33. Sonra da Heydər Əliyev gəldi?
34. Hə…
35. Deyirlər, Heydər Əliyev seçiləndə böyük sensasiya,
səs-küy olub…
36. Düz deyil. Mən həmin iclasda idim. Heç bir söz-söhbət
olmadı. Heydər Əliyev onda DTK-nın sədri idi. Onu seçməyə
Sov. İKP MK-dan Kapitanov gəlmişdi. Hamı lehinə səs verdi.
Bircə nəfər o iclasda sual verib,vəssalam.
37. Təzə birinci katibin sizi öz kadrları ilə əvəzləmək
fikrini duymamışdınız ki?
38. Yox, onda mənim Qasım İsmayılovda işlərim yaxşı
gedirdi. Çox işlərin Nazirlər Sovetində təsdiq olunmasını
gözləməyə hövsələm çatmırdı. Hətta bir dəfə Şamil Rasim -
zadə büroda Əliyevə şikayətləndi: "Sailov partizanlıq edir.
Bizdən xəbərsiz orada artezian quyuları qazdırıb". Mən də
Əliyevə dedim: "O quyuları özüm üçün qazandırmamışam
ki?... Camaatı susuzluqdan qurtarmışıq". 1974-cü ildə Heydər
Əliyev məni çağırdı. Dedi ki, səni Şamaxıya birinci katib
göndərirəm. Amma mən ora getmək istəmirdim.
39. Nəyə görə? Təhlükəni əvvəlcədən duymuşdunuz?
40. Yox, sadəcə olaraq, pambıqçılığa bağlanmışdım. Artıq
bu sahəyə bələd idim. Amma Heydər Əliyev təkid etdi, mən
də razılaşıb Şamaxıya birinci katib gəldim.
41. Həyatınızı alt-üst edən bütün qovğalar da burdan
başlandı. Bu rayonda Sizi həbs etdilər…Yox.
Sahib Sailov
274
MƏNİ HEYDƏR ƏLİYEV
ARXAYINLAŞDIRDI
9 il, 9 ay, 28 gün həbsxanada yatan Şamaxının keçmiş bir-
inci katibi Sahib Sailov bütün həyatını "Bu gün"ə danışdı.
– Əvvəla, məni həbs etməyiblər. Həbs edilməyimdən beş
ay əvvəl avqustun 13-də rayon komitəsinin birinci katibi
vəzifəsindən azad edildim. Mən rayonda işlədiyim vaxtda beş
ay Respublika Prokurorluğunun yoxlama briqadası iş
aparırdı: 1977-ci ilin dekabrında mənim partiyaya mənsubiy -
yətimi və deputatlıq səlahiyyətlərimi əlimdən aldılar. Bu
dövrdə rayonda aparılan yoxlamanın heç bir nəticəsiylə məni
tanış etməmişdilər. Lakin mühakimə olunandan sonra cəzamı
ağırlaşdırmaq üçün respublika prokurorluğunun göstərişi ilə
rayon təsərrüfatlarında əlavə yoxlamalar keçirilib. Mənə
aidiyyatı olan bir şey tapmadıqlarına görə, təkrar mühakimə
baş tutmadı.
- Yaxşı, bəs çətin il necə gəldi? Karyerası günbəgün
yüksələn bir adamı necə girdaba saldılar.
- (Bir qədər fikirləşəndən sonra) Bilirsiniz, mən heç vaxt
belə şeyi ağlıma gətirmirdim. Çünki özüm sarıdan tam
arxayın idim. Mənim həyat yolum, hər şeyi işimə qurban
verməyim xeyli arxayınlıq yaratmışdı. İşlədiyim müddət
ərzində əldə etdiyim bütün nailiyyətlər mənə əsas verirdi ki,
bunu heç ağlımdan da keçirməyim. İşlədiyim müddətdə iki
dəyə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər mükafat-
lar almışdım.
- Bəs, "Şamaxı faciəsi" necə baş verdi?
