Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə80/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   76   77   78   79   80   81   82   83   ...   103

MUĞANIN ÖVLADLARI

1

"Muğanın övladları"nın ikinci kitabı işığa çıxmaq ərəfə -

sindədir. İstər birinci, istərsə də, eyni adlı kitabın tərtibçisi və

yazarı  Muğanın  qüdrətli  övladı,  parlaq  şəxsiyyətilə,  alim

zəkasıyla öyündüyümüz tarix elmləri namizədi Sahib Sailov,

ön  söz  müəllifi  pedaqoji  elmlər  doktoru,  professor  Əjdər

Ağayevdir. Çox ağır elmi filoloji, tarixi əməyin məhsulu kimi

ərsəyə gələn bu kitabda qədim Muğan torpağının müxtəlif

sahələrində  şərəfli  həyat  yolu  keçən  övladları  haqqında

məlumatlanmaq mümkündür. XIX yüzilliyin axırlarından XX

əsrin sonuna kimi yüz illərdən artıq tarixi anlarda yaşayıb

yaratmış, müasirlərimizə kimi parlaq şəxsiyyətlər toplusunun

davamıdır "Muğanın övladarı!"

İlk  Qafqaz  şeyxülislamı  Əbdülsalam  Axundzadə,

Muğan da ilk ədəbi dərnəyin yaradıcısı Miskin Nağı, Tofiq,

Fətulla, Baxış, Şahbaz qardaşları kimi övladlar bəxş eləmiş

Rüstəmbəyovlar  sülaləsi  barədə  məlumat  əldə  etmək

mümkün  olur.  Bu  qardaşlardan  Azərbaycanda  ilk  caz

musiqisi yaradıcısı sayılan, 29 yaşında qətlə yetirilən Pərviz



bəy Rüstəmbəyov haqqında geniş yazılar gedir. Biz birinci

kitabda akademik Ramiz Qurbanov haqqında oxumuşuqsa,

ikinci kitabda "xalq düşməni" ata - 37 qaraguruhunun qurbanı

Seyfulla Qurbanov haqqında məlumat əldə edirik.

Maraqlısı  budur  ki,  Salyanda  məhşur  Muradxanovlar

ailəsinin  daha  bir  neçə  nümayəndəsi  haqqında  II  kitabda

gedən  məlumat  bu  nəslin  görkəmli  övladları  barədə



Zəkanın gücü

303

                                                      

"Qələbə " qəzeti. 1995-ci il, 16 iyun.


təsəvvürümüzü zənginləşdirir. Texnika elmləri doktoru pro-

fessor  Hüseynağa  Muradxanovla yanaşı,  onun  qızı,

Azərbaycanın ilk memar qadını, Çexoslavakiyada bu sahədə

doktorluq dissertasiyası müdafiə etməyə imkanı olmuş Turan

xanım  Muradxanova  barədə  qənaətləndirici,  maraqlı

məlumat verilmiş, Salyanda mərdlik, mərdanəlik səhifəsində

kişi  anlayışını  doğrultmuş,  yumruğu  boyda  möhürləri

kəlpeyserlərin  başında  sındıran,  bəzən  yumruğu  açılanda

beşqanad  yabaya  oxşayan  Rəhim  Rəhimov,  uzun  illər

Muğanda  məsul  işlərdə  işləmiş  tarix  elmləri  namizədi



Qəzənfər Hümmətov, hələ əlinin istisi əlimizdən getməmiş

milis polkovniki Pirverdi Məhərrəmov, hüquqşünas Sabir



Rəzzəqov, Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşov,

Vətən müharibəsi qəhrəmanı Təbriz Xəlilbəyli, 20 yanvar

şəhidi Elçin İmanov bu kitabda göynək yerimizdir.

Birinci kitabda Azərbaycan hərbi sənətinə qüdrətli övlad-

lar  vermiş  Hüseynovlar  ailəsinin  görkəmli  nümayəndəsi,

hazırda  respublika  hərbi  komissarı  vəzifəsində  işləyən



Əlnağı Hüseynov kimi vətən övladı haqqında məlumatla

yetinirdiksə, bu kitabda bu nəslin daha görkəmli nümayən -

dələri  Əlnağı,  Hamlet,  Etibar  Hüseynovlar kimi  hərbi

xadimlərlə tanış oluruq. Bu qəbildən yüksək hərbi rütbəli

zabitlərdən  Elbrus,  Elxan,  Elman,  Telman  Orucov

qardaşları  haqqında  gedən  yazılar  müharibə  vəziyyətində

olan ölkəmizin indiki çağlarında oxucuda rəğbət doğurur.

Hələ işıq üzü görməyən, yalnız qaranquş nüsxəsilə, ilk

korrekturasıyla görüşdüyümüz çox böyük zəhmətin məhsulu

kimi ərsəyə gələn bu "gözəlin" eybini deməzdən əvvəl belə



Sahib Sailov

304


deyək ki, "Muğanın övladları"nın ikinci kitabı tarix elmləri

namizədi Sahib Sailovun doktorluq işi qədər şərəfli elmi

əməyin məhsuludur. Kitabın redaktorları professor Əjdər

Ağayev və  cəsur  naşirimiz  Əlsəmid  Kürdür.  Kitabın

rəyçiləri akademik Ramiz Qurbanov, tarix elmləri doktoru



Fəridə xanım Məmmədova və bu sətirlərin yazarıdır.

Güman  edirəm  ki,  Novruz  bayramına  kimi  Muğanın

övladlarının II kitabı dərdli günlərini yaşayan, qazsız, işıqsız

bölgəmizə və ölkəmizə mənəvi işıq, yaraşıq gətirəcək!



***

Artıq «Muğanın övladları» kitabının II-III hissələri

çap olunub oxucuların ixtiyarına verilmişdir. Bu kitabları

seçilmiş əsərlər IV-V cilidlərdə oxuya bilərsiniz.

Zəkanın gücü

305


HÖRMƏTLİ SAHİB MÜƏLLİM!

Yazdığınız "Saxta hökm" kitabını tamam oxudum, Sizi və

adlarını  çəkdiyiniz  adamların  çoxunu  bir  daha  yadıma

saldım, çox sağ olun, sizdən razı qaldım. Sizin kimi mən də

(Sizdən 2 yaş böyüyəm) müharibə illərində çox əziyyətlər

çəkmişəm, ancaq ona baxmayaraq məktəbi və istitutu əla

qiymətlərlə bitirərək dövlətimizə, xalqımıza vicdanla qulluq

etmişəm. Əfsuslar olsun ki, bu yaşımızda bizi yada salan yox-

dur.

Mən tikinti materiallarını, kənd təsərrüfatı məhsullarını



daşıyan birliklərin baş direktoru olmuşam. Respublikanın 35

rayonunda avtobaza, avtovağzal, yaşayış evi, yük avtomobili

stansiyası,  o cümlədən Salyanda 2709 №-li yeni yük avtoba -

zası  tikdirib,  istifadəyə  vermişəm,  şəhərdə  və  kəndlərdə

yüzlərlə avtobus marşrutları açmış, Salyanda 7 km uzunlu -

ğunda bənd çəkmişik.

Sahib müəllim, mən bütün ömrüm boyu, elə indi də gənc,

bacarıqlı  azərbaycanlı  ziyalılarla  fəxr  etmişəm.  İşimlə

əlaqədar çox rayonların I katiblərini tanıyırdım.

Siz Salyan Rayon Komsomol Komitəsinin, Astara, Qasım

İsmayılov və Şamaxı Rayon Partiya komitələrinin birinci kat-

ibi  işləmirsiniz.  Sonralar  rəhmətlik  qardaşım  Müzəffər

Həsənov Salyan rayonunda 10 il prokuror işləyəndə Sizin

haqqınızda ancaq yaxşı sözlər eşitmişəm.

Sizin səviyyəniz, əhatəli çıxışlarınız, savadınız, kənd təsər -

rüfatının bütün sahələrini yaxşı bilməyiniz, müvəffəqiy yət -

ləriniz həmişə məni cəlb edib və məmnuniyyətlə çıxışlarınıza

Sahib Sailov

306



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə