126
zamanı “...ağsaqqallardan biri ortaya çıxıb, meydana çıxıb
yığılanlara deyir:
– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş-
qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç
fərraş, bir də bir cəllad seçib verin...” (9, 21).
Lazımi adamlar seçildikdən sonra “Xanı təmtəraqla
meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-
vəkil də gəlib taxtın sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı
fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad
qırmızı libas geyib, əlində balta meydanın aşağı başında
gözləyir. Xan gözlənilməz əmrlər verir, adamları da onun
buyruqlarını can-başla yerinə yetirirlər. Kosayla təlxək də
tez-tez xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı
güldürüb taxtdan yendirir, aparıb suya basırlar” (9, 21). Yeri
gəlmişkən qeyd edək ki, belə bir mərasimin Şuşa şəhərində
keçirildiyini C.Bağdadbəyov bu şəkildə qələmə alır:
“Xonçanın başında yenə də xan əmr etməkdə idi. Lakin bu
əmrlər toylardakı kimi olmayıb, cəzaları yüngül idi. Çillə
axşamları axşam yeməyindən sonra iştirak edənlər hazır olub
məclis başlanırdı. Rəqs etməkdə məşhur olan “fərraşlar”
əvvəlcə məclisi öz rəqsləri ilə açırdılar.
Xanın verdiyi əmrlər yüngül idi. Məsələn, gec qalmış
gənc iki dəfə oynamalıdır...” (10, 21) və s.
Ə.Şamil “Xanbəzəmə” mərasimi haqqında başqa maraqlı
bir informasiya verir. Onun yazdığına görə, “Ordubadda “Xan-
bəzəmə”yə şəbədə deyilir. Novruz bayramına iki gün qalmış
“Xan” bəzədilir. Xalat geymiş, başına tac qoymuş “Xan” ata
mindirilir. “Xan”ı “vəzir”, “vəkil”, “əyanlar” və musiqiçilər
izləyirlər. “Xan” at üstündə küçələrdən keçərək gəzintiyə
gedir. Yolda onu oynayanlar, alqışlayanlar izləyirlər. Yol boyu
“Var olsun Xanımız!”, “Xanımız, ədalətli Xanımız!”,
“Xanımız, xalqın dərdinə yanan xandır!”, “Xanımız
mərhəmətli xandır!” və s. alqışlar səslənir” (11, 123-124).
Müəllifin yazdığına görə, bu “Xan” xalqın bütün şikayətlərini
eşidir, adil qərarlar verir (11, 124).
127
Göründüyü kimi, “Xanbəzəmə” mərasimində xalq
özünün ədalətli şah obrazını təqdim edir.
Bütün bu deyilənlərə əsasən belə qənaətə gəlmək olar
ki, M.F.Axundzadə məhz bu mərasimin strukturuna əsaslanıb
belə bir bədii əsəri yazır. Povestin əvvəlində deyilir: Baharın
əvvəli idi: Novruzdan üç gün keçmişdi. İstirahətdə olan Şah
Abbasın yanına gələn Münəccimbaşı şaha ərz edir ki,
Novruzdan on beş gün keçmiş Mərrixin Əqrəb ilə iqtiranı
vaqe olacaq və bundan İranda sahibisəltənətdə ziyan yetişə
bilər. Mövlanə Cəmalləddin isə şaha bildirir ki, Novruzdan
on beş gün keçənədək səltənətdən müvəqqəti əl çəkə və taxt-
tacı bir başqasına tapşıra ki, ziyan ona ötsün (12, 189-190).
Psixoanalitik təhlil metodunun məşhur banilərindən
olan alman psixoloqu Karl Yunq bədii yaradıcılıqda
simvollardan, bədii yaradıcılığa təhtəlşüuru təsirdən bəhs
edən yazısında qeyd edir: “Biz öz təcrübəmizdən bilirik ki,
çoxdan tanıdığın şairi bəzən birdən özün üçün yenidən kəşf
edirsən. Bu o vaxt baş verir ki, bizim şüurumuz öz
inkişafında yeni pilləyə qalxır və bu səviyyədən biz şairin
sözlərində gözlənilmədən nəsə yeni bir şey eşitməyə
başlayırıq. Hər şey lap əvvəldən onun əsərində var idi, lakin
gizli simvollar olaraq qalırdı və bunu oxumağa bizə yalnız
dövrün yeniləşmiş ruhu imkan verir. Başqa təzə gözlər lazım
gəlir, çünki köhnələr yalnız o şeyləri görə bilir ki, onları gör-
məyə artıq adət etmişdir” (13, 208-209).
Məhz bu nöqteyi-nəzərdən əslində xalqın həmişə
arzuladığı və Novruz bayramı zamanı “Xanbəzəmə”
mərasimində “reallaşdırdığı” ədalətli şah obrazı və ölkənin
ədalətli idarəsi motivinin M.F.Axundovun sözügedən
povestində əksini tapması təhtəlşüurdan (və yaxud şüuraltı
folklor yaddaşından) gələn inikas kimi izah oluna bilir.
Bayramın bir sıra əsrarəngiz adət-ənənələri, ayinləri
M.Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasında
xalqın ruhuna uyğun, son dərəcə təbiiliyini gözləməklə təsvir
olunur.
128
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq (14, 41).
Ə.Cavadın yaradıcılığında bu mərasimlər xüsusi yer
tutur. O, öz etnoqrafik etüdlərində “Çillə şərqisi”, “Yaza
xitab”, “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Yel
Baba”, “Qarının borcu”, “Boz ay”, “Dördatlı Yencə Gün”,
“Dörd çərşənbə” şeirlərində Novruz və qış mərasimləri ilə bir
sıra mərasimi, əsatiri məqamları poetik dillə təqdim edir .
Şair bu mövsümü mərasimlərin bütövlükdə vahid tamı
əhatə etməsini sezmiş və hər birini vahid tamın ayrı-ayrı
ünsür mərasimləri kimi qələmə almışdır. Doğrudan da qışı
səciyyələndirən hər bir lokal mərasim qış dövrünün ritual-
mifoloji sistemi kimi özünü göstərir. Bu sistemin ən ilkin
mərhələsi “Böyük Çillə”, “Kiçik Çillə”, “Xıdır Nəbi”, “Boz
ay” və çərşənbə ritualları, çillə çıxarmaq ayini nəhayət yeni
ilin gəlişi, qarının borcu və s. bütövlükdə vahid ritual-
mifoloji bir sistemin zəncirvari həlqələri kimi özünü göstərir.
Aparılan bu kiçikhəcmli araşdırma bir daha göstərdi ki,
klassik yazılı ədəbiyyatımızda Novruz bayramının çeşidli
adət-ənənələri bu və ya digər şəkildə əksini tapmışdır.
Düşünürük ki, Novruz mərasimlərinin izlərinin yazılı
ədəbiyyatımızda daha da dərindən araşdırılması üçün zəmin
yaradılması məqsədi daşıyan bu məqalə tədqiqatçılarımızı
gələcəkdə həm də bu istiqamətdə araşdırmalar aparmağa cəlb
edə biləcək.
ƏDƏBİYYAT
1. Gəncəvi N. İsgəndərnamə. Şərəfnamə. Bakı: Lider
nəşriyyat, 2004, 432 s.
2. Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı: 1989,
62 s.
Dostları ilə paylaş: |