Təsərrüfatın digər sahələrində də görüləsi işlərimiz çoxdur.
Biz bu beşillikdə şəhər, qəsəbə və kəndlərimizdə əsaslı tik-
intinin həcmini xeyli genişləndirərək, bir neçə yaşayış
məntəqəsinə təbii qaz kəməri çəkəcəyik. Onuncu beşillikdə
azı 15-16 min şagird yeri olan məktəb binası, doqquz -
mərtəbəli mehmanxana, stadion, universal mağaza və digər
ictimai binalar tikiləcəkdir.
Onuncu beşilliyi dörd ildə yerinə yetirmək uğrunda baş -
lanan vətənpərvərlik hərəkatını daha da genişləndirmək, bü -
tün zəhmətkeşlərin qüvvəsini bu məqsədə doğru yönəltmək
qarşımızda əsas vəzifə kimi durur. Bu məqsədlə sosializm
yarışını, xüsusilə Şamaxı – İsmayıllı, Şamaxı – Dərbənd,
Şamaxı – Cəlilabad sosializm yarışını daha da genişləndirir,
dostlarımızın əməli təklif və məsləhətlərini öyrənir,
mütərəqqi iş üsullarını yayırıq.
Heç şübhə yoxdur ki, rayonun partiya, sovet, həmkarlar
ittifaqı, komsomol təşkilatları, təsərrüfat orqanları Sov. İKP
XXV qurutayında L.İ.Brejnev yoldaşın dərin məzmunlu
məruzəsində irəli sürülən müddəaları və qarşıya qoyulan
vəzifələri həyata keçirmək, səmərəlilik və keyfiyyət beşil -
liyində altı ilin planını yerinə yetirmək üçün bütün qüvvələri
səfərbərliyə alacaqdır.
Sahib Sailov
258
NAİLİYYƏTLƏR, PERSPEKTİVLƏR,
PROBLEMLƏR
İŞİMİZİN ƏSAS MEYARI
1
Müsahibimiz Azərbaycan KP Şamaxı Rayon Komitəsinin
birinci katibi S. A. Sailov yoldaşdır.
Müsahibəni apardı «Kənd həyatı» jurnalının əməkdaşı.
– Yoldaş Sailov, çoxsahəli iqtisadiyyata malik Şamaxı ray-
onunun təsərrüfat həyatı haqqında ümumi şəkildə nəyi demək
olar?
– Gülüstan qalasından Ərəb dağına, Mərəzə yalından Ağsu
dolaylarına qədər durna qatarları kimi cərgələnən üzüm
plantasiyaları beş-on il əvvəlki çılpaq yamaclara xüsusi
yaraşıq verir. 75 faizi məhsuldar, 25 faizi cavan bağlardan
ibarət üzümlüklər 21.423 hektar ərazini əlvan naxışlı xalı
kimi bəzəyir. Plantasiyalar dağlara tərəf dartılaraq təbii
meşələrlə, meyvə bağları ilə qovuşur. Həmin yaşıllıqlarla ra -
yonun 32 min hektarlıq taxıl zəmilərinin sərhədlərini
ayırmaq o qədər də asan deyildir. Hələ biçənəklər, yay və qış
otlaqları… Çobanlarımız 170 min baş davar bəsləyir,
maldarlarımız 22 min baş qaramala qulluq edirlər. Sürü və
naxırlar üçün hər il min tonlarla quru ot, qüvvəli, şirəli və
qaba yem tədarük olunur.
Tale bu bərəkətli torpağın sakinlərinə həm də tükənməz
Vətən məhəbbəti, əmək rəşadəti bəxş etmişdir. Sov. İKP-nin
XXV qurultayının tarixi qərarları, Azərbaycan partiya
təşkilatının həyata keçirdiyi mühüm təsərrüfat-təşkilat
Zəkanın gücü
259
1 "Kənd həyatı" jurnalı. Bakı, 1976-cı il, № 12,S. 4, 7
tədbirləri kənd əməkçilərimizi misilsiz qələbələrə ruhlan -
dırmışdır. Doqquzuncu beşilliyin yekunlarına nəzər salaq:
rayonun əmək adamları 189 min tondan çox taxıl, 344 min
tondan çox üzüm, 11 min tondan çox ət, 34 min ton süd, 1,4
min tondan çox yun və 30.3 milyon ədəd yumurta istehsal
etdilər. Bunlar səkkizinci beşillikdəkindən əhəmiyyətli
dərəcədə çox idi. Şamaxılılar tədarük məntəqələrinə
səkkizinci beşillik-dəkindən 94 faiz çox üzüm, 74 faiz çox
yumurta, 54 faiz çox süd, 53 faiz çox ət, 25 faiz çox yun,
12 faiz çox taxıl göndərdilər. Nailiyyətlərimiz yüksək
qiymətləndirildi. Rayonumuzun Sov. İKP MK-nın, SSRİ
Nazirlər Sovetinin, ÜİHİMŞ və ÜİLKGİ MK-nın, keçici
Qırmızı bayrağına layiq görüldü.
Göründüyü kimi, rayonun əməkçiləri yeni qələbələr üçün
hələ ötən beşillikdə möhkəm bünövrə qoymuşdular. Onlar
yubiley beşilliyinin startını müvəffəqiyyətlə götürdülər.
- Rayon əməkçiləri start ilini necə başa vurdular?
- Təsərrüfatın bütün sahələrində əmək qəhrəmanlığı ilə.
Bu il taxılçılıq istehsalın həcmini rekord həddə çatdırdıq.
60 min tondan artıq dənli bitki məhsulu yığıldı ki, bu da
1980-cı il üçün nəzərdə tutulduğundan təqribən 15 min ton
çoxdur. Təsərrüfatlarımız dövlətə illik planın 192 faizi qədər,
yəni 17,6 min tondan artıq taxıl satdılar. M.Hüseynzadə adına
sovxoz, K.Marks adına və Lenin adına kolxozlar bol və
keyfiyyətli toxum materialı hazırladılar. Cari ildə İliç adına
kolxozun, "Bakı" kolxozunun taxılçılığı inkişafı etdirmək
sahəsindəki nailiyyətləri xüsusilə sevindirici oldu. Bu
təsərrüfatlar hər hektardan 24-30 sentner məhsul götürdülər.
Heyvandarlar dövlətə yun və süd satışına dair illik
Sahib Sailov
260
tapşırıqlara iki-üç ay əvvəl əməl etdilər.
Şamaxının "Şöhrət cələngi" hesab edilən üzümçülük
sahəsində cari ilin qələbəsi isə daha böyük və fərəhli oldu.
Dövlətə planda nəzərdə tutulan 85 min ton əvəzinə 142 min
ton üzüm satıldı. Bu, respublikada tədarük edilmiş bütün
üzümün beşdə bir hissəsinə bərabər idi.
Ümumi nailiyyətdə Lenin adına, Kalinin adına, Sabir
adına, "Pravda" və "Günəşli" sovxozları əməkçilərinin daha
çox payı vardır. "Şərəf nişanı" ordenli Lenin adına sovxozda
heç bir vaxt bu ilki qədər - 25 min ton məhsul toplanma -
mışdır. Sovxozun ayrı-ayrı biriqadaları yüksək göstəricilər
qazandılar.
Üzümçülüyün sürətli inkişafı təsərrüfatlarımızın iqtisadi
imkanlarını da durmadan artırır. Onların bu il əldə etdikləri
178 milyon manatlıq mənfəətin 150 milyon manatını
üzümçülük vermişdir.
- Sahib müəllim, bu müvəffəqiyyətlərin qazanılmasında
son illər həyata keçirilən hansı başlıca tədbirlərin müstəsna
rolu olmuşdur?
- Sov. İKP XXV qurultayına Mərkəzi Komitənin hesabat
məruzəsində L.İ.Brejnev yoldaş demişdir: "Partiya rəhbər -
liyinin müvəffəqiyyəti üçün mühüm şərt işdə Lenin üs-
lubudur. Lenin üslubu isə subyektivizmə yabançı olan bütün
ictimai proseslərə elmi münasibət ruhlu, yaradıcı üslubdur.
Bu üslub özünə və başqalarına yüksək tələbkarlıqla yanaş -
mağı və rəsmiyyətçilik təzahürlərinə ziddir".
Keçilmiş yola nəzər salarkən və qarşıda duran vəzi-fələrin
həlli naminə qüvvələri səfərbərliyə alarkən biz Azərbaycan
Zəkanın gücü
261
Dostları ilə paylaş: |