ideoloji kadrların seçilməsi və tərbiyə edilməsi sahəsindəki
iş haqqında" qərarı fəaliyyətimizin istiqamətini müəyyən -
ləşdirən sənədlər olmuşdur. İndi ideoloji sahədə bütün vasitə -
lər Sov. İKP MK-nın partiyaya, sovet xalqına müraciətindən,
Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİLKGİ MK-
nın kənd təsərrüfatı işçilərinin şərəfli vəzifələrin yerinə
yetirilməsinə yönəldilmişdir. Rayon partiya təşkilatı ideoloji
işdə bir sıra yeni, daha sanballı tədbirlərin həyata keçirilmə -
sinə nail olmuşdur.
Bir hər şeydən əvvəl ideoloji işin qabaqcadan müəyyənləş -
dirilmiş dəqiq proqram əsasında ardıcıl aparılmasına və onun
təsirliliyinə diqqəti artırmaqdır. Bu məqsədlə cari və perspek-
tiv planlar tərtib edilmiş və onların yerinə yetirilməsinə
nəzarət gücləndirilmişdir. Təcrübə göstərir ki, aylıq və rüblük
planlarla yanaşı perspektiv planların tərtib edilməsi olduqca
faydalıdır. Rayon partiya komitəsi tərtib edilmiş perspektiv
plan-larda əmək kollektivləri arasında soializm yarışının
təşkilinin təkmilləşdirilməsinə, kommunistlərin avanqard rol-
unun təmin olunmasına, adamların şəxsi təşəbbüskarlığının
artırılmasına xüsusi diqqət yetirir. Bu cəhətdən həmçinin
ayrı - ayrı təsərrüfat sahələrində vəziyyətin hərtərəfli
öyrənilməsi, çatışan-çatışmayan cəhətlərin vaxtında aşkar
edilib ortaya çıxarılması ideoloji işin səmərəli təşkilində
mühüm rol oynayır. Beşilliyin müəyyənedici ilində üzümçü -
lərimiz, ferma işçiləri və taxılçılarımız qarşısında duran
konkret təsərrüfat vəzifələrinin aydınlığı, onları yerinə
yetirməyin real imkan və yollarının vaxtında müəyyənləş -
dirilməsi ideoloji sahədə də işi canlı və mütəşəkkil qurmağa
Zəkanın gücü
227
səbəb oldu. Bu isə öz növbəsində təsərrüfat tapşırıqlarının
müvəffəqiyyətlə yerinə yetirilməsinə təkan verdi.
Rayon partiya komitəsi büro iclaslarında, plenumlarında,
habelə rayon partiya-təsərrüfat fəalları yığıncaqlarında ide-
oloji işin təsirliliyi, səmərəliliyi, onun təsərrüfat həyatı ilə
vəhdətdə aparılması kimi məsələləri müzakirə etmiş, bu
sahədə qabaqcıl təcrübənin ümumiləşdirilib yayılmasına
böyük əhəmiyyət vermişdir, beləliklə, müəyyənedici ilin plan
və sosialist öhdəliklərinin artıqlaması ilə yerinə yetirilməsinə
nail olmuşdur.
Məlumdur ki, rayonumuzun iqtisadiyyatında əsas yeri
üzümçülük tutur. Bu sahənin inkişafına xüsusi diqqət yetirir,
Azərbaycan KP MK-nın "Üzümçülüyün inkişafında ciddi
nöqsanlar və respublikada üzüm istehsalının və şərabçılığın
daha da yüksəldilməsi sahəsində Azərbaycan KP XXVIII
qurultayının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək
tədbirləri haqqında" qərarı ilə əlaqədar böyük siyasi-kütləvi
və təşkilatçılıq işi aparırıq. Keçən il rayonun ayrı-ayrı
üzümçülük təsərrüfatlarında əmək kollektivləri arasında
sosialist öhdəlikləri geniş müzakirə olundu. Bu müzakirələr
zamanı istehsalı irəlilətməyin ehtiyat imkanları üzə çıxarıldı,
əmək adamları partiya və hökumətin gündəlik qayğı və
diqqətinə cavab olaraq özlərinin daha yaxşı işləmək əzmini
nümayiş etdirdilər. Yüzlərlə üzümçü öz üzərinə bol məhsul
yetişdirmək haqqında şəxsi öhdəlik götürdü. Üzümçülük
təsərrüfatında sosializm yarışının yeni forma və metodlarının
tətbiqi, maddi və mənəvi həvəsləndirmə tədbirlərinə geniş
meydan verilməsi, istər becərmə, istərsə də yığım dövründə
Sahib Sailov
228
yerlərdə yarışın hər 10 gündən bir yekunlaşdırılması,
qaliblərə vımpellər və keçici bayraqlar verilməsi bol məhsul
uğrunda kütləvi hərəkatı gündən-günə gücləndirdi. Bol və
keyfiyyətli məhsul yetişdirilib toplanmasında ideoloji
cəbhədə çalışanların da əməyi az olmamışdır.
Yığım dövründə gündəlik yarış vərəqləri, kolxoz və sovx-
ozlarda isə tarla vərəqləri buraxıldı. Məhsulun ən qısa
müddətdə itkisiz toplanması üçün briqadalararası yarış təşkil
olundu. Yığım qabaqcıllarının şərəf lövhəsi yaradıldı. Bol
məhsul uğrunda fəal mübarizə aparan, gündəlik normanı
artıqlaması ilə yerinə yetirən üzümçülərə iş üstündə mükafat
verildi. Əmək bəhsləşməsi sözün tam mənasında yeni rövnəq
aldı.
Üzümçülərimiz rayonun tarixində ən yüksək göstəriciyə
nail oldular. Vətənə 95,5 min ton məhsul təhvil verildi. İlboyu
sosializm yarışının önündə gedən təsərrüfatlar rekord
nəticələr əldə etdilər. Sabir adına sovxoz 18,5 min ton,
Kalinin adına sovxoz 15,5 min ton, Lenin adına sovxoz 13,5
min ton məhsul istehsal etdi.
Taxılçılarımız beşilliyin tapşırığına dörd ildə əməl edərək
dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verdilər.
Heyvandarlarımız da keçən təsərrüfat ilini müvəf-
fəqiyyətlə başa vurdular. İlin əvvəlində M. Hüseynzadə adına
sovxozun sağıcısı Gülbuta Xəlilovanın hər inəkdən 4 min kil-
oqram süd sağmaq barədə həmkarlarına müraciəti
heyvandarlıq təsərrüfatlarında böyük razılıqla qarşılandı.
Həmin müraciət rayon partiya komitəsinin bürosunda geniş
müzakirə edilib bəyənildi, ilk partiya təşkilatları qabaqcıl
Zəkanın gücü
229
sağıcının iş təcrübəsini hərtərəfli öyrənib, yaymaq üçün mü-
vafiq tədbirlər gördü. Beşilliyin müəyyənedici ilində rayon
üzrə hər inəkdən inişilkindən 227 kiloqram çox – 1489 kilo-
qram süd sağıldı. Ötən ilin yekunlarına görə Lenin adına
sovxoza Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin,
ÜİHİMŞ-ni və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağı
təqdim edilmişdir. Rayonumuz isə üzümçülük və
heyvandarlıq üzrə Azərbaycan KP MK-nın və Azərbaycan
SSR Nazirlər Sovetinin keçici Qırmızı bayraqlarına və pul
mükafatlarına layiq görülmüşdür. Kalinin adına və Sabir
adına sovxozlar, rayon kolxozlararası tikinti idarəsi də re-
spublika yarışının qalibi hesab edərək Qırmızı bayraq və pul
mükafatları almışlar. Bütün bu nailiyyətlər rayonda ideoloji
işin təsərrüfat vəzifələri ilə düzgün əlaqələndirilməsi, sosial-
izm yarışının səmərəli təşkili, bütün əməkçilərin qarşıya
qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səfərbərliyə
alınması nəticəsində mümkün olmuşdur.
Siyasi və iqtisadi bitkilərin əməkçilər arasında geniş təbliği
ictimai istehsalın bütün sahələrinə müsbət təsir göstərmişdir.
Sov. İKP MK-nın "Zəhmətkeşlərin iqtisadi təhsilini
artırmaq haqqında" qərarına uyğun olaraq 1974-1975-
ci dərs ilində 8 yeni iqtisadi məktəb fəaliyyət göstərmiş,
kənd təsərrüfatının aktual problemlərini öyrədən yeni xalq
universiteti təşkil edilmişdir. 4500 nəfərə qədər kommunist
və bitərəf universitet və iqtisadi məktəblərdəki
məşğələlərə müntəzəm davam etmiş, iqtisadi biliklərə
yiyələnmişdir. Onların təhlili ilə 282 nəfər təbliğatçı məşğul
olmuşdur. Təbliğatçıların səriştəsinin və peşə ustalığının
Sahib Sailov
230
Dostları ilə paylaş: |