"1976-1980-ci illərdə SSRİ xalq təsərrüfatı inkişafının
əsas istiqamətləri"ndə göstərilir ki, "Onuncu beşilliyin başlıca
vəzifəsi ictimai istehsalın dinamik və proporsional inkişaf
etdirilməsi, onun səmərəliliyinin yüksəldilməsi, elmi- texniki
tərəqqinin sürətləndirilməsi, əmək məhsuldarlığının artırıl -
ması, işin keyfiyyətinin hər vasitə ilə yaxşılaşdırılması əsa -
sında xalqın maddi və mədəni həyat səviyyəsini yüksəltməyə
dair Kommunist partiyasının xəttini ardıcıl həyata keçir -
məkdən ibarətdir". Bu vəzifəni həyata keçirmək üçün hər bir
sovet zəhmətkeşi böyük səy göstərməli, dövlət planlarını və
sosialist öhdəliklərini şərəflə yerinə yetirməlidir. Biz yaxşı
bilir ki, qabaqcıl təcrübə və elmilik müəyyən olunmuş, əlavə
götürülmüş sosialist öhdəliyinin mütərəqqi üsullarla yerinə
yetirilməsinə kömək göstərir. Bu iki amil təkcə kəmiyyət
göstəricisinin deyil, keyfiyyət göstəricisinin də yüksəldil -
məsinə təsir edir. Rayon partiya komitəsi Sov. İKP XXV
qurultayının qərarlarını ləyaqətlə yerinə yetirmək üçün sosial-
izm yarışının böyük təsir gücünə, qabaqcıl təcrübənin
üstünlüklərinə arxalanır.
Rayon partiya komitəsi və ilk partiya təşkilatları sosializm
yarışının genişləndirilməsini həmişə diqqət mərkəzində
saxlayır, bu sahədə liberalizmə, arxayınçılığa yol vermirlər.
Yarışın yekunları rayon partiya komitəsinin bürosunda və ilk
partiya təşkilatlarının yığıncaqlarında müzakirə olunur.
Rayon partiya komitəsi və ilk partiya təşkilatları ictimai
istehsalın səmərəliliyini artırmaq, istehsal edilən məhsulun
keyfiyyətini yaxşılaşdırmaq məsələləri ilə müntəzəm məşğul
olur. Bu keyfiyyətsiz iş görülməsinin, zay məhsul istehsal
edilməsinin qarşısını vaxtında alır, günahkarları lazımi qay-
Zəkanın gücü
255
dada cəzalandırırıq.
Təsərrüfatın əsas sahələrindən biri də heyvandarlıqdır. Son
vaxtlar rayonda ictimai heyvandarlığın inkişafına, mal-
qaranın və quşların sayının daha da artırılmasına, məhsul -
darlığın yüksəldilməsinə yaxından fikir verilir. Rayon partiya
komitəsi Sov. İKP XXV qurultayının tələblərinə uyğun
olaraq heyvandarlığın bütün sahələrinin ahəngdar inkişaf
etdirilməsi üçün tədbirlər görmüş, fermalara rəhbərliyi
ixtisaslı kadrlarla möhkəmləndirmişdir. Belə bir faktı qeyd
etmək istəyirəm ki, ferma və briqadalarda partiya qruplarının
sayı 18-dən 32-yə çatdırılmışdır. Rayonun heyvandarları
arasında sosializm yarışı geniş vüsət almışdır. Bir zaman hər
inəkdən 1.000 kiloqram süd sağmaq problem məsələ olduğu
halda, indi Lenin adına, M. Hüseynzadə adına, S. Ə. Şirvani
adına sovxozlarda, İliç adına, K. Marks adına kolxozlarda hər
inək və camışdan 2.500-3.000 kiloqram süd sağılır. Təkcə
Lenin adına kolxozun quşçuluq fermasının işçiləri ildə ölkəyə
1 milyon 300 min ədəddən artıq yumurta satırlar.
Partiya və hökumətimiz qabaqcıl heyvandarlarımızın
əməyini yüksək qiymətləndirir. K.Marks adına kolxozun
çobanı İsmi Cahangirov, "Komsomol" kolxozunun çobanı
Sanbaba Əliyev respublikanın əməkdar qoyunçusu, Lenin
adına sovxozun qaramal fermasının müdiri Əlim Babayev isə
respublikanın əməkdar heyvandarı yüksək fəxri adına layiq
görülmüşlər. Rayon partiya komitəsi qabaqcıl heyvandarlar-
dan Nikolay Muxinin, Faiq Sadayevin, Dursunxanım Fətulla -
yevanın, Marqarita Kasparovanın, Hökümə Ələkbərovanın,
Zinyət Qasımovanın, Anastasiya Kotovanın, Sürmə
Atababayevanın, Xannənə Kərimovanın və başqalarının iş
Sahib Sailov
256
təcrübəsinin ümumiləşdirilib yayılması ilə əməli tədbirlər
görmüşdür.
Müvəffəqiyyətlərimiz artdıqda təsərrüfatın dərindən ixti -
saslaşması üçün daha geniş imkanlar açılır. İxtisaslaşma
səmərəsi təsərrüfata rəhbərlik sahəsində rayon partiya
təşkilatının gündəlik fəaliyyətinə çevrilir. Bu cəhətdən
"Təsərrüfatlararası kooperasiya əsasında kənd təsərrüfatı
istehsalının ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini
daha da inkişaf etdirmək haqqında" Sov. İKP MK qərarının
bizə çox böyük köməyi vardır. İndi rayonda təsərrüfatlararası
südçülük birliyi fəaliyyət göstərir. Rayonda təsərrüfatlararası
qoyunçuluq və quşçuluq birlikləri də yaxın vaxtlarda
istifadəyə veriləcəkdir. Ümumiyyətlə, beşilliyin sonunadək
rayon süd istehsalı 10 min tona, yumurta istehsalı 7,5-8 mi-
lyon ədədə, yun istehsalı 340-350 tona çatdırılacaqdır.
Mal-qaranın sürətli inkişafında möhkəm yem bazası
yaradılmasının böyük əhəmiyyəti vardır. Bunu nəzərə alan
İliç adına kolxozun üzvləri iki illik yem bazası yaratmaq
haqqında rayonun bütün təsərrüfatlarına müraciət qəbul
etmişlər. Rayon partiya komitəsi həmin kolxozun təşəb -
büsünü bəyənmişdir. Müraciətə qoşulan kolxoz və sovxozlar
bu il rayonda il yarımlıq yem ehtiyatı toplamışlar. Başqa cür
desək, bu il Şamaxı rayonunda 80 min tondan çox qaba yem,
20 min tondan artıq şirəli yem tədarük olunmuşdur. İlk par-
tiya təşkilatları heyvandarların mədəni-məişət şəraitini
yaxşılaşdırmaq, onları maddi və mənəvi cəhətdən həvəslən -
dirmək, komsomolçu-gənclərin fermalara komsomol put -
yovkası ilə işə getməsini təmin etmək məqsədi ilə çox iş
görmüşlər.
Zəkanın gücü
257
Dostları ilə paylaş: |