinlər ki, olsun mübarək. 
Ay kəcavəsini salıb o günə, 
Bəlkə də gətirək günəş bürcünə." 
Münnəcimlər xeyli ölçüb biçdilər, 
Toy üçün uğurlu bir gün seçdilər. (1, 417) 
 Nizami  yaradıcılığında toy adətlərindən başqa yas 
mərasimləri də öz əksini tapmışdır. Bildiyimiz kimi, yas 
mərasimində itirilən  şəxsin üzüntüsüylə qara paltar geyinilir 
və bu paltar bəzən bir ay müddətinə əyindən çıxarılmırdı. Bu 
adətə “Xosrov və  Şirin”  əsərində  də rast gəlirik. Məsələn, 
əsərdə belə bir hissə var ki, Məryəmin ölümündən sonra 
Xosrov ona hörmət əlaməti olaraq qara paltar geyinir və bir 
ay müddətinə taxta da çıxmır:  
Məryəmin vücudu köçdü aləmdən, 
Məryəm ağacı tək şah çıxdı qəmdən. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə