149
Tanıyan yoxdu bu gözəl almazı,
Bərdədə idi onun bir əlyazması.
O ölkənin qədim tarixlərindən
Tamam bu dastanı öyrənmişəm mən.
(Gəncəvi Nizami,
1962:6)
Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII
əsrədək, istər də sonrakı yüzilliklərdə tarixi mövzuda
yazılmış əsərlərdə əfsanə və rəvayətlər də özünə geniş yer
tapmışdır. Elə buna görə də “Xəmsə”dəki bir çox folklor
örnəklərinin xalqdan götürüldüyünü söyləyə bilərik. Səfər
Ələkbərovun da qeyd etdiyi kimi, “Dahi şair “Xosrov və
Şirin” poemasını yazarkən müxtəlif mənbələrlə yanaşı,
ağızlarda gəzib dolaşan rəvayətləri də öyrənmiş və gözəl bir
sənət əsəri yaratmışdır”. (Ələkbərov Səfər,1978:6)
Azərbaycanda da Nizami Gəncəvinin əsərlərinin
Avropa metodları ilə təhlilinə başlandığı ilk günlərdən şairin
folklordan bəhrələndiyinə diqqət yetirilib. M.Ələkbərov
1947-ci ildə filologiya elmlər namizədi elmi dərəcəsi almaq
üçün “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”
mövzusunda dissertasiya yazıb. Həmid Araslının “Nizamidə
xalq sözləri və xalq ifadələri” (Araslı Həmid, 1942:8),
“Nizami və Azərbaycan xalq ədəbiyyatı” (Araslı Həmid,
1947),
Ə.Axundovun “N.Gəncəvi və xalq
yaradıcılığı”(Axundov Ə., 1954:2), Mübarizin “Nizami
yaradıcılığında Azərbaycan folklorunun təsiri” (Mübariz,
1938, 24 iyun), Sədnik Paşayevin “Nizami və folklor”,
(Paşayev Sədnik, 1976), yenə həmin müəllifin “Nizami və
xalq əfsanələri” (Paşayev Sədnik, 1983) və b. monoqrafiya
və məqalələr mövzunu öyrənmək baxımından olduqca
dəyərlidir. Folklorumuzun yorulmaz toplayıcısı
və
araşdırıcısı professor Sədnik Paşayev bu istiqamətdə xüsusi
əmək sərf etmişdir. O, “Nizami və xalq əfsanələri” kitabının
(Paşayev Sədnik, 1983) ön sözündə yazır: “...Nizaminin
əsərlərində Herodotun nəql etdiyi əfsanələrin, istərsə də digər
150
qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə,
folklorla qüvvətli şəkildə bağlı olan Nizami əfsanələrdən
daha çox istifadə etmiş, ecazkar sənətkarın xalq
əfsanələrindən aldığı süjetlərlə bəzənmiş, ümumiləşdirilmiş,
qüvvətləndirilmiş, xalqa yaxınlaşdırılmışdır. Məhz buna görə
də yazılı epik poeziyanın əfsanələrlə əlaqəsi məsələsini
aydınlaşdırmaq üçün Nizami yaradıcılığı zəngin material
verir. Bu mütəfəkkir şairin əsərlərində əfsanələrdən yerli-
yerində istifadələrin xarakterini açmaq, faydalı nəticəsini
göstərmək müasir ədəbi proses baxımından faydalıdır”
(Paşayev Sədnik, 1983: 4-5).
Sədnik Paşayevin topladığı “Fərhadın səsi, Fərhadın
nəğməsi” əfsanəsində deyilir ki, qədim zamanlarda Bazar
meydanı yaxınlığında qoşa çinar ağacları var idi. Uzaq və
yaxın kəndlərin adamları tez-tez bu çinarların altında
yığışardılar. Onları buraya yığışmağa həvəsləndirən Fərhad
adlı el nəğməkarının səsi, ürəkləri yandırıb yaxan
mahnılarıydı.
Günlərin bir günü elin nəğməkar oğlu Fərhad bir daha
bu yerlərə gəlmədi. Adamlar bundan çox nigaran olmağa
başladılar. Bir müddətdən sonra el nəğməkarının sehrli səsi
uzaq yerlərdən, uca dağlardan gəlməyə başladı. Camaat bu
işə mat qaldı. Dünya görmüş qocalar belə qərara gəldilər ki,
dalınca qasid göndərib onu geri çağırsınlar. Bu məqsədlə
qasidlər yola düşdülər. Onlar el nəğməkarını Şərurda tapdılar.
Lakin onu geri qaytara bilmədilər. Çünki el nəğməkarı artıq
eşqin şərbətini içmişdi. Fərhad dağlara çıxaraq qayalar
arasında tək-tənha bir mağarada yaşayırdı. Onun sədası Fars
məmləkətinin şahına da çatır. Həm də şah öyrənir ki, bu
nəğməkar onun sevgilisinə aşiq olmuşdur.
Şah el nəğməkarı Fərhadı hüzuruna çağırtdırır. Əsl aşiq
olan el nəğməkarı Fərhad həqiqəti gizlətmir.
Şah deyir:
– Əgər sən həqiqi aşiqsənsə, sınaqdan çıxmalısan,
eşqini əməlinlə sübuta yetirməlisən. Bizim bu yerlərdə uca
151
bir da var. Hərgah onu çapıb arasından yol açsan, Şirin
sənindir.
Fərhad bu işdə qolun gücündən çox öz sehrli səsinə gü-
vənirdi. Odur ki, Fərhad dağın başına çıxıb yanıqlı bir mahnı
oxudu, eli, mahalı köməyə çağırdı.
Adamlar bu səsdən cuşa gələrək axın-axın əlləri belli-
külünglü dağa hücum çəkdilər. Fərhad özü də qabağa düşüb
əlindəki külünglə qayaları parça-parça etməyə başladı. Dağın
çapılıb qurtarmasına az qalmış Fərhad yuxuya gedir. Yuxuda
görür ki, onun butasına haram əl toxundu. Yuxudan ayılan
kimi əlindəki külüngü başına çalaraq özünü məhv edir.
El nəğməkarının səsinə valeh olan bülbüllər bu xəbəri
onun vətəninə çatdırırlar. Deyirlər ki, həmin vaxtdan Fərhad
ölən yerdən onun məlahətli səsini və külüngünün çaqqıltısını
yellər onun vətəninə yetirir. (Paşayev Sədnik, 1983:61)
“Xosrov və Şirin” poemasında diqqəti çəkən başqa bir
nüans da “nurdan göz qamaşdıran” (Paşayev Sədnik
Paşayev, 1983:64) Şirinin adi insandan çox su ilahəsi Nahidi
xatırlatmasıdır. Qədimdə su və od ilahələrinin məbədləri bir-
birinə yaxın olmuş, bu məbədlər su kənarında, çox yerdə
hərəsi çayın sahilində tikilmiş, aralarında bir çay – su
olmuşdur. (Paşayev Sədnik, 1983:65). İnanca görə,
Hörmüzün və Armaitin qızı Nahid su ilahəsi, oğlu Atar isə od
ilahəsidir. Araşdırıcılar Naxçıvanda od və su məbədlərinin
olduğunu və ayinlər icra edildiyini göstərmişlər. Bu gün də
Naxçıvanda bu məbədlərin qalıqları durur.
Sədnik Paşayevə görə, Naxçıvan ərazisindən toplanan
əfsanələrdə Sara və Şirin; Xançoban və Fərhad obrazlarının
arasında müəyyən bir uyğunluq, bənzərlik vardır. Belə ki,
“Bir əfsanəyə görə Arpaçayın sahilindəki “Oğlan qala”da
Xançoban, “Qız qala”da isə Sara yaşayırmış, başqa bir
əfsanədə isə Fərhad “Oğlan qala”nı özü, “Qız qala”nı isə
Şirin üçün tikdiribmiş”. (Paşayev Sədnik, 1983:68).
Göründüyü kimi, xalq əfsanələrinin paraleldə öyrənilməsi də
onların sirrinin açılmasında böyük rol oynayır.
Dostları ilə paylaş: |