Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

 
 
 
158
ayrılması ilə  bərabər olaraq ruh cəhətdən də onların genetik 
kodları, yığcam olaraq əks edib cəmləşdirən sonsuz sayda fiziki 
və ruhi gərginliklərin dəqiq tarazlığa çevrilməsi ilə göy 
qurşağındakı  rənglərin seçilib vəhdət yaratması, müasir 
fizikanın müəyyənləşdirdiyi uzun, orta, qısa, ultra və s. 
dalğalar, musiqinin təməli olan 7 səs, bilinməyən, lakin 
müəyyənləşdirməsi mümkün olan təbiət və fiziki qanunlar kimi 
hər bir irqə, soya, xalqa köklü surətdə xas olan xüsusi rəqəmlər 
sehri, ovsunu, ölçüsü yaranıb. Necə ki suyu qapalı  şəraitdə 
dondurub buz etmək, əridib təkrar suya çevirmək, onu da qay-
nadıb buxara döndərmək, soyuq mühitdən keçirməklə bir daha 
suya çevirməklə heç bir maddi itkiyə  uğratmadan dövri 
çevrilmə halı yaratmaq olar, eyni inkişaf qanunauyğunluğu ilə 
hər hansı bir irqin, soyun, xalqın tarixi maddi və ruh dəyərini 
özündə  cəmləşdirib yığcamlaşdıran, daxili müqəddəs dəyərlər 
daşıyan və  əks edən rəqəmlərin ölçüsü, təkrarsızlığı, ahəngi, 
sehri, ovsunu ilə onların minilliklərlə ölçülən maddi və ruh 
hallarını canlandırıb idarə etmək olar. Hər hansı bir quşun, 
heyvanın, suda yaşayan delfinin səslərinin, hərəkətlərinin sayını 
olduğu kimi təkrarlayıb yamsıladıqda onlara təsir edə bilirik
istədiyimiz hərəkətləri az da olsa yerinə yetirirlər. Burada 
axtardığımız əsas incəlik canlıların ancaq səsləri və hərəkətləri 
dəqiq, müəyyən sayda, ölçüdə  təkrarlamalarıdır.  Əgər biz 
onların təkrarladıqları sayda eyni səsləri, hərəkətləri etməsək, 
tabe olmazlar. Bütün cansız və canlı varlıqların ruhları Tanrının 
idarə etdiyi əsas Böyük ruhun tərkib hissələri olduğu və Tanrı 
qarşısında eyni dəyərdə olmaqla milyard, yüz milyon, on min 
illər  ərzində  tədricən ardıcıl olaraq bir-birlərindən təkamül 
alaraq inkişaf edib yarandıqları üçün qədim insanabənzərlərdən 
şüurlu insanların, onlardan da müasir insanların törədikləri 
qanunauyğunluqla, tərəddüd etmədən deyə bilərik ki, fiziki 
dünyadakı qanunauyğunluğun inkişaf ölçülərinin hesablarının, 
canlılar aləmindəki instinktiv və intuitiv təkrarların və  şüurlu 
insan aləmində ruh dünyasında minillər  ərzində xüsusi 
özəlliklər almış rəqəmlər ovsunu, sehri arasında birbaşa əlaqəli 


 
 
 
159
ardıcıl inkişaf asılılığı var və mahiyyətcə ayrı-ayrı dünyaları 
təmsil etsələr də keyfiyyətcə öz dünyalarının daxili aləmi üçün 
eyni dərəcədə əhəmiyyət daşıyır. 
Nisbi səviyyədə olsa da, qısa olaraq dərk etməyə çalış-
dığımız cansız və canlı aləmlərin bir-birindən ardıcıl olaraq 
asılı  olan  bu  təbii və pozulmaz qanunauyğunluqları ilə  də 
ümumdünya  şifahi xalq ədəbiyyatında və bütünlüklə dünya 
ədəbiyyatı tarixində ruh aləmini riyazi ölçülərdə əks edib bəlli 
edən rəqəmlər dünyasından da keçmişi qiymətləndirib 
dəyərləndirməyə çalışacağıq; ruh aləmində  və  ədəbiyyatda 
tarixi keçmişə yeni bir yanaşma cığırı hesab etsək, 
mülahizələrimizin nə qədər gerçəkci və əsaslı olması bu yeni 
mövzu ilə maraqlananların dəyərləndirmələri, 
qiymətləndirmələri ilə öz təsdiqini, güman edirik ki, 
tapacaqdır. 
Beləliklə, müdafiə etdiyimiz fikirlərimizdə cürət edib 
özümüzə inam, haqq qazandırmaqla deyə bilərik ki, irqlərin, 
soyların, çoxsaylı xalqların ruh dünyasını  və  şifahi xalq 
ədəbiyyatının qədim dövrlərində xüsusi əhəmiyyət daşımış 
rəqəm ölçülərinə, hesablarına adi hal kimi baxmaq yanlış 
olardı. Bunlar da onları müqəddəs, dəyərli hesab edənlərin 
maddi və  mənəvi dünyaları  qədər  əhəmiyyətlidirlər və bir-
birlərindən ayırmaq da hər hansı bir bədən üzvünü bədəndən 
ayırmaq kimidir. 
Dünyəvi deyilən dinlərin ruh tələbləri hər bir irqin, 
soyun, xalqın köklü genetik ruh dəyərləri nə  qədər 
qiymətlidirsə, dəyərlidirsə, onları  yığcam olaraq ehtiva edən 
rəqəm hesabları, rəmzlər də bir o qədər əhəmiyyətlidir.  
Məqaləmizin mövzusunun tələbinə görə  də bu 
ölçülərdən Nizami Gəncəvi yaradıcılığında türksoylu 
xalqların 
şifahi xalq ədəbiyyatının inkişafında 
dünyabaxışlarında, inanclarında xüsusi əhəmiyyət kəsb edən, 
xeyirxahlıq keyfiyyətləri saçan rəqəmlərin  əks olunmasının 
bəzi məqamlarını müqayisə edib dəyərləndirməyə  cəhd 
edirik. 


 
 
 
160
Qədim türksoylularda, xüsusən də ural-altaylarda bəlli 
rəqəmlərin demək olar ki, hər birinin xüsusi ruh əlamətləri 
olubdur. Lakin bunlardan seçilmiş elə rəqəmlər var ki, onlar 
daha keyfiyyətli ruh xüsusiyyətləri daşıyıb və bunlar 
türksoyluların dünyabaxışlarını, inanclarını  əks etdirmədə 
sümükləşərək ayrıca sehrə, ovsuna çevriliblər. Qədim 
türksoyluların ruh dünyasında və siyasi-mədəni həyatlarında 
rəqəmlərin ayrıcalıqlı keyfiyyət halları alması bir tərəfdən 
kortəbii inkişafın nəticəsidirsə, digər tərəfdən siyasi-hərbi 
ittifaqların qurulmasında iştirakçı tayfaların üzvlüklərinin 
sayları ilə əlaqəlidir. Əgər 1,3,4,7,8,9,10 rəqəmlərinin genetik 
xüsusiyyətləri kodlaşdırması minillərin təsiri ilə birinci halda 
ruhla  əlaqəlidirsə, 3,9,10,16,19,24,30,40 və s., ikinci halda 
gerçək həyatın insanlardan asılı olan və olmayan siyasi-hərbi-
mədəni tələbləri ilə  həmin rəqəmlər türksoyluların tarixində 
ayrıca əhəmiyyətli xüsusiyyətlə kökləşib.  
1 rəqəmi Tək Tanrı, Ak Börünün tək olması və böyük 
türksoylu fatehlərin, sərkərdələrin, xaqanların dünyanı tək ba-
şına idarə etmək istəyilə  Əmir Teymurun “Göydə Tanrı  tək 
olduğu kimi, yerdə  də hakim tək olmalıdır” məşhur deyimi 
kimi, müqəddəsləşib və ümumiyyətlə kişilik rəmzidir. 
3 rəqəmi Oğuz Xanın hər bir qadından 3 oğlunun 
olması və onların arasında tapılmış qızıl yay və üç gümüş oxu 
sındırıb bölməsi, nağıllarda üç qardaş, üç göyərçin donuna 
girə bilib qəhrəmana yardım edən qız, monqol-buryatlarda üç 
xeyirxah-xilaskar bacı, Qeserin üç eyni dəyərli müsbət 
qəhrəmanları bir yerdə əvəz etməsi, yakut-saxa türklərinin üç 
kurkanlar və s. adlanmaları ilə müsbət keyfiyyət  əlaməti 
daşıyıbdır. 
4 rəqəmi qədim türksoylularda dünyanın dörd bir 
tərəfinə inancla Günəşin rəmzi işıq bildirən + dörd tərəfli 
işarə ilə əlaqəlidir və bunlardan da, xüsusən, Şərqə – Günəş 
çıxan tərəfə  və  cənuba böyük dəyər veriblər,  şimal ilə  qərbi 
soyuq və qaranlıq qəbul etməklə pis ruhlu tərəflər sayıblar. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə