ərizə çıxıb. Ərizə də bir nəfərin pedaqoji texnikumdan
şikayətindən ibarət idi. Mən məsələni aydınlaşdırmaq üçün
prokurorun üstünə yazmışdım. Bu ərizənin "xətti ilə" Sabir
adına Pedaqoji Texnikumda yoxlama aparıblar. Sonra da
texnikumun direktoru Ceyhun Pirverdiyevin və rayonun
prokuroru Yəhya Ələkbərovu həbs etmişdilər. Ümumiyyətlə,
prokuror Abbas Zamanovun əvvəlcədən münaqişələri var
imiş.
Axı cinayətin istintaq qrupu tərəfindən sübuta yetiril -
məyən adamı tutmaq olmaz.
- Sovet ictimai quruluşunda səlahiyyət sahibi istənilən
adamı tutdura bilərdi. Həm də bizim prokurorluq sistemində
Abbas Zamanovdan bir xatirə qaldı. "Əvvəl tut dama sal,
sonra cinayətini sübut edərsən". Bilirsiniz, həbsxanaya
düşəndən sonra adamın boynuna hər şeyi qoymaq çox
asandır. İkinci bir tərəfdən onların rayon prokurorunu
tutmağa heç bir haqları yox idi. Ən azı qanun buna yol ver-
mirdi. Prokurorun həbs olunması üçün büronun razılığı
olmalıdı.
Bəs o zaman sizi kim əvəz edirdi?
- Murad Qədirli.
Onun da xəbəri olmamışdı?
- Yox, dediyim kimi, o komissiya mənə qarşı birləşənlər
tərəfindən göndərilmişdi. Onlar nə isə tapmalı idilər.
- O zaman çox adam tutublar?
- Hə. O vaxt mənimlə bir yerdə on bir nəfər tutmuşdular.
Əslində onların heç birinin günahı yox idi. Şükür Rzayev
cinayət işinə bir çox adamları günahsız olaraq cəlb eləmişdi.
Sahib Sailov
278
On bir nəfər adam iki ildən on beş ilə qədər müxtəlif cəzalar
aldılar. Onların əksəriyyətini psixoloji təzyiq altında zorla
ifadə verməyə təhrik edirdilər.
- Deməli, Çexoslavakiyadan dönüb gördünüz ki, lələ
köçüb, yurdu qalıb.
- Elə aeroportda düşən kimi xəbər verdilər. Rayona gəlib
üç gün məsələni aydınlaşdırdım. 1977 - ci il mayın 4 -də
Heydər Əliyevin qəbuluna getdim. Mən ona dəfən- dəfən
xatırlatdım ki, bizim heç bir günahımız yoxdur. Dedi: "Get
başını sal aşağı, işlə".
- Belə demək mümkünsə, sizi arxayın saldı.
- Hə, mən ona arxayın idim. Amma xahiş etdim ki, rayona
komissiya göndərib mənim işimi obyektiv yoxlatdırsın. O da
üç gün sonra Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri
Cəfər Vəliyevin rəhbərliyi ilə komissiya göndərdi. Komis-
siya da yoxlama aparıb arayış yazdı ki, Sailovun
texnikumda baş verən proseslərə heç bir dəxli yoxdur. O
vaxt deyirdilər ki, guya mən texnikumun direktoru Cey-
hun Pirverdiyevlə yoldaşlıq edirəm. Onun qəbul vaxtı
aldığı pulları bölürük.
- Sahib müəllim, sizin ölkənin yüksək çinli məmurları ilə
konfliktiniz nə əcəb Heydər Əliyevin gözündən yayınmışdı?
- Yox, yayınmamışdı. Heydər Əliyev bir dəfə məndən
sorşudu:
" Baş prokuror niyə səninlə yola getmir?" Mən də
dedim, bilmirəm. İstəmədim ki, xırdalığa gedim. Amma
gərək mən də onlar kimi xırdaçılığa gedəydim.
Deyərdim ki, sənin qohumun Fəridə İsgəndərova sizə
Zəkanın gücü
279
arxayın olub dövlətin külli miqdarda əmlakını mənimsədiyi
üçün vəzifədən çıxarılıb, partiyadan xaric edilib. Əsas səbəb
bu idi. Bu işin haqsızlığını sübut etmək üçün mən tutulandan
sonra o vəzifəsinə bərpa edilib, partiyadan xaric edilməsi
haqqında RPK-nin qərarı ləğv edilib, partiyaya və işə bərpa
edilib. Bunu edən «Qara vəzir» bu işin başında duran
Canməmməd Rəhimov və Fəridə İsgəngərovadan
aldıqları nın əvəzində edib. Əgər deyilənlərə inansaq bütün
şamaxı lılar– xüsusilə Göylər kənd camaatı Sailovun
vəzifədən getməsi üçün 8 kq qızıl verib. Əgər koxozçuların
dediyini nəzərə alsaq ki, Canməmməd bu qızılları, 30 ildən
çox kolxoz sədri – sovxoz direktoru işlədiyi vaxt xalqın qanı
hesabına qazandığı haram pulları verib rüşvətxorlara!
Məsələnin əsas məğzi bundadır. O ki, qaldı respublika
prokuroru Abbas Zamanovun mövqeyinə … aydındır.
Baxmayaraq ki, o vaxtdan 35 ildən çox keçib, bu günlərdə
görüşdüyüm şəxsiyyətlərdən biri, uzun illər məhkəmə orqan -
larında, xüsusilə Gəncə şəhərində məhkəmə sədri, Ali məhkə -
mədə, respublika prokurorluğunda rəhbər vəzifələrdə işləmiş
Ə. Dedi: Sizin o qondarma işlə əlaqədar respublika prokuroru
Abbas Zamanovla söhbət etdim, bildiyimiz kimi o işdə
cinayət tərkibi yoxdu. Ona kömək etmək lazımdı sözümə
cavabı belə oldu: gös təriş verilib, o məhv olmalıdı. Bax, belə
qədirbilən şəxsiy yət var, olub, bundan sonra da olacaq.
Mənim haqqımda olan xahişi eşitdim və ona mənnətdarlığımı
bildirdim.
Aqillər deyib: Sirr qalmır bir halda ki, o işlə çox adamlar
məşğul olmuşdu. Sirr yalnız bir və ya iki adam arasında olur.
Sahib Sailov
280
Əgər üç və daha çox adam o işi bilirsə buna preskonferensiya
deyirlər.
- Dediniz, Şükür Rzayev istintaqa rəhbərlik edirdi.
- Hə, respublika prokurorluğunun şöbə rəisi Şükür Rza-
yevin rəhbərliyi altında komissiya yoxlama apardı. Düzgün
olmayanı sübut etmək üçün dəridən-qabıqdan çıxan Şükür
Rzayev, Mustafa Əliyev, İsgəndərov və qeyriləri İsmayıl
Əsgərovun, Abbas Zamanovun, Vitali Krasilnikovun sifari -
şini yerinə yetirmək üçün nə istədilərsə, onu da etdilər.
Ədalətli hüquqşunaslar o zaman deyirdilər ki, bu iş
Biləcəridən o yana keçməyəcək.
- Nəhayət, sizi işdən çıxardılar.
- Hə, avqustun 8-də məni Mərkəzi Komitənin bürosuna
çağırdılar. Nə üçün çağırıldığımı doğrudan da bilmirdim. Bir
də büroya girəndə dedilər ki, sizin məsələyə baxılacaq.
Büroda da "işimdə olan qüsurlara görə" azad etdilər.
Yenə də soruşuram, bütün bu yoxlamalar büroya çağırıl -
mağınız sizə nəsə demirdi, şübhə yaratmırdı?
Zəkanın gücü
281
Dostları ilə paylaş: |