Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə76/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   72   73   74   75   76   77   78   79   ...   103

ki,  özümü  öldürüm.  Baxıb  gördüm  bunlarla  danışmaq

mənasızdır. Ona görə də bircə kəlmə dedim: "Oturduğun stul

heç kimə vəfa qılmayıb. Əlindən nə gəlir, elə".Ordan məni

çıxardıb Şüvəlan həbsxanasına gətirdilər. Dörd aydan sonra

məhkəmə başladı.

- Məhkəmədə Sizin xeyrinizə heç kim ifadə vermədi?

- Xeyrimə deyəndə ki, ifadə verənin 99 faizi deyirdi ki,

bizim bu işdən xəbərimiz yoxdur.

- Proses qapalı keçdi?

- Yox, Ali Məhkəmənin böyük zalı açıq idi.

- İşinizi kim aparırdı?

-  Dövlət  ittihamçısı Yamən Yusifov,  hakim  də  Firudin

Hüseynov idi. Mən o zaman dedim ki, Yamən müəllim, Sizin

elədikləriniz ağ kağızı qara sapla tikmək-dir.

- Nə qədər iş verdilər?

- 15 il. Onun üç ili həbsxana rejimi idi. Hökmə görə, 18

ay  qapalı  həbsxanada  yatmalı  idim.  Amma  respublika

prokurorunun göstərişi ilə 37 ay 5 gün "krıtı"da saxlanıldım.

- "Krıtı"da nə edirdiniz?

-  Kitab  oxuyurdum.  Orada  300-dən  çox  kitab  oxuyub

qeydlər etmişəm.

- Bəs sonra necə oldu?

-  Əslində  mənə  «krıtı»,  bağlı  türmə  düşmürdü.  Çünki

vətən  xainləri,  bir  də  vəhşicəsinə  adam  öldürənləri  bura

salırdılar.  Mən  isə  Cinayət  Məcəlləsinin  170-1,  170-2  -ci

maddələri ilə ittiham olunurdum. Nə isə… Burda məni 18 ay

saxlamalı idilər. Amma dediyim kimi,37 ay 5 gün saxladılar.

Sonra  da  gətirib  Bayılda  bir  adamlıq  kameraya  saldılar.



Sahib Sailov

286


Əslində  isə  məni  islahəmək  koloniyasına  aparmalı  idilər.

Oradakılardan soruşdum: "Axı istintaq altında deyiləm. Məni

niyə biradamlıq kameraya salırsınız?" Dedilər: "Polkovnik

Nəsib Əliyevin göstərişidir". Amma bunun mənasız oldu -

ğunu bilirdim. Evdəkilərə xəbər gördərdim. Moskvaya uçdu-

lar. Onda Yuri Andropov Dövlət Təhlükəsizlik Komitəsinin

sədri idi. 8 gündən sonra komissiya gəldi...

Zəkanın gücü

287



ŞÜKÜR RZAYEV APARDIQLARINI 

QAYTARMADI

1

- Dediniz ki, komissiya gəldi…

– Hə, Moskvadan komissiya gəldi. Mən tək, bunlar da beş

nəfər, artıq cana doymuşdum.Böyük mübahisəmiz düşdü.

Dedim, məni burada saxlayıb hüquqlarımı niyə pozursunuz.

Nə  isə…  Bir  qədər  dava-dalaşdan  sonra  məni  "ştrafnoy"

kolona göndərdilər. Dörd il beş ay orada yaşadım. Müddətim

bitdi, yenə məni buraxmaq istəmirdilər. Onda baş prokuror

İlyas İsmayılov idi. İsmayılova ərizə yazdım ki, qanunsuz iş

görürsünüz.

- Sizi niyə saxlayırdılar ki?

– Nə bilim. Onu cənab İlyas İsmayılovdan soruşun da…

- Əgər İlyas İsmayılovla münasibətiniz bu qədər xoşa -

gəlməz olubsa, niyə Sizin ADP-yə keçməyiniz barəsində söz-

söhbət gəzir?

– Nə bilim. Bircə onu deyə bilərəm ki, mənim fikirlərimlə

ideyaları üst-üstə düşən partiya yoxdur. Əgər olsaydı, onda

çıxardım.

- Yaxşı, bəs sizi nə vaxt buraxdılar?

– 1987-ci il sentyabrın 23-də məni həbsxanadan burax -

dılar. Düz 9 il 9 ay 28 gündən sonra.

-  Həbsdən  azad  olandan  sonra  sizi  həbs  edənlərin  heç

birinin yanına getmədiniz?

– Gəldim. Azad olunandan sonra Şükür Rzayevlə görüş -

düm. Mən tutulanda evim müsadirə olunmuşdu.

Sahib Sailov

288

                                                      

"Bu gün"  1999-cu il, 5-8 may. 



Təltiflərim, arxivim, kitablarım, hətta ad günümdə dostla -

rımın  bağışladığı  xatirə  hədiyyələrini  də  qarət  etmişdilər.

Şükür  Rzayevdən  lazım  olan  sənədləri  geri  istədim.

Bəzilərini geri verdi.

- Hamısını ala bilmədiniz?

– Yox, xatirə hədiyyələrinin çoxunu qarət edən milislər,

inzibati işçilər aparmışdılar.

- Onda Şükür Rzayev sizə necə təsir bağışladı?

–  Çox  peşman  görünürdü.  Hər  halda  qarşısında  10  ilə

qədər həbsdə saxladıqları bir adam dayanmışdı.

- Bəs sizin haqqınızda yayılan çürük pul əfsanəsi necə?

Deyirlər, onda sizin çoxlu pullarınız çürüyüb.

– Yalan söhbətdir. Bunların çoxunu xalq öz folklorunda

yaradıb. O vaxt bir o qədər pul toplamaq olardı? Bir də ki,

əgər  pullar  aşkarlansaydı,  onların  çox  yox,  bircə  manatı

götürülüb əşyayi-dəlil kimi işə tikilərdi. Özünüz fikirləşin,

istintaq heç belə fürsəti əldən verərdi?

- Axı həmin dövrdə Şamaxıda oxuyanlardan biri dedi ki,

onda  rayonun  küçələrinə  o  pullardan  səpələnibmiş.  Belə

baxanda şax görsənirmiş. Amma əl vuran kimi ovulurmuş…

– Mən sizə deyirəm, belə şey olmayıb. Pul ola, küçəyə

səpələnə? Bu əfsanələri yaradan adamların kimlər olduğunu

mən çox gözəl bilirəm.

- O vaxt həbsxanada nə işlə məşğul olurdunuz?

– Kolonda olanda "skladda" mallar var idi. Elə-belə onlara

baxırdım.

- Yatdığınız müddətdə sizə fiziki təzyiqlər olub?

– Yox. Adam gərək Allah tərəfi danışa. On ildə bir dəfə də



Zəkanın gücü

289


olsun, mənə fiziki təzyiqlər olmayıb. Dediyim kimi, məqsəd

mənə mənəvi əzab vermək, daxili böhranla üz-üzə qoyub in-

tihara sövq etmək idi.

- Hətta deyirlər, sizin üçün xüsusi şərait 

yaradılıbmış.

– Xüsusi şərait deyəndə ki… Açığı o biri dustaqlardan bir

pillə artıq idim.

- Həbsxanada savadlı və təşkilatçı adam kimi hansısa iş

tapşırmışdılarmı?

– Hə. Sovet kollektivinin sədri oldum. Mən təyin edilmə -

mişdən əvvəl çox pis idi. Həkim, dərman məsələsi, doğrudan

problem idi. Siyasi məsələlərlə, həkim, dərman problemiylə

məşğul olurdum. Hətta onda yoxlamaya gələn komissiya da

dəhşətə gəlmişdi. Dustaqların arasında əməlli maariflənmə

işi gedirdi. Amma məni tez çıxardılar. Qorxdular, dustaqları

başıma yığıb aləmi qataram.

-  Sizinlə  bir  vaxtlar  daha  hansı  məşhur  adamlar  cəza

çəkirdilər?

– İki nəfər tanınmış adam var idi – biri dəmiryol nazirinin

müavini Qoca Eminov, biri də professor Heybət Abdullayev

idi.

- On il az müddət deyil. Bu müddəti həbsxanada keçir-



misiniz. Deyirlər, həbsхana adamları tərbiyə edir. Doğru -

danmı bu belədir?

– Yoх.  Kökündən  yanlış  fikirdir.  Orada  guya  insanları

əməklə tərbiyə edirlər. Əslində heç də belə deyil. Orada işi

görməyi insana əmr edirlər, iş görmədikdə isə bir Allah bilir

insanı necə əzablarda boğurlar.



Sahib Sailov

290


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə