152
Naxçıvanda geniş yayılmış və bir neçə variantı müxtəlif
qaynaqlarda nəşr olunmuş “Aldədə” əfsanəsinin Fərhadla
ruhən bağlı olduğu qənaətinə gələn Sədnik Paşayev yazır:
“Fərhadın səsi” əfsanəsi ruh etibarilə “Aldədə” əfsanəsinə
çox yaxındır. Aldədə də doğma torpağa quş təki uçur, yad
torpaqda isə ayağı tutulur, yerimir. Onun “Nəğməli qarğıları”
doğma torpaqda vətənə nəğmə oxuyur, yad torpaqda isə
susur, lal olur. (Paşayev Sədnik, 1976:118).
Nizami və folklor mövzusunda bu qədər araşdırmalar
aparılmasına baxmayaraq, nədənsə Naxçıvan bölgəsi bu
məsələdə diqqətdən kənarda qalmışdır. 1970-ci illərdən sonra
bölgədən toplanmış folklor nümunləri onu göstərdi ki, burada
N.Gəncəvi əsərlərilə bağlı folklor nümunələri çoxdur. Bu
məsələyə diqqət çəkən Ə.Hüseyn oğlu “Sovet Naxçıvanı”
qəzetində yazır: “Bu gün xalq arasında mövcud olan bir çox
rəvayət və əfsanələr də Nizami əsərlərinin folklorlaşmış
variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı
yazılı ədəbiyyata, həm də şifahi xalq ədəbiyyatına həddindən
artıq güclü təsir göstərməsi tamamilə təbiidir. Hətta xalq
özünün yaratdıqlarını belə Nizami dühası ilə əlaqələndirməyə
çalışmışdır. Dahi şairin əsərləri ilə, xüsusən “Xosrov və
Şirin”lə bağlı əfsanələr, rəvayətlər, bayatılar Naxçıvan
ərazisində çoxdur. Bundan əlavə xeyli yer, çay, bulaq, qala
adları da “Xosrov və Şirin” əsərindəki qəhrəmanların adı ilə
bağlıdır”. (Hüseyn oğlu Ə., 1984:19 fevral)
Nizami Gəncəvinin “Xəmsə”sində onlarla epik süjet
olmasına baxmayaraq, “Xosrov və Şirin” poemasının
qəhrəmanlarından Fərhadın adı ilə bağlı olan toponim və
oykonimlərə Naxçıvan bölgəsində daha çox rast gəlinir.
Sevgisinə qovuşmaq üçün dağ yaran Fərhadın adı ilə
bağlı ən əzəmətli abidələrdən biri Batabat yaylağındakı
Fərhad evidir. Çəmənlikdəki tək qayanın içərisi yonularaq 4
otaq yaradılmışdır. Əhəngdaşı qayanın üzərindəki kitabə
pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi
olduğunu söyləmək mümkün deyil. Abidə, bəlkə də,
153
qəhrəmana hörmət əlaməti olaraq Fərhad evi adlandırılıb.
Fərhad evinin yanından dərəyə baxanda köpüklənə-
köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da
xatırladaq ki, Fərhad evindən aşağıda, dərənin içində yerləşən
Biçənək kəndinin (Şahbuz rayonu) sakinləri kənddən xeyli
aralıdakı bir bulağı “Südlü” bulaq adlandırırlar.
Sədnik Paşayev “Nizami və xalq əfsanələri” kitabında
“Fərhadın səsi, Fərhadın nəğməsi” əfsanəsindən söhbət
açarkən ətək yazısında belə bir qeyd verir: “Şərurun Sirab
suyu ərazisində, Məzrə kəndi yaxınlığındakı Quyu dağda
“Fərhad mağarası”, “Fərhadın su quyusu” və “Fərhad bulağı”
adlı yerlər indi də mövcuddur”. (Paşayev Sədnik, 1983:68).
Bölgəni yaxşı tanımayan alimimiz topladığı folklor
materiallarının pasportlaşdırılmasına diqqətsiz yanaşdığı kimi
(Sirab və Məzrə Şərur rayon ərazisində deyil, Babək rayonu
ərazisindədir. Bölgədə bir neçə Məzrə kəndi olduğundan
Sirab, Kültəpə yaxınlığındakı Məzrə kəndi də Alagöz Məzrə
adlanır), görünür, “Ədəbiyyat və İncəsənət qəzetinin 1980-ci
il 1 fevral sayındakı Arif Rəhimovun “Vayxırın izi ilə”
məqaləsini də oxumayıb. Mövzu ilə bağlı geniş araşdırmalar
aparan dilçi-alim Arif Rəhimov yazır: “Köhnə Vayxırın
cənub-qərbində “Quyuludağ” adlı bir yer vardır. Dağın şərq
hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-
170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer
hamarlanmış və orada iki quyu qazılmışdır ki, bu pilləli
quyular əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə
yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci quyuda
11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür.
Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr
qırılır və təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu
yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol
daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad
qazmışdır” . ( Rəhimov Arif, 1980:1 fevral)
Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru
uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək
154
yaxınlığındakı başqa bir arx isə “Şir” arxı adlanır. “Şir”
sözünün bir mənası da süd olduğu üçün bu arxın da məhz
Nizami qəhrəmanları ilə bağlılığını güman etmək
mümkündür.
Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar
dağı. Dağ sərt daşlardan ibarətdir. Bitki örtüyü isə əsasən
həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri
ardıc kollarını müqəddəs hesab etmişlər. El arasında belə bir
əfsanə dolaşır ki, ardıc kolları hansısa qəhrəmanın külüngünün
sapıdır. Qəhrəman özünü öldürmək istəyəndə külüngü havaya
atıb köksünü irəli vermiş, külüng onun köksünə sancılmış, sapı
isə yaşıllaşıb qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın
budağını kəsəndə qan axır.
Tejgar və Əjdahan dağlarında bitən ardıc kolları
haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin
“Xosrov və Şirin” əsərində Fərhadın ölüm səhnəsini
xatırladır:
Döyünən qəlbini sözlər qanatdı,
Dağların başına külüngü atdı.
Külüngün dəstəsi sancıldı yerə,
Nəm topraq can verdi göyərtilərə.
(Gəncəvi Nizami, 1962)
Sədərək kəndindən xeyli yuxarıda – keçmiş Ermənistan
SSR-in Yeğeqnadzor (Paşalı) rayonunun Qovuşuq kəndi yaxın-
lığında da Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur.
Qovuşuqla Ələyəz kəndləri arasında Vəng adlandırılan qədim
bir abidə var. Buraya yuxarı yaylaqlardan daşdan yonulub dü-
zəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağ-
lardır. Ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir.
Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə
dəyirman novları düzəldiblər.
El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı ol-
muşdur. Yaylaqdan saraya gedib-gəlmək, süd daşımaq çətin ol-
duğundan Fərhad Şirini təzə südlə təmin etmək üçün daş arxı
çəkmişdir.
Dostları ilə paylaş: |