Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə70/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   66   67   68   69   70   71   72   73   ...   103

KP Mərkəzi Komitəsinin avqust (1969-cu il) plenumundan

sonra rayon partiya komitəsinin tutduğu partiya-təşkilatçılıq,

partiya-ideoloji iş və partiya-təsərrüfatçılıq xəttinin düzgün -

lüyünə daha dərindən inanmalı oluruq. Rayonun ictimai-iqti-

sadi  həyatında  əsaslı  dönüş  partiya-dövlət  intizamının

möh kəm ləndirilməsi,  tələbkarlığın  artırılması,  nöqsanlara

qarşı barışmaz münasibət göstərilməsi, tənqidin genişlən -

dirilməsi, əldə edilən naliyyətlərə belə özünütənqid mövqe -

yindən  qiymət  verilməsi  sayəsində  qazanılmışdır.  Rayon

par tiya  təşkilatının  götürdüyü  əməli  fəaliyyət  xəttinə

Azərbaycan KP MK-nın iyul (1975-ci il) plenumunda yüksək

qiymət verilmişdir.

Təcrübə göstərir ki, tənqid və özünütənqidin əhəmiyyətini

layiqincə  qiymətləndirməyən  nöqsanlara  qarşı  prinsipial

mövqe tutmayan, adamlarda şəxsi məsuliyyət hissi tərbiyə

edə bilməyən partiya təşkilatları qarşıya qoyulan vəzifələrin

öhdəsindən  layiqincə  gələ  bilmir.  Rayonun  "Bakı"  və

"Moskva" kolxozlarında, Udulu heyvandarlıq sovxozunda ilk

partiya təşkilatlarının fəaliyyəti rayon partiya komitəsini qane

etmirdi. Raykomun bürosu həmin təşkilatların işi ilə ciddi

məşğul oldu, nöqsanlar aydınlaşdırıldı. Ayrı-ayrı təsərrüfat

sahələrində  işi  bilən,  zamanın  tələbləri  ilə  ayaqlaşan

adamların irəli çəkilməsi tezliklə öz yaxşı nəticəsini verdi,

adları  çəkilən  təsərrüfatlar  plan  və  öhdəliklərin  yerinə

yetirilməsini təmin etməyə başladılar.

Yaxın  illərin  söhbətidir.  Rayonun  veteran  üzümçülük

təsərrüfatlarından sayılan "Pravda" sovxozunda əmək inti -

zamı tez-tez pozulur, plantasiyaların məhsuldarlığı ildən-ilə



Sahib Sailov

262


azalırdı.  Vəziyyəti  diqqətlə  öyrəndik.  Götürqoydan  sonra

həmin təsərrüfata S.Poqosyan direktor, M. Həmidov isə baş

aqronom təyin edildi. Kommunistlərin ümumi yığıncağı isə

S.  Manvelyanı  sovxoz  partiya  komitəsinin  katibi  seçdi.

Direktorluğun  və  partiya  komitəsinin  əlbir  işi  tezliklə  öz

bəhrəsini  verdi.  Sovxozda  əmək  intizamı  bərpa  edildi.

"Pravda" sovxozu cari ildə dolu vurmasından ziyan çəksə də

dövlətə 7,4 min ton əvəzinə 11,5 min ton üzüm təhvil verdi.

Başqa  bir  misal.  Keçən  il  üzümlüklərin  becərilməsi

dövründə keçirilmiş reyd zamanı XXI partiya qurultayı adına

sovxozda  quru  budamanın  keyfiyyətsiz  aparıldığı,  bir

barmaqlarının  diqqətlə  seçilmədiyi  aşkar  edildi.  Bunun

səbəbi  araşdırlarkən  sovxoz  rəhbərlərinin  aqrotexnikadan

lazımınca baş çıxarmadıqları, qabaqcıl təcrübəni və elmin

nailiyyətlərini  əməkçilər  arasında  təbliğ  edə  bilmədikləri

müəyyənləşdirilir.  Rayon  partiya  komitəsi  təsərrüfatın

rəhbərliyini təcrübəli mütəxəssislər hesabına möhkəmlətdi.

Gənc kommunist Z. Əkbərov sovxoza direktor təyin edildi.

Təsərrüfat başa vurduğumuz ildə emal müəssisələrinə 5.8

min ton üzüm göndərib planı 210 faiz ödədi.

İşimizin  əsas  meyarı  səmərəlilikdir.  Rayon  partiya

komitəsi öz fəaliyyətinin bütün sahələrində bu meyarı əsas

götürür. Qərar çıxaranda, icranı yoxlayanda, hətta gənc və

perspektivli  kadrları  irəli  çəkəndə,  onların  tərbiyəsi  ilə

məşğul olanda da bu mühüm cəhəti əsas tuturuq.

Qəbul edilmiş qərarların icrasına nəzarət səmərəlilik üçün

vacib  şərtdir.  Rayonun  bütün  ilk  partiya  təşkilatlarında,

kolxoz və sovxozlarında, idarə və müəssisələrində "qərar icra



Zəkanın gücü

263


üçündür!" şüarı qanun şəklini almışdır. Bu da hamıdan əvvəl

istehsalatın avanqard qüvvəsi olan kommunistlərin, təsər -

rüfat, idarə və müəssisə rəhbərlərinin şəxsi məsuliyyət hissini

artırmağa  kömək  edir.  Adamlar  başa  düşürlər  ki,  qəbul

edilmiş bu və ya digər qərarın icrasına biganə qalmamalı,

bunların müvəffəqiyyətlə həyata keçirilməsindən ötrü qüvvə

və bacarıqlarını sərf etməlidirlər.

Lenin  adına  və  "Bakı"  kolxozlarının  sabiq  rəhbərləri

tənqiddən nəticə çıxarmır, başçılıq etdikləri təsərrüfatlarda

taxılçılığı  və  heyvandarlığı  inkişaf  etdirmək  üçün  təsirli

tədbirlər görə bilmirdilər. Həmin təsərrüfatlarda qəbul edilən

qərarların icrası təmin olunmurdu. Rayon partiya komitəsi

məsələyə qarışdı. Hər iki təsərrüfatda rəhbərlik möhkəm -

ləndirildi,  ilk  partiya  təşkilatlarının  hazırlanan  tədbirlərin

səmərəsinə  nəzarəti  gücləndirildi.  İndi  həmin  kolxozda

vəziyyət yaxşıdır.

İnqilab dahisi V. İ. Lenin deyirdi: "Adamları yoxlamaq

və işin həqiqətdə icra olunmasını yoxlamaq indi bütün

işin, bütün siyasətin əsl mahiyyəti bundan ibarətdir və

yalnız bundan ibarətdir". Biz böyük rəhbərin bu müdrik

prinsipini daim əldə rəhbər tutur, qərarla icranın sıx vəhdətini

qarşıya qoyulan vəzifələrin həlli üçün təminat hesab edirik.

–  İndi  ki,  söhbət  səmərəlilikdən  düşdü,  bu  baxımdan

sosializm yarışının təşkili sahəsindəki təcrübəniz haqqında

nə deyə bilərsiniz?

- Sosializm yarışı kütlələrin əmək yaradıcılığı məktəbidir.

Rayonumuzda  təsərrüfatlararası,  briqadalarası  sosialist

öhdəliklərinin yerinə yetirilməsi partiya həmkarlar ittifaqı və

Sahib Sailov

264



komsomol nəzarəti altındadır.

Sosializm yarışının səfərbəredici, səmərələşdirici gücünü

Kalinin adına sovxozun cari ildə qazandığı nailiyyətlər bir

daha təsdiq edir. "Pravda" sovxozunun əməkçiləri ilə yarışa

qoşulan həmin təsərrüfatın üzümçüləri qarşılıqlı təcrübənin

tətbiqi, mineral və üzvi gübrələrdən səmərəli istifadə yolu ilə

11,3 min ton əvəzinə 21,3 min ton yüksək keyfiyyətli üzüm

topladılar.

Üzümçülərimizin qələbəsində onların cəlilabadlı həmkar -

ları ilə yarışı da mühüm rol oynayır, bu əmək bəhsləşməsi

zamanı  hər  bir  kolxozçu,  hər  bir  sovxoz  fəhləsi  daha

məhsuldar, səmərəli işləməyə çalışır, daha yüksək zirvələr

fəth etməyə can atır.

Şamaxı rayonunun əməkçiləri həmçinin qardaş Dağıstan



Muxtar Respublikasının Dərbənd rayonu zəhmətkeşləri

ilə də yarışırlar. Son iki ildə təşəkkül tapan bu dostluğun

yarışı müvəffəqiyyətlərimizin möhkəmlənməsinə böyük təsir

göstərmişdir. Biz şadıq ki, dərbəndli dostlarımızla cari ildə

dövlətə 63 min ton üzüm sataraq öz sosialist öhdəliklərinə

ləyaqətlə əməl etmişlər.

- Cari işləriniz nədən ibarətdir?

- Səmərəlilik və keyfiyyət beşilliyinin birinci ilində kənd

təsərrüfatı  sahəsində  qazandığımız  nailiyyətlər  bizi  əsla

arxayın sala bilməz. Rayon partiya komitəsini gələn ilin bol

və keyfiyyətli məhsulu indidən ciddi düşündürür. Payızlıq

dənli bitkilər əkinini mütəşəkkilliklə başa çatdırdıq. Mal-

qaranın qışlamasını da yaxşı təşkil etmişik. Üzüm bağlarında

payız-qış becərməsi davam etdirilir.

Zəkanın gücü

265



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə