HEYDƏR ƏLİYEV DEYİB Kİ,
SAİLOVU İTİRDİK
1
9 il, 9ay, 28 gün həbsxanada yatan Şamaxının keçmiş bir-
inci katibi Sahib Sailov bütün həyatını "Bu gün"ə danışdı.
- Yenə də soruşuram, bütün bu yoxlamalar, büroya
çağırılmağınız Sizə heç nə demirdi, şübhə yaratmırdı?
- Yox, heç nə hiss etmirdim. Dediyim kimi birinci katib,
"get başını aşağı sal, işlə" demişdi. Amma avqustun 4-də
Cəlilabadda üzümçülərin Ümumrespublika müşavirəsində
MK-nın kənd təsərrüfat məsələləri üzrə katibi Hacıağa
İbrahimov Əliyevə şikayətləndi ki, Sailov bizdən xəbərsiz öz
öhdəliklərini "Selskaya jizn" qəzeti vasitəsilə ümumittifaq
miqyasında yayır. İnsafən Əliyev onda reaksiya vermədi.
Amma ikinci dəfə bir də şikayət etdilər. Onda bildim, məni
gözaltına alıblar.
- İşdən çıxarıldınız. Həmin vaxt deputat səlahiyyətləriniz
də əlinizdən alınmışdı?
- Yox, mən işdən çıxarılandan sonra deputat səlahiy -
yətlərim və plenum üzvlüyüm hələ qalırdı. Bir də dekabrın
26-da bu səlahiyyətlərimi əlimdən alıb məni partiyadan
çıxardılar. Onda artıq bildim ki, məni tutacaqdır. İki gündən
sonra da Respublika Prokurorluğuna ifadə verməyə çağırıb,
məni həbs etdilər.
- Onların əlində sizin əleyhinizə ifadələr var idi?
- Hə. Bilirsiniz, ifadə verən adamların hamısı tutulub
həbsxanaya salınmışdı. İnsanları dama saldırandan sonra on-
Sahib Sailov
282
1 "Bu gün" 1999-cu il, 5-8 may.
lara istənilən tərzdə ifadə verdirmək olar. Hələ büroda mənə
dedilər ki, Ceyhun Pirverdiyev (Şamaxıdakı Pedaqoji
texnikumun həbs edilən direktoru) sənin əleyhinə ifadə verib.
- Bəs işdən çıxarılandan sonra Heydər Əliyevlə görüşməyə
cəhd göstərdiniz?
- İşdən çıxarılandan sonra mən MK-nın birinci katibi
Heydər Əliyevin qəbulunda olmaq üçün çox səy göstərdim.
Lakin bu işlərin başında duran İsmayıl Əsgərov imkan
vermədi ki, mən Əliyevlə görüşüm və lazım olan faktları ona
çatdırım. Deputat səlahiyyətlərim olduğu halda, məni MK-
nın binasına buraxmırdılar. İsmayıl Əsgərov belə əmr
vermişdi.
- Danışılanlara görə, işdən çıxarılana qədər Siz Heydər
Əliyevin hətta, ailə ziyafətlərində də iştirak edənlərdən biri
olmusunuz…
– Belə şey olmayıb.
- Bir söz-söhbət də var. Deyirlər ki, Heydər Əliyev o
zaman təəssüflə bildirib ki, bu məsələ mənlik deyil…
– Səhv deyirlər. Siz özünüz düşünün. Əliyev elə söz
deyərdi? O, respublikanın birinci şəxsi idi. Sadəcə olaraq
mənə qarşı təzyiqlər kampaniya şəklini almışdı. Heç vaxt
Heydər Əliyev bir rayonun katibini Abbas Zamanovdan,
İsmayıl Əsgərovdan, Vitali Krasilnikovdan və başqalarından
üstün tuta bilməzdi.
Amma razılaşın ki, istəsəydi Sizi bu girdabdan qurtara
bilərdi…
– İstəsəydi məsələni yoluna qoyardı, görünür istəmədi
də…
Zəkanın gücü
283
- Sizin tutulmağınız bəlkə bir "dərs" idi. Kimi isə o
birilərinə görk etmək istəyirdilər?
– Bəlkə də. Hələ o vaxt Abbas Zamanov Puşkinin ( indiki
Biləsuvar rayonunun) birinci katibi Dəmir Nəbiyevin
kabinetində demişdi: "Gördün, mən Sailov kimi birinci katibi
tutdum. Deməli, səni bir anda yox edərəm".
- Amma deyirlər ki, Siz Heydər Əliyevin başının üstündən
Moskva ilə əlaqə yaratmısınız. O da bunu duyub…
– Yalan sözdür. Məni o zaman işdən özgə bir şey
düşündürmürdü.
- Bəs Sizin Arbatovla əlaqələriniz?
– Arbatovu yaxşı tanıyıram. Deputatımız idi. Mənim
onunla yalnız salam-sağolum var idi. O, mütəmadi rayona
gəlib camaatla görüşürdü. Hətta, həmişə Hedər Əliyev özü
zəng edərdi ki, Arbatov gəlir, onu qarşıla.
- Deməli, Sizi dekabrın 28-də həbs etdilər. Yenə də Heydər
Əliyevdən heç bir mesaj gəlmədi?
– Yox, dediyim kimi mənim konfliktimə "əjdaha" adamlar
düşmüşdü. İsmayıl Əsgərovun "kəsdiyi başa" sorğu-sual yox
idi. Abbas Zamanov da uzun müddət DTK-da onun müavini
işləmişdi. Hər halda məndən çox ona inanırdı. Amma
eşitmişəm ki, Əliyev Yevlaxda və Sabirabadda pambıqçıların
Ümumrespublika müşavirəsində tutulmağımı çox təəssüflə
qeyd edib. Deyib ki, biz Sailovu itirdik.
- Sizcə, bu söz qeyri-səmimi alınmırdı?
– Yox. Hər halda mənim işdən çıxıb evdə oturduğum 5 ay
müddətində yaxın ətrafı onu inandırmışdı.
- Amma mən bir söhbət də eşitmişdim. Deyirlər, o vaxt
Sahib Sailov
284
ittifaqın xəttilə taxılla maraqlanmaq üçün bir ərəb mütəxəssisi
gəlib. O rayonları gəzəndə, ya ümumi müşavirədə Sizin də
çıxışınızı dinləyib. Və çox məmnuniyyətlə Heydər Əliyevə
deyib ki, bu adamın böyük gələcəyi var. İkinci dəfə onun
gəlişinin şahidi olan bir adam danışdı ki, Bakıya çatan kimi
ərəb Sizi soruşub. Cavab veriblər ki, Sailov həbsxanadadır.
Ərəb də başının işarəsiylə yuxarını göstərərək kinayəli gülüb.
– Eşitmişəm. Çox sözləri xalq özü yaradıb.
Xüsusi qeyd: Ərəb adınan deyilən sözü o vaxtı ölkə
rəhbərlərindən biri demişdir.
- Qayıdaq istintaqa və Sizin həbsxana həyatınıza. İstintaq
qurtaran kimi məhkəmə başladı?
– Yox. İstintaq qurtardı. Məni vəkilimlə birgə istintaq
materialları ilə tanış etdilər. Mənə qarşı sürülən ittihamları
rədd etdiyimi yazdım. Bir müddət keçdi, məhkəmə
başlamadı. Bir ay, iki ay, üç ay… Məhkəmədən söhbət get-
mir. Ərizə yazdım ki, baş prokuror Abbas Zamanov məni
qəbul etsin. Bir-iki gündən sonra məni həbsxanadan çıxarıb
baş prokurorun qəbuluna gətirdilər. Soruşdu: "Şikayətiniz
nədir?" Dedim? "Birinci, istintaqın belə aparılması ilə razı
deyiləm. İkinci, niyə məhkəməni keçirmirsiniz? Cəza
müddətini verin, gedim çəkim. Hirslə qışqırdı: "Onu biz
bilərik". Dedim: "Sən də, mən də bu ölkənin vətəndaşlarıyıq.
Hamımız da bir qanuna tabeyik. "Cinayət Məcəlləsini
seyfindən çıxarıb mənə göstərdi. Hirslə baxıb dedi ki, sənə
ölüm hökmü verdirəcəyəm. Söhbətmizin canlı şahidi Şükür
Rzayevdir. Bilirdim ki, cinayətim təsdiqlənsə belə, mənə
ölüm hökmü düşmür, sadəcə, psixoloji təsir etmək istəyirdi
Zəkanın gücü
285
Dostları ilə paylaş: |