167
“Xəmsə”yə daxil olan əsərlərdən isə birbaşa rəqəmlə
bağlılığı olan “Yeddi gözəl”dir. Bu adın da müxtəlif yozumları
ilə – yeddi səyyarə, meracda keçilən 9 təbəqənin 7-sinə
bənzərliklər və s. aranmışdır. Lakin biz burada ilk dəfə olaraq
həmin rəqəmin türk dünyaqavrayışında rolu və əsərin bu
anlayışa nə dərəcədə aid olub-olmaması məsələsi üzərində
duracağıq. Bu poema-məsnəvisində şair böyük ehtimalla,
bilincli olaraq, türklərdə xeyirxah, müqəddəs sayılan 7 rəqəmi
ilə bərabər, eyni zamanda müqəddəs və xeyirxah, namuslu və
döyüşkən heyvan sayılan börüyə, qurda da münasibət bildirib.
Bu isə onun öz keçmişinə, xalqına yaxından bağlılığını və
mifologiyasına bələdliyini təsdiqləyir. Oğlu Məhəmmədə
nəsihətində də bu keçmişə bağlılıq açıq görünür:
Sənin dəmirin nəfis xalis dəmir olsa da,
Yol daşlıqdır, daşlar da maqnitlidir. (3,47)
Çox güman ki, türklərin “xalis dəmir” ifadəsi ilk dəfə
dəmiri istifadə etməsinə və Göy Türk xaqanlığının yaradıcısı
olan dəmirçi Aşinaoğullarına işarədir. Bunların nəsillərində
qurd ana başlanğıcını təmsil edir. Zənnimizcə çobanın dişi
qurdla həmrəylik yaradıb 7 baş qoyunu itirən sevimli
köpəyini cəzalandırması hadisəsi də, yenə də həmin əcdad,
törəyiş təsəvvürünün nəticəsidir. İtin qoruyuculuğu və ona
bəslənən etibara “Qeser” dastanında da rast gəlirik. Qeserin
sevimli qadını Xas Şixeri öz sarayında iki it, Asar və Xusar
qoruyur. (7,133) “Yeddi gözəl”də çobanın iti qurda aldanırsa,
“Qeser”də də itlər sürüləri yoxlamaq üçün gedəndə, bunu hiss
edən manqus Xas Şixeri oğurlayır. (7,136) “Yeddi gözəl”də
hər hansı bir misraya diqqət yetirirsənsə, tükənməz, şəffaf,
soyuq, büllur, gur bulaq suyu kimi türklük qaynayır. Eyni
səviyyədə ruh xüsusiyyəti əsərdəki rəqəmlərlə də təkrarlanır.
Tanrının yaratmasına işarə ilə yazır:
Yeddi göyün bir zərrəsi olan biz,
Sənin yeddi xaricindən xaricik, (3,16) – deməklə,
yaradılışda türklərin müqəddəs rəqəmi olan 7-ni əsas götürür.
Maraqlıdır ki, N.Gəncəvi çoxluq mənasında da yeddiyə
168
müraciət edir və istər-istəməz bu çoxluqla paralel olaraq
“Koroğlu” dastanındakı 7 çoxluğu yada düşür:
Yeddi yüz min illik hesabın hökmü
Onun yeddiyüz min ildən sonra verdiyi hökmə tabedir.
(3,19)
Burada Gəncəvi böyük dərinliklə cansız və canlı aləmin
bir vəhdətdə olmasını, birindən o birinin yaranmasını təsvir
etməklə türkün yeddiliyinin yüz min illərlə əvvəl ruhla
bərabər yarandığını açıqlayır.
“Koroğlu”da 7-yə təkrar-təkrar müraciət olunması da
türklərdə 7-nin müqəddəsliyi ilə bağlıdır. Dəlilərin sayı və
Koroğlunun bu sayla qürrələnməsi də rəqəmin əhəmiyyətini
bildirir. Məsələn, Eyvazı Çənlibelə aparmaq istəyən Koroğlu
qəssaba deyir: “...Eyvazı aparıram özümə oğul, yeddi min
yeddi yüz yetmiş dəliyə sərdar eyləyəm.” (4, 94)
7 rəqəminin artımı “Koroğlu”nun Cənub mətnində daha
aydın davam edir. “Dəli Həsən dedi: Ey pəhləvan 7 ildir ki,
bu yolu kəsmişəm, Allaha and içmişəm ki, kim mənim
arxamı yerə vursa, ömrüm boyu sidq ürəklə ona qul
olacağam.”(5,17)
“Dəli Həsən Koroğluya 77 cavan, igid cəngavər qul
bağışladı.” (5,18)
“7 yüz nəfər Göycəbeldə Koroğlunun başına yığışdı.”
(5,18)
“Qarı dedi: Çənlibeldə 777 dəlisi olan Koroğlusansa,
de.” (5,54)
“Xacələr dedilər: Paşanın 7 qızı var, biri Həmzə
bəydədir, 6-sı isə bakirə qızdır.”(5,97)
“7 gün, 7 gecə toy büsatı quruldu, 7-ci gecə qızın əlini
Dəli Mehtərin əlinə verib, gərdəyə yola saldılar.” (5, 97) Eyni
təqdimatı “Yeddi gözəl”də Bəhramın 7 gün, 7 gecə, 7 rəngli,
7 günbəzli sarayda 7 gözəldən 7 əfsanə dinləməsində də
görürük.
“Koroğlu Giziroğlu Mustafa bəylə birgə 777 dəlisini
başına yığıb, şərab içirdi.” (5, 117)
169
“Dəmirçioğlu yeddinci göydə olsa da tapmalısınız”
(5,159)
Dünyada varlıqlar aləminin qarşılıqlı çevrilmələri qanu-
nauyğunluğu, bu dünyanın ayrılmaz bir sahəsi olan ruh
aləminin, şifahi xalq yaradıcılığının inkişafında da öz əksini
tapır. Min illərlə xalqların ruh aləmlərində,
dünyagörüşlərində, baxışlarında, inanclarında hakim olmuş
dəyərlər, qavrayışlar tədricən öz təxəyyül, əfsanə, nağıl
keyfiyyətini itirməklə dastanlarda gerçək həyatın tələblərinə
daha yaxınlaşırlar. “Yeddi gözəl” bu cəhətdən şifahi xalq
yaradıcılığı ilə gerçək həyati dəyərlər arasında keçid
vəziyyətində olmaqla Gəncəvinin daimi gerçək ruh
aləmindən əfsanə, nağıl, dastan dünyasına bənzər dünyalar
yaratmaqla insan cəmiyyətini tərbiyələndirmək istəyini əks
edir. Qısa və yığcam təsəvvür etsək, Gəncəvi uca göydə
səyahət edən ruh aləminin içində gəzib dolaşır. Bu müstəsna
keyfiyyətinə, mifik təsvir dünyasına görə də onun özünü elə
nağılların, əfsanələrin, dastanların müsbət qəhrəmanları ilə də
müqayisə etsəydik, zənnimizcə, yanlış olmazdı. Maraqlıdır
ki, Gəncəvi dünyası özündən 300-400 il sonra yaranmağa
başlamış “Koroğlu” dastanının qəhrəmanından daha çox
qədim, arxaik dastan qəhrəmanlarının ruh aləmi ilə oxşarlığa
malikdir. “Yeddi gözəl”in tərbiyəvi məzmunu isə dastan
mövzuları ilə uyğun gəlir. “Koroğlu”da isə gerçək həyata
bağlılıq çoxdur və əfsanə, nağıl, təxəyyül əlamətləri zəifdir.
Daha düzgün olardı ki, deyək ki, “Yeddi gözəl”in mövzusu
və inkişaf xətti müstəsna hal olaraq türksoyluların şifahi xalq
yaradıcılığının qədim və orta əsrlər ənənələrinin canlı
inkişafından fərqli olaraq bir dahi tərəfindən bilərəkdən
yaradılmasıyla qiymətli, təkrarsız xalq yaradıcılığı incisidir.
Bəllidir ki, ural-altay köklü türklərlə monqolların şifahi
xalq yaradıcılığına xas olan qədim dünyabaxışları, inancları
eynidir. Gəncəvi yaradıcılığında ruh təbəqəsi əsasən qədim
türksoylu əcdadlarının dünyadərklərində, inanclarında,
əfsanə, nağıl, dastan dünyalarında hind-avropalı (fars, yunan)
Dostları ilə paylaş: |