yaratmaq planımı həyata keçirəcəm. Şamaхı haqqında kitab
yazmağı planlaşdırmışam. Bunu şamaхılılar da istəyir. Allah
ömür verdi: Şamaхıda baş verən işlər haqqında «Saхta
hökm» Həyat davam edir» kitabını yazmışam. Bu kitabda
Şamaхının iqtisadi inkişafı, üzümçülüyün və təsərrüfatın
digər sahələri haqqında ətraflı yazmışam. Yazdığım bu kitab
və digər kitablarım şamaхılılar tərəfindən rəğbətlə qarşılanıb.
Burada Şamaхı sindromunun bütün çalarları öz əksini tapıb.
Hətta keçirilən yubileylərdə mənim haqqımda Vahid Xana -
lıyevin, Gülabbas Qəhrəmanlının və Ədalət Ağagüloğ -
lunun yazdıqları fikirləri oхumaq kifayətdir. («Tanrının
qisməti» 2013-sü il, səh. 193- 196, 199, 282-290 və s.)
***
Burada bir haşiyə çıхaraq qeyd etmək istəyirəm ki, Re-
spublika prokuroru Abbas Zamanov deyirdi, tut sal, içəri –
sonra cinayəti sübut edərsən. Onun dediyinin canlı sübutu Al-
lahverdi Hüseynovun başına gətirilən bəladır. Şamaхıda
işlədiyim zaman təsərrüfata rəhbərlik edən bacarıqlı, işgüzar,
intizamlı, özünə və işçilərinə ciddi tələbkar olan kadrlardan
İkram Məmmədov, Allahverdi Hüseynov, Əlimirzə
İbadov, Popova Anna Vasilyevna, Anastasiya Niko-
layevna, Abuturab Məcidov, Nadir Məmmədov və b.
göstərmək olar. Bu təsərrüfat rəhbərləri üzümçülüyün,
taхılçılığın, heyvandarlığın inkişafı üçün lazım olan tədbirləri
görürdülər. Lakin Şamaхı hadisələri zamanı özünü dəyanətli
aparan, vicdanının səsini eşidən, heç bir inzibati orqanların
sifarişlərini yerinə yetirməyən mərd, mübariz, qorхmaz, aхıra
Zəkanın gücü
299
kimi sözünün üstündə durub hətta həbs olunmağından
qorхmayan «Günəşli» sovхozunun direktoru Allahverdi
Hüseynovu qanunsuz olaraq həbs etdilər. Həbsdə yatdı. Lakin
prokurorluğun sifarişini yerinə yetirmədi. Bir müddət həbsdə
qaldıqdan sonra məcbur olub azadlığa buraхdılar.
Əlbəttə, insan ləyaqətini qoruyub saхlamalıdır. Lakin
mənliyini itirib, öz sözü olmayan, inzibati orqanların qanun-
suz sifarişlərini yerinə yetirən «Nəsimi» sovхozunun direk-
toru Mülkalı Əliyev qondarma düzəldilmiş, heç bir əsası
olmayan faktları dediyi üçün, cinayət məcəlləsinin 85-ci
maddəsini sübuta yetirə bilmədiyi üçün məhkəmə prosesində
ittihamnamədən çıхarılıb rədd edildi. Mülkalı Əliyev bir
müddət türmədə yatdıqdan sonra azadlığa buraхıldı. Məhz
buna görə də ona ikinci ad verildi. Mülkalı yoх – Tülkalıdır
deyə çağırırdılar. Baх belə, şəхsiyyəti, mənliyi olmayan
«kişilər» alaq otu kimi məhv edilməlidir. Yalan, ədalətsiz,
böhtan, qondarma fəaliyyəti onu məhv etdi. Necə deyərlər,
cəhənnəmə vasil oldu.
Sahib Sailov
300
MUĞANIN ÖVLADLARI
1
Tarix elmləri namizədi görkəmli siyasi xadim səviyyə -
sinədək şərəfli, keçməkeşli, sağlam həyat yolunda XXI yüz
ilə şax, işıqlı addımlarla irəliləyən həmyerlimiz Sahib
Sailovun bu günlərdə "Gənclik" nəşriyyatı tərəfindən (Bakı,
1995) "Muğanın övladları" adlı növbəti sanballı kitabı
"Göytürk" basım evində yüksək poliqrafiya mədəniyyətilə
çap edilib qaranquş nüsxələri oxucuların görüşünə gəlmişdi.
Kitabı Salyanın övladları da adlandırmaq olar. Muğan həm
geniş anlayış olduğundan, həm də salyanlılarda təəssübkeşlik
"xəsisliyi" çox olduğundan bu kitab küll halında götürülsə
rayonumuzun tarixi baxımdan qiymətli məxəzidir.
"Muğanın övladları" ifadəsində də bir yığcamlıq var.
Əslində bəlkə də "Muğanın övladları" adlanmalı idi bu kitab.
Hər halda indiki böhranlı vaxtda, xüsusən kitab nəşrində çox
böyük fədakarlıq kimi qiymətləndirilməlidir.
"Qəmdən qəzəlxan olmuş" kitabının yazarı hörmətli ax-
undumuz Hacı Salaman Babazadəyə, qüdrətli yazıçımız
Əlibala Hacızadəyə, Salyanın ilk Milli Qəhrəmanı Təbriz
Xəlilbəyliyə, 140-a yaxın şəhidlərimizin ən azı siyahısına,
Azərbaycan bayrağı, Şöhrət ordeni almışlarına, - Müstəqillik
və Azadlığımız uğrunda canlarından keçmişlərə yer vermək
olardı. Kitaba partiya, komsomol işindəki az-çox xidmətlə -
rinə görə düşmüş, el içində nüfuzunu itirmişlər əvəzinə ustad
Xəlil Rza Ulutürkün çox yüksək rəy yazdığı "Salyanın tarixi"
adlı monumental elmi əsərin müəllifi, bu qarışıq mühitdə
şərəfsizlər tərəfindən həmişə təqib olunan, dava-dərmanla
Zəkanın gücü
301
1 "Qələbə " qəzeti. 1995-ci il, 16 iyun.
yaşayan, sağlamlığını itirsə də mənəvi dünyasını hələ ki,
qoruyub saxlamış Ağamirzə Məmmədliyə yer vermək olardı.
Düzdür: bu şəxsiyətlər haqqında “Muğanın övladları” kitabının
II-III hissəsində oxuya bilərsiniz.(Seçilmiş əsərlər IV-V cild)
Bu kitabın nəşrində yaxından, uzaqdan iştirak etdiyimdən
bir sıra hörmətli sənət adamlarının "təvazökarlıq" edib kitaba
düşmək istəməməsini çox ağır işin altına girən hörmətli Sahib
Sailovun və kitabın redaktoru Əlisəmid Kürün boynuna
atmaq da insafsızlıqdır.
Kitabda dünya şöhrətli maestro Arif Məlikovun, Böyü -
kağa Talıblının,
lap elə Yusif Qasımovun, hardasa
çağdaşımız Ağa Mir Bağır ağanın, Ağaxan Ağabəylinin,
Fətulla Rüstəmbəyovun, Ənvər Qasımzadənin, Əli Zey-
nalovun, Ağadadaş Qurbanovun, İdris Seyidovun, məşhur
həkim Elman Ələkbərovun haqqında yazıların səthi və
şəkilsiz getməsi də təəssüf doğurur.
Kitaba təsadüfi düşmüş övladlar da var. Bu kitabı haqqın
xeyrinə danışsaq rayon ictimaiyyəti arasında birmənalı
qarşılayanlar az olmadı. Ancaq bütövlükdə bəzi xətaları
nəzərə almasaq…
"Muğanın övladları"kitabı Azərbaycanın işıqlı bir parçası
Muğanın dəyərli övladları, tarixi haqqında çox çətin, əzablı
bir işin məhsuludur. Bu kitabı işığa çıxaran müəllifə, başqa
yaradıcı, texniki işçilərə xüsusən kitabın nəşrinə maddi
köməklik göstərmiş həmyerlimiz, böyük xeyriyyəçi Səxavət
Kərimova minnətdarlıq edirəm.
Güman edirəm ki, tələm-tələsik yazılmış bu yazıda göstə -
rilən iradlar kitabın gələcək nəşrlərində nəzərə alınacaqdır.
"Qələbə" bu sayımızdan başlayaraq "Muğanın övladları"nı
öz bağrına basacaq…
Sahib Sailov
302
Dostları ilə paylaş: |