Zəkanın gücü
275
- Necə baş verdi deyəndə ki, bilirsiniz, mənim ən böyük
səhvlərimdən biri də özümdən yuxarı vəzifəlilərlə hesablaş -
mamağım olub. Onların əmrinə, hətta işə ziyan vuran
xahişlərinə də baxmırdım. Bax, elə o Şamaxı sindromu da
"həmin sözə baxmazlığım"ın nəticəsi idi.
- O zaman Heydər Əliyevlə də münaqişəniz olmuşdu?
- Yox, heç zaman. Mən təxminən 8 il onunla bir yerdə
işləmişəm. Həmin vaxt ərzində də bir dəfə də olsun, kiçik in-
cikliyimiz belə düşməyib. Əksinə, Heydər Əliyev mənə xü-
susi qayğı göstərirdi.
- Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətə gəlməyinin
ilk ilində çox kadr dəyişikliyi etmişdi? Təxminən neçə faiz
kadrı təzələmişdi?
- Təxminən hesablamamışam. Amma dəyişiklik aparmış -
dı.
- Dediniz, "Şamaxı faciəsi"nə səbəb sizin yüksək post
sahiblərinə itaət etməyiniz olub. Kim idi o şəxslər?
- Ümumiyyətlə, mənim başıma gətirilən bütün oyunlar beş
nəfərin koalisiyasının "məhsulu"dur. Mərkəzi Komitənin
təşkilat partiya orqanları şöbəsinin müdiri İsmayıl Əsgərov,
respublikanın baş prokuroru Abbas Zamanov, əslən
şamaxılı olan Dövlət Plan Komitəsinin sədri Bakı Partiya
Komitəsinin birinci katibi Abdulla Qədirov, Əzizbəyov
RPK-nin birinci katibi Niyazi Nəcəfov, DTK-nın sədri Vi-
tali Krasilnikov və Şamaxı rayon DTK-nın nümayəndəsi
Oqtay Mansurov - həyatımın çilik-çilik olmasının
baiskarı bu adamlar idilər.
- Axı siz onlara nə eləmişdiniz?
Sahib Sailov
276
- Baş prokuror Abbas Zamanovun ən yaxın qohumu Fəridə
İsgəndərova S. Ə. Şirvani adına sovxozun direktoru idi. Mən
onu partiyadan xaric edib sənədlərini də inzibati orqanlara
təqdim etmişdim.
- Bəs İsmayıl Əsgərovla hansı konfliktiniz olmuşdu?
- İsmayıl Əsgərovun da yaxın dostu olan, onun sayəsində
də mənsəbə çatan Göylər kolxozunun sədri Canməmməd
Rəhimovu da işdən çıxarmışdım. Onu Şamaxıdakı gölə
müdir qoymuşdum. Hətta Canməmməd Rəhimovu işdən
çıxaranda məni hədələdi də. Dedi: "Bu sənə baha başa
gələcək". Bax, əsas konfliktimiz bu məsələnin üstündə
düşmüşdü. Əgər mənimlə mübarizəyə İsmayıl Əsgərov
qoşulmasaydı, o birilər heç nə edə bilməzdi. O zaman
Əsgərovun kəsdiyi başa sorğu-sual yox idi. MK onun əlində
idi.
- Bilirsiniz ki, bu adamların arxaları yüksək instansiyalara
bağlıdır. Niyə hesablaşmadınız?
Bilirsiniz, hesablaşmaq nisbi xarakter daşıyır. Biri var,
səndən nəyisə xahiş edələr, bir də var, əmr edələr, həm də
mən gördüyüm işlərə, Heydər Əliyevə arxayın idim. Belə
güman edirdim ki, o adamlara imkan verməz.
-Hadisələr necə başladı?
- Hər şey mən Çexoslovakiyada istirahət edərkən
başlamışdı. Mən istirahətə gedəndən üç gün sonra prokuror-
luq yoxlama başlayıb. Şükür Rzayevin başçılığı ilə böyük
bir komissiya rayonda yoxlama aparırdı. Rayon
prokurorluğunda komissiya işləyərkən prokuror Yəhya
Ələkbərovun seyfindən üzərində mənim dərkənarım olan
Zəkanın gücü
277
Dostları ilə paylaş: |