Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə68/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   64   65   66   67   68   69   70   71   ...   103

"1976-1980-ci  illərdə  SSRİ  xalq  təsərrüfatı  inkişafının

əsas istiqamətləri"ndə göstərilir ki, "Onuncu beşilliyin başlıca

vəzifəsi ictimai istehsalın dinamik və proporsional inkişaf

etdirilməsi, onun səmərəliliyinin yüksəldilməsi, elmi- texniki

tərəqqinin sürətləndirilməsi, əmək məhsuldarlığının artırıl -

ması, işin keyfiyyətinin hər vasitə ilə yaxşılaşdırılması əsa -

sında xalqın maddi və mədəni həyat səviyyəsini yüksəltməyə

dair  Kommunist  partiyasının  xəttini  ardıcıl  həyata  keçir -

məkdən ibarətdir". Bu vəzifəni həyata keçirmək üçün hər bir

sovet zəhmətkeşi böyük səy göstərməli, dövlət planlarını və

sosialist öhdəliklərini şərəflə yerinə yetirməlidir. Biz yaxşı

bilir ki, qabaqcıl təcrübə və elmilik müəyyən olunmuş, əlavə

götürülmüş sosialist öhdəliyinin mütərəqqi üsullarla yerinə

yetirilməsinə kömək göstərir. Bu iki amil təkcə kəmiyyət

göstəricisinin deyil, keyfiyyət göstəricisinin də yüksəldil -

məsinə  təsir  edir.  Rayon  partiya  komitəsi  Sov.  İKP  XXV

qurultayının qərarlarını ləyaqətlə yerinə yetirmək üçün sosial-

izm  yarışının  böyük  təsir  gücünə,  qabaqcıl  təcrübənin

üstünlüklərinə arxalanır.

Rayon partiya komitəsi və ilk partiya təşkilatları sosializm

yarışının  genişləndirilməsini  həmişə  diqqət  mərkəzində

saxlayır, bu sahədə liberalizmə, arxayınçılığa yol vermirlər.

Yarışın yekunları rayon partiya komitəsinin bürosunda və ilk

partiya  təşkilatlarının  yığıncaqlarında  müzakirə  olunur.

Rayon  partiya  komitəsi  və  ilk  partiya  təşkilatları  ictimai

istehsalın səmərəliliyini artırmaq, istehsal edilən məhsulun

keyfiyyətini yaxşılaşdırmaq məsələləri ilə müntəzəm məşğul

olur. Bu keyfiyyətsiz iş görülməsinin, zay məhsul istehsal

edilməsinin qarşısını vaxtında alır, günahkarları lazımi qay-

Zəkanın gücü

255



dada cəzalandırırıq. 

Təsərrüfatın əsas sahələrindən biri də heyvandarlıqdır. Son

vaxtlar  rayonda  ictimai  heyvandarlığın  inkişafına,  mal-

qaranın və quşların sayının daha da artırılmasına, məhsul -

darlığın yüksəldilməsinə yaxından fikir verilir. Rayon partiya

komitəsi  Sov.  İKP  XXV  qurultayının  tələblərinə  uyğun

olaraq  heyvandarlığın  bütün  sahələrinin  ahəngdar  inkişaf

etdirilməsi  üçün  tədbirlər  görmüş,  fermalara  rəhbərliyi

ixtisaslı kadrlarla möhkəmləndirmişdir. Belə bir faktı qeyd

etmək istəyirəm ki, ferma və briqadalarda partiya qruplarının

sayı  18-dən  32-yə  çatdırılmışdır.  Rayonun  heyvandarları

arasında sosializm yarışı geniş vüsət almışdır. Bir zaman hər

inəkdən 1.000 kiloqram süd sağmaq problem məsələ olduğu

halda, indi Lenin adına, M. Hüseynzadə adına, S. Ə. Şirvani

adına sovxozlarda, İliç adına, K. Marks adına kolxozlarda hər

inək və camışdan 2.500-3.000 kiloqram süd sağılır. Təkcə

Lenin adına kolxozun quşçuluq fermasının işçiləri ildə ölkəyə

1 milyon 300 min ədəddən artıq yumurta satırlar.

Partiya  və  hökumətimiz  qabaqcıl  heyvandarlarımızın

əməyini  yüksək  qiymətləndirir.  K.Marks  adına  kolxozun

çobanı İsmi Cahangirov, "Komsomol" kolxozunun çobanı

Sanbaba Əliyev respublikanın əməkdar qoyunçusu, Lenin

adına sovxozun qaramal fermasının müdiri Əlim Babayev isə

respublikanın əməkdar heyvandarı yüksək fəxri adına layiq

görülmüşlər. Rayon partiya komitəsi qabaqcıl heyvandarlar-

dan Nikolay Muxinin, Faiq Sadayevin, Dursunxanım Fətulla -

yevanın, Marqarita Kasparovanın, Hökümə Ələkbərovanın,

Zinyət  Qasımovanın,  Anastasiya  Kotovanın,  Sürmə

Atababayevanın, Xannənə Kərimovanın və başqalarının iş

Sahib Sailov

256



təcrübəsinin ümumiləşdirilib yayılması ilə əməli tədbirlər

görmüşdür.

Müvəffəqiyyətlərimiz artdıqda təsərrüfatın dərindən ixti -

saslaşması  üçün  daha  geniş  imkanlar  açılır.  İxtisaslaşma

səmərəsi  təsərrüfata  rəhbərlik  sahəsində  rayon  partiya

təşkilatının  gündəlik  fəaliyyətinə  çevrilir.  Bu  cəhətdən

"Təsərrüfatlararası  kooperasiya  əsasında  kənd  təsərrüfatı

istehsalının ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini

daha da inkişaf etdirmək haqqında" Sov. İKP MK qərarının

bizə çox böyük köməyi vardır. İndi rayonda təsərrüfatlararası

südçülük birliyi fəaliyyət göstərir. Rayonda təsərrüfatlararası

qoyunçuluq  və  quşçuluq  birlikləri  də  yaxın  vaxtlarda

istifadəyə veriləcəkdir. Ümumiyyətlə, beşilliyin sonunadək

rayon süd istehsalı 10 min tona, yumurta istehsalı 7,5-8 mi-

lyon ədədə, yun istehsalı 340-350 tona çatdırılacaqdır.

Mal-qaranın  sürətli  inkişafında  möhkəm  yem  bazası

yaradılmasının böyük əhəmiyyəti vardır. Bunu nəzərə alan

İliç  adına  kolxozun  üzvləri  iki  illik  yem  bazası  yaratmaq

haqqında  rayonun  bütün  təsərrüfatlarına  müraciət  qəbul

etmişlər.  Rayon  partiya  komitəsi  həmin  kolxozun  təşəb -

büsünü bəyənmişdir. Müraciətə qoşulan kolxoz və sovxozlar

bu il rayonda il yarımlıq yem ehtiyatı toplamışlar. Başqa cür

desək, bu il Şamaxı rayonunda 80 min tondan çox qaba yem,

20 min tondan artıq şirəli yem tədarük olunmuşdur. İlk par-

tiya  təşkilatları  heyvandarların  mədəni-məişət  şəraitini

yaxşılaşdırmaq, onları maddi və mənəvi cəhətdən həvəslən -

dirmək,  komsomolçu-gənclərin  fermalara  komsomol  put -

yovkası  ilə  işə  getməsini  təmin  etmək  məqsədi  ilə  çox  iş

görmüşlər.

Zəkanın gücü

257



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə