Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə86/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   82   83   84   85   86   87   88   89   ...   103

YEDDİ SUAL

1

SAHİB SAİLOV: "ALTI İLDİR HEÇ

NƏYİ YENİDƏN QURMAMIŞIQ"

Mədəniyyət daha geniş anlayışdır. O, təkcə ədəbiyyat və

incəsənəti  əhatə  etmir.  Son  vaxtlar  ölkəmizdə  bir-birinin

ardınca fabrik və zavodlar əmək kollektivlərinin səhlənkar -

lığın dan işi dayandırırlar. Bu, istehsalat mədəniyyətimizin

səviyyəsizliyini əks etdirir. Quru sözçülük, boşboğazlıq elə

vüsət alıb ki, bir də baxıb görürük ki, vitrinlər bomboşdur.

Kənd  təsərrüfatı  batıb  gedir.  Sözdən  başqa  diş  altda

çeynəməyə heç nə qalmayıb. Bu sahədə böhranın yaranması

və ondan çıxış yollarını redaksiyamızın qonağı Azərbaycan

Demokratik Ziyalılar cəmiyyəti kənd təsərrüfatı məhsulla -

rının  tədarükü,  istehsalı  və  emalı  şöbəsinin  müdiri  Sahib

Sailov şərh edir.

– Sahib müəllim, söhbət ondan getmir ki, hər bir vəzifə

sahibi  iqtisadiyyat  deyilən  nəhəng  sahənin  çıxış  yollarını

göstərir. Sizə müraciətimizin əsas səbəbi budur ki, iqtisadi

həyatın müəyyən qabarıq çalarlarına yaxşı bələdçiliyiniz var.

Bir də ki, uzun illər təsərrüfat rayonlarında rəhbər vəzifədə

işləyən  partiya,  dövlət  kadrı  kimi  respublikada  əkinçilik

mədəniyyəti barədə nə deyə bilərsiniz?

–  Əkinçilik  mədəniyyəti  deyəndə  ilk  əvvəl  ata-babala -

rımızın həmin sahədə illərlə qazandığı təcrübəni, ənənələri



Sahib Sailov

326

                                                      

“İlham” qəzeti 1991-ci il, 12 yanvar.


yada salmalı, öyrənməli, davam etdirməliyik. Lakin iş elə

gətirib ki, iradəmizdən asılı olmayaraq mərkəzin təkidi ilə

ənənələri çox hallarda pozmuşuq, 1966-cı ildə Astara ray-

onuna birinci katib təyin olunanda həmin rayon cəmi 14 min

ton tərəvəz istehsal edirdi. Orada axar su altında becərilən

Ənbərbu, Xan, Akulə çəltik növlərini indi də xatırlayıram.

Moskva  bizdən  paytaxtı  və  Leninqrad  şəhərlərini  erkən

tərəvəzlə təmin etməyi tələb edirdi. Kütləvi tərəvəz əkini

başlandı. Düyü plantasiyaları aradan sıxışdırıldı. Astarada

böyük ərazidə Kələdəhnə bataqlığı kənarında Marso gölü qu-

ruduldu. Yerli  şərait,  ekologiya  nəzərə  alınmadı.  Halbuki

çəltikçiliyin inkişafı həmin ərazidə daha məqsədyönlü olardı.

– Yoldaş Sailov, respublikamızın kənd təsərrüfatı mexaniz -

minə mərkəzin – Moskva rəhbərliyinin amiranə göstərişləri

zamanı nə itirib, nə qazanırdıq?

– Bəli, tale elə gətirdi ki, Şamaxıya birinci katib təyin ol-

undum. Rayonun təsərrüfat imkanları ilə tanış olanda gördüm

ki,  üzümü  biz  becərir,  yığır,  emal  edirik.  Hazır  məhsulu

sisternlərdə  göndəririk,  ittifaqın  başqa  şəhərlərinə.  Şərab

orada qablara dolurulub satışa verilir. İqtisadi hesablamalar

apardıq. Məlum oldu ki, bizim əziyyətimiz bahasına, necə

deyərlər, nə yoğurub, nə yapır, şərabın hər litrində təmiz bir

manatı ittifaqın digər regionları mənimsəyir. Üzümçülüklə

məşğul  olan  rayonlarda  şərabın  qablaşdırılması  məsələsi,

məhsulun bir hissəsini bilavasitə, özünün satmaq hüququnun

olması  zəruriliyi  problemini  qaldırdım.  Moskvadan  SSRİ

Dövlət Plan Komitəsindən mütəxəssislər gəldi. Uzun dialoq -

dan  yarı  hənək,  yarı  gerçək  dedilər  ki,  (Baybakov  onda



Zəkanın gücü

327


qosplanın sədriydi) bütün gəlir o qazana tökülür, ordan da

paylanır. Yəni ki, bu fikri qatla qoy qırağa, bir daş altdan, bir

daş üstdən. Bütün vəsait ittifaq büdcəsinə yığılmalıdır.

Ümumiyyətlə, biz 1974-1976-cı illərdə Şamaxı rayonunda

məhsuldar üzüm bağlarının sahəsini 18,7 min hektardan 30

min hektara çatdırdıq. Bunun müqabilində məhsul 45 min

tondan 146 min tona qaldırıldı. Amma görün sonra nə oldu.

Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə şüarı ilə əli balta -

lılar cumdular bağlara, min bir əzabla böyüdülən meyvələri

yerlə yeksan etdilər. Milyonlarla iqtisadiyyata ziyan vuruldu.

Bəs nəticəsi? Alkoqolizm aradan qaldırıldımı?... Əksinə…

Bizdən aqrotexnika mədəniyyəti də aşağı səviyyədədir.

Mən  1975-ci  ilin  iyun  ayında  Bolqarıstanda  ezamiyyətdə

oldum. Orada cərgələr arası məsafə 3 metrdir. Bolqar üzümü -

nün  şəkəri  çoxdur,  meynələr  az  xəstələnir,  kombaynla

yığmaq  mümkündür.  Bu  kimi  problemlər  bizdə  illərdən

bəridir  həll  olunmayıb.  Ölkəmizdə  kənd  təsərrüfatını

mexanikləşdirmə mədəniyyəti  bərbad gündədir. Məsələn,

bizdə aztonlu traktorlar yoxdur. Necə deyərlər, nuh əyya -

mından seriya ilə buraxılan ağır traktorlar isə tələbi ödəmir.

İllər  keçdikcə  belə  traktorlar  maşın  parklarında  dəmir

yığımına çevrilir. Təsərrüfatçı rayonlarımızın demək olar ki,

heç birində aqro xəritə yoxdur. Torpaq da canlı orqanizm

kimidir. Onun tələbi öyrənilmədən gübrələrlə yüklənir. Eləcə

də  götürək  ziyanvericilərlə  mübarizədə  işlədilən  zəhərli

maddələri… Orası lap dəhşətdir. Söhbətimiz mənə Lev Tol-

stoyun məhşur ifadəsini xatırlatdı: "İnsan təbiətə nə qədər

qəsd edirsə təbiət də əvəzində ondan intiqam alır".



Sahib Sailov

328


Bu həqiqətdir. Torpaq sahibinə verilməlidir. Bunun üçün

uzun illər, bir də yüksək əkinçilik mədəniyyətini mənim -

səmək gərəkdir. Kolxozları, sovxozları birdən dağıtmaql iş

aşmaz.


Konstitusiyanın 6-cı maddəsi SSRİ hökuməti tərəfindən

çıxarılıb, qanun qüvvəsində salınıb. Belə deyək, əslində indi

Sov. İKP yeni yaranmış digər siyasi partiyalarla eyni hüquqa

malikdir. Amma cəmiyyəti-mizdə gedən proseslər, xüsusən

kənd təsərrüfatında aydın göstərir ki, Sov. İKP bu rolu hələ

də oynayır. Bu məsələyə sizin münasibətiniz?

-  Bu  cəmiyyəti  insanlar  qurub.  Kollektivləşməni  də,

mədəni inqilabı da, müharibədə qələbəni də, sonrakı bərpa

və  quruculuq  işlərini  də  əsasən  kommunistlər  həyata

keçiriblər. Deməli, onlar da SSRİ-ni idarə etməlidirlər. Mən,

meydanda  kommunsitlərə  bərabər  ikinci  siyasi  qüvvə

görmürəm.  Söhbət  Kommunist  Partiyasından  yox,  ölkəni

idarə edən ictimai quruluşun qüsurlarından getməlidir. Bir

milyard 250 min əhalisi olan Çin Xalq Respublikasını da

Kommunist  Partiyası  idarə  edir.  Orada  əhalinin  kənd

təsərrüfatı məhsullarına olan tələbatı tam ödənilir.

– Durğunluq, amirlik anlayışlarına və yenidənqurmaya

münasibətiniz?

–  Ataların  belə  məsəli  var:  "İntizamsız  ev  susuz

dəyirmandır". İndi pislənməsi dəbdə olan dövrdə nizam, in-

tizam  var  idi.  İntizam  olan  yerdə  müvəffəqiyyət  də  olar.

Amma  indi  o  yerə  çatıb  ki,  məhsullar  tarlalarda  quruyur,

məhv olur. Təkcə son iki ildə ölkə rəhbərliyinin SSRİ Ali

Sovetinin sessiyasında 700- dən çox qanun qəbul olunub,



Zəkanın gücü

329


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə