ması, lap uşaqlıqdan əməyə qatılması, belə ki, bostan uru
olanda oradan ur yığması, sarı inəyi çörək ağacı bilib ona qul-
luq etməsi, qatıq, süd məhsullarının satılmasını təşkil etməsi,
balıq tutması, bağın yetişmiş məhsulunu yığması, digər ev
işlərində anasına kömək etməsi onu əsl kişi kimi böyüdüb,
zəhmətə alışdırıb. Orta məktəbi qızıl medalla qurtarmaq, ali
məktəbi fərqlənmə ilə bitirmək, gecəni-gündüzə qatıb, tutarlı
publisist yazıları ilə özünə yol açmaq yalnız zəhmətin bəhrəsi
olmuşdur. Əlövsətin xəmiri sözün həqiqi mənasında zəhmətlə
yoğrulub.
Müəllifin haqsızlıqla barışmaması, mübarizliyi, həmişə
haq qın tərəfində olması, xeyirxahlığı, insanlara dayaq dur -
ması, əl tutması, özünün dediyi kimi, maraqlı bir məqamı
xatırladır: O, Lev Nikolayeviç Tolstoyun bir fikrini iqtibas
gətirir: "İnsan ötüb keçənləri xatırlayanda həyatının ən un-
udulmaz çağları sanki dumana bürünür". Bu xatirələrim göz
yaşlarımdır,- yazır. Elə bil xatirələr onu yaşadan canlı insan
kimi kövrəlir. Mən ömür kitabımı vərəq-vərəq çevirdikcə,
bunu aşkar hiss edirəm… Budur Əlövsətin amalı-qayəsi.
Onun Allaha inamı bir çox məqamlarda təsdiqini tapır. "Allah
səbirli bəndəsini sevir, zəhmətini itirmir. Bunu aldığım qızıl
medal bir daha sübut edir. Qızıl medala təqdim olununların,
kimsəlilərin, güclü adamı və pulu olanların təqdimatı geri
qayıtdı. Mənim isə Cəfər Cabbarlının "Almas" dramı haqqın -
da yazım "Azərbaycan məktəbi" jurnalının "Azərbaycan dili
və ədəbiyyatının tədrisi metodikası" məcmuəsində çap olundu.
O, yazır ki, bəxtimdən istər orta, istərsə də ali məktəbdə
yaxşı müəllimlərim olub.
Ali məktəbdə ona dərs demiş akademiklər Həmid Araslı,
Zəkanın gücü
353
Cəfər Cəfərov, professorlardan Mir Cəlal, Səlim Cəfərov,
Yusif Seyidov, Hadı Mirzəzadə, jurnalistika kafedrasının
müdiri Həsən Şahgəldiyev, tanınmış jurnalistlər Nurəddin
Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov kimi
müəllimlərini ehtiramla xatırlayır.
Kitabın "Qoşa qanad" bölməsində Əlövsətin Dilarə ilə ailə
həyatının qurulmasından bəhs olunur.
Müəllif dostu İlyas Adıgözəllinin "Əzizim Vətən yaxşı"
kitabından gətirdiyi iqtibası oxuyanda İlyasın bir dost kimi
göstərdiyi yolun düzgünlüyünü təsdiq etməyə bilməzsən. Bu
düzgün yolu həyat özü sübut edib. Lakin insan həyatının acı
faciəli günləri də olur. Onların hər ikisinin bu faciəli günü Ata-
nur 1970-ci ildə dünyasını dəyişəndə olub. Məhz həmin
vaxtdan Dilarənin qara-şəvə saçlarına dən düşüb. Bu da
qismətdir. Qaçılmaz olan fəlakət ailənin ilk sevincini alt-üst etsə
də, Züleyxanın, Aynurun, Səmədin, Pakizənin yeni dünyası,
üstü qaysaqlanmamış yaralarına məlhəm oldu. Artıq bu ailənin
sevinci-nailiyyətləri sərhədləri, dənizləri, okeanları keçdi.
Kitabın növbəti bölmələrindən biri "Yaxşılıq" adlanır. Bu,
təsadüfi bir deyim deyildir, iyirmi il rayonlarda redaktor,
raykom katibi işləyən Əlövsət 1989-cu ildə yenidən Bakıya
qayıdır. O, əvvəl respublika Jurnalistlər İttifaqının "Açıq Söz"
jurnalında baş redaktorun müavini, "Bilik" cəmiyyətinin şöbə
müdiri, Qızlar Seminariyasında prorektor, "Mədəni maarif"
jurnalının baş redaktoru vəzifələrində işləyir.
