Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə81/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   77   78   79   80   81   82   83   84   ...   103

qulaq asmışam, gələcəyinizə böyük ümidlər bəsləmişəm.

Əlbəttə, Sizin bacarığınız İmam Mustafayev, Vəli Axun-

dov və Heydər Əliyev kimi katiblərin və görkəmli şəxsiyyət -

lərin nəzərindən yayınmazdı.

Siz respublikada sayılıb seçilən katiblərdən idiniz. Özüm

şahidəm: 1976-cı ildə Şamaxıda, Mədəniyyət sarayında 300

nəfərin iştirakı ilə keçirilən iclasda Azərbaycan KP MK-nın

birinci katibi Heydər Əliyev sizin və rayon zəhmətkeşlərinin

ünvanına nə qədər xoş sözlər söylədi. Siz Heydər Əliyevin

tam rəğbətini qazanmışdınız.

Sahib  müəllim,  sizin  kitabı  oxuduqca  keçmiş  həyatım

yadıma  düşür  və  bu  qənaətə  gəlirəm  ki,  paxıllıq,  gözü

götürməzlik hər sahədə var imiş.

Mən  sizi,  Şamaxıda  işlədiyiniz  zaman  daha  yaxından

tanıdım,  bacarığınızı,  dostluğunuzu  və  insanpərvəliyinizi

gördüm: üzüm yığımının qızğın vaxtı idi və onu daşımaq

üçün  200-300  maşın  tələb  etmişdiniz.  Bizim  maşınların

işindən narazı idiniz, MK-ya da şikayət etmişdiniz. Nazirimiz

M. Babayev məni çağırıb dedi ki, MK-nın birinci katibi H.

Əliyev Şamaxıya gedəcək, sən get, o maşınlara rəhbərlik et

və gör Sahib müəllimi razı sala bilərsənmi ki, bizdən çox

şikayət etməsin ( çox sağ olun ki, şikayət də etmədiniz).

Siz məni çox yaxşı qəbul etdiniz və dediniz ki, 10-15 gün

qalım, maşınlar yaxşı işləsin.

Heydər Əliyev gəldi, sahələri gəzdiniz, sonra iclas keçir-

diniz. Siz çox əhatəli çıxış etdiniz və yadımdadır, deyəndə

ki,  yoldaş  Əliyev,  Şamaxıya  gəlişiniz  münasibətilə  yeni

öhdəlik  götürüb  əlavə  15  min  ton  üzüm  verəcəyik,  hamı



Zəkanın gücü

307


ayağa qalxıb alqışladı. Heydər Əliyev çıxış edərək razılığını

bildirdi.

Heydər Əliyevin apardığı bir çox iclaslarda, rayon-larda

keçirdiyi  büro  iclaslarında  (Bərdə,  Kürdəmir,  Cə-lilabad,

Sabirabad və s.) iştirak etmişəm. Dünyagörüşü yüksək olan,

tələbkar və hər şeyi yaxşı ayırd edən bir rəhbər idi. Mən onun

iş metodundan çox faydalanmışam.

Kitabda adlarını çəkib haqqında danışdığınız adamların

bir çoxu ilə mən də tanış idim. İ.Mustafayev və V. Axundovla

görüşlərimiz olub. Sonralar V. Axundovla o direktor işlədiyi

mikrobiologiya institutunda görüşüb söhbət etmişəm. Çox

mədəni, savadlı adam idi.

Professor M. Muradxanov (mənə dərs demişdi), həkim

Fər rux  İsmayılov,  polkovnik  Hamlet  Hüseynov,  Əlağa

Hüseynov…

Dəyərli insanları xatırladığınız və yüksək qiymətlən dir -

diyiniz üçün çox sağ olun. Sağ olun ki, mənim də gəncliyimi,

o əlçatmaz günləri yadıma saldınız.

Sahib müəllim, yenə də deyirəm çox sağ olun, Siz mənim

də cavanlığımı, həyatımı yadıma saldınız. Sizə minnətdaram.

Kitabda yaxşı adamları yada salmısınız və onları yaxşı qiy -

mət ləndirmisiniz.

Allahdan Sizə uzun ömür, övladlarınıza xoşbəxtlik istə -

yirəm.


Böyük hörmətlə:

Baxış Əli oğlu Həsənov

May, 2004-cü il

Sahib Sailov

308


AĞCƏBƏDİ RAYONUNDAN

ƏHMƏD MƏMMƏDOVUN YAZDIĞI

MARAQLI  BİR MƏKTUBU OXUCU

MARAĞI ÜÇÜN VERMƏYİ 

MƏSLƏHƏT BİLDİM

Pirverdiyev öz ifadəsində göstərir ki, Məmmədov Əhmə -

din qızı Məmmədova Mahirənin məktəbə qəbul olunması

üçün  tapşırmışam.  Bununla  əlaqədar  olaraq  Məmmədov

Əhməd Bayram oğlunun mənə ünvanladığı məktubu olduğu

kimi verirəm.

"Savadının, biliyinin, fərasətinin, yüksək qabiliyyətinin,

zirəkliyinin, dövrəsində hamıdan çox-çox üstün olan ağlının

qurbanı olan, vurğunu olduğum, başı bəlalar çəkmiş Sahib

müəllimə salam.

Biz  bir  yerdə  işləməmişik,  yaxından  dostluğumuz  da

olmayıb, ancaq mən sizin azarkeşiniz olmuşam. Sizin bütün

ölkəyə  (SSRİ)  səs  salan  işiniz,  əməyiniz,  ad-  sanınızla

fərəhlənir, fəxr edirdim. Mənim sizə qarşı olan istəklərimdən

sizin xəbəriniz yox idi. Sadəcə olaraq mən Sizə respublikada

olan birinci katiblərin ulduzu kimi balet edirdim.

Respublikada hamıdan savadlı və bacarıqlı bildiyim böyük

bir  şəxsiyyətlə  zaman  məni  məhkəmə  zalında  üz-üzə

əyləşdirdi.

O vaxt şok halına düşdüm, sarsıldım, insanlara inamım

azaldı. Sizi müttəhim kürsüsündə görəndə zal başıma fırlandı,

sandım ki, dünyanın sonudur.



Zəkanın gücü

309


İçimdə saysız-hesabsız suallar yarandı.

1. Bu niyə belə oldu?

2. Sailov müttəhimlər kürsüsündə oturandan sonra davam

edəcəkmi?

3. Sailova niyə heyifləri gəlmədi?

4. Bu boyda haqsızlığı, bu boyda ədalətsizliyi, bu boyda

günahı niyə tutdular?

5. Ziyanı, nuru niyə söndürmək istəyirlər?

6. Sailovu özlərinə güclü rərib hesab edənlər Allahdan niyə

qorxmurlar?.... (Sualların sayı çoxdur, cavablar da “Ömrün

səhifələri”ndə). 

Mənə  bagışladığınız  "Ömrün  səhifələri"  əsərində  dar

günün dostu olan insanlardan yazmısınız, əhsən bu cür dost-

lara və belə dostları qazanan Sizə.

Adını çəkdiyim tarixi əsərinizi göz yaşı tökmədən oxumaq

mümkün deyil.

Qondarma  məhkəmə  zalında  söylədiyiniz  son  söz  elm

ocaqlarında araşdırmalı böyük bir əsərdir.

İnanmıram  ki,  o  vaxt  məhkəmə  zalındakı  hakimlər,

ittihamçılar belə məntiqi, dərin mənalı, tutarlı, mən deyərdim

ki, rəqiblərə, bədxahlara, sifarişçilərə öldürücü zərbə olan bu

söyləmədən baş açaydılar. Bu elə qüvvəli bir deyimdir ki,

ancaq Sailov kimilərinin beyninin məhsulu ola bilər.

Qismən də olsa içimdə bir rahatlıq hiss edirəm. Niyə?

İşlədiyim Ağdam rayonunun yemçilik müəssisəsi yerləşən

"Ergi" ərazisində mərhum Vəliyəddin Məmmədov (unudul-

maz əziz insan) rəis olduğu islah əmək düşərgəsində, sizin

üzünüzə durub yalan ifadələr verən Ceyhun Pirverdiyev də

(Pir ona qənim olsun) cəza çəkirdi. İçimdə olan yanğıya görə,

Sahib Sailov

310



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə