orqanları işçilərinin rayon müşavirəsində bu məsələ bir daha
ətraflı təhlil edilmiş, bütün ideoloji vasitələrlə həmin qərar -
dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir.
İdeoloji iş partiya işinin mühüm tərkib hissəsidir. Faktlar
göstərir ki, bir sıra hallarda sırf təsərrüfat məsələləri ilə
məşgul olub, ideoloji işi arxa plana keçirmək, təkcə siyasi
işin özünə deyil, həmçinin xalq təsərrüfatına ciddi zərər
vurur.
Həyatın qarşıya qoyduğu tələbləri müvəffəqiyyətlə həll
etmək, təsərrüfat işini siyasətlə əlaqələndirmək, adamları
şüurlu əməyə alışdırmaq üçün ideoloji işin forma və
metodlarını durmadan təkmilləşdirmək, onu yeni vəzifələrə
uyğunlaşdırmaq lazım gəlir. Rayon partiya komitəsi bundan
sonra da ideoloji işin təsirliliyi və səmərəliliyi uğrunda ciddi
mübarizə aparacaq, kommunizm quruculuğunun şərəfli
vəzifələrinin yerinə yetirilməsində onun həyatı gücündən
geniş surətdə istifadə edəcəkdir.
Zəkanın gücü
235
XALQ MAARİFİNİN İNKİŞAFI
DİQQƏT MƏRKƏZİNDƏDİR
1
Sovet məktəbi ildən-ilə zirvələr fəth edir. 1975-1976-cı
tədris ilinin birinci yarısı doqquzuncu beşilliyin son aylarına
düşür. İkinci yarım il isə onuncu beşilliyin ilk aylarına
qovuşacaq. Bu, xalq maarifi işçilərinin məsuliyyətini daha da
artırır.
Yeni tədris ili Sov. İKP-nin XXV qurultayına hazırlıqla
əlaqədar olaraq ümumxalq siyasi və əmək coşqunluğu ilə
başlamışdır. Partiyamızın XXV qurultayı xalqımızın qurucu-
luq əzminin yeni üfüqlərini aşacaq, böyük kommunizmin
təntənəsi naminə fəaliyyət proqramımızı müəyyənləşdi -
rəcəkdir. Sov. İKP-nin XXV qurultayını sovet adamları xalq
təsərrüfatının bütün sahələrində qələbələrlə qarşılayırlar.
Partiyamızın XXIV qurultayının xalq maarifi sahəsində
qərarlarında xalq maarifinin daha da inkşaf etdirilməsinin,
uşaq və gənclərin təlim-tərbiyəsinin vahid kompleks sistem-
inin formalaşdırılmasının geniş proqramı verilmişdir.
Hamılıqla orta təhsilə keçilməsi doqquzuncu beşillikdə başa
çatdırılmalıdır. Bu əzəmətli proqramın həyata keçirilməsi
üçün Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti
mühüm qərarlar qəbul etdilər. Həmin qərarlarda maddi-
texniki bazanın, təlimin məzmunu və metodlarının, uşaq və
gənc lərin ideya-siyasi, əmək və əxlaq tərbiyəsinin təkmil -
ləşdirilməsi, müəllim kadrlarının hazırlığı və ixtisasının
yüksəldilməsi üçün konkret vəzifələr müəyyənləşdirildi. Yerli
Sahib Sailov
236
1 "Azərbaycan məktəbi" jurnalı Bakı,1975-ci il, № 10,S. 42-45
partiya və sovet orqanları da öz növbəsində XXIV qurultayın
Direktivlərinin yerinə yetirilməsində ictimaiyyətin, xalq
maarifi orqanlarının qüvvələrini birləşdirən qərarlar qəbul
etdilər.
Mən bu məqalədə xalq maarifinin inkişaf etdirilməsi ilə
əlaqədar rayon partiya komitəsinin həyata keçirdiyi
tədbirlərdən, görülmüş işlərdən yığcam şəkildə bəhs etməklə
öz iş təcrübəmizlə həmkarlarımızı tanış etmək istəyirəm.
Rayonumuzda xalq maarifinin daha da inkişaf etdiril -
məsinə, gənclərin hamılıqla orta təhsilə keçməsini başa
çatdırmağa, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinə,
icbari təhsil qanununun müvəffəqiyyətlə yerinə yetirilməsinə,
yeni məktəb binalarının tikintisinin genişləndirilməsinə,
məktəblərin maddi-texniki bazasının möhkəmlən dirilmə sinə,
pedaqoji kadrların seçilib yerləşdirilməsinə və tərbiyə
olunmasına, kənd müəllimləri üçün lazımi şərait yaradılma -
sı na xüsusi qayğı göstərilir.
Rayon partiya komitəsi öz bürolarında müntəzəm olaraq
xalq maarifinin inkişafına, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsinə dair məsələlər müzakirə
edir. Təkcə 1974 - 1975-ci dərs ilində rayon partiya komitə -
sinin bürosunda partiya təşkilatları ilə ümumtəhsil
məktəblərinin pedaqoji kollektivlərinin əlaqəsinə, ümumi
icbari təhsil qanununun yerinə yetirilməsinə, ictimai fənlərin,
rus dilinin tədrisinin yaxşılaşdırılmasına, məktəb tikintisinin
və şəbəkələrinin genişləndirilməsinə, məktəblərdə bədii
özfəaliyyət kollektivlərinin işinin yaxşılaşdırılmasına, təlim-
tərbiyənin daha da möhkəmləndirilməsinə dair 9 məsələ
Zəkanın gücü
237
müzakirə edilmişdir. Bundan əlavə "Gənclərin ümumi orta
təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini
daha da inkişaf etdirmək haqqında" Sov. İKP MK və SSRİ
Nazirlər Sovetinin 20 iyun 1972-ci il tarixli və "Kənd
ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq
tədbirləri haqqında" Sov. İPK MK və SSRİ Nazirlər Sove-
tinin 2 iyul 1973-cü il tarixli qərarlarının rayonun ümumtəhsil
məktəblərində yerinə yetirilməsinin vəziyyəti Sov. İKP MK
və Azərbaycan KP MK nümayəndələri tərəfindən yoxlanmış -
dır. Əldə olunan müvəffəqiyyətlər və buraxılan nöqsanlar
yerindəcə təhlil edilmiş, araşdırılmış, nöqsanları aradan
qaldırmaq üçün müvafiq tədbirlər hazırlanıb həyata keçiril -
məsinə başlanmışdır. Bundan sonra isə Azərbaycan KP MK-
nın Elm və Tədris Müəssisələri Şöbəsi məktəb partiya
təşkilatları katibləri, nümayəndələrinin iştirakı ilə rayonda
seminar – müşavirə keçirmişdir. Bu müşavirənin əməli
əhəmiyyəti çox olmuşdur.
Keçirilən tədbirlər və müzakirə daim prinsipial və əməli
xarakter daşımış, nöqsanlar kəskin tənqid olunmuş, onları
doğuran səbəblər hərtərəfli təhlil edilmiş və bu sahədə əsaslı
dönüş yaratmaq, pedaqoji kollektivlərin işini canlandırmaq,
xalq maarif işçilərinin məsuliyyət hissini artırmaq üçün
konkret tədbirlər görülmüşdür. Bu tədbirlər, həqiqətən,
səmərəli nəticə vermişdir. Belə ki, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi, gənclərin ümumi orta təhsilə
cəlb edilməsi, kənd ümumtəhsil məktəblərinin normal fəaliy-
yəti üçün tam şəraitin yaradılması, məktəblərə metodiki
köməklik göstərilməsi, müəllim kadrlarının ixtisaslarının
Sahib Sailov
238
Dostları ilə paylaş: |