Hamıya "Anamın sirri" bölməsində anaların sirr saxlamaq
qabiliyyətini maraqlı faktlarla şərh edir.
Salyan torpağının yetirdiyi şairlər Əliağa Kürçaylı, Ağa -
cavad Əlizadə, Xəlil Rza Ulutürk, Oktay Rza və başqalarını
Sahib Sailov
354
özünə müəllim hesab edən müəllif çox incəliklə şair
Əliağanın xeyirxahlığını qələmə almışdır.
Lakin yaddan çıxarmadığı Yusif Səmədoğlu, Fərman
Kərimzadə, Əlibala Hacızadə, Nahid Hacızadə kimi qəlb
sahiblərinə yer verilməsi kitabın ziynətini artırır.
Müəllif demək olar bir qələm sahiblərinin adını kitaba yaz-
maqla onlara olan məhəbbətini israr etmişdir.
Kitabın "Xəzinə" adlanan bölməsində müəllifin və onun
ailə üzvlərinin topladığı kitablardan təşkil olunmuş kitabx-
anadan bəhs olunur.
Bu xəzinənin davamçıları Züleyxa, Səməd, Aidə, Rövşən,
Pakizə və ailənin digər üzvləri valideyn xəzinəsini zəngiləş -
dirirlər.
Müəllif "Oxunmamış nəğmələr" fəslini respublikanın
əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı Vaqif
Əliyevin xatirəsinə həsr etmişdir.
Kitabın maraqlı bir məqamı "Qitələrin, mədəniyyətlərin
qovşağında" bölməsidir. Burada Səməd Bəşirlinin Türkiyədə
təhsil almasından, Türkiyənin, Atatürk parkının, Mərmərə
dənizindəki bütün fəsillərin gözəlliyindən, əsrarəngiz, təkrar -
sız maddi və mənəvi nemətləri qorumaq hissindən yazır.
Müəllif "Ömrümün kitabı"nı məncə, tamamlamayıb, onun
ürəyində qalan sözü çoxdur. Onu da kitaba çevirməyi arzu
edirəm.
Artıq bu arzu yerinə yetirilib. Dilarə Vəkilova və Əlövsət
Bəşirlinin “Bizim dünya” adlı kitabı 2012-ci ildə Mütərcim
nəşriyyatında nəfis şəkildə çap olunub. Kitab haqqında
fikirlərimi təqdimat mərasimində demişəm.
Zəkanın gücü
355
ÖN SÖZ
Bəşəriyyətin yaratdığı maddi-mənəvi sərvətlər dünənimizi
öyrənməkdə, bu günümüzü tanımaqda və gələcəyimizi
düzgün müəyyənləşdirməkdə mühüm əhəmiyyət daşıyır. Bu
baxımdan kitab xüsusi mövqeyə malik fikir dəyərlərindəndir.
Bütün zamanlarda fəal, fikri fəaliyyətdə olan yaradıcı in-
sanlar öz dövrünün salnaməsini yazmağa çalışmış, yaxud
mövcud olanları bir sıraya düzüb, tərtib etməklə tarix
yaratmışlar. Burada əsas məqsəd müasirlərə və gələcək
nəsillərə örnək olan nümunələrlə, fakt və hadisələrlə, fikir və
düşüncələrlə, sağlam ideyalarla mənəvi, elmi-mədəni, sosial
inkişafa təkan verməkdir.
Tarix elmləri namizədi Sahib Sailovun "Muğanın
övladları" kitabı məhz belə bir mənəvi vəzifədən, xeyirxah
niyyətdən meydana çıxıb. Müəllif daha yaxşı bələd olduğu
bir regionda dünyaya göz açan insanlardan bir qrupunun
həyatını, fəaliyyətini öyrənmiş, örnək olası ömür yolu
keçənlər haqqında portret-oçerklər yazıb, küll halında
oxucularına təqdim etmişdir. Beləliklə, bu kitablar
yaranmışdır (Kitabın 1 hissəsi 1995-ci ildə nəşr edilmişdir).
Kitaba toplanmış hər bir portret-oçerkdə bir tale, bir
qismət, bir həyat yolu nümunəsi vardır. İstər görkəmli elm,
sənət xadimi, istər rəhbər vəzifə sahibi olmuş, istərsə də
təsərrüfat fəaliyyəti ilə ad-san qazanmış bu adamların hər biri
yaşanmış və yaşanan bir ömrün şərəfli daşıyıcılarıdır.
Dəyərlilik burasındadır ki, bu ömür zəhmətlə, əzablarla,
qurub-yaratmaqla, kəşf və ixtiralarla keçən bir parça
Sahib Sailov
356
Dostları ilə paylaş: |