Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
 
 
119
Məcnun” poemasında da gənclərin dünyadan nakam 
köçməsinə, faciəli ölmələrinə  səbəb mühit və bu mühitin 
yetişdirdiyi valideynlərdir.  
“Xosrov və  Şirin”dən sonra Nizaminin Azərbaycan 
folkloru ilə daha çox bağlı olan digər  əsəri “Yeddi gözəl” 
poemasıdır. Bu əsərin motivləri “Astiyaq”, “Tomiris” kimi 
Midiya rəvayətləri, “Kitabi-Dədə Qorqud” boylarından 
tutmuş bir sıra Yaxın Şərq və Azərbaycanda yayılmış əfsanə 
və  rəvayətlərlə  səsləşir. “Azərbaycandan, türk mədəniyyəti 
çevrəsindən dünya ədəbiyyatının zirvəsinə yüksələn Nizami 
adı  və bu adla şifrələnmiş  və kodlaşmış  ədəbi-fəlsəfi 
informasiyanın  əsasında  Şərq mədəni məcmusu iştirak edir. 
Şərq xalqlarının folkloru, ədəbiyyatı, tarixi, fəlsəfəsi, dini və 
təsəvvüfi görüşləri əsərlərin əsasında qaynaq olaraq dayanır. 
“Yeddi gözəl” poeması da kökləri və qaynaqları ilə fikir və 
sənət yarusları üzrə  həmin məlumatın, kodun və sxemin 
transformativ törəməsidir.”
65
 Poemanın bütün obrazları epik 
folklor  ənənəsinin  ən qatı mifoloji eposudur. Əsərin  əsas 
qəhrəmanı olan Bəhram  şah obrazı mifoloji kökünə görə 
hind-iran obrazı sayılsa da, zaman keçdikcə türk tarix 
ənənələrindən bir sıra xüsusiyyətləri özündə cəmləşdirə bilib. 
Azərbaycan folklorunda, “Kitabi-Dədə Qorqud” dastanında 
poemadakı Fatimə obrazı ilə səsləşən ümumi cəhətlər çoxdur. 
Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş 
poemadan sonuncusu “İsgəndərnamə” poemasıdır. 
“İsgəndərnamə”nin ayrı-ayrı epizod və motivləri xalq 
rəvayətləri və  məsəlləri ilə  sıx  şəkildə  əlaqələndirilmişdir. 
Məlumdur ki, tarix və ya tarixi hadisələrlə  səsləşən, 
ümumiyyətlə, iki şahın söz və silah döyüşünə  həsr olunmuş 
nağıllarda, bir qayda olaraq, xalq bilməcələrindən kəsərli bir 
vasitə kimi istifadə olunmuşdur. Nizaminin “İsgəndərnamə” 
poemasında da buna bənzər nağılların bəzi xüsusiyyətləri, 
motivləri yaradıcı şəkildə işlənmişdir.  
                                                 
65
 Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti. Bakı, 2003, s.4.  


 
 
 
120
“İsgəndərnamə”də Azərbaycan nağıllarının bəzi 
motivləri  əks olunur, Azərbaycan  ərazisindəki toponimlər 
haqqında məlumatlara da rast gəlinir. “İsgəndərnamə”də 
əsasən xalq nağıllarından, onun motivlərindən, janr 
xüsusiyyətlərindən istifadə olunduğuna görədir ki, onun el 
variantları da təzə nağıllara çevrilmişdir. Burada Gəlin 
qayalarına, onların mənşəyinə  işarələr də maraqlı faktdır.
66
 
“Nizami Gəncəvi Məhinbanu obrazı ilə bağladığı  ənənəni 
davam etdirərək “İsgəndərnamə”də Nüşabə surətini 
yaratmışdır. Nüşabə, bir növ, Şamama-Nigarların,  Şummu-
ramatların,  Şəmiraların yeni poetik təcəssümü olmaqla 
bərabər, Azərbaycan xalqına məxsus gələnəklərlə bağlı ideal 
qadın obrazıdır”.
67
  Şair “İsgəndərnamə” kimi poemanın 
yaradılmasında da müxtəlif xalqların yaratdığı  şifahi xalq 
ədəbiyyatı  xəzinəsindən daha sərbəst  şəkildə istifadə 
etmişdir.  
Nizami Azərbaycan  şifahi xalq ədəbiyyatı ilə yanaşı, 
başqa xalqların folklor nümunələrindən də faydalanmışdır. 
Onun  əsərlərində  ərəb, iran, hind, yunan şifahi xalq 
ədəbiyyatından istifadə edildiyi yaxşı  məlumdur.  Şair 
“Xosrov və  Şirin” poemasında daha çox Azərbaycan  şifahi 
xalq  ədəbiyyatından bəhrələnsə  də, burada hind xalq 
ədəbiyyatının məşhur nümunəsi olan “Kəlilə  və Dimnə”dən 
istifadə etdiyi də diqqəti çəkir. Artıq qeyd etdiyimiz kimi, 
“Leyli və Məcnun” poemasında ərəb folkloruna da müraciət 
olunmuşdur.  
O, “Xəmsə”də atalar sözlərinə, zərb məsəllərinə və afo-
rizmlərə ustalıqla bədii don geydirmiş və onlara yeni – ikinci 
həyat vermişdir. Buraya daxil olan poemaların səhifələrində 
həyatın muxtəlif məsələlərinə aid ibrətamiz məzmunlu kəlam 
və atalar sözlərini nəsildən-nəslə verərək yaşatmışdır.  
                                                 
66
 Paşayev,S. Nizami və xalq əfsanələri. Bakı, 1983, s. 107.
  
67
 Pirsultanlı S.P. Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi abidələrimizlə müqayisəli 
tədqiqi. Bakı, 2007, s.195.  


 
 
 
121
Dahi  şair hər bir əsərində doğma xalqının adət-
ənənələrinə sadiq qalaraq, yeri gəldikdə onlardan gözəl ədəbi 
nümunələr yaratmışdır. Nizaminin vaxtı ilə  işlətdiyi zərb-
məsəllərin demək olar ki, əksəriyyəti heç bir dəyişikliyə 
uğramadan indi də olduğu kimi işlənir. “Xəmsə” də işlədilən 
Azərbaycan zərb-məsəllərinə nəzər salaq. 
Parlaq zəka sahibi olan Nizami Gəncəvinin yaradıcılığı 
hüdudları və məzmunu etibarilə geniş və rəngarəngdir. Bütün 
dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin irsində 
təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, 
yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz 
kamil sintezini tapmışdır.  Şifahi xalq yaradıcılığı onun 
əsərlərinin ortasından sanki qızılı bir xətt kimi keçmiş  və 
artıq səkkiz  əsrdir ki, ətrafına çoxlu oxucular toplaya 
bilmişdir. 
ƏDƏBİYYAT 
1. Pirsultanlı S.P. Azərbaycan  əfsanə  və  rəvayətlərinin 
ədəbi abidələrimizlə müqayisəli tədqiqi, Bakı, Nurlan, 2007, 
305 s. 
2. Pirsultanlı S.P. Azerbaycan türklerinin halk 
efsaneleri. Bakı, Azərnəşr, 2009, 442 s. 
4. Paşayev S. Nizami və xalq əfsanələri, Bakı, Gənclik, 
1983, 127 s. 
5. Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti
Bakı, Nurlan, 2003, 211 s. 
6. Cəfərli M. Azərbaycan  şifahi xalq ədəbiyyatı, Bakı, 
2012, 674 s. 
7.  Əfəndiyev P. Azərbaycan  şifahi xalq ədəbiyyatı, 
Bakı, Maarif, 1992, 477s. 
8. Namazov Q. Azərbaycan uşaq  ədəbiyyatı, Bakı, 
1984, 332 s. 
9. Nəbiyev A. Azərbaycan  şifahi xalq ədəbiyyatı. I 
kitab, Bakı, 2006, 640 s.  
10. Paşayev S. Nizami və folklor, Bakı, Bilik, 1976, 65 
s.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə