Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə72/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   68   69   70   71   72   73   74   75   ...   103

ay sonra da rayon komsomol komitəsinin ştatdankənar birinci

katibi  seçildim. Amma  orada  ştatdankənar  olduğum  üçün

tarix dərslərini də aparırdım. 1957-ci il yanvarın 4-də rayon

müəllimlərinin  müşavirəsi  keçirilirdi.  Rayon  partiya

komitəsinin  birinci  katibi  Məmməd  Pənahov  da  mənim

oradakı  çıxışımı  dinləmişdi.  Müşavirənin  səhəri  o  məni

çağırıb söhbət etdi. MK-dan "keçəndən" sonra rayon komso-

mol komitəsinin birinci katibi seçildim. Həmin vaxt respub-

lika komsomolunda birinci katib Əbdürrəhman Vəzirov idi.

Beləliklə, 1957-ci ilin yanvarından 64-cü ilin 1 sentyabrına

qədər rəhbər komsomol işində işlədim.

7. O zaman Vəzirovla görüşləriniz çox olub?

8. Hə, o qədər…

9. Bir insan kimi necə təsir bağışlayırdı?

10. Onu alovlu komsomol işçisi kimi tanıyırdım. Amma

onunla  çox  bir  yerdə  işləməmişik.  Mən  ən  çox  Maqsud

Əlizadə ilə birgə işləmişəm.

11. Qayıdaq karyeranızın yüksəliş dövrlərinə 64-cü ildə

komsomola əlvida dediniz?

12. Hə, 61-ci ildə məni Azərbaycan Mərkəzi Komitəsinə

çağırdılar. O zaman hər il Daşkənddə "Gənc pambıqçıların

ümumittifaq müşavirəsi" keçirilirdi. Mən çox adamlarla, elə

Yuri Qaqarinlə və German Titovla da orada tanış olmuşdum.

13. Sizi Mərkəzi Komitəyə çağırdılar…

14. Əvvəlcə Maqsud Əlizadə məni çağırdı ki, səni Mərkəzi

Komitəyə  təşkilat  şöbəsinin  müdiri  gətirmək  istəyirik.  O

zaman da MK-nın təşkilat şöbəsinin müdiri ikinci katib hesab

olunurdu. 64-cü ilin avqustunda yenidən Daşkəndə müşa -



Sahib Sailov

270


virəyə  getmişdim.  Dönəndən  sonra  Məhərrəm  Mehdiyev

(Azərbaycan Kommunist Partiyasının MK təşkilat şöbəsinin

müdiri) çağırıb dedi ki, üç ay Mərkəzi Komitədə müfəttiş

işləyəcəksən, sonra da seçkilər keçirib səni Kürdəmirə birinci

katib göndərə-cəyik .

15.  Nə  əcəb  sizə  belə  xüsusi  diqqət  göstərirdilər.  Niyə

məhz sizi seçmişdilər? Heç nə hiss olunmurdu?

16. Yox, heç bir xüsusi izləmə, diqqət çəkilmə hiss et-

mirdim. Hələ komsomolda işlədiyim dövrdə bir neçə ümu-

mittifaq miqyasda nəzərə çarpan tədbir keçirmişdim. Mən

"Kənd  həyatı"  qəzetində  Kanada  iqtisadiyyatının  öncül

cəhətlərini xatırladan bir nçə dəyərli materialı oxuyandan

sonra bunların bizdə də tətbiq edilməsini mümkün saydım.

O zaman bununla bağlı fikirlərimi yazıb MK-ya göndərdim.

17. O vaxt xaricilərə istinad etmək qorxulu deyildi?

18. Yox, ərizə ilə bərabər, jurnaldan məqaləni də kəsib

göndərdim. Bir gün Vəli Axundov məni çağırdı. Mə-nimlə

söhbət edəndən sonra məsələni Mərkəzi Komitənin Büro-

sunda müzakirə etməyi məsləhət gördü. Çoxları bu hadisədən

sonra məni tanımağa başladılar. Həm də mən ikinci katib

işlədiyim dövrdə gecə-gündüz rayonlarda, kəndlərdə idim.

Azərbaycanın dörd rayonundan başqa hamısında gecələ mi -

şik. Çünki o zaman şəhər və kənd komsomolçuları arasında

güclü yarışma gedirdi.

