artırılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, kitab
fondları yaradılması, müəllimlərlə aparılan ideya-siyasi işin
gücləndirilməsi, onların müstəqil çalışması, marksizm-
leninizm ideyasına daha dərindən və hərtərəfli yiyələnməsi,
məktəblərdə kommu-nistlərin boy sırasının artması sahəsində
tamamilə dönüş yaranmışdır.
Hər şeydən əvvəl, 1974-1975-ci dərs ilində xalq təsərrüfatı
planı müvəffəqiyyətlə yerinə yetirilmişdir. Xalq təsərrüfat
planı gündüz ümumtəhsil məktəblərində 100 faiz, o
cümlədən birinci siniflər üzrə 110 faiz, doqquzuncu siniflər
üzrə 100,5 faiz, məktəbyanı inter-natlar üzrə 100 faiz,
günüuzadılmış qruplara uşaq qəbulu üzrə 100 faiz yerinə
yetirilmişdir.
Xalq maarifinin inkişaf etdirilməsi başqa sahələrlə yanaşı
bilavasitə məktəb tikintisinin genişləndirilməsi ilə bağlı
olduğu üçün rayon partiya komitəsi bu sahəyə daha çox
diqqət yetirir. Rayonun şəhər, qəsəbə və kəndlərində son illər
13.500 yerlik məktəb, yardımçı bina, əlavə sinif otağı,
emalatxana, uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Rayonda son bir neçə ildə 7 orta, 16 səkkizillik, 2 ibtidai
məktəb binası, 1350 yerlik 41 sinif otağı, 380 yerlik uşaq
bağçası binası tikilmişdir. Hazırda Məlhəm, Bağırlı, Adnalı,
Nərimankənd, Mərəzə qəsəbə, Şamaxı şəhər məktəbləri üçün
3234 şagird yeri olan yeni və müasir tipli binaların tikintisi
başa çatmaq üzrədir. Onlar tezliklə istifadəyə veriləcəkdir.
Sevindirici haldır ki, məktəb tikintisinə rayonun partiya
təşkilatları ilə yanaşı kolxoz və sovxoz rəhbərliyi də ciddi
maraq göstərirlər. Rayonumuzda bu il bir sovxoz, iki kolxoz
Zəkanın gücü
239
təşəbbüs yolu ilə orta məktəb binasının inşa etməyi qərara
almışdır. Bu işə artıq başlanmışdır. Təşəbbüs yolu ilə məktəb
tikintisi bundan sonra da davam etdiriləcəkdir.
Məlum olduğu kimi "Kənd ümumtəhsil məktəbinin iş
şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" Sov.
İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarında kənd
müəllimlərinin iş şəraitinin yaxşılaşdırılması və onlara əlavə
imtiyazlar verilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Rayon partiya komitəsi, sovet və təsərrüfat orqanları gündəlik
fəaliyyətdə həmin qərarların yerinə yetirilməsinə səy
göstərirlər. Rayon partiya komitəsi kənd məktəbi müəllimləri
üçün nümunəvi mənzil - məişət şəraiti yaradılmasına, onların
rayonun ictimai həyatında fəal iştirakına daim qayğı göstərir.
İndi kəndlərdə müəllimlər evi tikilir, qabaqcıl gənc müəl -
limlər birinci növbədə partiya sıralarına qəbul edilir, öz
üzərlərində daim çalışan, marksizm-leninizm nəzəriyyəsinə
dərindən yiyələnən müəllimlər partiya və komsomol maarifi
sistemlərində dərs deməyə cəlb olunurlar. Rayonda bacarıqlı,
əməksevər müəllimlər kimi tanınan Davud Orucov, Əziz
Məlikov, Talıb Talıbov, Knarik Kizoqyan, Semyon Sudakov,
Gülnaz Qəribova, Şahbaz Şahbazov, Nüsrət Ağayev həm də
qabaqcıl təbliğatçılardır.
Rayon partiya komitəsi mənəvi keyfiyyətcə daha sağlam,
siyasi cəhətdən yetkin, işinə məsuliyyətli münasibət göstərən,
təşkilatçılıq qabiliyyəti olan müəllimlərin rəhbər vəzifələrə,
partiya, sovet işinə, məktəb direktorluğuna irəli çəkilməsinə
də ciddi diqqət yetirir. Belə ki, rayonun bir neçə təsərrüfat
sahələrində partiya təş-kilat katibliyi, kənd və qəsəbələrdə
Sovetlərin işinə rəhbərlik müəllimlərə etibar edilmişdir.
Sahib Sailov
240
Qadın müəllimlərin irəli çəkilməsi də diqqət mərkəzin -
dədir.1975-1976-cı dərs ilinin başlanğıcında təzə təyin olunan
6 nəfər məktəb direktorunun 3 nəfəri qadındır. Sov. İKP
XXIV qurultayının qarşımızda qoyduğu ən ümdə və təxirə -
salınmaz vəzifələrdən biri təlimin keyfiyyətini yüksəltmək
şagirdlərin dərin və əsaslı biliyə yiyələnmələri problemini
həll etməkdən ibarətdir. Rayonumuzun məktəblərinin peda -
qoji kollektivləri qurultayın qarşıya qoyduğu bu vəzifəni
şərəflə yerinə yetirir, gənclərin hamılıqla orta təhsilə keçməsi
sahəsində əllərindən gələni əsirgəmirlər.
Rayon məktəblərində öz ixtisasını yaxşı bilən ideya-siyasi
səviyyəsini və pedaqoji ustalığını durmadan yüksəldən,
ölkəmizin Moskva, Leninqrad və digər şəhər məktəblərinin
mütərəqqi iş üsulunu öyrənib şagirdlərə dərin və əsaslı bilik
verən yüzlərlə qabaqcıl müəllim vardır. Rayon partiya komi -
təsi onların yaradıcı əməyini həmişə yüksək qiymətləndirir.
1974-1975-ci dərs ilində öz işini dərindən sevən, şagird -
lərə möhkəm bilik verən, rayonun ictimai həyatında yaxın -
dan iştirak edən 15 nəfər müəllim rayon partiya komitəsinin
Fəxri Fərmanı ilə təltif edilmiş, bir çoxunun şəkli şərəf
lövhəsinə vurulmuşdur.
Xalq maarifinə göstərilən qayğı və diqqət nəticəsində
1974-1975-ci tədris ilinin sonunda rayonda dərs müvəf -
fəqiyyəti 98 faiz olmuşdur. 37 məktəb, 614 nəfər müəllim
ikiilliksiz işləmişdir. Əlaçıların sayı 1973-1974-cü dərs ilinə
nisbətən 1562 nəfərdən 1756 nəfər, fizika, kimya, biologiya
və riyaziyyat kabinetlərinin sayı 110-dan 265-ə çatdırılmışdır.
Görülən bütün tədbirlərə baxmayaraq xalq maarifi
sahəsində nöqsanlarımız, həlli vacib olan mühüm prob-
Zəkanın gücü
241
Dostları ilə paylaş: |