KP Mərkəzi Komitəsinin avqust (1969-cu il) plenumundan
sonra rayon partiya komitəsinin tutduğu partiya-təşkilatçılıq,
partiya-ideoloji iş və partiya-təsərrüfatçılıq xəttinin düzgün -
lüyünə daha dərindən inanmalı oluruq. Rayonun ictimai-iqti-
sadi həyatında əsaslı dönüş partiya-dövlət intizamının
möh kəm ləndirilməsi, tələbkarlığın artırılması, nöqsanlara
qarşı barışmaz münasibət göstərilməsi, tənqidin genişlən -
dirilməsi, əldə edilən naliyyətlərə belə özünütənqid mövqe -
yindən qiymət verilməsi sayəsində qazanılmışdır. Rayon
par tiya təşkilatının götürdüyü əməli fəaliyyət xəttinə
Azərbaycan KP MK-nın iyul (1975-ci il) plenumunda yüksək
qiymət verilmişdir.
Təcrübə göstərir ki, tənqid və özünütənqidin əhəmiyyətini
layiqincə qiymətləndirməyən nöqsanlara qarşı prinsipial
mövqe tutmayan, adamlarda şəxsi məsuliyyət hissi tərbiyə
edə bilməyən partiya təşkilatları qarşıya qoyulan vəzifələrin
öhdəsindən layiqincə gələ bilmir. Rayonun "Bakı" və
"Moskva" kolxozlarında, Udulu heyvandarlıq sovxozunda ilk
partiya təşkilatlarının fəaliyyəti rayon partiya komitəsini qane
etmirdi. Raykomun bürosu həmin təşkilatların işi ilə ciddi
məşğul oldu, nöqsanlar aydınlaşdırıldı. Ayrı-ayrı təsərrüfat
sahələrində işi bilən, zamanın tələbləri ilə ayaqlaşan
adamların irəli çəkilməsi tezliklə öz yaxşı nəticəsini verdi,
adları çəkilən təsərrüfatlar plan və öhdəliklərin yerinə
yetirilməsini təmin etməyə başladılar.
Yaxın illərin söhbətidir. Rayonun veteran üzümçülük
təsərrüfatlarından sayılan "Pravda" sovxozunda əmək inti -
zamı tez-tez pozulur, plantasiyaların məhsuldarlığı ildən-ilə
Sahib Sailov
262
azalırdı. Vəziyyəti diqqətlə öyrəndik. Götürqoydan sonra
həmin təsərrüfata S.Poqosyan direktor, M. Həmidov isə baş
aqronom təyin edildi. Kommunistlərin ümumi yığıncağı isə
S. Manvelyanı sovxoz partiya komitəsinin katibi seçdi.
Direktorluğun və partiya komitəsinin əlbir işi tezliklə öz
bəhrəsini verdi. Sovxozda əmək intizamı bərpa edildi.
"Pravda" sovxozu cari ildə dolu vurmasından ziyan çəksə də
dövlətə 7,4 min ton əvəzinə 11,5 min ton üzüm təhvil verdi.
Başqa bir misal. Keçən il üzümlüklərin becərilməsi
dövründə keçirilmiş reyd zamanı XXI partiya qurultayı adına
sovxozda quru budamanın keyfiyyətsiz aparıldığı, bir
barmaqlarının diqqətlə seçilmədiyi aşkar edildi. Bunun
səbəbi araşdırlarkən sovxoz rəhbərlərinin aqrotexnikadan
lazımınca baş çıxarmadıqları, qabaqcıl təcrübəni və elmin
nailiyyətlərini əməkçilər arasında təbliğ edə bilmədikləri
müəyyənləşdirilir. Rayon partiya komitəsi təsərrüfatın
rəhbərliyini təcrübəli mütəxəssislər hesabına möhkəmlətdi.
Gənc kommunist Z. Əkbərov sovxoza direktor təyin edildi.
Təsərrüfat başa vurduğumuz ildə emal müəssisələrinə 5.8
min ton üzüm göndərib planı 210 faiz ödədi.
İşimizin əsas meyarı səmərəlilikdir. Rayon partiya
komitəsi öz fəaliyyətinin bütün sahələrində bu meyarı əsas
götürür. Qərar çıxaranda, icranı yoxlayanda, hətta gənc və
perspektivli kadrları irəli çəkəndə, onların tərbiyəsi ilə
məşğul olanda da bu mühüm cəhəti əsas tuturuq.
Qəbul edilmiş qərarların icrasına nəzarət səmərəlilik üçün
vacib şərtdir. Rayonun bütün ilk partiya təşkilatlarında,
kolxoz və sovxozlarında, idarə və müəssisələrində "qərar icra
Zəkanın gücü
263
üçündür!" şüarı qanun şəklini almışdır. Bu da hamıdan əvvəl
istehsalatın avanqard qüvvəsi olan kommunistlərin, təsər -
rüfat, idarə və müəssisə rəhbərlərinin şəxsi məsuliyyət hissini
artırmağa kömək edir. Adamlar başa düşürlər ki, qəbul
edilmiş bu və ya digər qərarın icrasına biganə qalmamalı,
bunların müvəffəqiyyətlə həyata keçirilməsindən ötrü qüvvə
və bacarıqlarını sərf etməlidirlər.
Lenin adına və "Bakı" kolxozlarının sabiq rəhbərləri
tənqiddən nəticə çıxarmır, başçılıq etdikləri təsərrüfatlarda
taxılçılığı və heyvandarlığı inkişaf etdirmək üçün təsirli
tədbirlər görə bilmirdilər. Həmin təsərrüfatlarda qəbul edilən
qərarların icrası təmin olunmurdu. Rayon partiya komitəsi
məsələyə qarışdı. Hər iki təsərrüfatda rəhbərlik möhkəm -
ləndirildi, ilk partiya təşkilatlarının hazırlanan tədbirlərin
səmərəsinə nəzarəti gücləndirildi. İndi həmin kolxozda
vəziyyət yaxşıdır.
İnqilab dahisi V. İ. Lenin deyirdi: "Adamları yoxlamaq
və işin həqiqətdə icra olunmasını yoxlamaq indi bütün
işin, bütün siyasətin əsl mahiyyəti bundan ibarətdir və
yalnız bundan ibarətdir". Biz böyük rəhbərin bu müdrik
prinsipini daim əldə rəhbər tutur, qərarla icranın sıx vəhdətini
qarşıya qoyulan vəzifələrin həlli üçün təminat hesab edirik.
– İndi ki, söhbət səmərəlilikdən düşdü, bu baxımdan
sosializm yarışının təşkili sahəsindəki təcrübəniz haqqında
nə deyə bilərsiniz?
- Sosializm yarışı kütlələrin əmək yaradıcılığı məktəbidir.
Rayonumuzda təsərrüfatlararası, briqadalarası sosialist
öhdəliklərinin yerinə yetirilməsi partiya həmkarlar ittifaqı və
Sahib Sailov
264
komsomol nəzarəti altındadır.
Sosializm yarışının səfərbəredici, səmərələşdirici gücünü
Kalinin adına sovxozun cari ildə qazandığı nailiyyətlər bir
daha təsdiq edir. "Pravda" sovxozunun əməkçiləri ilə yarışa
qoşulan həmin təsərrüfatın üzümçüləri qarşılıqlı təcrübənin
tətbiqi, mineral və üzvi gübrələrdən səmərəli istifadə yolu ilə
11,3 min ton əvəzinə 21,3 min ton yüksək keyfiyyətli üzüm
topladılar.
Üzümçülərimizin qələbəsində onların cəlilabadlı həmkar -
ları ilə yarışı da mühüm rol oynayır, bu əmək bəhsləşməsi
zamanı hər bir kolxozçu, hər bir sovxoz fəhləsi daha
məhsuldar, səmərəli işləməyə çalışır, daha yüksək zirvələr
fəth etməyə can atır.
Şamaxı rayonunun əməkçiləri həmçinin qardaş Dağıstan
Muxtar Respublikasının Dərbənd rayonu zəhmətkeşləri
ilə də yarışırlar. Son iki ildə təşəkkül tapan bu dostluğun
yarışı müvəffəqiyyətlərimizin möhkəmlənməsinə böyük təsir
göstərmişdir. Biz şadıq ki, dərbəndli dostlarımızla cari ildə
dövlətə 63 min ton üzüm sataraq öz sosialist öhdəliklərinə
ləyaqətlə əməl etmişlər.
- Cari işləriniz nədən ibarətdir?
- Səmərəlilik və keyfiyyət beşilliyinin birinci ilində kənd
təsərrüfatı sahəsində qazandığımız nailiyyətlər bizi əsla
arxayın sala bilməz. Rayon partiya komitəsini gələn ilin bol
və keyfiyyətli məhsulu indidən ciddi düşündürür. Payızlıq
dənli bitkilər əkinini mütəşəkkilliklə başa çatdırdıq. Mal-
qaranın qışlamasını da yaxşı təşkil etmişik. Üzüm bağlarında
payız-qış becərməsi davam etdirilir.
Zəkanın gücü
265
Dostları ilə paylaş: |