Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə83/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   79   80   81   82   83   84   85   86   ...   103

qəflətən sönməli oldu!

"Yeddi gün"də S. Sailovla müsahibə hazırlamaqdan ötrü

sifariş alarkən istər -istəməz 13 il əvvəlki görüşü xatırladıq.

Təzədən onu tapmaq, illərlə ictimaiyyətimizə qaranlıq qalan

bəzi məsələləri aydınlaşdırmaq həvəsinə düşdük.

– Sizə yüksək vəzifə, ali rütbə və qol -qanad bəxş eləmiş

cəmiy yətin  bir  gün  bunları  əlinizdən  ala  biləcəyini  həbs

olunduğunuz  vaxta  qədər  ağlınıza  gətirdiyiniz  məqamlar

olmuşdu?

-  Sualınıza  birbaşa  cavab  verirəm:  yox!  Səbəbini  heç

onunla izah etmirəm ki, Sailov "aydan arı, sudan duru" və

necə deyərlər, toxunulmaz katib idi. Belə deyə bilmərəm.

Ancaq  orasını  bilmirdim.  Komsomolda  Mərkəzi  Komitə

katibliyinə qədər uzun bir yol keçmişdim. Şamaxı əhvalatına

kimi partiya labirintinin bütün dəlmə - deşiyinə tam bələd

olmuşdum. Üstəlik düşdüyüm mühitdə kimin nə ilə nəfəs

aldığını, nədə axsaq, nədə yüyrək olduğunu gözəl bilirdim.

Ali respublika rəhbərliyinin şəxsi münasibətimdə ürəyimə

belə bir fikrin yaxın düşməsinə əsla imkan verməzdi. Ona

görə də nə vaxtsa həbs ediləcəyimi xəyalıma gətirmirdim.

Ancaq…

–  Atalar  misalıdır,  deyirlər  görəcəyi  gora  aparmaq



mümkün deyil. Bilmək istərdik: başınıza gələn hadisələrdə

hansı obyektiv əsasları görürsünüz!

– Məsələ ondadır ki, bizim cəmiyyət həmişə özünün qeyri-

adilikləri  ilə  seçilib:  istənilən  adamı  istənilən  vaxt  göyə

qaldırmaq da mümkün iş olub, yerə çırpmaq da… Qurulu -

şumuzun  bu  qəbahəti  H.Əliyevin  respublikaya  başçılıq

elədiyi illərdə özünü daha aydın göstərirdi. O vaxtlar belə bir

Zəkanın gücü

315



şəxsin gözündə olmaq Allahın yanında bəxt qazanmaq idi,

yaxud  əksinə.  "Hakim-mütləq"in  nəzərindən  düşmək

Tanrının qəzəbinə düçar olmağa bərabər idi…

– Aydın deyin, sözünüzün arxasında nə durur?



– Mənim Qasım İsmayılov rayonundan Bərdəyə keçi -

rilmək söhbətim ortaya çıxmışdı. Sonra başqa bir rayon

nəzərdə tutdular. Hər iki variant az keçməmiş dəyişdirildi.

Səbəbini bilmədim. Şamaxı məni özünə çəkirmiş… Vaxtilə

fatalizmdən çox-çox uzaq olmuşam. İndi isə taleyə inanıram.

Ondan qaçmaq mümkün deyilmiş. Belə başa düşürəm ki,

naxış  deyilən  şey  var  və  məncə,  onun  tərsə  getməsində

kiminsə məxfi, hiyləsi də az rol oynamır. Məni qınamayın,

hardan ayırd edə bilərdim ki, Moskva səfərimin birində otu-

rub-durduğum, adi həyati qayğılarımı bölüşdüyüm, çörək

kəsdiyim bir adam söz-söhbətimin içərisində həmişə "çəltik"

arayırmış və tapırmış da. Bunlar, necə deyərlər, operativ qay-

dada "birincinin" ovcuna qoyulmuş… tək bununla ötüşmək

bəlkə  də  mümkün  olardı.  Sonrasına  fikir  verin.  Sosialist

Əməyi  Qəhrəmanlığına  namizədlər  siyahısına  baxılarkən

Kremlin nüfuzlu məmurlarından biri H. Əliyevi qabaqlayaraq

haqqımda çox istiqanlılıqla danışıbmış. O vaxt ölkədə kənd

təsərrüfatının  ağası  hesab  edilən  Sov.  İKP  MK-nın  siyasi

bürosunun üzvü F. D. Kulakovun yaxın əsabələrindən olan

bu məmurun çılğın rəyi o saatca bizim rəhbərdə əks-təsir

oyadıbmış. Bu təsirin ilk bəhrəsi də elə oradaca özünü büruzə

verib. Adım  qəhrəmanlığa  təqdim  olunanlar  siyahısından

Lenin  ordeninə  layiq  görülənlərin  siyahısına  endirilib.

Rəhbərə qarşı mənə məlum bu iki “sədaqətsizlik” əlamətinin

qəfləti büruzə çıxması, söz yox, işin nəhs gətirməkliyi idi.



Sahib Sailov

316


Birincisi, axı haradan ağlıma gələrdi ki, katib kimi həmkarım

olan Aslan Nəsibov, həm də gizli xəfiyyə rolunu oynayırmış.

İkincisi,  istirahət  zamanı  bir  dostumun  Kreml  divarları

arasında  yeri  olan  MK  aparatı  işçisində  barəmdə  qiyabi

şəkildə  təsəvvür  yaradacığını  necə  ehtimal  edə  bilərdim?

Bunda deyiblər: iş əyəndə quymaq da diş sındırır… Dostları

qınamıram.  Nə  biləydilər  qaş  düzəltmək  əvəzinə,  göz

çıxarırlır. Təkərin yavaş-yavaş dala fırlanmağa başlamasında

başqa bir mühüm nöqtə də var. Bu da Şamaxının o vaxtkı ic-

timai-siyasi abhavası ilə bağlıdır. İndi bu qənaətdəyəm ki, re-

spublika üçün ayrılmış çətin tapılan putyovkadan ikisinin

qayğıkeşliklə mənim üçün ayrılması da, əvvəlcədən ölçülüb-

biçilmiş tədbir imiş. Hərgah belə deyildisə, rayon prokuroru-

nun  tələm-tələsik  dama  salınması,  pedaqoji  texnikum

əhvalatının  mənim  əleyhimə  rəsmən  düzülüb-qoşulması

hansı zərurətdən irəli gəlmişdi? Axı partiya işində az-çox

təcrübəsi  olan  adamlar  yaxşı  başa  düşürlər  ki,  rayonda

olacağım təqdirdə bu işləri görmək mümkün deyildi. Mənə

qarşı əməliyyatın müqəddiməsi korlana bilərdi. Texnikumda

kütləvi 


rüşvətxorluq 

məsələsini 

şişirib-qabartmaq

çətinləşəcəkdi. Beləliklə, bədxahlarım işin özülünü möhkəm

götürdülər.  Qanunçuluğumuzun  "qüdrəti”  öz  növbəsində

əleyhdarların əlinə girəvə verdi. Kurortdan qayıdandan sonra

özümə  arxayınçılığımı  əldən  verməsəm  də,  çox  şeyin  öz

rəngini dəyişdiyini hiss elədim. Ancaq Heydər Əliyev hələ

respublikanın  rəhbəri  idi,  buna  görə  də  gördüklərimə

əhəmiyyət  vermirdim.  Çünki  o,  Şamaxı  xeyir-duasını



verərkən,  "sənin  arxanda  mən  dururam,  MK  bürosu

durur” demişdi. Bu sözləri rəhbərə o zaman xatırlatdım

Zəkanın gücü

317


ki, o, rayonda sağlam atmosfer yarada bilmədiyimi mənə

irad tutmağa başlamışdı. Sailov isə əslində bu atmosferin

qeyri-sağlamlığının  baisi  kimi  bir  çox  Şamaxı  "tuzunu"

xıxırtmalı olmuşdu. İndi isə arxamdan MK bürosu rəhbərinin

kölgəsi çəkilməkdə idi. Mən isə buzlağa doğru.

–  Sözünüzü  kəsdiyimə  görə  bağışlayın.  Xahiş  edirik

düzünü deyin: o vaxtlar kommunist əxlaq normalarına daxili

inamınız möhkəm idimi?

– Açığını desəm, hə. Partokratiyanın zəif və tutarlı cəhət -

lərini hələ ilk gəncliyimdən hərtərəfli götür-qoy eləmişdim.

Ətrafımda cərəyan edən hadisələrdən, mənə elə gəlir, pis baş

çıxarmırdım. Özümü hər cür sadəlövhlükdən həmişə çox-çox

uzaq hesab eləmişəm. Və məncə, buna mənəvi haqqım olub.

Mənimki  həlledici  gedişdə  şahmatçının  uğursuzluğuna

bənzədi. Bəlkə də müvəffəqiyyətlər başımı gicəlləndirmişdi.

Yox, yox, deyil. Mən hər şeyi soyuq ağılla təhlil edə bilirdim.

Bəxtim yar olmadı…

– Fikrinizi əsaslandırın. 

–  O  vaxtın  katibləri  tək  bir  çəpik  çalmağın  ustası

deyildilər.  Zəmanə  onlara  çox  şey  öyrətmişdi.  Üstəlik

Heydər Əliyevin zəhmi. Meydana girən buradan salamat

çıxması naminə hər havanı oynamağı bacarmalı idi. Bəlkə

indikilər də belədir, hökm verə bilmirəm. Əlbəttə, mən o dövr

üçün qənaətimdə qalıram və həqiqəti inkar etməyi faydasız

hesab edirəm. Almağı bacardığı kimi verməkdə səriştəsi ol-

mayanlar vəzifə stolunun arxasına keçə bilməzdi. Bu, "təsir

əks  təsirə  bərabərdir"  -  qanunu  kimi  aksiom  idi.  Aydın

həqiqəti şəxsi təcrübəmə istinadla demirəm, o vaxtın partiya

aparat sisteminin cikinə-bikinə bələdliyi olan eks-kommunist

Sahib Sailov

318



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə