145
Əsərdə xəyanətkar itlə xəyanətkar vəzir Rast-Rövşən
bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi
satqınların axırda ölümə, məhvə məhkumluğunu açıb
göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa
bağlı, əməksevər və əmanətə sadiq bir obraz kimi təqdim
olunur. Sadə bir xalq nümayəndəsi olan çobanın idrakına mat
qalan şahın açıq şəkildə etiraf etdiyini görürük:
Çobanın sözündə var idi hikmət,
Bu arif qocadan şah aldı ibrət...
Dedi ki: “Bu işə olmuşam heyran,
Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272].
Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə
çəkmək, yaxud tarixi hökmdarların simasında ideal şah
obrazı yaratmaq mütəfəkkir şair olan N.Gəncəvinin başlıca
məqsədi olmamışdır. Araşdırmalar göstərir ki, onun
yaradıcılığının əsas qayəsini cəmiyyətin problemləri və insan
fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı
Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır:
“Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin
ən qüdrətli və kamil varlığıdır. İnsan həyatının məqsədi
zəhmət-yaradıcılıq və fəaliyyətdir” [1,125]. Şair göstərir ki,
kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın
həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən
bəhrələnməyə məhkumsan. Xalqımızın möhtəşəm ədəbi
abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban
obrazı məhəbbətlə yaradılmışdır. “Qazan xanın evinin
yağmalanması boyu”nda əsas obrazlardan biri Qaraca
Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək
düşməni məğlub edir. Qazan xan tərəfindən danlanan Qaraca
Çoban deyir:
Nə qaqarsan bana, ağam Qazan?
Yoxsa, köksündə yoqmıdır iman?... [3,45].
Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır
xandan sonra birinci adam olan Qazan xanla bərabər
səviyyədə təqdim olunur. O, başına gələnləri belə nəql edir:
146
Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım
şəhid oldu. Üç yüz kafər öldürdüm, ğəza etdim. Simüz
qoyun, arıq toqlı sənin qapundan kafərlərə vermədim. Üç
yerdən yaralandım, qara başım bun aldı, yalnız qaldım...”
[3,46].
Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadir-
dir. Görkəmli alim H.Araslı N.Gəncəvi ilə bağlı araşdırmala-
rında qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və
səmimiyyətdir” [2,19]. Çoban itə ən ağır cəzanı ona görə verir
ki, köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir.
Qaraca Çoban da ona görə geri çəkilmir, kafirlərlə danışığa
getmir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri
xalqımızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə
olmaz xəyanət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə
Qorqud” dastanında çoban cəsur, qorxubilməz, yenilməz,
sədaqətli, tədbirli; “Yeddi gözəl” poemasında isə gözüaçıq,
halalı harama qatmayan, müdrik qəhrəman kimi
səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-
əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəmanədə
bacarıqsız, qabiliyyətsiz insanlara “çobandır”, yaxud “çoban-
çoluqdur” deməklə əslində tarixlər boyu müdrikliyin simvolu
olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir.
Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi
mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu
zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi
şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi:
Şeirdən ucalıq umma dünyada
Çünki Nizami ilə qurtardı o da.
Nizami Gəncəvinin əsərləri doqquz əsr keçməsinə
baxmayaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi
ədəbiyyatşünaslar, folklorşünaslar, tarixçilər, etnoqraflar,
filosoflar tərəfindən dərindən araşdırılaraq öyrənilir. Mayası,
ruhu folklorla yoğrulan və real həyatdan götürülən əsərlərinin
heç vaxt dəyərdən, qiymətdən düşməyəcəyini dahi filosof
əvvəlcədən görürdü:
147
Şeiri oxunanda bu Nizaminin
Özü də hər sözdə görünər yəqin...
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: “Burda, burdadır!” [5,362].
ƏDƏBİYYAT
1. Ağayev Əkbər. Nizami və dünya ədəbiyyatı. Bakı:
Azərnəşr, 1964.
2. Araslı Həmid. Nizami və Vətən. Bakı: Azərnəşr,
1943.
3. Kitabi-Dədə Qorqud (Fərhad Zeynalov, Samət
Əlizadə) Bakı: Yazıçı 1988.
4. N.Gəncəvi. Yeddi gözəl (Lider nəşriyyatı) Bakı,
2004.
5. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, “Yazıçı”,
1983, 401 s.
6. Paşayev Sədnik. Azərbaycan türklərinin xalq
əfsanələri. Bakı. “Azərnəşr”-2009.
7. Paşayev Sədnik. Nizami və folklor. Bakı, 1976.
8. Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti.
Bakı: Ağrıdağ, 2003.
9. Səfərli Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatı Bakı: “Maarif”, 1982.
10. Yusifov Xəlil. Şərqdə intibah və N.Gəncəvi. Bakı,
1982.
148
Əli ŞAMİL,
Aynur QƏZƏNFƏRQIZI
AMEA Folklor İnstitutu
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRİNDƏ
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN İZLƏRİ
Nizami Gəncəvi öz ölməz əsərlərini yaradarkən yazılı
qaynaqlarla yanaşı folklordan geniş
bəhrələnmişdir.
Həmvətənləri də onun əsərlərini yalnız kitablardan oxumaqla
kifayətlənməyib, oradakı rəvayətləri, nağılları, əfsanələri və
mifləri məclislərdə, toplantılarda söyləmişlər. Beləcə, yazılı
mətnlərlə ağızdan-ağıza dolaşan, folklorlaşan mətnlər
qaynayıb qarışmışdır. Buna görə də toplanmış folklor
nümunələrini araşdırarkən Nizami Gəncəvinin əsərləri ilə
oxşarlıq təşkil edən xeyli süjetə rast gəlmək olur.
N.Gəncəvinin yaradıcılığında folklora önəm verməsi
heç də təsadüfi deyildir. Folklorda estetik fikirlərdən söz
açarkən Səfər Ələkbərov yazır: “Dünyagörüşü baxımından
folklorun varlığa münasibəti geniş mənada hadisə və
predmetlərin xalqa məsxus təfəkkür tərzinə uyğun olaraq
obrazlı inikasını təşkil edir. Sözün məhdud mənasında isə
folklorun varlığa münasibəti hadisə və predmetlərin yalnız
gözəllik baxımından qiymətləndirilməsi şəklində aşkar
olunur... Kökləri ən qədim zamanlara işləyən Azərbaycan
folkloru dərin məzmunlu və janr zənginliyinə malikdir.
Folklorun estetik və əxlaq tərbiyəsindəki rolu onun bu
məziyyətləri ilə ölçülür.” (Ələkbərov Səfər, 1978:4-5)
Araşdırıcıya görə “folklorun həyati qüdrətini başa düşən
böyük sənətkarlar daim folklordan bəhrələnmiş, bunu başqa-
larına da tövsiyə etmişlər. Nizami Gəncəvi özünün “Xosrov
və Şirin” poemasının müqəddiməsində yazıb:
Ruha xoş gəlsə də bu gözəl dastan,
Pərdədə qalmışdı bu gəlin çoxdan.
Dostları ilə paylaş: |