19.  Kürdəmirdəki  birinci  katiblik  dövrünüzdən  bir  az

danışın…


20.  Mən  Kürdəmirə  getmədim.  Mən  üç  aydan  sonra

Kürdəmirə  birinci  katib  getməli  idim.  Amma  az  sonra



Zəkanın gücü

271


Məhərrəm Mehdiyevi işdən götürdülər. Onun yerinə gələn

Abdulla  Qədirov  məni  çağırıb  dedi  ki,  "sən  Kürdəmirə

getməlisən!".  Amma  hələ  belə  yükün  altına  girməkdən

çəkinirdim. Bakıda qalası oldum. 66-cı ildə Azərbaycan kom-

somolunun XXVI qurultayı keçirildi. Qənbər Kazımov gəlib

dedi ki, səni rəyasət heyətinin otağına çağırırlar. 

Gedib gördüm Vəli Axundov, Məmməd İsgəndərov, Əli

Əmirov, Pyotr Yelistratov, Ənvər Əlixanov oturublar. Axun-

dov dedi ki, "Sailov səni Lənkərana birinci katib göndəririk".

O zaman Lənkərana xırda burjua şəhəri deyirdilər.

21. Bu adı kim vermişdi, Sahib müəllim?

22.  Kommunistlər  və  ziyalılar  belə  deyirdilər.  Həm  də

əvvəldən o zonanın adamları müstəqilliyə, fərdi fəaliyyətə

can atan olublar.

23. Sizə belə yerdə birinci katiblik təklif edəndə Vəli Ax-

undova nə dediniz?

24. Əvvəl bircə kəlmə, "fikirləşərəm" dedim. Sonra çıxıb

bir az düşündüm ki, orada mənim üçün çətin olar. Birinci

katib kimi təcrübəm yox idi. Ona görə də Qənbər Kazımovun

köməyi ilə qayıdıb Vəli Axundovdan xahiş etdim ki, Astaraya

göndərsinlər.  Astaranın  o  vaxtkı  birinci  katibi  Məmməd

Babayevi Lənkərana, məni də Astaraya göndərdilər. 3 il 3 ay

Astarada işlədim.

25. İlk birinci katiblik dövrünüz idi. Heç işdən çıxarılmaq

təhlükəsiylə qarşılaşmışdınız?

26. 1966-cı il idi. Moskvaya xiyar-pomidor göndərirdik.

Sənədləri səhv tərtib etmişdilər. Ona görə də xiyar on günə

gedib çatmışdı. Pomidor da lap tez. Bazara çatanda xiyarlar



Sahib Sailov

272


sapsarı, pomidorlar da gömgöy olmuşdu. İki vaqon belə yük

getməyin üstündə aləm bir-birinə dəydi. Moskvadan MK-nın

şöbə müdiri gəlmişdi. Zarafat deyildi. Bakıdan Yelistratov

zəng etdi ki, orada nələr baş verib? Gecə ilə büronu çağırıb

günahkarların hamısını cəzalandırdım. Redaktor həmin gecə

büronun qərarını rayon qəzetində çap etdirib yaydı. Onda

fikirləşdim ki, bütün karyerama son qoyuldu. Məni işdən

çıxaracaqlar. Çünki arxamda dayanan bir adamım yox idi.

Üç-dörd gündən sonra dözmədim. Götürüb Yelistratova zəng

etdim ki, mənim məsələm nə oldu? Dedi: "Get işlə". Bir də

69-cu ilin mayında Mərkəzi Komitəyə çağırıldım. Vəli Ax-

undov mənə dedi: "Sailov, bəsdir "kurortnı" zonada işlədin,

indi də gəl, get pambıqçılıq rayonuna".

27. Vəli Axundova gözəl insan deyirlər…

28. Həddindən ziyadə. Mən ona "partiyanın peyğəmbəri"

deyirəm. Əqidəli, təmiz, sadə birinci katib olub.

29. Sizi Astaradan geri çağırdılar…

30. Hə. Mənə dedi: "Səni Qasım İsmayılova birinci katib

göndəririk. Amma de görüm, Astarada kimi yetişdirmisən?"

Adını çəkdiyim beş nəfərin hamısı ilə təkbətək söhbət edib,

onlara  Astarada  yüksək  vəzifələr  verdi.  Astaranı  yalnız

astaralılar idarə edirdi. Bu, o dövr üçün böyük iş idi.

31. Vəli Axundovu işdən götürəndə Siz Qasım İsmayı -

lovda birinci katib idiniz?

32. Hə, onda plenum üzvlərinə dedilər ki, Axundov özü

xəstəliyilə bağlı ərizə verib. Onu əvvəl Elmlər Akademiya -

sına  vitse-prezident  seçdilər,  sonra  da  plenumda  birinci

katiblikdən azad etdilər.



Zəkanın gücü

273


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə