Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə73/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   69   70   71   72   73   74   75   76   ...   103

33. Sonra da Heydər Əliyev gəldi?

34. Hə…


35. Deyirlər, Heydər Əliyev seçiləndə böyük sensasiya,

səs-küy olub…

36. Düz deyil. Mən həmin iclasda idim. Heç bir söz-söhbət

olmadı. Heydər Əliyev onda DTK-nın sədri idi. Onu seçməyə

Sov. İKP MK-dan Kapitanov gəlmişdi. Hamı lehinə səs verdi.

Bircə nəfər o iclasda sual verib,vəssalam.

37.  Təzə  birinci  katibin  sizi  öz  kadrları  ilə  əvəzləmək

fikrini duymamışdınız ki?

38. Yox, onda mənim Qasım İsmayılovda işlərim yaxşı

gedirdi. Çox işlərin Nazirlər Sovetində təsdiq olunmasını

gözləməyə hövsələm çatmırdı. Hətta bir dəfə Şamil Rasim -

zadə büroda Əliyevə şikayətləndi: "Sailov partizanlıq edir.

Bizdən xəbərsiz orada artezian quyuları qazdırıb". Mən də

Əliyevə dedim: "O quyuları özüm üçün qazandırmamışam

ki?... Camaatı susuzluqdan qurtarmışıq". 1974-cü ildə Heydər

Əliyev məni çağırdı. Dedi ki, səni Şamaxıya birinci katib

göndərirəm. Amma mən ora getmək istəmirdim.

39. Nəyə görə? Təhlükəni əvvəlcədən duymuşdunuz?

40. Yox, sadəcə olaraq, pambıqçılığa bağlanmışdım. Artıq

bu sahəyə bələd idim. Amma Heydər Əliyev təkid etdi, mən

də razılaşıb Şamaxıya birinci katib gəldim.

41.  Həyatınızı  alt-üst  edən  bütün  qovğalar  da  burdan

başlandı. Bu rayonda Sizi həbs etdilər…Yox.

Sahib Sailov

274



MƏNİ HEYDƏR ƏLİYEV

ARXAYINLAŞDIRDI

9 il, 9 ay, 28 gün həbsxanada yatan Şamaxının keçmiş bir-

inci katibi Sahib Sailov bütün həyatını "Bu gün"ə danışdı.

– Əvvəla, məni həbs etməyiblər. Həbs edilməyimdən beş

ay  əvvəl  avqustun  13-də  rayon  komitəsinin  birinci  katibi

vəzifəsindən azad edildim. Mən rayonda işlədiyim vaxtda beş

ay  Respublika  Prokurorluğunun  yoxlama  briqadası  iş

aparırdı: 1977-ci ilin dekabrında mənim partiyaya mənsubiy -

yətimi  və  deputatlıq  səlahiyyətlərimi  əlimdən  aldılar.  Bu

dövrdə rayonda aparılan yoxlamanın heç bir nəticəsiylə məni

tanış etməmişdilər. Lakin mühakimə olunandan sonra cəzamı

ağırlaşdırmaq üçün respublika prokurorluğunun göstərişi ilə

rayon  təsərrüfatlarında  əlavə  yoxlamalar  keçirilib.  Mənə

aidiyyatı olan bir şey tapmadıqlarına görə, təkrar mühakimə

baş tutmadı.

-  Yaxşı,  bəs  çətin  il  necə  gəldi?  Karyerası  günbəgün

yüksələn bir adamı necə girdaba saldılar.

- (Bir qədər fikirləşəndən sonra) Bilirsiniz, mən heç vaxt

belə  şeyi  ağlıma  gətirmirdim.  Çünki  özüm  sarıdan  tam

arxayın idim. Mənim həyat yolum, hər şeyi işimə qurban

verməyim  xeyli  arxayınlıq  yaratmışdı.  İşlədiyim  müddət

ərzində əldə etdiyim bütün nailiyyətlər mənə əsas verirdi ki,

bunu heç ağlımdan da keçirməyim. İşlədiyim müddətdə iki

dəyə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər mükafat-

lar almışdım.

- Bəs, "Şamaxı faciəsi" necə baş verdi?



Zəkanın gücü

275


- Necə baş verdi deyəndə ki, bilirsiniz, mənim ən böyük

səhvlərimdən biri də özümdən yuxarı vəzifəlilərlə hesablaş -

mamağım  olub.  Onların  əmrinə,  hətta  işə  ziyan  vuran

xahişlərinə də baxmırdım. Bax, elə o Şamaxı sindromu da

"həmin sözə baxmazlığım"ın nəticəsi idi.

- O zaman Heydər Əliyevlə də münaqişəniz olmuşdu?

- Yox, heç zaman. Mən təxminən 8 il onunla bir yerdə

işləmişəm. Həmin vaxt ərzində də bir dəfə də olsun, kiçik in-

cikliyimiz belə düşməyib. Əksinə, Heydər Əliyev mənə xü-

susi qayğı göstərirdi.

- Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətə gəlməyinin

ilk ilində çox kadr dəyişikliyi etmişdi? Təxminən neçə faiz

kadrı təzələmişdi?

- Təxminən hesablamamışam. Amma dəyişiklik aparmış -

dı.

-  Dediniz,  "Şamaxı  faciəsi"nə  səbəb  sizin  yüksək  post



sahiblərinə itaət etməyiniz olub. Kim idi o şəxslər?

- Ümumiyyətlə, mənim başıma gətirilən bütün oyunlar beş

nəfərin  koalisiyasının  "məhsulu"dur.  Mərkəzi  Komitənin

təşkilat partiya orqanları şöbəsinin müdiri İsmayıl Əsgərov,



respublikanın  baş  prokuroru  Abbas  Zamanov,  əslən

şamaxılı olan Dövlət Plan Komitəsinin sədri Bakı Partiya

Komitəsinin birinci katibi Abdulla Qədirov, Əzizbəyov

RPK-nin birinci katibi Niyazi Nəcəfov, DTK-nın sədri Vi-

tali Krasilnikov və Şamaxı rayon DTK-nın nümayəndəsi

Oqtay  Mansurov  -  həyatımın  çilik-çilik  olmasının

baiskarı bu adamlar idilər.

- Axı siz onlara nə eləmişdiniz?



Sahib Sailov

276


- Baş prokuror Abbas Zamanovun ən yaxın qohumu Fəridə

İsgəndərova S. Ə. Şirvani adına sovxozun direktoru idi. Mən

onu partiyadan xaric edib sənədlərini də inzibati orqanlara

təqdim etmişdim.

- Bəs İsmayıl Əsgərovla hansı konfliktiniz olmuşdu?

- İsmayıl Əsgərovun da yaxın dostu olan, onun sayəsində

də mənsəbə çatan Göylər kolxozunun sədri Canməmməd

Rəhimovu da işdən çıxarmışdım. Onu Şamaxıdakı gölə

müdir  qoymuşdum.  Hətta  Canməmməd  Rəhimovu  işdən

çıxaranda  məni  hədələdi  də.  Dedi:  "Bu  sənə  baha  başa

gələcək".  Bax,  əsas  konfliktimiz  bu  məsələnin  üstündə

düşmüşdü.  Əgər  mənimlə  mübarizəyə  İsmayıl  Əsgərov

qoşulmasaydı,  o  birilər  heç  nə  edə  bilməzdi.  O  zaman

Əsgərovun kəsdiyi başa sorğu-sual yox idi. MK onun əlində

idi.


- Bilirsiniz ki, bu adamların arxaları yüksək instansiyalara

bağlıdır. Niyə hesablaşmadınız?

Bilirsiniz, hesablaşmaq nisbi xarakter daşıyır. Biri var,

səndən nəyisə xahiş edələr, bir də var, əmr edələr, həm də

mən gördüyüm işlərə, Heydər Əliyevə arxayın idim. Belə

güman edirdim ki, o adamlara imkan verməz.

-Hadisələr necə başladı?

-  Hər  şey  mən  Çexoslovakiyada istirahət  edərkən

başlamışdı. Mən istirahətə gedəndən üç gün sonra prokuror-

luq yoxlama başlayıb. Şükür Rzayevin başçılığı ilə böyük



bir  komissiya  rayonda  yoxlama  aparırdı. Rayon

prokurorluğunda  komissiya  işləyərkən  prokuror  Yəhya



Ələkbərovun seyfindən üzərində mənim dərkənarım olan

Zəkanın gücü

277


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə