116
Sahibə PAŞAYEVA
AMEA Folklor İnstitutunun
böyük elmi işçisi
NİZAMİ YARADICILIĞINDA ŞİFAHİ
XALQ ƏDƏBİYYATI MOTİVLƏRİ
Nizami Gəncəvinin bir sənətkar kimi formalaşmasında
Yaxın və Orta Şərqin ictimai, fəlsəfi fikri, yazılı və şifahi
poeziyası ilə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı,
xüsusilə əfsanə və rəvayətləri mühüm rol oynamışdır. Nizami
Gəncəvi Azərbaycan və Yaxın Şərq mədəniyyəti və
ədəbiyyatı tarixində dahi söz ustası, müdrik sənət fədaisi
olmuşdur. O, bəşər mədəniyyəti tarixində yeni səhifələr
açmış, bəşər mədəniyyəti xəzinəsinə öz əsərlərindən ibarət
gözəl hədiyyələr vermişdir. Nizami Gəncəvi “Xəmsə” adı ilə
məşhur olan beş poemasını (“Sirlər xəzinəsi”, “Xosrov və
Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”)
və lirik şeirlərini dünya ədəbiyyatına bəxş etmişdir.
Nizami Gəncəvi öz xalqının oğlu idi və onu ürəkdən se-
virdi. Böyük şair Şərq xalqlarının, eləcə də Azərbaycan
xalqının tarixinə, bədii fikir xəzinəsinə mükəmməl bələd idi.
Şair poemalarının daha məzmunlu, daha bədii olması üçün
xalq yaradıcılığına müraciət etmişdi. Şairin xalq
yaradıcılığına bağlılığı, ona yaxınlığı, bütünlükdə onun
poeziyasına, şifahi xalq ədəbiyyatına məxsus olan yüksək
keyfiyyətlər gətirmişdir. Nizami Gəncəvinin süjetləri isə öz
növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir
göstərmişdir.
Nizami və Azərbaycan şifahi ədəbiyyatı, Nizami və
xalq bədii təfəkkürü-şairin irsinin öyrənilməsi işində ən çətin
və mürəkkəb problemlərdəndir. Nizami irsi müəyyən
mənada, qədim Azərbaycan ədəbiyyatının, folklorun, qədim
bədii təfəkkürünün tükənməz xəzinəsidir. Tanınmış
tədqiqatçı S.Paşayevin fikrincə, Nizami yaradıcılığı
117
Azərbaycan folkloru ilə, öz növbəsində Azərbaycan folkloru
da Nizami yaradıcılığı ilə elə qaynayıb qarışmışdır ki, hətta
bir çox hallarda bunları bir-birindən ayırmaq, kimin kimdən
istifadə etdiyini aydınlaşdırmaq çətin və qeyri-mümkün
olur.
62
“Nizami Gəncəvinin şifahi söz sənəti ilə bağlılığı
çoxcəhətlidir və özünün təzahür formaları ilə nəzəri çəkir.
Bunları
təxminən aşağıdakı
şəkildə qruplaşdırmaq
mümkündür:
1.
Nizaminin faydalandığı folklor örnəkləri, xüsusilə
yerli toponimlərlə, əfsanəvi və real tarixi şəxsiyyətlərlə bağlı
əfsanə və rəvayətlər;
2.
Nizami mövzuları əsasında formalaşmış folklor
örnəkləri;
3.
Şairin həyatı, fəaliyyəti ilə bağlı yaranmış folklor
əsərləri.”
63
Şair xalqdan aldığı poetik mənbə əsasında çox gözəl
sənət əsərləri yaratmışdır. Onun əsərlərində xalq yaradıcılığı
ilə poetik düşüncə tərzi elə qovuşur ki, sonradan bunların
haradan başlayıb, harada sona yetdiyi bilinmir. Sanki Nizami
özü həmin əfsanə, rəvayət, lətifələrin, miflərin müəllifidir.
Bunu “Sirlər xəzinəsi” poemasındakı bir sıra hekayətlər, o
cümlədən “Süleyman və qoca əkinçinin hekayəsi”, “Bülbül
və şahinin hekayəsi”, “Sultan Səncər və qarı” və başqaları
sübut edir. Bu hekayələrin əsas mövzusu kimi seçilən əfsanə
və süjetlər indi də yaddaşlardan silinmir.
Nizami Gəncəvinin folklor qaynaqlarını özündə ifadə
edən əsərlərindən biri də “Xosrov və Şirin” poemasıdır.
Poema milli kökümüz və folklorumuzla, xalqımızın milli
düşüncə tərzi ilə sıx bağlıdır. Nizami “Xosrov və Şirin”
poemasını yazarkən öz əsərində bütün dastan ənənələrini
qoruyub saxlamışdır. Xosrov adı Firdovsinin qələmə aldığı
62
Paşayev,S. Nizami və xalq əfsanələri.-Bakı, 1983, s.9.
63
Pirsultanlı,S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli
tədqiqi.-Bakı, 2007, s.195.
118
“Xosrov və Şirin” hekayəti poemaya əlavə edilmişdir.
Nizami poemasında xalq dastanımızda püxtələşmiş
Məhinbanu, Fərhad və Şirin obrazları öz varlıqlarını dastan
həyatlarını qoruyub saxlaya bilmişlər.
Burada o, Azərbaycan folklorundan məharətlə istifadə
etmişdir. Fərhadla bağlı rəvayətlər bu cəhətdən xüsusi əhə-
miyyət daşıyır. “Çox qədim köklərə malik rəvayət (Fərhad
Şirin) “Xosrov və Şirin” mövzusunun ən qədim izlərini
özündə yaşatmaqdadır. Nizami əsərindəki epizodla xalq
variantı arasında tam uyğunluq olmasa da, yaxınlıq, səsləşmə
inkaredilməz dərəcədədir.”
64
Nizami yaradıcılığında tarixi
Şirinlə Azərbaycan folklorundakı Şirinin obrazı birləşmişdir.
Nizami “Xosrov və Şirin” poemasını yazarkən öz
əsərində bütün dastan ənənələrini də qoruyub saxlamışdır.
“Xəmsə”yə daxil olan üçüncü poema “Leyli və
Məcnun” əsəridir. Əsərin özünün adı belə xalq arasında
dolaşan bir rəvayətdən götürülmüşdür. Nizami ikinci dəfə
olaraq “Leyli və Məcnun” poemasını yazarkən xalq dastanına
müraciət etmişdir. Nizami bu poemanı yazarkən ərəb
mənbələrindəki məlumatlar, Azərbaycan xalq əfsanələri ona
yaxından kömək etmişdir. Qədim “Leyli və Məcnun”
dastanında Məcnunu qoruyan və hamilik edən başı taclı bir
ilandır. Nizami əsərlərindəki bu yaradıcılıq ənənəsi özündən
sonra da daha yeni, daha maraqlı şəkildə davam etmişdir.
“Pərvanə gölü” və “Qanlı göl” rəvayətlərində də hadisələr
eyni süjet, eyni əhvalat ətrafında birləşdirilmişdir. Şair aşıqlar
tərəfindən yaradılmış əski “Leyli və Məcnun” dastanından da
istifadə etmişdir. Şifahi xalq yaradıcılığında özünəməxsus yer
tutan Leyli və Məcnun obrazlarından həmişə istifadə
olunaraq, bədii ədəbiyyatda maraqlı əsərlər yaradılmışdır. Elə
Nizami də xalq ədəbi mənbələrindən istifadə edərək, özünün
ölməz əsərlərindən birini yaratmışdır. “Pərvanə gölü”, “Qanlı
göl” əfsanələrində olduğu kimi, Nizaminin “Leyli və
64
Pirsultanlı,S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli
tədqiqi.-Bakı, 2007, s.195.
Dostları ilə paylaş: |