apardığını yaxşı bilir. O, bilir ki, dövlət planı qanundur və
onu yerinə yetirmək hər bir əməkçinin müqəddəs borcudur.
Sosialist öhdəliyini yerinə yetirmək isə hər bir adamın
vətənpərvərlik işidir. 1976-cı ildə taxılçılarımız, üzümçü -
lərimiz, heyvandarlarımız tərəfindən əldə olmuş böyük
qələbənin bir səbəbi də məhz bununla izah edilməlidir.
L.İ. Brejnev yoldaşın çıxışlarında irəli sürülən müddəa -
lardan və çıxarılan nəticələrdən ruhlanan taxılçılar bu il
məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmışlar.
Taxılçılarımız rayonun tarixində ilk dəfə olaraq taxıl
istehsalını 60 min tona çatdırmış, hər hektardan dəmyə
şəraitdə 19,3 sentner məhsul götürmüşlər. Dövlətə 9,2 min
ton əvəzinə 18 min tona yaxın taxıl satılmışdır.
Rayon partiya komitəsi taxılçılığın inkişafı ilə əlaqədar
hələ keçən il, payızlıq taxıl əkini kampaniyasından sonra bir
sıra mühüm tədbirlər görmüşlər. Məsələn, taxılçıların zona
müşavirələri və toplanışları keçirilmiş, qarşıdakı vəzifələr
konkret müəyyənləşdirilmişdir. Bundan başqa respublikanın
görkəmli alimlərinin rayonun taxılçıları qarşısında çıxışı
təşkil edilmişdir. Bir sözlə, rayon partiya komitəsinin və ilk
partiya təşkilatlarının çoxcəhətli fəaliyyəti təsərrüfat, siyasi
və ideya tərbiyə məsələlərinin düzgün həllinə, qəbul edilən
qərarların konkretliyinə və reallığına, qarşıya qoyulan vəzifə -
lərin yerinə yetirilməsində müsbət nəticə vermişdir.
Taxılçılıq üçün o qədər də əlverişli olmayan cari ildə M.
Hüseynzadə adına sovxozun, İliç adına, K. Marks adına, Tel -
man adına kolxozların, "Bakı", "Kommunist" kolxozlarının
əkinçiləri böyük fədakarlıq və qəhrəmanlıq nümunəsi
göstərmiş, hər hektardan yüksək məhsul toplamağa nail
Zəkanın gücü
249
olmuşlar. M. Hüseynzadə adına sovxozun (direktoru
Azərbaycan SSR Ali Sovetinin deputatı A. Popova, partiya
komitəsinin katibi M. Baxışov yoldaşlardır) əmək adamları
bu il 2 min hektar sahənin hər hektarından 33 sentnerə yaxın
məhsul götürmüşlər. Rayon partiya komitəsi M. Hüseynzadə
adına sovxozun, həmçinin hər hektardan rayon səviyyəsindən
çox məhsul götürən İliç adına, K. Marks adına kolxozların iş
təcrübəsini ümumiləşdirib yaymaq haqqında xüsusı qərar
qəbul etmişdir. Həm də təsərrüfatların, həm də digər qabaqcıl
taxılçılıq, üzümçülük, heyvandarlıq təsərrüfatlarının,
briqadirlərin ayrı-ayrı adamların iş təcrübəsi "Yeni Şirvan"
rayon qəzeti, "Yarış vərəqəsı", xüsusi "Bülleten" vasitəsi ilə
də geniş yayılır.
Hazırda rayonda gələn ilin bol məhsulunun təməli qoyulur.
Təsərrüfatların, demək olar ki, hamısında payızlıq taxıl əkini
keyfiyyətlə və yüksək aqrotexniki müddətlərdə keçirilmişdir.
31 min hektarından artıq sahədə yüksək məhsuldar, rayonun
iqlim və torpaq şəraitinə uyğunlaşdırılmış toxum səpilmişdir.
Hər yerdə aqrotexniki qaydalara düzgün riayət edilmiş və
yaxşı bitir alınmışdır. İndi rayon taxılçılarını düşündürən əsas
məsələ - onuncu beşilliyin ikinci ilində ən azı 70 min ton taxıl
istehsal etmək məsələsidir.
Üzüm Şamaxının şanı-şöhrəti, onun ən qiymətli sərvətidir.
Son vaxtlar Şamaxı üzümünün şöhrəti daha da yüksəlmiş,
üzümçülük ən gəlirli sahələrdən birinə çevrilmişdir. Rayonda
üzümçülük xeyli inkişaf etdirilmişdir. Hazırda rayonumuzda
üzüm bağlarının sahəsi 21.423 hektara, o cümlədən
məhsuldar üzümlüklərin sahəsi 17.029 hektara çatdırılmışdır.
"Azərbaycan SSR-də üzümçülüyü daha da inkişaf
Sahib Sailov
250
etdirmək tədbirləri haqqında" Azərbaycan KP MK-nın və re-
spublika Nazirldər Sovetinin 16 noyabr 1971-ci il tarixli
qərarından sonra rayonumuzda bu mühüm sahənin inkişaf
etdirilməsində böyük irəliləyiş olmuşdur. Sovxoz və kolxo-
zlarda üzümçülük mədəniyyətinin yüksədilməsinə, qabaqcıl
təcrübədən və elmi nailiyyətlərdən yaradıcılıqla istifadə
olunmasına, aqrotexniki tədbirlərin kompleks həyata keçiril -
məsinə, torpağın tələbinə uyğun şəkildə mineral və üzvi
gübrələr işlədilməsinə diqqət artırılmışdır. Üzüm istehsalı ilə
onun emal bazası arasında uyğunsuzluq aradan qaldırılmış,
keçən il iki yeni şərab zavodu tikilib istifadəyə verilmiş,
mövcud şərab zavodlarının həcmi xeyli genişləndirilmişdir.
Məlum olduğu kimi bu il havalar üzümçülük üçün əlverişli
olmamışdır. Lakin havaların törətdiyi çətinliklər heç kimi
ruhdan salmamışdır. Əksinə, üzümçülərimiz əsl hünər,
qəhrəmanlıq göstərmiş, bol məhsul yetişdirməyə nail
olmuşlar. Yaz aylarında yağan güclü yağışlar üzümçülük
üçün ən qorxulu xəstəliklərin əmələ gəlməsinə şərait
yaradırdı. Amma görülən tədbirlər nəticəsində də hər şey
qaydasına düşdü, xəstəlik və ziyanvericilərə qarşı kəskin
mübarizə aparıldı. Rayon partiya komitəsinin Lenin adına
sovxozda keçirdiyi səyyar büronun əhəmiyyəti xüsusilə
böyük oldu. Büro iclasında mütəxəssislər yoxlamanın
nəticəsi haqqında məlumat verdilər. Aydın oldu ki, Nəsimi
adına, Kalinin adına, N. Nərimanov adına, S.Vurğun adına
sovxozların bəzi briqadalarında məsuliyyətsizlik nəticəsində
alaq otlarına qarşı zəif mübarizə aparılır, cərgəa-ralarının
şumlanması, sahələrə kultivasiya çəkilməsi gecikdirilir.
Rayon partiya komitəsi bürosunun qərarı ilə büro üzvləri,
Zəkanın gücü
251
Dostları ilə paylaş: |