Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə85/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   81   82   83   84   85   86   87   88   ...   103

düşmüşəm, ya yox!

Təşkilat şöbə müdirinin guya mənim fəaliyyətimi yoxlayıb

(özü də Cəfər Vəliyevin yoxlamasından sonra), Şamaxıdan

dəlil-sübutla  qayıtması  MK-da  Sailova  olan  xırım-xırda

rəğbət  rişələrini  də  doğrayıb  atdı.  Az  sonra  üzümçülərin

Cəlilabad  müşavirəsində  xitabət  kürsüsündə  yarımçıq

saxlandım.  Başıma  and  içən  adamlar  indi  kölgəmi  yox,

özümü  qılınclamağa  hazır  idilər.  Hadisələrin  finalını

gözləməkdən özgə bir yol görünürdü. İnzibati orqanlar şöbəsi

müdirinin rəsmi rəyinə etimadsızlıq göstərilməsi pedaqoji

texnikumla əlaqədar maqnitofon lentinə yazılmış bir şahid

ifadəsi idi. Söz yox, oxucu üçün bu ifadənin qəsdli uydurma

olduğunu  sübuta  yetirməyimin  o  qədər  də  fərqi  yoxdur.

Üfüqlərə qaranlıq çökdüyü aydın sezilirdi. Nəhayət, 1977-ci

ilin sonu yetişdi. Dekabrın axırlarında pərt, üzüntülü bir halda

şəhərdəki  mənzilimə  dönmüşdüm.  Gecəni  hansı  hisslərlə

keçirdim, tək Allah bilir. Qarşıda məni nələr gözləyəcəyini

isə açılmaqda olan sabah göstərəcəkdi. 1977-ci il dekabrın

27-də respublika prokurorluğundan zəng vurub məni oraya

dəvət  etdilər.  Bu,  partiyadan  azad  birinci  günümün  ilk

"bəxşişi" idi. Taleyin daha amansız zarafatları qabaqda imiş.

Ertəsi gün saat 13-ə kimi hələ də nəvaziş qoxusu əskik ol-

mayan sorğu-suallara cavab verməli oldum. Sonra ürəyimə

nəsə  dammış  kimi  nahar  eləmək  üçün  getmək  istədiyimi

bildirdim. Müraciətimin rüsxət istəmək ahəngindən özüm də

üşəndim. Mənə bildirdilər ki, olmaqdan savayı çıxış yolum

yox idi. Yarıkönül kəsdiyim tikələr boğazımdan çətinliklə

ötürdü. Düz saat 15-də kartın görünməyən üzünü açdılar…

həbs edilməyim barədə imzalı-möhürlü orderi göstərdilər.

Sahib Sailov

322



Bu,  prokurorluqda  "iştahlı"  nahardan  sonra  çox  "dadlı"

delikatesə  bənzədi.  Artıq  həyatın  başqa  bir  üzü  ilə

qarşılaşmaqda  idim.  Məni  oradan  Şüvəlana,  ilkin  istintaq

izolyatoruna yola saldılar… Uşaqlarım söyləyirlər ki, axırıncı

dəfə mən evi tərk eləyəndə formalı-formasız orqan işçiləri

mənzilə doluşdular… Elə sürətli axtarış, sorğu-sual başladı

ki,  sanki  göylərdə  şimşək  çaxırdı.  Kənddə-kəsəkdə  izim-

tozum dəyən yerlərin hamısında axtarış aparılıbmış. Hətta

qəbiristanlıqda belə. Ancaq Sailovun nə olmayan "QAZ-24"-

dən, nə saysız qızıllarından, nədə çürüyən pullarından bir

nişanə tapılmayıbmış…

–  Bağışlayın,  bunu  istehza,  yoxsa  həqiqət  kimi  başa

düşək?

– Hər ikisindən. Əvvəla, ona görə ki, məni qulluq mövqe -



yindən sui-istifadə etmək və rüşvət almaqla təqsirləndirir, it-

tiham edirdilər. Guya mən hədiyyələr mağazasından Gəncədə

istehsal  olunmuş  xalça  götürüb  pulunu  verməmişəm.  60

manatlıq  iş  üçün  500  manat  rüşvət  almışam  və  sair.

Görürsünüzmü, partokratiya bəd ayaqda öz təbəqəsini güdaza

vermək  naminə  özünü  necə  təzadlı  və  gülünc  vəziyyət

qarşısında qoyur. Axı, kimə məlum deyil ki, katibin balaca

bir  işarəsi  ilə  nəinki  yerli  xalçalar,  raykopittifaqın  bütün

anbarı  belə  onun  ayaqları  altına  tökülərdi…  bunu  hamı

bilirdi. Ancaq adamı dolaşdırmaq üçün həqiqətdən yox, ya-

landan yapışmağa məcbur idilər. İctimai quruluşumuzun bir

"gözəlliyi" də elə bunda imiş…

O vaxtın həbs taktikası belə idi. "Tut, sonra sübut eləmək

asan məsələdir".

Doğrular yalan olmuşdu, yalanlar doğru. Miskin, buyruq

Zəkanın gücü

323



qulu şahidlərdən alay düzəldilmişdi. Burada müxtəlif zümrəli

adamlar vardı. Yazığım gəlirdi çoxuna. Bəziləri isə gələcə -

yinin yolunu namərdlik etməklə açmaq istəyirdi. Dərindən

fikirləşəndə cəmiyyətimizdə qeyri-adi hesab edilə bilən şey

yoxdur. Hər cür alçaqlıq təbiidir. Beləliklə, mən partokratiya

üfüqlərində nəinki apogeyin, həm də perigeyin təzadlarına

yaxından tamaşa eləmişəm…

–  Sizin  üçün  xoş  olmasa  da,  bir  həbsxana  epizodu

söyləməyinizi rica edirik.

– Epizod başımın tükü qədər. (Bu sözləri deyəndən sonra

əlini başına çəkir və "deyəsən başımda da o qədər tük qal ma -

yıb" deyir). Ancaq bircəciyini söyləyəcəyəm. Şuşa həbsxana -

sın da  bağlı  kamerada  3  ilimin  tamamını  gözləyirdim.

Qay daya  görə,  burada  gecə-gündüz  elektrik  işığını

söndürməyə icazə verilmir. Ona görə də gecəni gündüzdən

ayırd  etmək  çətin  olurdu.  Bir  gün  məni  rəisin  yanına

apardılar. O, tanış adam çıxdı, halıma acıdı. Əhval tutandan

sonra dedi ki, hava çox sakitdir, çıx eşiyə, 5-10 dəqiqə var-

gəl  elə. Açığı,  heç  nəyə  etibarım  qalmamışdı.  Həyatımın

ülgüc üzərində olduğunu yaxşı bilirdim. Buna baxmayaraq,

əlimdə rəisin stolunun üstündən götürdüyüm iki qəzet eşiyə

çıxıb  xeyli  qabağa  addımladım.  Birdən  qarşıdan  gələn

ovçarkanın artıq məni haqladığını gördüm. Dönüb arxaya

baxmağa belə macal tapmadım. Çünki bu it haqqında çox şey

eşitmişdim. Söyləndiyinə görə, o, hər dəfə açılanda qabağına

çıxanları parçalayırdı. "İlahi, - dedim, -özün kömək ol". Nə

qədər  qəribə  görünsə  də,  it  acgözlüklə  əlimdəki  qəzetləri

qoxulayıb məndən uzaqlaşdı. Xeyli yerimdə qaldım. Rəis

handan-hana  özünü  yetirdi:  "anam  məni  namaz  üstündə

Sahib Sailov

324



doğubmuş. Gedəcəkdi qanım" – dedi.

Hər kəs öz taleyinə sevinirdi.

– Dustaq həyatında sizinçün kəşf hesab olunacaq, əgər

belə demək mümkünsə, hansı cəhət yadınızda qalıb?

– Həbsxanada insanın qara qəpiklik qiyməti olmurmuş.

Onun  mən  də  adamam  deməyə  hüququ  yoxmuş.  Bura

əzilmək, döyülmək, alçaldılmaq yeri imiş. Bir də orasını qeyd

edim ki, pul dustağın karına daha çox gəlirmiş…

– Deyirlər Siz həbs ediləndən sonra yaxın adamlarınızı bir-

bir işdən, vəzifədən çıxarıblar. Tələbə övladlarınıza olmazın

mənəvi əziyyətlər verilib…

– Hamısı doğrudur. Mən cismən, yaxınlarım, balalarım isə

mənən  həbs  cəzasında  olublar.  Atamın  dərddən  ürəyi

partlayıb. Nazir müavini vəzifəsində olan qardaşımı pillə-

pillə  aşağı  endiriblər.  Ali  təhsilli  böyük  oğluma  iki  il  iş

verməyə heç kimin cəsarəti çatmayıb. Belə hesab edirəm ki,

ən ağır cəza azadlıqda ikən məhkumluqdur. Bunu yaxınlarım,

övladlarım görüblər. Tanrı nəyə görəsə mənə də, onlara da

dözüm  verdi.  Xar  olmağa  qoymadı.  Şükür  edirəm  ki,

dünyanın soyuq aşkarlıq işığında bu gün bu sözləri deməyə

imkanım var. Bir gün tam bəraət qazanacağıma şöbhəm yox-

dur.  Sağlıq  olsun,  o  zaman  müsahibə  verəsi  olsam,

partokratiyanın  daha  dərin  qatlarda  gizlənən  sirlərindən

"Yeddi gün"ün oxucularına bir az da geniş söhbət açaram.

– Allah qoysa. Müsahibə üçün sağ olun.

Zəkanın gücü

325



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə