Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə84/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   80   81   82   83   84   85   86   87   ...   103

kimi söyləyirəm. Ona görə yox ki, haqq-nahaq cəzamı çəkib

çıxmışam  və  indidən  belə  "yağışdan"  qorxum  yoxdur.

Əksinə, yağmuru görmək mənə bir qədər də artıq ehtiyatlılıq

verib. Ehtimallı olmaq hər halda ağılsızlıq əlaməti deyil. İndi

sizdən, təbii ki, belə bir sual gözləyirəm. "Bəs nəyə görə

özünü bu qədər ağıllı və yetkin şəxs hesab eləyən Sailov

taleyini  qəflətən  güdaza  vermiş  oldu,  özünü  xilas  eləyə

bilmədi?" Bu suala dəqiq cavab verə bilsəm, şübhə etmirəm

ki, sizin üçün müəmmalı görünən bir çox cəhətlər aydınla -

şacaq. Bəri başdan onu deyim ki, mənə qarşı sürətlə üzüb

gələn  qara  buludların  təhlükəsini  artıq  iş-işdən  bir  qədər

keçsə də, görüb hiss edirdim. Gizlətmirəm, canıma vicvicə

də  düşmüşdü.  Heydər  Əliyevin  sağ  əli  hesab  olunan

İsmayıl Əsgərov qorxunc adam idi. Onunla söhbətin bir

balaca əyilməsi qeyri-adi nəticələrlə bitirdi. Bu adamın

adını o vaxtın partiya işçiləri nahaq yerə öz aralarında

"Qara  vəzir"  qoymamışdılar.  Bu  "vəzir"  Heydər

Əliyevin  qəlbinin  dərin  qatlarında  mənə  qarşı

münasibətin təbəddülata uğradığını dəqiq başa düşən ilk

səlahiyyətli adam idi. Burada onun subyektiv baxımının da

taleyimdə xüsusi rolu vardı. Başlıcası ona görə ki, o Sailovu

özünün güclü rəqibi -inzibati orqanlar şöbəsinin müdiri Cəfər

Vəliyevə yaxın hesab edirdi. Bu, bir. Digər tərəfdən, respub-

lika  rəhbərinə  sədaqəti  cüzi  də  olsa,  şöbhə  altına  düşən

adamların  siyahısından  Sailov  famili yasının  rəsmən

aşkarlanması  və  bu  sübuta  yetərsə,  onun  amansız  cəzaya

məruz qalması "Qara vəzir"in etibar və nüfuzunu şöbhəsiz,

bir  az  da  artırmış  olacaqdı.  Daha  bir  cəhət.  Mənə  zərbə

endirməklə  Şamaxıda  vəzifədən  uzaqlaşdırdığım  dost  və

Zəkanın gücü

319



tanışları  yanında  təşkilat  şöbə  müdiri  özünün  nəyə  qadir

olduğunu nümayiş etdirmiş olacaqdı. Bu bəlkə də hər şeyin

sonrasını əlavə başa düşən İ.Əsgərov üçün milyonlardan da

sərfəli  idi.  Nəhayət,  dördüncüsü,  o  vaxtkı  respublika

prokuroru  ortada  idi.  Təşkilat  şöbə  müdiri  mənim,  necə

deyərlər,  aşımı  bişirməklə  ona  başa  salmalı  idi  ki,

"görürsənmi, sənin burnunun ucunda, doğulduğun torpaqda

nələr baş verir? Sən isə passivlik göstərirsən". Bütün bu kimi

motivlər bircə şeyə ciddi əngəl törədirdi - mənim İ. Əsgərova

"açar" tapmağıma! Beynim elektron hesablayıcısından da

sürətlə  işləyirdi.  Və  yanılmağıma  əmin  idim.  Beləliklə,

əslində taleyin əlində aciz qalmışdım. İ. Əsgərova ən fan-



tastik məbləğdə rüşvət verməyə imkanlar var idi. Kömək

etməyə  hazır  dayananlar  da  nə  qədər  desən…  Ancaq

orası  aydın  idi  ki,  bu  risk  məni  bəladan  xilas  eləyə

bilməyəcəkdi. Ürəyimin hökmü belə idi.

Düzgün nəticəyə gəlmişdim. Rüşvət verib "qara vəzir"in

əlinə  daha  tutarlı  dəlil  verməyim  bağışlanılmaz  səhvim

olardı. Ona görə də yüz ölçüb, bir biçib bəxti Allah ümidinə

buraxdım. Çünki işin başında respublika rəhbəri dururdu.

Orta mövqedə dayanan Əsgərov isə "baş hakimin" kimə tərəf

olacağını aydın dərk edirdi və ona görə də istəyi naminə hər

cür bəd əmələ hazır idi. Mən artıq düşmənimi izafi fəndə-

fərəcəyə əl atmağa məcbur etməyimlə təsəlli tapa bilərdim…

Ətrafımda  baş  verə  biləcək  sərgüzəştlər  hamıdan  çox  İ.

Əsgərova sərfəli idi. Qaraçuxam bax, beləcə yatmaqda idi…

– Siz Heydər Əliyevlə yaxın orbitə düşmüş "meteor" lar-

dan idiniz. Oradan çıxmağınızın səbəbləri az-çox bəlli oldu.

Bəs oraya düşməyiniz necə baş vermişdi?



Sahib Sailov

320


– Heydər Əliyev qatı şöhrətpərəst idi. Ağıla batanda ki,

filankəs  onun  ad-sanının  daha  uca  zirvələrə  qalxmasında

müəyyən iş görməyi bacarar, həmin adam üçün hər şeyə hazır

idi.  Etiraf  edirəm,  mən  dildən-ağızdan  pərgar  katib  idim.

Fərasətsiz də deyildim. Zamanın nəbzini tutmuşdum. Bu da

Brejnev arxalı respublika başçısının döşünə yatmışdı. Başqa

tərəfini də deyim, Əliyev həm də kinli və qisascıl idi. Söz

yox, "qara vəzir" saydığım xüsusiyyətləri hər bir "sıravi" bir-

inci katibdən daha yaxşı bilirdi.

–  "Qara  vəzir"  dediyiniz  İ.  Əsgərovla  Şamaxıya  son

görüşləriniz barədə yadınızda nə qalıb?

–  Çox  şey,  daha  doğrusu,  hər  şey.  İrisindən  tutmuş

xırdasına qədər. Hadisələrin dinamikası bircə ona aydın idi.

Kənardan  baxanlar  isə  yalnız  ehtimallara  əsaslanırdılar.

Sailovun birdən-birə kursdan düşməsi çoxlarını heyrətlən -

dirirdi. Daxili prosesləri isə müqabil tərəf kimi yalnız mən

dürüst ayırd eləyirdim. Karlovı Varı son şərəfli istirahət yerim

imiş.  Kurortdan  sonra  ürəyimdə  dağı  arana,  aranı  dağa

köçürməkdən bezmişdim. Çünki barometrin əqrəbləri baş-

ayaq  vurmaqda  idi.  Onlar  sanki  təşkilat  şöbəsi  müdirinin

məkrli  baxışlarını  əks  etdirirdi.  1977-ci  ilin  iyul  ayının

axırlarına yaxın Mərkəzi Komitədən Şamaxıya zəng vurdu-

lar. Dedilər ki, İsmayıl Əsgərov oraya gəlir, Mərəzədə onu

qarşılamaq lazımdır. Elə buradan da onu bir həftə sonra

yola saldım. Ayrılanda məndən soruşdu: "Baqajda bir şey-

zad  yoxdur  ki?!"  Qıyqacı,  iblisanə  baxışların  qarşısında

canımı içəridən üşütmə alsa da, özümü cəmləşdirərək:

– Yox, – dedim, – İsmayıl Nəsrullayeviç, heç nə yoxdur!

Aydın  oxudum  ki,  o,  dilimdən  eşitmək  istəyir:  tələyə

Zəkanın gücü

321



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə