insanlıqdan kənar iş olsa da, orada ona çox əzablar, əziyyətlər
verdim, onun başına cürbəcür oyunlar açdım və açırdım.
Namərd adamın incidilməsi məncə günah deyil.
Sizə verilmiş cəzanın doğru olmadığını, bu işin qərəzli və
sifarişlə olduğunu milyonlarla insan bilir.
Sailovun pak adını insanların qəlbində kirləndirmək
olmaz! Saf bulaq suyu ləkə götürməz! Ədalətə, kinə, qərəzə,
yerliçiyə, qısasçılığa, haqsızlığa, namərdliyə ar olsun!
"Ömrün səhifələri" əsərinizdə öz adım əvəzinə 1941-1945-
ci il müharibəsində 24 yaşında həlak olmuş atam Bayramın
adının getməsi məni çox sevindirdi. Düzünü deyim ki, Sizin
kimi şəxsiyyətin kitabına adımın düşməsinə sevinərdim. Bu
cür daha da yaxşı: 24 yaşlı atanın 3 yaşlı yetimi qalmışam.
Atamı xatırlama-dığıma heyifsilənirəm. Atamın adının
yaşamaçı mənim üçün daha sevindiricidir.
Allahdan arzu edirəm sağlam olun, çox yaşayın, yazın,
yaradın, əsərlərinizdə adımızı oxuyaq.
Orada olanda Sizi qonaq dəvət etdim. Təbiidir ki, söhbəti
öz evimdə söyləmişəm. Uşaqlarımın (üzr istəyi-rəm) sonun-
cusu olan qızım Aidə təşvişlə dedi:
Elə böyük insanı biz necə qonaq edəcəyik, ona layiq süfrə
aça biləcəyikmi?
Bəlkə…
Dedim… firavan yaşamırıqsa da, yaraşıqlı, isti evimiz ol-
masa da isti qəlbimiz, istəyən ürəyimiz, halal çörəyimiz var.
Yolunuzu səbirsizliklə gözləyirik.
Dərin hörmətlə:
Əhməd Məmmədov
09/11- 2002
Zəkanın gücü
311
***
Mən bu məktubu oxuduqdan sonra mütləq Ağcabədiyə
qonaq getməyi özümə borc bildim. Günlərin birində Ağca -
bədiyə getdim. Məni xalqımıza xas olan çox yüksək səviy -
yədə qonaqpərvərliklə, mentalitetimizə uyğun olaraq qar şı -
la dılar. Bütün qohum-əqrəbası görüşə gəldi, qurbanlar
kəsildi. Mehriban insanların qayğısını heç vaxt unutma -
yacağam.
***
10 ildən sonra eşitdiyim bir faktı bəyan etmək istəyirəm.
Mən türmədən çıxdıqdan sonra Qasım İsmayılovdan çox
adamlar məni görməyə gəlmişdilər. Onlardan biri də Jdanov
koxozunun sədri işləmiş Manya İsayeva idi. O, çəkinə-
çəkinə: xəcalət çəkirəm, deyib sözə başladı. Sizin üstünüzdə
mənə zülm etdilər, aylarla xəstə yatmışam. Məni prokuror
Şükür Rzayev çağırıb dindirdi. Mənə aid olmayan yersiz su-
allara cavab verməyi təkid etdi. Qarşıma kağız qoyub,
Sailovla olan münasibətinizi yazmağı tələb etdi. Mən buna
etiraz etdim və dedim mənim Sailovla münasibətim ancaq
rəsmi rəhbər işçiyə uyğun olub. Başqa heç bir münasibətdən
danışmaq olmaz. O, kabinetdə var-gəl edirdi. Birdən qəflətən
məni vurdu. Mən zərbədən huşumu itirib yıxıldım. Evə necə
gətirilməyimdən xəbərim olmayıb. Bu minvalla bir aydan
çox xəstə yatdım. Əlbəttə, 100 kq-dan çox çəkisi olan,
cüssəli, zorba, yeyib harınlamış adamın zərbəsinə dözmək
çətindi. Budur, bizim istintaq işçilərinin iş metodu. Qorxut-
maq, döymək, şər atmaq, böhtan, yalan danışmağa məcbur
Sahib Sailov
312
etmək respublika prokurorluğunun iş metodu idi. Abbas Za-
manov deyirdi: Həbs et, türmədə ağıllandır. Sonra cinayətini
sübut edərsən. Mən Manya müəlliməyə dedim: evinizdə 4
kişi var, (3 oğlu və əri) birinin cəsarəti çatmadı ki, Sizi vurana
cavab versin. Cavab belə oldu: düz deyirsiniz, oğlanlarımın
biri prokuroru güllələsəydi çox yaxşı olardı. Həqiqət öz yerini
tapardı. Təəssüf.
Zəkanın gücü
313
13 İLDƏN SONRA
BAŞ TUTAN MÜSAHİBƏ
1
Onunla axırıncı dəfə 1977-ci ilin aprelində görüşmüşdük,
Bakı Ali Partiya məktəbinin dəhlizində. İctimai- siyasi jurnal
üçün söhbət hazırlamalı idik, ancaq alınmadı. Dedi ki, qalsın
Karlovı Varıdan qayıdana. İstirahətə hazırlaşdığına görə
üstünü vura bilmədik. Eşiyə bir çıxdıq. Xudahafizləşib
ayrıldıq. Xeyli ona tamaşa elədik. İti yerişi, diri baxışı,
hərarətli nitqi xəyalımızda həkk olub qaldı. Bir ifadəsi isə
indi də qulaqlarımızda səslənir:
– Papağı günə yandırmamışam, deməyə sözüm var!
"Çərxi-fələk" ayrı cür dövr elədi. O, heç istirahətdən
qayıtmamış respublikaya söz yayıldı ki, Şamaxı Rayon Par-
tiya Komitəsinin birinci katibi Sahib Sailovun işini
korlayıblar, məsələ yaxşı qurtarmayacaq. İnanılası deyildi.
H.Ə. Əliyevin şəxsi rəğbətini qazanmış bu cavan partiya
işçisinin mötəbər dairələrdə xüsusi mövqeyi olduğu hamıya
bəlli idi. Ona görə də vəziyyətin birdən -birə kəskin şəkildə
dəyişməsi çoxlarına inandırıcı görünmürdü. "El ağzı fal ağzı"
imiş. Sonrakı aylar qəzetlər ara-sıra Sailovun barəsində
yalnız bəd xəbərlər dərc etdilər. İlin axırında, 77-nin 78-lə
qovuşacağında isə mətbuat Azərbaycan KP MK plenumunun
Sailov barəsindəki qərarını çap etdi. Onu Sov. İKP
sıralarından, MK üzvlüyündən çıxartdılar, az sonra isə həbsə
aldılar. Özü də 15 il müddətinə. Bəs bu odlu -alovlu, perspek-
tivli kadrın partiya üfüqlərindəki işıqlı ulduzu nəyə görə
Sahib Sailov
314
1 “Yeddi gün” qəzeti. 1991-ci il, 2-9 fevral.
Dostları ilə paylaş: |